Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-89/2026 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009/2025 saylı qərardadından ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı nümayəndəsi X6 icrada dönüş haqqında ərizə ilə xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə mürcaiət edərək: 1) İddiaçı X4 iddiası üzrə qəbul edilmiş ləğv edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-713/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasında dönüş haqqında tədbir görülməsi, 2) Ləğv edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-713/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsasında daşınmaz əmakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********77-06301 nömrə ilə X4 adına Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyona dair aparılmış qeydiyyat və mülkiyyət hüququ haqqında elektron çıxarışın ləğv edilməsi, 3) Ləğv edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-713/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin nəticə olaraq özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun altındakı 0,01324 ha torpaq sahəsinin alqısatqısına dair xx.xx.2019-cu il tarixli 998 saylı müqaviləsi və torpaq sahəsini X4 adına xx.xx.2019-cu ildə qeydiyyat nömrəsi **********, **********29-06301 reyestr nömrəsi ilə mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və verilmiş çıxarışın ləğv edilməsi, 4) Ləğv edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-713/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin nəticə olaraq xx.xx.2018-ci ildən sonra daşınmaz əmlakın dövlət reyestrində X3 başqa digər bütün şəxslərin adına Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyon və pavilyonun altındakı torpaq sahəsinin qeydiyyatı ilə bağlı aparılmış bütün qeydlərin, verilmiş çıxarışların və habelə alqı-satqı müqavilələrinin ləğv edilməsi, habelə pavilyonun sökülməsi nəticəsində ona dəymiş ziyanın məbləği olaraq 100000 manat pulun pavilyonu sökmüş X1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009 saylı qərardadı ilə (hakim P.İsaqlı) icrada dönüş edilməsi barədə ərizəçi İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş ərizənin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılması qərara alınmışdır. Bundan sonra ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil həmin qərardaddan elektron qaydada şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-854/2018 saylı qətnaməsi ləğv edilmişdir. X4 adına Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyona dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Tovuz Rayon Məhkəməsinin 2(062)-713/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında aparıldığı üçün və həmin qiyabi qətnamə də ləğv edildiyi üçün qeyd edilən qiyabi qətnamənin icrasında dönüş edilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, icrada dönüş edilməsi barədə ərizəçi İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009/2025 saylı qərardadından ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2350/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X7 cavabdehlər Tovuz Rayon Dövlət Notariat Kontoruna və DƏDRX-nin 15 saylı Tovuz Rayonu Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonundan vəsiyyətnamə üzrə payının müəyyən olunması və adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-854/2018 nömrəli nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X5 miras qalmış Tovuz rayonu, Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun 1/2 hissədən ibarət payının miras əmlak kimi iddiaçı X7 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən qətnamə maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-2350/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-854/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Maraqlarına toxunan şəxs İddiaçı nümayəndəsi (vəkili) Vəkil “icrada dönüş edilməsi” barədə ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, hazırki mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-854/2018 nömrəli qətnaməsində icrada dönüş haqqında tədbirlərin görülməsi, sözügedən qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə qeydiyyata alınmış, ********** nömrəli qeydiyyatın və çıxarışın ləğv edilməsi; sözügedən qətnamənin nəticə olaraq Tovuz rayonu, Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun altındakı 0,013240 ha torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli 998 nömrəli müqavilənin və həmin müqavilə əsasında xx.xx.2019-cu ildə qeydə alınmış ********** nömrəli qeydiyyatın və çıxarışın ləğv edilməsi; sözügedən qətnamə əsasında İddiaçı başqa digər bütün şəxslərin adına aparılmış bütün qeydlərin, verilmiş çıxarışların, habelə alğı-satqı müqavilələrinin ləğv edilməsi, pavilyonun xx.xx.2003-cü ildə tərtib olunmuş texniki pasportda göstərilmiş məlumatlara uyğun bərpa edilməsi öhdəliyinin X2 üzərinə öhdəlik kimi qoyulması və həmin qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı dəymiş 100.000 manat pulun X1 tutularaq İddiaçı ödənilməsinin təmin edilməsini xahiş etmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 2350/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-854/2018 nömrəli qətnaməsində “icrada dönüş edilməsi” barədə maraqlarına toxunan şəxs İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2322/2018 saylı qiyabi qətnaməsi əsasında ərizəçinin mübahisələndirdiyi daşınmaz əmlakla bağlı çıxarış verilmiş, həmin qeydiyyatdan sonra isə mübahisəli qeyri-yaşayış sahəsi digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Odur ki, mübahisə predmeti olan əmlak əqd əsasında özgəninkiləşdirildiyi və reyestrdə yenidən qeydiyata alındığı üçün hazırkı məsələnin həlli icraya dönüş edilməklə deyil, əqd və onun doğurduğu hüquqi nəticələr məhkəmə qaydasında mübahisələndirilməklə həll edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin nümayəndəsi tərəfindən verilmiş icrada dönüş barədə ərizəyə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 2350/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə qiymət verilmiş iddiaçıya hazırkı tələbin müstəqil iddia tələbi olması izah edilmiş buna baxmayaraq ərizəçinin nümayəndəsi yenidən icrada dönüş barədə ərizə vermişdir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair ərizəyə baxıldığından birinci instansiya məhkəməsi ərizəni icraata qəbulundan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-4009/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(3-7)-89/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-89/2026
28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver