Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-121/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı (Maraqlı şəxs1 cəlb edilməklə) alqı-satqının bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı alqı-satqının bağlanmış hesab edilməsini və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-909/2025 saylı, xx.xx.2025 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 58/2004 nömrəli qərardadı ləğv edilərək, mülki iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1397/2025 saylı, xx.xx.2025 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 58/2004 nömrəli qərardadı ləğv edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Nigar Xəlilova). Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin hansısa hallarda başqa cür hesablanmasına dair (məs: əgər prosesdə şikayət verən tərəfin nümayəndəsi iştirak etmişsə yaxud proses iştirakçılarına qətnamə elan olunmuşsa, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi və s.) qanunvericilikdə başqa göstəriş yoxdur. Əksinə, apellyasiya şikayəti vermə müddətinin qətnamənin rəsmi qaydada verildiyi andan hesablanmasına dair qanunda düzünə göstəriş vardır. Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü tarixli, 2-58 2004 saylı qətnaməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə 11 fevral 2025-ci il tarixində Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-58/ 2004 nömrəli məktubu və poçt zərfində daxil olmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumatları olmamışdır və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır. Apellyasiya şikayəti isə 06 mart 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi ilə verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü tarixli, 2-58 2004 saylı qətnaməsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi (rəsmi qaydada verilməsini) və alınmasını sübut edən heç bir məlumat, sənədə istinad yoxdur. Quba Rayon Məhkəməsinin qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə apellyasiya şikayətinin müddəti nəinki hansısa səbəbdən buraxılmışdır, əksinə ümumiyyətlə müddətin buraxılması halı mövcud deyildir-apelyasiya şikayəti vaxtında verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 58/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan qətnamədən görünür ki, Quba Rayon Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı qanun üzrə vərəsəsi X1 Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsini icra edilməsi üçün 2004-cü ildə Quba Rayon Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə təqdim edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən xx.xx.2025-ci il tarixdə, yəni qətnamənin surətini rəsmi qaydada aldığı vaxtdan 01 ay keçdikdən sonra apellyasiya şikayət vermişdir. Bununla da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Qeyd olunan Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-121/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-121/2026
04.02.2026 · Müqavilələrin bağlanması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver