Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-85/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh Akif oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Akif oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı qərarından görünür ki, İddiaçı AR CM-in 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəyişdirilmiş, İddiaçı təqsirli bilindiyi AR CM-in 147.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddi azaldılaraq 06 ay müddətə endirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əyyublu kənd bələdiyyəsinin keçmiş sədri Cavabdeh Akif oğlunun dələduzluq yolu ilə aldadıb ondan aldığı 3.300 manat pulun, 100 manat dövlət rüsumunun və mənəvi ziyan kimi 3.000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatdadır və orada yaşayır. Oğlu Əyyublu kənd sakini II-ci Qarabağ müharibəsi iştirakçısı, hal-hazırda hərbi hissələrin birində zabit olan X7 məqsədi ilə torpaq almaq üçün Tovuz rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşdur. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Əyyublu kənd bələdiyyəsinin sədri Cavabdeh Akif oğluna göstəriş verdi ki, bu müharibə iştirakçısını torpaqla təmin etsin. Əyyublu kənd bələdiyyəsinin sədri Cavabdeh Akif oğlu, bələdiyyənin işçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və o həmin torpaq sahəsinə baxmış, (20x10) 200 kv.m torpaq sahəsinə 3.300 manat ödəməklə razılaşmışlar. Əyyublu kənd bələdiyyəsinin sədri Cavabdeh Akif oğlunun göstərişi ilə 3.300 manatı Əyyublu bələdiyyəsində torpaq mütəxəsisi işləyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Bundan sonra ona bildirmişlər ki, həmin torpaq sahəsində tikintiyə başlaya bilər. Tikinti başa çatana kimi onlar sənədləri hazırlayıb verməli idi. O, həmin 200 kv.m torpaq sahəsində tikinti üçün, qazıntı etmiş, 2 kamaz çay daşı, 1 kamaz qum və 2200 mişar daşı gətirib inşaata başlamışdır. Tikinti davam edərkən Tovuz RİH-nin Əyyublu kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəsi Məhərrəm müəllim gəlib xəbərdarlıq etmişdir ki, burada tikinti aparmaq qeyri-qanunidir, tikintini davam etdirməni qadağan etmişdir. O, Əyyublu kənd bələdiyyəsinin sədri Cavabdeh Akif oğlundan sənəd tələb etmişdir, o da müxtəlif bəhanələrlə bir müddət vaxtı uzatmışdır. Bundan sonra o, aldadıldığını başa düşmüş və Yaşardan 3.300 manat pulunu qaytarmasını tələb etmişdir. Yaşar cavabında ona bildirdi ki, nə qədər çalışsa da sənədləri düzəldə bilməmişdir. Cavabdeh Əyyublu kənd bələdiyyəsinin keçmiş sədri Cavabdeh Akif oğlu borcunu verməkdən yayınması onda əsəb xəstəliyi yaradıb, o, maddi-mənəvi cəhətdən pis duruma düşmüşdür.
4. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin hər hansı hüquqi əsas olmadan onun vəsaiti hesabına əsassız olaraq varlandığını bildirsə də o bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin qanuna zidd hərəkətləri sübuta yetirilmədiyindən, ondan qaynaqlanan mənəvi ziyana dair iddia da təmin edilə bilməz.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 386-cı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
7. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci qrup əlildir. X2 II-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Oğlu müharibə iştirakçısı olduğu üçün o, 2023-cü ilin noyabr ayında Tovuz Rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir ki, oğluna sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılsın. Tovuz Rayon İcra Hakimiyyəti başçısı Əyyublu kənd bələdiyyəsinin o zamankı sədri MəmmədovYaşar Akif oğluna tapşırıq vermişdir ki, oğluna 1 sot torpaq verilsin. Torpaq verilən zaman o, Cavabdeh xahiş etmişdir ki, torpağı 2 sot versin ki, obyekt tikə bilsinlər. Bu zaman Cavabdeh bildirmişdir ki, “torpağın ikinci sotu pulnan olacaq” və torpağın bir sotuna görə 3300 (üç min üç yüz) manat pul istəmişdir. O, razılaşmışdır. Bundan sonra səhər saatlarında bələdiyyənin torpaq sahəsi üzrə mütəxəssisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona zəng vurub demişdir ki, “ Yaşar müəllim pulu istəyir, pulu düzəldibsənsə gəlib-götürsün”. O, bildirmişdir ki, pul hazırdır. Bir az sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maşınla evinə gəlmiş, o, Fərruxun maşınında Cavabdeh vermək üçün 3300 manat pul ödəmişdir. Bu zaman onun yanında qonşuları X5 və AbbasovYolçuYaqub oğlu olmuşdur. O, torpağın pulunu ödədikdən sonra ona bildirmişlər ki, artıq torpaq sahəsində tikinti apara bilər. Bir müddət sonra o, torpaq sahəsində qazıntı işləri aparmış, inşaat aparmaq üçün torpaq sahəsinə 2 KAMAZ çay daşı, 1 KAMAZ qum və 2200 manat dəyərində mişar daşı gətirmişdir. Tikintiyə başlamaq istəyəndə Tovuz RİH-nin Əyyublu kənd İƏD üzrə nümyəndəsi Məhərrəm müəllim gəlib xəbərdarlıq etmişdir ki, torpaq sahəsində inşaat işləri apara bilməz, çünki torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və onun tikinti işləri aparmağı qadağan etmişdir. Bundan sonra o, Cavabdeh torpağın sənədini tələb etmiş. Lakin uzun müddət Cavabdeh müxtəlif bəhanələr gətirərək, ona torpağın sənədini düzəldib verməmişdir. Sonra isə bildirdi ki, “nə edim, düzəldə bilmirəm”. Bundan sonra o Cavabdeh onun 3300 (üç min üç yüz) manat pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh onun pulunu qaytarmamışdır. Buna görə o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin hər hansı hüquqi əsas olmadan onun vəsaiti hesabına əsassız olaraq varlandığını bildirsə də, o bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, məhkəmə cəmi bir hazırlıq iclası keçirdi. Halbuki qanunvericiliyin tələblərinə əsasən məhkəmə işi tam hazır hesab etdikdən sonra onu məhkəmə baxışına təyin etməlidir. Lakin məhkəmə cəmi bir hazırlıq iclası keçirdiyi üçün o əlavə sübutlar təqdim edə bilmədi. O, məhkəməni hazırlıq iclasında iddianı sübut edəcək şahidlərinin olduğunu bildirdi və həmin şahidlərin məhkəmə iclasında dindirilməsi barədə vəsatət verdi. Lakin məhkəmə onun vəsatətini əsassız olaraq təmin etmədi. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “İddiaçının ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, o tələb etdiyi pul vəsaitini Yaşara deyil, Fərrux adlı şəxsə vermişdir. Bununla da ona mənəvi ziyan dəymişdir”. Bununla bağlı, əvvəla qeyd etmək istəyir ki, o Fərruxa verdiyi pulu mənəvi ziyan olaraq istəmir, maddi ziyan olaraq istəyir. İkincisi, Fərruxu evinə Cavabdeh göndərmişdi, pulu X6 vermək üçün vermişdir. O, torpağı Fərruxdan almamış ki, o, torpağı Cavabdeh almışdır, pulu da Fərrux vasitəsilə ona göndərmişdir. Əgər pul Cavabdeh çatmamışdısa o, niyə ona torpaq verirdi? Verdiyi torpağa dair sənəd düzəldib verəcəyini niyə deyirdi? Birinci instansiya məhkəməsini bu suallar düşündürməmiş, məhkəmə həmin suallara cavab tapmağa çalışmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “məhkəmə araşdırılması zamanı iddiaçı tərəflər arasında hər hansı öhdəliyin yaranmasını sübut edə bilməmişdir”. Bununla bağlı qeyd etmək istəyir ki, Cavabdeh həmin vaxt bələdiyyə sədri idi. Buna görə o, ona inanıb, ona etibar etmişdir. Onlar arasında razılaşma şifahi olmuşdur. Bundan başqa torpağın sənədi dedikdə bələdiyyə ilə onun (yaxud oğlu Elsevərin) arasında bələdiyyə mülkiyyətinə aid torpağın alqı-satqı müqaviləsini nəzərdə tutur. Həmin müqaviləni hazırlayıb vermədiyinə görə o, Cavabdeh pulunu geri tələb edir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “iddiaçı cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona mənəvi ziyan dəydiyini iddia etmişdir. Cavabdehin qanuna zidd hərəkətləri sübuta yetirilmədiyindən, ondan qaynaqlanan mənəviziyana dair iddia da təmin edilə bilməz”. Məhkəmənin bu mövqeyi ilə də razı deyil. Belə ki, cavabdehin onun pulunu alaraq qaytarmaması özü-özlüyündə qanuna zidd hərəkətdir. Bundan başqa o, yaşlı, əlil və onkoloji xəstəlikdən əziyyət çəkən insandır. Cavabdeh onu aldatması nəticəsində 2 ildir həyəcan və stress keçirmişdir. Həmçinin, maddi cəhətdən imkansız şəxs olduğundan Cavabdeh ondan aldığı 3300 manat onun üçün böyük puldur.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddia ərizəsini vəkil yazmışdır. Qapılarının qabağında pulu Fərruxa vermişdir. Pulu verəndə iki nəfər görmüşdür. Maşında oturan zaman pulu sayırdılar. Şahidlərini məhkəmə dindirməmişdir. Əgər onların razılığı olmasa idi, həmin torpağa necə ola bilərdi ki, qum töksün.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Akif oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, iddiaçıdan heç bir pul almamışdır. iddiaçının iddia etdiyi şahidlərdən biri iddiaçının qardaşı, digəri isə qonşusudur. İddiaçı ona şər-böhtan atmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda işdən çıxmışdır. Yaşar ona iddiaçıdan pul alması barədə göstəriş verməmişdir. Təvəkkül ona heç bir pul verməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
15. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Əyyublu kənd bələdiyyəsinin keçmiş sədri Cavabdeh Akif oğluna torpaq almaq məqsədi ilə 3.300 manat pulu, onun göstərişi ilə Əyyublu bələdiyyəsində torpaq mütəxəsisi işləyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verməsini bildirmişdir. Aralarında olan razılaşma baş tutmadığından həmin pulun geri qaytarılmasını tələb etmişdir. Tərəflər arasında heç bir yazılı saziş, müqavilə və ya pulun alınması barədə qəbz imzalanmamışdır. İşə baxan məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin hər hansı hüquqi əsas olmadan onun vəsaiti hesabına əsassız olaraq varlandığını bildirsə də, o bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin qanuna zidd hərəkətləri sübuta yetirilmədiyindən, ondan qaynaqlanan mənəvi ziyana dair iddia da təmin edilə bilməzdi.
32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
33. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
34. İddiaçı apellyasiya şikayətinin dəlillərində iddia tələbində göstərdiyi işin faktiki halları barədə qeyd etsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Akif oğlu bildirmişdir ki, o, iddiaçıdan heç bir pul almamışdır. İddiaçının iddia etdiyi şahidlərdən biri iddiaçının qardaşı, digəri isə qonşusudur. İddiaçı ona şər-böhtan atmışdır. Məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hazırda işdən çıxmışdır. Yaşar ona iddiaçıdan pul alması barədə göstəriş verməmişdir. Təvəkkül ona heç bir pul verməmişdir. Kollegiya onu da qeyd edir ki, iş materiallarında şahidlərin dindirilməsi barədə iddiaçının yazılı vəsatəti müəyyən edilməsə də, səhifə 33-də iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi mövcuddur.
35. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ***/**** saylı qərarı ilə müəyyən olunur ki, İddiaçı AR CM-in 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəyişdirilmiş, İddiaçı təqsirli bilindiyi AR CM-in 147.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddi azaldılaraq 06 ay müddətə endirilmişdir. Həmin işin hallarından görünür ki, xüsusi ittihamçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh Akif oğlu şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, (hazırki iş üzrə iddiaçı) İddiaçı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həbslə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq uzun müddət Tovuz Rayon Əyyublu Bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hal-hazırda Tovuz rayonu X4 müdiri vəzifəsini icra edir. İddiaçı ona qarşı böhtan ataraq onun şərəf, ləyaqətini alçatmışdır. Belə ki, İddiaçı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edərək verilən güzəştlərdən istifadə edərək ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı yer ayrılması nəzərdə tutulmuş və torpaq sahəsinin təyinatı dəyişdirilməsindən sonra ona yerin sənədləşdirilərək verilməsi şifahi formada izah olunmuşdur. Daha sonra İddiaçı guya ondan 3200 manat pul aldığını kənd ictimaiyyəti arasında yaymış və Tovuz rayonu, Əyyublu kənd ərazisində Qərb Region TV-ə müsahibə verərək onu rüşvət almaqda ittiham etmişdir. Həmin müsahibəni götürən Vaqif adlı şəxs bu məlumatları dəqiqləşdirmədən sosial şəbəkələrdə, o cümlədən “TikTok” sosial şəbəkəsində yaymışdır. Yayılan həmin məlumatlar yalan və cəfəngiyyat olmaqla, həqiqətə əsaslanmır.İddiaçı ona CM-nin 311-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma ilə bağlı böhtan atmışdır ki, həmin əməl ağır cinayət kateqoriyasına aid olduğundan onun əməli CMnin 147.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Bundan başqa o, müxtəlif yerlərdə və kənd ictimaiyyəti arasında guya ondan Tovuz rayonu, Əyyublu kəndində ##.##.2025-ci il tarixdə 3200 manat pul istəməyini qeyd edərək Tovuz rayonu, Əyyublu kənd ərazisində Qərb Region TV-ə müsahibə vermiş və həmin müsahibənin sosial şəbəkələrdə yaymışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
38. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
39. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.