Məhkəmə qərarları › İş №2(3-7)-95/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-95/2026

03.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-95/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlunun və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(045)- ***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev *** nömrəli mənzili X1 Nofəl Həsən oğluna 80.000 manata satmışdır.

2. ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 şəhəri, Nizami rayonu, Məhrəsə bağı ev 4, mənzil 6 ünvanında yerləşən, ümumi sahəsi 73.8 kv.m olan 3 otaqlı mənzili Cavabdeh 70.000 manata satmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil (yeni qaydalarla: AZ 2007, ünvan 22, m3) Cavabdeh tam mülkiyyətindədir.

4. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/** saylı məktubdan görünür ki, ##.##.1980-ci il təvəllüdlü Cavabdeh ##.##.2023-cü il tarixdə - giriş, ##.##.2023-cü il tarixdə çıxış hərəkətləri müəyyən edilmişdir.

5. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**/*-******/**** saylı məktubdan görünür ki, Cavabdeh (FİN: *******) tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr ərzində hər hansı pulun (valyutanın) Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması barədə Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat mövcud deyildir.

6. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş * saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli X9 və Cavabdeh arasında Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada rəsmiləşdirilməsi zamanı, onlar tərəfindən video müşahidə (video qeyd) aparılmamışdır.

Birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ondan ev almaq adı ilə almış olduğu 72.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onu öz mənzilindən qovur. Sözügedən mübahisəli mənzil onun hesabına alınmışdır. Belə ki, cavabdeh onun etibarından sui-istifadə edərək ona məxsus vəsaitlə özünə mənzil əldə etmişdir. O, dəfələrlə cavabdehə pulunun və ya mənzilinin ona qaytarılmasını tələb etmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymamışdır. Eyni zamanda qeyd edir ki, o, 20 ildir ki, Bakı şəhərində yaşamış və yaşlı olduğu üçün mənzil qızının adına rəsmiləşdirilmişdir.

9. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili almış və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X4 adına rəsmləşdirilmişdir və tam mülkiyyətindədir. Hazırda iddiaçı həmin mənzilin onun vəsaiti hesabına alınmasını və cavabdehə buna görə pul verildiyini iddia etsə də, cavabdeh tərəf iddia tələbini qəbul etmir. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsi mövcud deyildir. İddiaçı iddiada göstərilən vəsaitin ümumiyyətlə mövcud olmasını, sonra həmin vəsaitin ona məxsus olduğunu, sonra isə bu vəsaitin hazırda cavabdehə verilməsini sübut etməlidir. Hazırkı iş materialları ilə iddiaçının vəsaiti hesabına cavabdehə pul verilməsi öz təsdiqini tapmır.

11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəlləsinin 385.1, 386.2, 427.1, 442-443, 448 və 739.1-ci maddələrinə istinad etmişdir

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin belə bir qənaətə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmə cavabdehin nümayəndəsinin dediyi fikirlərə uyğun olaraq qətnamə qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi göstərir ki, guya cavabdeh Rusiya Federasiyasında yaşayır. Guya İddiaçı tərəfindən cavabdehə pul verilməmişdir. Pulu cavabdehə İddiaçı verməmişdir. İddiaçı satılmış evinin pulunu cavabdehə onun yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Həmin vaxtı İddiaçı Moskvada olduğu üçün pul Gəncə şəhərində İddiaçı ev alınmalı idi. Ev alınıb ancaq cavabdeh öz adına almışdır. Əgər cavabdeh öz pulu ilə ev alırdısa o pulu yəni 70.000 manatı Rusiyadan Azərbaycana necə keçirib. Əgər pul həqiqətən onun puludursa “Asan Xidmət” mərkəzində yoldaşı ona verdiyi pul necə olub. Təəssüflər olsun ki, məhkəmə buna aydınlıq gətirmədən tələm-tələsik məhkəməni yekunlaşdırmışdır. Əgər cavabdehin kifayət qədər pulu varsa həmin pulu Rusiyadan Azərbaycana necə keçirməsini sübut etsin. Göründüyü kimi işə baxan məhkəmə onun iddiasını rədd edərkən tam, obyektiv araşdırma aparmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Cavabdeh 70.000 manat məbləğində pulun tutularaq, iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh (vəkil İskəndərov Fuad İnqlab oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tələblərini pozmuş, həmçinin işin hallarına düzgün, yəni kassasiya şikayətinin 6-cı paraqrafında göstərilən səbəblərə görə qiymət verməmiş və həmin maddi hüquq normalarının tələblərini pozmuşdur. Lakin məhkəmə iddiaçının cavabdehə ümumiyətlə pul verməsini, əgər verilsə də nəyə görə verməsini təsdiq edən hər-hansı bir əsaslı sübut olmamasına baxmayaraq, cavabdehin iddiaçının hesabına əsassız varlanması nəticəsinə gəlmişdir. Eyni zamanda işdə olan cavabdehin vəkilə verdiyi etibarnəmədən, həmçinin elektron portaldan da görünür ki, cavabdeh Rusiya Federasiyası vətəndaşıdı və daimi olaraq Rusiya Federasiyası, Moskva vilayəti, Ximki şəhəri Podreskovo mr, Sentrralnaya küçəsi ev 4A mən 85 ünvanında yaşayır. Lakin məhkəmə bunu bildiyı halda həm apellyasiya şikayətinin verilməsi barədə bildirişi, həm apellyasiya şikayətinin sürətini, həm məhkəmə vaxtı barədə bildirişləri, sonda isə qətnamənin surətini davamlı olaraq yaşamadığı Goranboy rayon Xanqərvənd kəndinə göndərmiş, hər dəfə cavabdehin həmin ünvanda yaşamaması qeydi ilə məktublar geri qaytarılmışdı. Lakin buna baxmayaraq məhkəmə yenə israrla məktubları həmin ünvana göndərmişdir. Halbuki ən azından elektron məhkəmə portalı ilə cavabdehin Azərbaycanda olub -olmamasını aydinlaşdırmaq mümkün idi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa ləğv edilməlidir. Bununla yanaşı məhkəmə işdə olan sübutlara, o cümlədən gəlmiş olduğu nəticəsi də hər-hansı bir sübuta əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iddianı təmin edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, * nömrəli mənzilə görə 70.000 manat ödənilməklə mənzil iddiaçının özü üçün alınmış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin mənzilin özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur. Məhkəmənin gəlmiş olduğu bu nəticə ilə razılaşmır. Belə ki, iddiaçı iddiasını belə əsaslandırmışdır ki, o evi satılandan sonra 2023-cü ilin fevral ayında cavabdeh Gəncə şəhərində Məhrəsə bağı, ev 4, * nömrəli mənzilin satıldığını ona bildirmiş, evin yaxşı olduğunu, xoşuna gəldiyini və almaq istədiyini bildirmişdir. O da evin alınmasına razılıq vermişdir. ## ###### 2023-cü ildə * saylı Gəncə regional "Asan Xidmət" mərkəzində qeyd etdiyi mənzili onun evinin puluna, yəni 72.000 manata alıb öz adına rəsmiləşdirmişdir. O, mənzilin qızının adına rəsmiləşdirildiyini bildikdən sonra evinin ya pulunu, ya da evi adına qaytarılmasını xahiş etmişdir. Ancaq cavabdeh nə evə görə ondan aldığı pulu, nə də evi qaytarmamışdır. Həmin ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı əvvəlcədən evi öz adına almaq istəmiş və cavabdehdən yalnız ona mənzil tapmasını xahiş etmişdir. Belə olan halda ortaya sual çıxır. Necə ola bilər ki, iddiaçı mənzili öz adına rəsmiləşdirilməsini istəyirdisə, onda nəyə görə cavabdehə onun adına daşınmaz əmlak almaq üçün etibarnamə verməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə başqa şəxsin adına daşınmaz əmlak alınması üçün mütləq qaydada notarial qaydada verilmiş etibarnamə olmalıdı. Lakin məhkəmə kollegiyası iddiaçıdan maraqlanmamışdır ki, etibarnamə vermədiyi halda o nəyə görə cavabdehə pul verib öz adına ev almasını istəmişdir. Axı cavabdeh heç bir cürə iddiaçının adına mənzil ala bilməzdi. Bundan başqa iddiaçı qeyd edir ki, o, evi sataraq əldə olunan puldan təqribən 70.000 manatı onun həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Birinci instansiya məhkəməsində izahat verən şahid X5 isə bildirmişdir ki, o, 70.000 (yetmiş min) manat vəsaiti iddiaçının öz istəyi ilə arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Göründüyü kimi, həmin izahatların arasında ziddiyətlər vardır. Lakin məhkəmə kollegiyası bu ziddiyətləri araşdırmamışdır. Eyni zamanda həmin izahatlardan da göründüyü kimi iddiaçı guya 70.000 manatı arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Belə olan halda iddiaçı həmin pulu cavabdehdən istəməsinin heç bir hüququ əsası yoxdu, o pulu arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istəməli olmuşdur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli (hakimlər Əhliman Xıdırov (məruzəçi), E.Şamayev və İddiaçı) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

19. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apellyasiya instansiya məhkəməsində işə baxılarkən lazımi qaydada məlumatlandırılmamasına görə çəkişmənin pozulmasına dair dəlilinə qiymət verilməsini zəruru hesab edir. İş materilalları ilə müəyyən olunur ki, baxılan iş apellyasiya şikayəti ilə birlikdə ##.##.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hər iki tərəf üçün məhkəmə bildirişləri Goranboy rayon Xanqərvənd kəndinə göndərilmiş, bildirişlər iddiaçı tərəfə çatdırılsa da, cavabdeh tərəfə çatdırılmamışdır. Məhkəmə iclasında cavabdeh nümayəndə-vəkillə təmsil olunmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Hazırkı işdə apellyasiya məhkəməsi cavabdehin iddiaçının vəsaiti hesabına ünvan 6 ünvanda yerləşən mənzilin əldə etdiyi nəticəsinə gəlsə də, bu nəticənin hansı mötəbər sübutlarla dəstəkləndiyini müəyyən etmək mümkünsüzdür. Halbuki, belə nəticəyə gələn məhkəmə kifayət qərər əsaslı və təkzibedilməz sübutlara malik olmalıdır. Məhkəmə iddiaçının iddia etdiyi mənzilin onun vəsaiti hesabına alınmasına dair sübut olaraq iddiaçının öz izahatına və iş üzrə şahid qismində dindirilmiş Ruslan Abbasovun ifadəsinə əsaslanmışdır. X3 izahatından isə görünür ki, iddiaçı ona sahibliyində olan mənzilin satılması ilə bağlı tapşırıq vermiş, tapşırığı icra edərək mənzili satmış və müvafiq əldə olunmuş pulu iddiaçının həyat yoldaşı olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Belə olan halda məhkəmə cavabdehin ona hər hansı məbləğdə pul verilməməsi ilə bağlı etrazının olması nəzərə alınaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələb irəli sürməyən üçüncü şəxs olaraq işə cəlb edilməsinin mümkünlüyü müzakirə edilməli olmalı olduğu halda belə müzakirənin aparılması təmin olunmamışdır. Çünki şahid ifadəsində iddaçının mənzilin satılması ilə bağlı pulu məhz onun həyat yoldaşı olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verməsini göstərir, həmin şəxs tərəfindən isə pulun cavabdehə verilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmiş qalmışdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı şəxsən cavabdehə hər hansı məbləğdə pul verməmiş, mənzil satılan və yeni mənzil alınarkən ümumiyyətlə iddiaçı ölkədə olmamışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi ilkin olaraq tərəflər arasında hansı mülki münasibətin yaranmasını aydınlaşdırmalı və müvafiq əsasdan çıxış edərək mübahisəni həll etməli idi. İddia tələbinin qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə bağlı nəticəyə gəlməzdən əvvəl onlar arasında hansı öhdəliyin olmasını sübuta yetirilməlidir. İddiaçı göstərir ki, cavabdehə satılmış mənzilin vəsaiti hesabına ona mənzil alınması ilə bağlı tapşırıq vermiş, lakin cavabdeh tapşırığı icra etməmişdir. Belə olan halda tapşırıq müqaviləsindən doğan münasibətin olduğunu iddia edən tərəf bu halı sübuta yetirməyə borcludur. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Göstərilənlər baxımından belə nəticəyə gəlmək mümkündür ki, apellyasiya məhkəməsi işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışdır.

20. Məhkəmə kollegiyası hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 385.1, 386.1, 403.1, 431.1, 777, 782, 1087, 1090, 1091 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsi göstərir ki, guya cavabdeh Rusiya Federasiyasında yaşayır. Guya onun tərəfindən cavabdehə pul verilməmişdir. Pulu cavabdehə o verməmişdir. Onun satılmış evinin pulunu cavabdehə onun yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Həmin vaxtı o, Moskvada olduğu üçün pul Gəncə şəhərində ona ev alınmalı idi. Ev alınıb ancaq cavabdeh öz adına almışdır. Əgər cavabdeh öz pulu ilə ev alırdısa, o pulu yəni 70.000 manatı Rusiyadan Azərbaycana necə keçirib. Əgər pul həqiqətən onun puludursa “Asan Xidmət” mərkəzində yoldaşı ona verdiyi pul necə olub. Təəssüflər olsun ki, məhkəmə buna aydınlıq gətirmədən tələm-tələsik məhkəməni yekunlaşdırmışdır. Əgər cavabdehin kifayət qədər pulu varsa, həmin pulu Rusiyadan Azərbaycana necə keçirməsini sübut etsin. Göründüyü kimi, işə baxan məhkəmə onun iddiasını rədd edərkən tam, obyektiv araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun evi satılmışdır və Gəncədən ev alınmışdır. Evin satılması ilə bağlı məlumatı oğlu və Ruslana demişdir. Satılmış ev onun adına idi. Ev satılan zaman Moskvada xəstəxanada idi. Onu oraya müalicəyə aparmışdılar. O, evdə yaşayırdı. Evin satılması və yeni evin alınması ilə bağlı baş vermiş hadisələr qurulmuş iş idi. X6. Halhazırda Gəncə şəhərindəki evdə yaşayır. Əvvəllər qızı ilə münasibətləri yaxşı idi, mehriban idi amma hal-hazırda düşməndir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının Bakı şəhərində evi olmuşdur və oğlu 80.000 manata satmışdır. Ev 3 otaqlı ev idi. İddiaçı Moskvada xəstə olmuşdur və xəstəxanada idi. Ruslana bildirmişdir ki, evin satılmasında oğluna kömək etsin. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Ruslan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qardaşı oğludur. İddiaçı Ruslana evi satıb Gəncədən ev alınmasını demişdir. Ruslan pulu gətirib bibisinə vermişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının qızı Moskvadan gəlmişdir. İddiaçının qızı anasına bildirmişdir ki, sənədləri versin onlar həll elesin. Amma məlum olmuşdur ki, evi öz adına keçirmişdir. Sonra anası narazılıq edən zaman yalandan anasına etibarnamə vermişdir. Ruslan hüquqşünas idi ona görə də iddiaçı ona güvənirdi. Cavabdeh həmin vaxt Moskvadan gəlmişdir. X3 bildirmişdir ki, pul bibisində olmuşdur. Gəncədəki ev 72.000 manata alınmışdır. Etibarnamədə evin alqı-satqısı ilə bağlı heç nə əlavə edilməmişdir. Ruslan izahatında bildirmişdir ki, pul İddiaçı olmuşdur. Onlar iddia tələbində 72.000 manat tələb etmişlər, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh etibarnaməni həmin vaxt ləğv eləmişdir. Ruslan Abbasov ilə cavabdehin münasibətləri yaxşı olmuşdur. Yenidən iddia qaldırılmışdır və Goranboy Rayon Məhkəməsi bu işlə bağlı olaraq işi dayandırmışdır. Cavabdeh Gəncədəki evdəki işıqları və qazları kəsdirmişdir və iddiaçı qış ayında soyuqda qalmış, səhhətində ciddi problemlər yaranmışdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddianı qəbul etmirlər. Cavabdeh öz pulu ilə evi almışdır. Təsadüf olmuşdur. Pulun harada olduğunu bilmir. Pulun Azərbaycana necə gətirilməsini bilmir. Cavabdeh etibarnaməni anasına vermişdir. Evi Azərbaycana o vaxt gəldiyi üçün həmin vaxt almışdır.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar Bakı şəhərində yaşayırdı. İddiaçı xəstə olduğuna görə evi satmışdı ki, Gəncədən ev alıb köçsün. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı Rusiyadan etibarnamə vermişdir. 80.000 manata ev satılmış və pul Ruslanda qalmışdır. Bakıdakı ev İddiaçı adına idi. Onlar alqı-satqı edən zaman qızı gəlmişdir. Hadisələr baş verən zaman İddiaçı Rusiyada xəstəxanada idi. Qızı ilə birgə Asan Xidmətə getmişdir. O, əyləşdi və qızı şəxsiyyət vəsiqəsini alaraq ev sahibi ilə alqı-satqı etmişdir. Sonra ona bildirmişdir ki, ana bura imza çək və o da imzalamışdır. Dedi ki, alqı-satqı üçün lazımdır. Ruslan ona heç nə deməmişdir.

25. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, evin satılması ilə bağlı tarixlər tam yaddında deyil ola bilsin ki, tarixləri düzgün deyə bilmər. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1990-cı illərdən qalmış bir həyət evi var idi. Uzun müddət o evdə yaşayış yox idi. Son 4-5 il müddətində qərara gəldilər ki ev satılsın. Evin satılmasında, müştərinin tapılmasında, maklerlə danışıqları özləri, oğulları Namiq Həsənov iştirak etmişdir. Evin alqı-satqısında o, iştirak etmişdir. Bibisioğlu ali təhsilli deyildir, o, ali təhsilli olduğundan pulun alınmasında, pulun saxta olmamasından, hesablanmasında kömək üçün orada idi. Həm də Bakı şəhərində yaşayırdı bibisi demişdir ki, kömək et. Evin satılmasında o, orada idi. 82-83000 manata ev satıldı. Pulu o, alıcıdan aldı. Pul onda idi. Pul banka qoyulmadı, onda idi. İddiaçı evin satılmasını oğluna tapşırmışdı. Həmin vaxt İddiaçı Moskva şəhərində idi. Müalicə almaq üçün orda idi. Ev neçə il olardı ki, satışa qoyulmuşdur. Pulun alınması prosesində o, iştirak etmişdir. Pul onda qalmışdı. Pulu Tamara xanıma verməli idi, amma o Goranboy rayonunda qaldığı üçün pulu verə bilmədi. Oğulları isə Bakı şəhərində kirayələrdə qaldığı üçün ona da verə bilmədi. Pul onda qaldı. Bibisigilin əvvəl niyyəti Bakı şəhərində ev almaq idi, amma evlərin qiyməti yüksək olduğundan Gəncə şəhərində ev almaq qərarına gəldilər. Bibisi ona zəng etmişdi ki, pulu gətir ona ver. O, Bakı şəhərindən gəldi Gəncə şəhərindəki Asan Xidmətə və o zaman bibisi yanında qızını Cavabdeh gördü. Soruşdu Nahidə sən nə yaxşı buradasan ona dedi ki, anasına evin tapılmasında, alınmasında kömək üçün buradadır. Evin qiyməti 72.000 manat idi o, isə Bakıdan özü ilə 70.000 manat gətirmişdi. Bibisi 2000 manatı özü düzəltmişdi. Evin alqı-satqısı zamanı evin kimin adına rəsmiləşdiriləcək deyilən zaman Cavabdeh dedi ki onun adına rəsmiləşdiriləcək. O, bibisindən soruşdu ki, bibi “qızın adına ev mi rəsmiləşdirilər?” Bibisi heç nə deyə bilmədi. O da təəccüblənmişdi. Cavabdeh özü təşəbüsü irəli sürmüşdü. Bakıdakı evin satqısından makler ona 70.000 manat vermişdir. Sonrada bildi ki, evi 80.000 manatdan baha satmışdır. Bibisi narazı idi. Bibisi öz pul qabından 2000 manatı çıxardıb pulu düzəltmişdir. Bibisi çarəsiz idi. Nə etiraz etmədi nə də qəbul etmədi. Bibisinə demişdi ki, etibarnamə al heç olmasa. O, təşəbbüs irəli sürdü ki, etibarnamə al amma ondan sonraki prosesi bilmir. Cavabdeh ona demişdir ki, evin tapılmasında, baxılmasında, görünüşünə baxmaq üçün gəlibdir. Amma ona alqı-satqı zamanı demişdir ki, evi onun adına rəsmiləşdirin. Cavabdeh 15 il kirayədə yaşamışdır. Rusiyada son 5 il olar Rusiya vətəndaşlığı almışdır. Ondan sonra Rusiyada ipotekaya ev götürmüşdür. İddiaçı Bakı şəhərindəki evin puluna Gəncə şəhərindəki ev alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.

29. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

32. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

33. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

34. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

51. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

53. Məhkəmə kollegiyası ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının əsaslandırıcı hissəsində şərh edilən hüquqi mövqeyini nəzərə almaqla, qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh hazırda ölkə xaricindədir. Məhkəmə kollegiyasının iclasında onun nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu onun təmsilçisi qismində iştirak etmiş və izahat verərək göstərmişdir ki, iddianı qəbul etmirlər. Cavabdeh evi öz pulu ilə satın almışdır. Evi Azərbaycana o vaxt gəldiyi üçün həmin vaxt almışdır. Pulun Azərbaycana necə gətirilməsini və haradan əldə edilməsini bilmir.

54. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı iddiada göstərdiyi vəsaitin mövcud olması, həmin vəsaitin ona məxsus olması, bu vəsaitin cavabdehə verilməsini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsinin olmamasına istinad etmişdir. Lakin kollegiya işə baxan məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır.

55. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı, tərəflərin izahatları və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə cavabdeh Cavabdeh tərəfindən Gəncə şəhərində Məhrəsə bağı ev 4, mənzil 5-in alınması üçün ödənilən 70.000 manat vəsaitin iddiaçıya məxsus olması şahid ifadəsi ilə təsdiqini tapmışdır.

56. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, evin satılması ilə bağlı tarixlər tam yaddında deyil ola bilsin ki, tarixləri düzgün deyə bilmər. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1990-cı illərdən qalmış bir həyət evi var idi. Uzun müddət o evdə yaşayış yox idi. Son 4-5 il müddətində qərara gəldilər ki ev satılsın. Evin satılmasında, müştərinin tapılmasında, maklerlə danışıqları özləri, oğulları Namiq Həsənov iştirak etmişdir. Evin alqı-satqısında o, iştirak etmişdir. Bibisioğlu ali təhsilli deyildir, o, ali təhsilli olduğundan pulun alınmasında, pulun saxta olmamasından, hesablanmasında kömək üçün orada idi. Həm də Bakı şəhərində yaşayırdı bibisi demişdir ki, kömək et. Evin satılmasında o, orada idi. 82-83000 manata ev satıldı. Pulu o, alıcıdan aldı. Pul onda idi. Pul banka qoyulmadı, onda idi. İddiaçı evin satılmasını oğluna tapşırmışdı. Həmin vaxt İddiaçı Moskva şəhərində idi. Müalicə almaq üçün orda idi. Ev neçə il olardı ki, satışa qoyulmuşdur. Pulun alınması prosesində o, iştirak etmişdir. Pul onda qalmışdı. Pulu Tamara xanıma verməli idi, amma o Goranboy rayonunda qaldığı üçün pulu verə bilmədi. Oğulları isə Bakı şəhərində kirayələrdə qaldığı üçün ona da verə bilmədi. Pul onda qaldı. Bibisigilin əvvəl niyyəti Bakı şəhərində ev almaq idi, amma evlərin qiyməti yüksək olduğundan Gəncə şəhərində ev almaq qərarına gəldilər. Bibisi ona zəng etmişdi ki, pulu gətir ona ver. O, Bakı şəhərindən gəldi Gəncə şəhərindəki Asan Xidmətə və o zaman bibisi yanında qızını Cavabdeh gördü. Soruşdu Nahidə sən nə yaxşı buradasan ona dedi ki, anasına evin tapılmasında, alınmasında kömək üçün buradadır. Evin qiyməti 72.000 manat idi o, isə Bakıdan özü ilə 70.000 manat gətirmişdi. Bibisi 2000 manatı özü düzəltmişdi. Evin alqı-satqısı zamanı evin kimin adına rəsmiləşdiriləcək deyilən zaman Cavabdeh dedi ki onun adına rəsmiləşdiriləcək. O, bibisindən soruşdu ki, bibi “qızın adına ev mi rəsmiləşdirilər?” Bibisi heç nə deyə bilmədi. O da təəccüblənmişdi. Cavabdeh özü təşəbüsü irəli sürmüşdü. Bakıdakı evin satqısından makler ona 70.000 manat vermişdir. Sonrada bildiki, evi 80.000 manatdan baha satmışdır. Bibisi narazı idi. Bibisi öz pul qabından 2000 manatı çıxardıb pulu düzəltmişdir. Bibisi çarəsiz idi. Nə etiraz etmədi nə də qəbul etmədi. Bibisinə demişdi ki, etibarnamə al heç olmasa. O, təşəbbüs irəli sürdü ki, etibarnamə al amma ondan sonraki prosesi bilmir. Cavabdeh ona demişdir ki, evin tapılmasında, baxılmasında, görünüşünə baxmaq üçün gəlibdir. Amma ona alqı-satqı zamanı demişdir ki, evi onun adına rəsmiləşdirin. Cavabdeh 15 il kirayədə yaşamışdır. Rusiyada son 5 il olar Rusiya vətəndaşlığı almışdır. Ondan sonra Rusiyada ipotekaya ev götürmüşdür. İddiaçı Bakı şəhərindəki evin puluna Gəncə şəhərindəki ev alınmışdır.

57. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyini nəzərə alaraq, iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı İddiaçı arvadıdır. Həmçinin, şahid qismində dindirilən Ruslan Abbasov onun qardaşının oğludur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti olan mənzilin alqı-satqı prosessində şəxsən iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, onlar Bakı şəhərində yaşayırdı. İddiaçı xəstə olduğuna görə evi satmışdı ki, Gəncədən ev alıb köçsün. İddiaçı Rusiyadan etibarnamə vermişdir. 80.000 manata ev satılmış və pul Ruslanda qalmışdır. Bakıdakı ev İddiaçı adına idi. Onlar alqı-satqı edən zaman qızı gəlmişdir. Hadisələr baş verən zaman İddiaçı Rusiyada xəstəxanada idi. Qızı ilə birgə Asan Xidmətə getmişdir. O, əyləşdi və qızı şəxsiyyət vəsiqəsini alaraq ev sahibi ilə alqı-satqı etmişdir. Sonra ona bildirmişdir ki, ana bura imza çək və o da imzalamışdır. Dedi ki, alqı-satqı üçün lazımdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2023-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev *** nömrəli mənzili X1 (iddiaçının oğlu) mənzili alan şəxs olan X2 80.000 manata satmışdır. ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 şəhəri, Nizami rayonu, Məhrəsə bağı ev 4, mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 73.8 kv.m olan 3 otaqlı mənzili Cavabdeh 70.000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil (yeni qaydalarla: AZ 2007, ünvan 22, m3) hazırda Cavabdeh tam mülkiyyətindədir.

59. İddiaçı tərəfin mənzilin alınması üçün 70.000 manatın haradan əldə edilməsi müəyyən edilsə də, Cavabdeh tərəfindən həmin pulun haradan əldə edilməsinə onun nümayəndəsi (vəkil) tərəfindən aydınlıq gətirilə bilməmiş, kollegiya bu barədə araşdırma aparmış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş ##.##.2026cı il tarixli, *-**/*-******/**** saylı məktubdan görünür ki, Cavabdeh (FİN: *******) tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr ərzində hər hansı pulun (valyutanın) Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması barədə Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat mövcud olmamışdır.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi iddiaçının pulu Ruslana verməsini, cavabdehə heç bir pul verməməsini qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya məxsus Bakı şəhərində yerləşən evin satılmasından əldə edilmiş pulun saxlanması üçün Ruslan adlı şəxsə verilməsi, sonra Gəncə şəhərində ev almaq istəyərkən isə aparıb iddiaçının arvadına verməsi təsdiqini tapmışdır. Evin alınması üçün ödənilmiş vəsaitin cavabdehin özünə məxsus olması və iddiaçının ona pul vermədiyini bildirməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh həmin evi məhz öz vəsaiti hesabına almasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız izahatında qeyd etməklə kifayətlənmişdir.

61. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Konstitusiya Məhkəməsi Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı cavabdehə satılmış mənzilin vəsaiti hesabına ona mənzil alınması ilə bağlı tapşırıq vermiş, lakin cavabdeh tapşırığı icra etməmişdir. Belə olan halda tapşırıq müqaviləsindən doğan münasibətin olduğunu iddia edən tərəf bu halı sübuta yetirməyə borcludur. Tərəflərin izahatları və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı özü Rusiya Federasiyasında olarkən Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev *** nömrəli mənzili oğlunun vasitəsi ilə (X1, iddiaçının oğlu) mənzili alan şəxs olan X2 80.000 manata satmışdır. Həmin vaxt arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qardaşı oğlu Ruslan Abbasov da orada olmuş və əldə edilən pul Ruslan Abbasovda saxlanılmışdır ki, Gəncə şəhərində yeni mənzil alınsın. Gəncə şəhərində yeni mənzilin alınması zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Ruslan Abbasov, həmçinin cavabdeh Cavabdeh iştirak etmişdir. Cavabdeh Cavabdeh həmin vaxt orada olmasının səbəbi məhz atası, iddiaçı İddiaçı ev almasında iştirak etməsi olmuşdur. Lakin cavabdeh Cavabdeh ona olan etibardan sui-istifadə edərək, həmin mənzili iddiaçı üçün deyil, məhz özü üçün əldə etmişdir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

63. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 70.000 (yetmiş) manat məbləğində pul tutularaq, iddiaçı İddiaçı verilsin. İddia qismən təmin edildiyindən ödənilmiş 306 manat dövlət rüsumunun 300 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar