Məhkəmə qərarları › İş №2(3-8)-14/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-14/2026

03.04.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Sair öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-14/2026 03.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və X6 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi vəkil1, cavabdehin vəkili və nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini, o cümlədən ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsini (4Ə-*** reyestr nömrəli müqavilə) ##.##.2023cü il tarixdə qızı – Cavabdeh bağışlamışdır.

2. Daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ona verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin cavabdeh Cavabdeh sahibliyindən götürülməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yuxarıda sadalanan əmlakların cavabdehə bağışlamamışdan əvvəl onlar razılığa gəlmişlər ki, o, Türkiyə Respublikasına köçdüyündən və başqa heç kimə etibar etmədiyindən bu əmlakları cavabdehin adına keçirir və istədiyi vaxt Azərbaycana qayıtdığında əmlaklardan istifadə edəcək və onun maddi ehtiyacı yarandığı zaman cavabdeh həmin ona bağışladığı əmlakların hesabına maddi ehtiyacını qarşılayacağını demiş, cavabdeh onu buna inandırmışdır. Bundan əlavə onun vəsaiti hesabına cavabdehə əlavə əmlaklar da alınmış və hal-hazırda mülkiyyətindədir. Lakin o, ##.##.2024-cü ildə Bakıya qayıtdığında həmin əmlaklara getmək istəyəndə və özünə məxsus şəxsi əşyaları götürmək istəyəndə məlum olmuşdur ki, cavabdeh bağların və digər əmlakların açarlarını dəyişdirib və ona oraya daxil olmağına icazə vermir və heç nəyi geri qaytarmır. Onun maddi ehtiyacı olduğundan cavabdehə ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi satılmalı olduğunu ilə bağlı xəbər göndərmişdir. Lakin cavabdeh bundan sonra onun barəsində üçüncü şəxslərin yanında təhqiramiz ifadələr istifadə edərək onu təhqir edərək, bunu etməkdən imtina etmiş və onların razılaşmasını pozmuşdur. Bunun nəticəsi olaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi əsassız olaraq icra etməkdən imtina edərək razılaşmalarını pozmuşdur və bunun ilə onu maddi və mənəvi cəhətdən çıxılmaz vəziyyətə qoymuşdur. O, cavabdehə bununla bağlı bildiriş də göndərmiş, lakin nəticəsiz olmuşdur.

5. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsindən görünür ki, qeyd olunan mübahisəli əmlak İddiaçı Mikayıl oğlu tərəfindən Cavabdeh, özünün iradə ifadəsinə uyğun, təmənnasız olaraq və hər hansı bir qeyri-şərt olmadan bağışlanmış, iddiaçının, əmlakın gələcəkdə ehtiyac üzündən satılmasına dair razılıq barəsində şərtlər qeyd olunan müqavilədə öz əksini tapmamışdır. Halbuki, həmin razılaşmanın müqavilədə əks olunmasına dair hər hansı bir maneə müəyyən olunmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qismində çıxış edən şahid3 və X1 tərəfindən bildirilsə də, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olmuşdur ki, şahid3 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonra da onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Xaliq Elnur da Fəridin tövsiyyəsinə əsasən İddiaçı hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində - İddiaçı bağın qaytarılması ilə bağlı tövsiyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının - İddiaçı maraqları ilə üst-üstə düşməsi, onların maddi ehtiyaclarının İddiaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən şahid şahid2 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da iddia ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Tərəflər arasında bağlanmış, ##.##.2023-cü il tarixli Bakı şəhəri ** saylı Notariat ofisində 4Ə-*** reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Mülki Məcəllədə nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də, qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlamasına dair müqavilə cavabdeh Cavabdeh münasibətdə iddiaçı İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməymiş və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarına əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyil. İddia əsassız olduğundan rədd edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış, 4Ə-*** reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsi cavabdeh Cavabdeh sahibliyindən götürülməklə iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması işdə olan sübutlarla, o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin bu barədə izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi növbəti iclaslarda verdiyi izahatı nisbətən dəyişsə də, ##.##.2024cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçının evə buraxılmadığını təsdiq etmiş, lakin bunun cavabdeh tərəfindən yox, onun anası, yəni iddiaçının həyat yoldaşı tərəfindən edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilən iki şahid ifadələrində iddiaçının bağ evinə buraxılmadığını təsdiq etmiş, bununla bağlı iddiaçının həmin vaxt oteldə qaldığını bildirmişdir.

8. Məhkəmə cavabdeh tərəfin şahidlər şahid1 və şahid3 iddiaçının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə etirazının dəlilləri ilə razılaşmamışdır. Belə ki, iş materiallarından görünmüşdür ki, həmin şəxslər həm iddiaçı İddiaçı, həm də cavabdeh Cavabdeh uzun müddət etibar etdiyi, bütün əmlaklarına sərəncam verilməsinə dair etibarnamə verdiyi şəxslər olmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam hüquqlarına sahib olan cavabdehin bağ sahəsinin açarının dəyişdirilməsi barədə təşəbbüsü və məlumatı olmuşdur. Buna baxmayaraq cavabdeh həmin əmlakları ona bağışlayan atasına bu barədə məlumat verməmiş, o cümlədən onun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşmaqla ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur.

10. Eyni zamanda məhkəmə iclasında verdiyi izahatında cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığını, onun barəsində hər hansı məlumatı olmadığını bildirmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etmişdir. Cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verənə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal münasibət saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

13. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

14. Eyni zamanda məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin ləğv edilməsi mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və Cavabdeh verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün də əsasdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 424, 666, 673cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi əsasız və qeyri-obyektiv olduğundan, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılaraq hüquqi qiymət verilmədiyindən dəyişdirilməlidir. İddiaçı tərəfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qismində çıxış edən şahid3 və Elnur Xaliq tərəfindən bildirilsə də, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olmuşdur ki, şahid3 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonrada onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Elnur Xaliq də Fəridin tövsiyəsinə əsasən İddiaçı hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində İddiaçı bağın qaytarılması ilə bağlı tövsiyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının İddiaçı maraqları ilə üst-üstə düşməsi, onların maddi ehtiyaclarının İddiaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən şahid şahid2 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da iddia ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış, ##.##.2023-cü il tarixli Bakı şəhəri ** saylı Notariat ofisində 4Ə-*** reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və onun Mülki Məcəllədə nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlanmasına dair müqavilə cavabdeh Cavabdeh münasibətdə iddiaçı İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməyib və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməyib. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarına əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyil. Müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçının, bağ evinə daxil olmasına məhdudiyyətlərin yaratması və bununla da ailə münasibətlərinin kobudcasına pozulması kimi səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən, əvvəllər atasının tövsiyəsinə əsasən etibarnamə verdiyi şahidlər Elnur və Fəridin verdiyi ifadələrin mötəbər olması barədə səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə heç bir maraqları olmayan şahid şahid2 bağın açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan mühafizə otağı ilə bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərilməsi barədə hallara hüquqi qiymət verməmişdir. Yalnız mühafizəçi otaqlarının açarlarının dəyişdirilməsi nəzərə alınmamışdır. İddia ərizəsində göstərilən hallar və əsaslar işin nəticəsinə uyğun deyildir. İddiaçının nümayəndəsi vəkil1 verdiyi izahat və orada qeyd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması nəticəsində yaşlı və səhhətində problemlər olan iddiaçının həmin vaxt Merida Hoteldə qaldığı işdə olan sübutlarla (səhifə 63), o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin (##.##.2024-cü il tarixli məhkəmə iclası) izahatı ilə öz təsdiqini tapdığından, eləcə də cavabdeh Cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığı, ondan məlumatsız olması, habelə bağışlanmış əmlakın (bağ sahəsinin) açarlarının dəyişdirilməsi barədə təşəbbüskar və məlumatı olması, lakin həmin əmlakı ona bağışlayan atasını məlumatlandırmaması, o cümlədən sonuncunun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşması ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi qiymətləndirməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

20. Bununla yanaşı iş üzrə dindirilmiş şahidlərin iddiaçının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə cavabdehin etirazının dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid maddihüquqi münasibətlərin subyekti olmadığından, işdə iştirak edən digər şəxslərdən fərqli olaraq, işin nəticəsində marağı olmayan, lakin işə aid olan hallar barəsində hər hansı məlumata malik olan və işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Ümumi qaydaya görə, iş üçün əhəmiyyət kəsb edən hər hansı hallar barəsində bilavasitə məlumatlı olan şəxslər şahid kimi çağırılırlar. Şahidin tərəflərdən biri və hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və s. marağı olması onu şahid qismində cəlb etmək üçün maneçilik yaratmır. İşdən göründüyü kimi həmin şəxslər uzun müddət etibarnamə əsasında hər iki tərəfi bütün əmlakları ilə bağlı təmsil etmişlər. Belə olan halda məhkəmə haqlı olaraq cavabdehin bu dəlili ilə razılaşmamışdır. Digər şahid şahid2 ifadəsinə məhkəmənin qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədə ümumilikdə bütün şahid ifadələrinə qiymət verildiyindən şikayətin bu dəlili əsassızdır.

21. İddiaçının nümayəndəsi vəkil1 verdiyi izahat və orada qeyd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil etməsi və cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmuşdur ki, cavabdeh bu uyğunsuzluğun nədən ibarət olmasını kifayət qədər əsaslandırmamış, eləcə də nümayəndəsinin izahatının təhrif olunduğu əsas gətirsə də məhkəmə iclas protokoluna MPMin 273-cü maddəsinin tələbi baxımından qeydlər verməmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etsə də, cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verən atasına qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir.

23. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal ailə münasibətləri saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

24. İddia tələbinin mülkiyyətə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış bağışlama müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə tərəfindən ləğv edildiyindən, iddia tələbini bu hissədə də təmin etməklə məhkəmə haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 424, 666, 673-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Vüsalə Baxışova və Zəki Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

28. Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2024-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

29. Göründüyü kimi, əvvəla, ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr, qeyri-müəyyən və ya subyektiv qiymətləndirmələrə görə “məqsədəuyğun” sayılan vəzifələri deyil, məhz ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı konkret vəzifələri ehtiva edir. Odur ki, bu cür pozuntuya istinad edən məhkəmə, pozulan vəzifənin konkret olaraq hansı normadan irəli gəldiyini, hədiyyə alan tərəfindən bu vəzifənin necə pozulduğunu aydın şəkildə izah etməlidir.

30. İkincisi, ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifənin pozuntusunun təsbit edilməsi faktı bağışlamaqdan imtina edilməsi üçün kifayət deyil. Qanunda düzünə göstərilmişdir ki, pozuntunun kobud olması da müəyyən edilməlidir. Mübahisə halında pozuntunun kobudluğunu qiymələndirmək və bu xüsusda qənaətə gəlmək hər bir işin konkret hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxılmışdır. Lakin bu zaman məhkəmə, formal və işin həqiqi haları ilə uzlaşmayan subyektiv qiymətləndirmədən çıxış etməməli, obyektiv bir dəyərləndirmə aparmalıdır. Bu dəyərləndirmə nəticəsində məhkəmə, hədiyyə alanın hərəkət və ya hərəkətsizliyinin hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıtdığı nəticəsinə əminliklə gələ bilməlidir.

31. Lakin hazırkı işdə iddiaçının bildirdiyi hallardan yalnız cavabdehin ona bağa daxil olmağa icazə verməməsinin, əlavə olaraq cavabdehin iddiaçı ilə ünsiyyət saxlamamasının hansı meyarlar əsasında Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayılması məhkəmələr tərəfindən əsaslandırılmamışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının qızı olan cavabdeh çoxsaylı əmlaklar əvəzsiz qaydada mülkiyyətinə keçirildikdən sonra formal bir bəhanə ilə (atasının digər xanımla ailə qurmasını guya 2023-cü ilin dekabr ayında bilməsini və bunu özünə təhqir kimi qəbul etməsini) atası ilə faktiki ailə münasibətlərini pozmuş, uzun müddət valideyni ilə hər hansı formada əlaqə saxlamamış, onunla maraqlanmamış, ona baş çəkməmiş, hətta atası Bakıya gəldiyi zaman onu öz evinə belə buraxmamış və barışmaq üçün hər hansı səy belə göstərməmişdir. İddiaçı 70 yaşındadır, dəfələrlə ürək-damar cərrahi əməliyyatlar keçirmiş, səhhəti davamlı tibbi nəzarət tələb edən şəxsdir. Belə bir vəziyyətdə valideynə qarşı sistemli laqeydlik artıq sırf mənəvi məsələ deyil, ailə hüquq münasibətlərinin mahiyyətinə toxunan ciddi hüquqi pozuntu kimi qiymətləndirilməlidir. Bununla yanaşı, cavabdehin davranışları yalnız laqeydliklə məhdudlaşmamışdır. O, valideynini və onun övladını təhqir etmiş, alçaldıcı ifadələr işlətmiş, habelə İddiaçı əvvəlki işlədiyi yerin rəhbərliyinə şikayətlər ünvanlamaqla onun sosial reputasiyasına və şəxsi nüfuzuna xələl gətirməyə yönəlmiş məqsədli hərəkətlər etmişdir. Bu cür davranışlar hüquqi baxımdan epizodik deyil, ailə münasibətlərini qəsdən sarsıtmağa yönəlmiş, davamlı və destruktiv xarakter daşıyan hərəkətlərdir. Bu davranışların ailə münasibətlərini faktiki olaraq bərpaolunmaz vəziyyətə gətirdiyi aydın görünür. Qeyd olunmalıdır ki, hazırki işə baxarkən Konstitusiyanın 17-ci maddəsindən irəli gələn dövlətin və məhkəmələrin ailə münasibətlərinə dair pozitiv öhdəlikləri nəzərə alınmalıdır. Yaşlı və ağır xəstə valideynə qarşı sistemli laqeydlik, təhqir və sosial nüfuzdan salma hallarında məhkəmənin passiv mövqeyi ailə münasibətlərinin faktiki dağıdılmasına hüquqi legitimlik verilməsi anlamına gəlir ki, bu da Konstitusiyanın ruhu ilə uzlaşmır. İddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etsə də, cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verən atasına qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (ailə münasibətlərinin qəsdən pozulması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması, hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, üçüncü şəxsin yanında onu nalayiq ifadələrlə təhqir etməsi, hədələməsi və s.) yol vermiş, bununla da cavabdehin bu hərəkətləri bağışlamanın motivini aradan qaldırmış və iddiaçının bağışlamadan imtinası üçün tam əsaslı şərait yaratmışdır. Birinci instansiya məhkəməsindən başlayaraq bütün proses boyu cavabdeh tərəf bağışlamanın hər hansı öhdəliklə şərtləndirilmədiyini, çünki müqavilədə və ya müqavilə tərəflərinin şifahi danışıqlarında belə bir şərtin müəyyən olunmadığını bildirməklə, bu faktı etiraf etməkdən çəkinsələr də, İddiaçı məhkəməyə təqdim etdiyi Cavabdeh səs yazılarından müəyyən olunur ki, həqiqətəndə tərəflər arasında belə bir şərt olmuş və lazım olduqda ona bağışlanmış bütün əmlakları geri qaytaracağına razılıq verəcəyinə dair Cavabdeh öhdəlik götürmüşdür. İşin bu halları şahid ifadələri ilə də təsdiq edilmiş, lakin iş materiallarına təqdim edilmiş səs yazıları şahid ifadələrin düzgünlüyünü və mötəbərliyini bir daha təsdiq etmişdir. Bütün yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbinin faktiki əsasını təşkil edən hallar (bağışlamanın şərtli olduğunu, şərtin cavabdeh tərəfindən pozulması, iddiaçının təhqir olunması, iddiaçının evə buraxılmaması) iş materiallarında olan sübutlarla öz təsdiqini tapmış, iddia tələbi qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

35. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

36. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

37. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

39. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

40. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

45. Maddə 673.1.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

50. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

53. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

55. Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ (...) 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

56. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

57. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

60. Baxılan işdə iddiaçının tələbi mahiyyəti etibarilə mübahisəli torpağa dair daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması və bununla da əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlıdır.

61. Bu tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 141-ci və 157.2-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu halda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

62. Bu xarakterli mübahisəyə baxılarkən məhkəmə mötəbərliyinə etiraz edilən qeydin hüquqi səbəbini təşkil edən əqdin hüquqi qüvvəsini yoxlamalıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində əsas götürülən səbəbə bağlılıq prinsipinə görə, əgər qeydiyyatın hüquqi səbəbi etibarsızdırsa və ya ləğv edilmişdirsə, həmin qeydiyyatın həqiqi hüquqi vəziyyətə uyğun olmadığı təsbit edilir və reyestrdə müvafiq düzəliş aparılır.

63. Hazırkı işdə iddiaçı, cavabdehin adına olan reyestr qeydinin ləğv edilməsi tələbinin əsası kimi bu qeydiyyatın aparılmasına səbəb olmuş bağışlama müqaviləsinin sonradan ləğv edildiyini göstərir. İddiaçının dəlillərindən belə görünür ki, o, bağışlamaqdan imtina etmişdir.

64. Cavabdeh isə buna etiraz edərək iddianın təmin edilməsi üçün qanuni əsasların olmadığını bildirir.

65. Belə olan halda hədiyyə vermiş şəxsin bağışlamaqdan imtinasının əsaslı olubolmaması, yəni bu barədə iradə bəyanının hüquqi nəticə yaradıb-yaratmaması işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmalıdır.

66. Bağışlamaqdan imtinanın əsasları Mülki Məcəllənin 673-cü maddəsində sadalanmışdır.

67. Onlardan hər hansı birinin mövcudluğuna görə bağışlamaqdan imtina edən tərəf öz iddiasının əsasında dayanan faktiki halların nədən ibarət olduğunu göstərməli və mübahisə halında onları sübut etməlidir.

68. İddiaçı torpaq sahəsinin geri qaytarılması barədə Cavabdeh ünvanlandığı bildirişdə və iddia ərizəsində mübahisəli əşyanı bağışlamaqdan imtina etməsinə səbəb kimi üç halı göstərmişdir: 1) bağışlama edərkən cavabdehlə razılaşmışdır ki, maddi ehtiyacı yarandığı zaman bu ehtiyac bağışladığı əmlakın hesabına qarşılanacaqdır. Buna baxmayaraq onun maddi ehtiyacı yarandığından mübahisənin obyekti olan əşyanı satmaq təklifini cavabdeh rədd etmiş, bununla da razılaşmanı pozmuşdur; 2) ##.##.2024-cü ildə cavabdeh ona bağa daxil olmağa icazə verməmişdir; 3) cavabdeh üçüncü şəxslərin yanında təhqiramiz ifadələr işlədərək onu təhqir etmişdir.

69. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmamış, bu səbəbdən bir neçə gün oteldə qalmış, cavabdeh bağ sahəsinin açarının dəyişdirilməsi barədə iddiaçıya məlumat verməmiş, cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamamış, onun barəsində hər hansı məlumatı olmamışdır. Bütün bunlar cavabdehin iddiaçıya münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmasına dəlalət edir.

70. Göründüyü kimi, məhkəmə iddiaçının istinad etdiyi hallardan yalnız birinin - cavabdeh ona bağa daxil olmağa icazə verməməsi halının təsbit olunduğunu qeyd etmiş, digər hallara istinad etməmişdir. Cavabdehin 2023-cü ilin dekabr ayından sonra iddiaçı ilə ünsiyyət saxlamamasını isə məhkəmə əlavə bir pozuntu kimi göstərmişdir.

71. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin hazırkı işə tətbiqi qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamışdır.

72. Həmin normaya görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

73. Bu əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifə(lər)in nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Həmin halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür.

74. Hazırkı işdə iddiaçının bildirdiyi hallardan yalnız cavabdehin ona bağa daxil olmağa icazə verməməsinin, əlavə olaraq cavabdehin iddiaçı ilə ünsiyyət saxlamamasının hansı meyarlar əsasında Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayılması birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

75. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, bağışlamadan sonra hədiyyə alanla hədiyyə edən arasındakı şəxsi münasibətlərin hər zaman bir tərəfin arzu etdiyi yaxınlıqda olacağına dair məcburi bir hüquq qaydası yoxdur. İnsanlar arasındakı şəxsi münasibətlər zəminində yaxınlaşmalar olduğu kimi uzaqlaşmaların da olması istisna deyil. Hətta bəzi nəzakət və əxlaq qaydalarına uyğun olmayan davranışlar belə, hüquqi müstəvidə xüsusi olaraq qadağan edilmir, təqib olunmur və ya cəzalandırılmır. Başqa sözlə, hər bir nəzakət və ya əxlaq qaydasının pozulması hüquq qaydasının pozulması sayılmır. Hüquq yalnız qanunvericiliklə müəyyən edilən məcburi davranış qaydalarının pozulmasına görə sanksiya tətbiq edir.

76. Bu baxımdan bir şəxsin ona hədiyyə vermiş şəxslə ünsiyyət saxlamaması, mülkiyyətində olan əraziyə həmin şəxsi buraxmaması, yaxud buraxılması üçün vaxtında müəyyən tədbirləri görməməsi müxtəlif obyektiv və subyektiv səbəblərdən irəli gələ bilər. Bu səbəblər araşdırılmadan, törədilmiş əməlin konkret hüquq qaydası ilə müəyyən edilmiş vəzifə pozuntusu olduğu, habelə bu cür pozuntunun ailə hüquq münasibətlərini kökündən zədələdiyi təsbit edilmədən istinad olunan faktlar Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayıla bilməz.

77. Kollegiya vurğulamışdır ki, bu normanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.

78. Məhkəmə kollegiyası iddiaçının tələbində istinad etdiyi digər imtina səbəbinə münasibətdə qeyd edir ki, İddiaçı iddia ərizəsində bağışlama edərkən maddi ehtiyacı yarandığı zaman bu ehtiyacın bağışladığı əmlakın hesabına qarşılanacağı barədə cavabdehlə şifahi razılığa gəldiyini qeyd etsə də, qızı - Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli əmlakın bağışlanmasına dair müqavilə hər hansı şərtlə şərtləndirilməmişdir.

79. Məhkəmə iclasında iddiaçı tərəfin göstərdiyi dəlillərə münasibətdə cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, bağın açarları tək mülkiyyətçidə deyil, həmin bağa aidiyyatı olmayan adamlarda da olmuşdur. Mülkiyyətçinin açarları dəyişdirməsi təbii haldır, amma buna baxmayaraq belə bir hal baş verməmişdir. İddiaçı 2023-cü ildən daimi yaşayış üçün Türkiyəyə köçmüşdür. Cavabdeh Bakıda yaşayır, bağ evində yaşamır. İddiaçı bağ evinə gəlib getməsini ona məlumat verilmədiyi halda bilə bilməz. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, əgər açar dəyişdirilirdisə, atası məlumatlandırılmalı idi. Hesab edir ki, buna zərurət yoxdur. Bağda açar da, lampa da dəyişdirilə bilər, xırda təmir işləri aparıla bilər. Bu o demək deyil ki, bununla bağlı bütün ailə üzvlərinə məlumat verilməlidir. İddiaçı qabaqcadan Cavabdeh bağa getmək istədiyini bildirsəydi, Cavabdeh da icazə verməsəydi və ya bununla bağlı aralarında münaqişə yaransaydı, bu halda tərəflər arasında insident baş verdiyini demək olardı. Yenə də bu olsa belə, bu, kobud hüquq pozuntusu deyil. İddiaçı bağa gedərkən Cavabdeh bağda olub-olmaması məlum deyil. O ərəfədə Könül xanım bağda daimi yaşamamışdır, anası daimi yaşamışdır. Könül xanımın atası və anası arasında nikahın pozulması məsələsi də var, bu da nəzərə alınmalıdır. Mümkündür ki, onlar arasında insident olmuşdur. Lakin bunun Cavabdeh aidiyyatı yoxdur. İddiaçı açarın dəyişdirilməsi faktını müəyyən edibsə, deməli, evdə heç kim olmamışdır. Çünki evdə olsaydılar, təbii ki, qapını açardılar. Mübahisə olsaydı belə, qapını açardılar. İddiaçı məlumat vermədən bağa gedərək açarların dəyişdirilməsi faktını müəyyən etmişdir. Hesab edir ki, açar və bağa buraxılmama məsələsi bu işi pərdələmək və ailə hüquq münasibətlərinin kobud şəkildə pozulduğunu göstərmək üçün ortaya atılmış fikirdir. Əgər İddiaçı Cavabdeh məlumat verib gəlsəydi, Cavabdeh açarların dəyişdirildiyini deyəcəkdi, ya açarı göndərəcəkdi, ya özü gedəcəkdi. Cavabdeh və atası arasındakı münasibətlər əvvəllər son dərəcə yüksək səviyyədə olmuşdur. Cavabdeh ürək xəstəsidir, həm də cərrahdır. Ona təyyarayə minmək olmaz. 2-3 aydan bir müalicə məqsədilə Türkiyəyə gedir. O, daima atasına qayğı göstərmişdir. Onların arasında sadəcə inciklik olmuşdur. Hazırda İddiaçı keçmiş həyat yoldaşı ilə əmlak bölgüsü ilə bağlı 3 mübahisəsi davam edir. Türkiyədə də oradakı əmlaklarla bağlı 2 mübahisə gedir. Oğlu ilə də mübahisəsi var. Ailə nikah münasibətlərinin pozulması azaddır. Müəyyən yaşa çatmış Cavabdeh özündən 15 yaş kiçik biri ilə atasının ailə qurması, uşağın dünyaya gəlməsi ona xoş təsir bağışlamamışdır. Lakin bugün də Cavabdeh deyir ki, bu atasının şəxsi işidir, qarışa bilməz. Müəyyən şəkillər və videoların yayılması Cavabdeh təsir etmişdir. Burada yalnız atabala arasında inciklikdən söhbət gedə bilər. Birinci instansiya məhkəməsində şahid kimi gətirilən bağban əsas bağ evindən əlavə kiçik bağ evinin açarlarının dəyişdirildiyini deyir. Ancaq yenə də darvazanın açarının, əsas evə girişin açarının dəyişdirildiyi məlum deyil. Tərəflər arasında maddi ehtiyac olacağı təqdirdə əmlakın satılması barədə razılaşma olmamışdır. O, tək qızına qarşı deyil, oğlu və həyat yoldaşına qarşı da iddia qaldırıb. İddiaçı qiymətli olan əmlakları geri qaytarmaq istəyir. Cavabdeh adında əmlak çox olmuşdur. Fərid və Elnura etibarnamə verdiyinə görə həmin əmlakları satıblar, iddiaçının ailə qurduğu xanıma, onun atasına, anasına əmlak bağışlayıblar. İddiaçı gələcəkdə satış məqsədi güdsəydi, Elnur və ya Fəridin adına sənədləşmə işlərini apara bilərdi. Hazırda İddiaçı özünün birinci ailə üzvləri ilə əlaqəsi yoxdur. Hətta məhkəmə işləri barədə müzakirələri üçüncü şəxslər vasitəsilə edirlər.

80. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

81. Qərarda həmçinin qeyd edilir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

82. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəf cavabdehin ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək iddiaçı barəsində daşıdığı vəzifələri pozmasını və bu pozuntunun kobud olduğunu, o cümlədən istinad olunan halların şəxsi münasibətlərin yaxın olduğu bir zamanda gözlənilmədən baş verməsi, bağışladığı əmlakın könüllü olaraq satılmaması və bunun nəticəsində iddiaçıya psixoloji zərər vurulmasını sübuta yetirə bilməmişdir.

83. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər ailəyə hörmət və ehtiram göstərilməsi kimi mənəvi və əxlaqi münasibətləri qarşılıqlı şəkildə qorumalı olduqlarından, onların hazırda yuxarıda göstərilən davranışlarında müəyyən narazılıq və anlaşılmazlıqlarını ailə hüquq münasibətlərini kökündən zədələyən faktlar kimi qiymətləndirib Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgün olmamışdır.

84. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

85. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

86. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar