Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-875/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iddiaçı3 nümayəndəsi vəkil, vəkil1, cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı iddiaçı4 İsmayıl qızının, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, ##.##.2008-ci il tarixli alqısatqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023cü il il tаrixli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı4 İsmayıl qızı, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, ##.##.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq iş üzrə iddiaçı olaraq onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli şəhadətnamənin, bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat nömrəsi 150702200, ## ##### 2007-ci il tarixli çıxarışın, cavabdeh2 adına qeydə alınmış ******* nömrəli və ******* qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın və cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli olan, ##.##.2008-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və X3 paylı mülkiyyət hüququ üzrə 0,12 ha torpaq sahəsinin üzərində vərəsə olaraq paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddiaçı4 İsmayıl qızı, iddiaçı3, iddiaçı2 və iddiaçı1 nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə o, iddiaçılar tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin alqı-satqı müqabviləsinin, çıxarışın etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinə müraciət etmələrini, hazırda iddia tələbi üzrə iddia tələbinin həcmini dəqiqləşdirərək onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsinə və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə, cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Göy-Göl rayonu, Quşqara kəndində yerləşən və JN-001F, Kod:******** nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi iddiaçıların və Şərabanu Cəfərovanın paylı mülkiyyətinə verilmişdir. Şərabanu Cəfərova vəfat etdikdən sonra cavabdeh cavabdeh2 tərəfindən qanunsuz olaraq Cəfərova Şərabanuya münasibətdə hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınaraq 0.12 ha torpaq sahəsinə və miras qalmış fərdi yaşayış evinə dair adına çıxarış alınmışdır. Hansı ki, həmin torpaq sahəsi iddiaçıların paylı mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Hazırda tərəflərindən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və alqı-satqı müqavilələrini o, cümlədən cavabdeh2 adına və Şərabanu Cəfərovanın adına olan çıxarışları məhkəmə qaydasında mübahisələndirirlər. Hal-hazırda Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi və iddiaçıların mülkiyyətində olan torpaq sahəsi iş üzrə cavabdehlər tərəfindən zəbt olunaraq torpaq sahəsində qanunsuz olaraq orada əkdikləri ağaclar kəsilməklə orada tikinti işləri aparılır. Bu baxımdan torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi iddiaçıların mülkiyyət hüququnu pozur. Qeyd olunan torpaq sahəsi üzərində cavabdeh cavabdeh2 tərəfindən Şarabanı Cəfərovanın adına qanunsuz qeydə alındırmaqla, cavabdeh2 digər cavabdeh cavabdeh1 satmışdır. Hansı ki, qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları vardır. Bu baxımdan mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi, edilən maneənin aradan qaldırılması və Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia tələbləri təmin edilərək, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN-001F, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X3 adına verilmiş qeydiyyat nömrəsi 150702200, ##.##.2007-ci il tarixli çıxarış, cavabdeh2 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, ##.##.2007-ci il tarixli və qeydiyyat nömrəsi 1509000088, ##.##.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsinin müəyyən etdi və qət etdi hissəsində “paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN-001F, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X3 adına verilmiş qeydiyyat nömrəsi 150702200, ##.##.2007-ci il tarixli çıxarış, cavabdeh2 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, ##.##.2007-ci il tarixli və qeydiyyat nömrəsi 1509000088, ##.##.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilsin” sözləri “paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN-001F, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X3 adına verilmiş qeydiyyat nömrəsi 150702200, ##.##.2007-ci il tarixli çıxarış, cavabdeh2 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, ##.##.2007-ci il tarixli və qeydiyyat nömrəsi 1509000088, ##.##.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilsin. Cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikasının DaşınmazƏmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, ##.##.2009-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ndə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 32.4 kv.myaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmazəmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Göygöl rayon Dövlət notariat kontorunun ## ####### 2008-ci il tarixli, 4Ə-3-*** reyestr nömrəli, AN-İ ******* saylı DaşınmazƏmlakın alqı-satqı müqaviləsindən görünür ki, ##.##.1959-cu il təvəllüdlücavabdeh2 özünə məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən 0.03 ha torpaq sahəsini ##.##.1981-ci il təvəllüdlü cavabdeh1 50000 (əlli min) manata satmışdır. Göygöl rayon Dövlət notariat kontorunun ## ####### 2008-ci il tarixli, 4Ə-3-*** reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ##.##.1959-cu il təvəllüdlü cavabdeh2 özünə məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən 0.03 ha torpaq sahəsini ##.##.1981-ci il təvəllüdlü cavabdeh1Fərman oğluna 50000 (əlli min) manata satmışdır. ## ####### 2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından 15 (on beş) ildən sonra etibarsız hesab edilməsi absurdur. Ödənilmiş 50000 (əlli min) manatın taleyi isə məlum deyil. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. Аdıçəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki,əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həmdə vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mülkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinаedilməsi qeyd edilmişdir.. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı3 nümayəndəsi vəkil, vəkil1, cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, buna görə də təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar iddiaçı3 və iddiaçı2, iddiaçı4 İsmayıl qızı, iddiaçı1 və cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiçılar iddiaçı3 və iddiaçı2 apellyasiya şikayətinin əsassız olduğunu, buna görə də təmin edilməməsini xahiş etmişlər. Gəncə paellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsi qismən, yəni “mübahisəli torpaq sahəsinin X3 adına qeydə alınması barədə 150702200, ## ##### 2007-ci il tarixli çıxarış etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və iddia tələbi üzrə icraata həmin hissədə ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətli qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçılar cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdeh2 adına verilmiş ##.##.2007-ci il tarixli şəhadətnamənin, bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat nömrəsi 150702200, ## ##### 2007-ci il tarixli çıxarışın, cavabdeh2 adına qeydə alınmış ******* nömrəli və ******* qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın və cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli olan, ##.##.2008-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və X3 paylı mülkiyyət hüququ üzrə 0,12 ha torpaq sahəsinin üzərində vərəsə olaraq paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsələr də, iddia ərizəsində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və Notariat orqanına qarşı yönəlmiş tələb olsa da, həmin şəxsləri cavabdeh kimi iddia ərizəsində qeyd etməmişlər ki, bununla da, iddia ərizəsində cavabdehin hər birinə qarşı yönələn tələbi qeyd edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən isə iddia ərizəsində iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçının iddia ərizəsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə cavab verməməkdədir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələbinə riayət etmədən iddia ərizəsini məhkəməyə təqdim etməsini nəzərə almayaraq, Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmalı olduğu, iddia ərizəsini icraata götürdüyü təqdirdə isə iddiaçıdan qeyd olunan nöqsanları aradan qaldırmaqla iddia tələbini dəqiqləşdirməsini təklif etməli olduğu, nöqsanlar aradan qaldırıldıqdan sonra işə baxmalı olduğu halda, faktiki olaraq mövcud olmayan tələb üzrə işə mahiyyəti üzrə baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsaların apellyasiya icraatı qaydasında aradan qaldırılması mümkün deyildir. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12 və 384.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tаrixli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-875/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-875/2026
04.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver