Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1077/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” MMC-nə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, məhkəmə aidiyyəti) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” MMC-nə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC qiymətləndirmə şirkəti tərəfindən Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küəsində yerləşən ** saylı evin ** saylı, 5 otaqlı, sahəsi 97,48 kvm. olan mənzilinə dair verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2026-cı il tarixli AS**-***/** saylı ekspert rəyinin etibarsız hesab edilməsi və həmin mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçılar iddia ərizəsində göstərmişlər ki, icra məmuru mənzilin məhkəmə qətnaməsində müəyyən edilmiş 164.700 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması istiqamətində icra hərəkətləri həyata keçirir. Onların fikrincə, hazırda həmin mənzilin bazar dəyəri təxminən 240.000–260.000 manat təşkil etdiyindən, məhkəmə qətnaməsinin əsaslandığı «xxxx» MMC-nin ##.##.2026-cı il tarixli, AS**-***/** nömrəli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyində göstərilən 164.700 manat məbləği əmlakın real bazar dəyərini əks etdirmir.
3. Iddiaçılar hesab edirlər ki, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə MMCnin fəaliyyəti sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmiş, bu səbəbdən həmin ekspert rəyi qanunsuz və əsassızdır. Bununla əlaqədar onlar «xxxx» MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı, 5 otaqlı, ümumi sahəsi 97,48 kv.m olan mənzilə dair verilmiş ##.##.2026-cı il tarixli, AS**-***/** nömrəli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və həmin mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Sübutlar:
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinin ilkin satış qiyməti 164.700 manat müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin isə ümumi paylı mülkiyyət iştirakçıları X1 (5/8 pay), X2 (1/8 pay), iddiaçı1 (1/8 pay) və iddiaçı2 (1/8 pay) arasında onların paylarına uyğun bölüşdürülməsi qət edilmişdir.
5. Qətnamə əsasında verilmiş ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı icra vərəqəsi Xətai Rayon Icra Şöbəsinin icraatına qəbul edilmiş, böyük icra məmuru X5 tərəfindən ##.##.2026-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən (hakim Sabir Qəniyev) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsluyyətli Cəmiyyətinə qarşı mütəxəssis rəyinin ləğvi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən ##.##.2026-cı il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi:619420774872) ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmşdır.
7. Iddiaçı iddiaçı2 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən (hakim Sabir Qəniyev) Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır, çünki məhkəmə işin faktiki hallarını tam araşdırmamış və irəli sürülən tələbin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, "xxxx" MMCnin ##.##.2026-cı il tarixli, AS**-***/** nömrəli qiymətləndirmə rəyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı mülki işi üzrə sübut kimi qiymətləndirilmiş və həmin iş üzrə ##.##.2026-cı il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə bu əsasla hesab etmişdir ki, hazırkı tələb qanuni qüvvəyə minmiş qətnamənin dolayı yolla yenidən mübahisələndirilməsinə yönəlmişdir. Lakin bu nəticə işin faktiki hallarına uyğun deyildir. Iddiaçıların tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi ilə bağlı deyil. Tələb yalnız icra mərhələsində mənzilin bazar dəyərinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yenidən qiymətləndirmənin aparılmasına yönəlmişdir. *(***)-***/**** saylı işə baxılarkən məhkəmə tərəfindən tərəflərdən əsasən kompensasiya məbləği ilə bağlı izahat alınmış, mənzilin qiymətləndirilməsi məsələsi ətraflı müzakirə edilməmişdir. Iddiaçıların mənzilin qiymətləndirilməsi barədə məlumatı olmamış və bu məsələ ilə bağlı mövqelərini bildirmək imkanı təmin edilməmişdir. Bundan əlavə, ##.##.2026-cı il tarixli qətnamədə iddiaçılara mənzilin satış qiymətinin dəyişməsi halında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Iddiaçılar da məhz həmin hüquqdan istifadə edərək mənzilin hazırkı bazar dəyərinə uyğun yenidən qiymətləndirilməsini tələb etmişlər. Iddiaçılar tərəfindən mənzilin dəyərinin əhəmiyyətli dərəcədə dəyişməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin halları və sübutları araşdırmadan, iddia ərizəsinin mahiyyətini düzgün qiymətləndirmədən iddia ərizəsinin qəbulundan imtina etmişdir. Beləliklə, məhkəmə irəli sürülən tələbin hüquqi əsasını düzgün müəyyən etməmiş, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, Iş № *(5-105)- 3665/2026 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsluyyətli Cəmiyyətinə qarşı mütəxəssis rəyinin ləğvi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən ##.##.2026-cı il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: 619420774872) ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmşdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibinin ## #### 2022-ci il tarixli, № **/**** qərardadında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alır. Həmin qərardadın 45 və 46-cı bəndlərində göstərilmişdir ki, işdə iştirak edən şəxs mübahisənin baxıldığı icraat çərçivəsində malik olduğu prosessual hüquqlardan, o cümlədən etiraz vermək, dəlillər və sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək, habelə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüququndan istifadə etməli, həmin hüquqlardan istifadə etmədən sonradan ayrıca icraatda eyni hüquqi nəticəyə nail olmağa yönəlmiş müstəqil iddia qaldırmamalıdır. Əks yanaşma prosessual qənaət və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Həmin qərardadın 50-ci bəndində vurğulanmışdır ki, müəyyən hüquqi fakta artıq məhkəmə tərəfindən qiymət verildiyi halda, sonradan həmin məsələyə dair ayrıca icraatda yenidən qiymət verilməsi əvvəlki məhkəmə aktının preyudisial əhəmiyyətini aradan qaldırır və hüquqi müəyyənlik prinsipini pozur. 51-ci bənddə isə işdə iştirak etmiş şəxslər tərəfindən əvvəlki məhkəmə icraatında hüquqi qiymət verilmiş məsələnin sonradan ayrıca icraatda yenidən mübahisələndirilməsinin yolverilməz olduğu göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş hüququn analogiyası prinsipinə uyğun olaraq, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibinin qeyd olunan qərardadında ifadə edilmiş hüquqi mövqenin hazırkı mübahisəyə analogiya üzrə tətbiqi mümkündür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən «xxxx» MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı mülki işi üzrə sübut qismində tədqiq edilmiş, həmin sübuta hüquqi qiymət verilərək qanuni qüvvəyə minmiş qətnamə qəbul edilmişdir. Iddiaçının həmin rəyi ayrıca iddia qaydasında etibarsız hesab etdirmək və yeni qiymətləndirmə aparılmasını tələb etmək istəyi mahiyyət etibarilə əvvəlki məhkəmə aktının əsaslandığı sübutun yenidən qiymətləndirilməsinə və bunun vasitəsilə qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticələrinin dəyişdirilməsinə yönəlmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, qeyd olunan hüquqi mövqe hazırkı mübahisəyə də şamil edilməli və hüquqi müəyyənlik (res judicata) prinsipinin təmin olunması baxımından, iddianın Abşeron rayonunda baxılması Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddələrinə əsasən qeyri-mümkündür. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq şikayət vermişdir. Kollegiya şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.