Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-211/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı hüquq varisi Hüquqi varis, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə onun arasında Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli ** saylı sərəncamı ilə Cavabdeh qızna verilmiş Şabran şəhərində 18-ci məhəllədə yerləşən 500 kvm həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2004-cü ildə Şaban şəhərində 18-ci məhəlləsində özünə məxsus 500 kvm həyətyanı torpaq sahəsini satmasını eşitmiş, onunla görüşüb danışıb razılığa gəlməklə həmin torpaq sahəsini almış, həmin vaxtdan da torpaq sahəsi onun faktiki istifadəsində və mülkiyyətindədir. Cavabdeh torpaq sənədlərini düzəldib vermədiyindən həmin torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir. O, da məcbur olaraq məhkəməyə müraciət etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Teymur Qurbanov) iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli ** saylı sərəncamı ilə Cavabdeh verilmiş Şabran şəhərində 18-ci məhəllədə yerləşən 500 kvm həyətyanı torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli ** saylı sərəncamından görünür ki, Cavabdeh fərdi mənzil tkintisi üçün şəhərin 18-ci məhəlləsindən 32№-li sahədən 500 kvm həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Tərəflər arasında müqavilə bağlanan anda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu notariat qaydasında təsdiqlənməsi tələb olunmur.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 335.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün deyildir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı hüquq varisi Hüquqi varis apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, anası torpaq sahəsini almışdır. Dövlət arxivinə müraciət etsə də Dəvəçi rayon İcra hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli, ** nömrəli sərəncamının əslinin mövcud olmadığı bildirilmişdir, odur ki, hazırda sərəncamın əslini təqdim edə bilmir.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, 5 sot torpaq sahəsi anasının adına olmuş və həqiqətən də İddiaçı satmışdır.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübular
13. İş materiallarında olan Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996cı il tarixli ** saylı sərəncamının çıxarışından görünr ki, Bənövşə Cavadovaya şəhərin 18ci məhəlləsindən 32№-li sahədə 500 kvm həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
14. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.2021-ci il tarixdə ölmüşdür.
15. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şabran rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli, *-**-**-RA/*-**-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli ** saylı sərəncamına baxış zamanı Cavabdeh fərdi mənzil tikintisi üçün şəhərin 18-ci məhəlləsindən 32№-li sahədən 500 kvm həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar olunmadı. Lakin, Şabran (keçmiş Dəvəçi) rayon XDS RH-nin ## ####### 1995-ci il tarixli, ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Dəvəçi şəhərüzrə fərdi mənzil tikintisi barədə Dəvəçi şəhər İH nümayəndəsinin ##.##.1995-ci il tarixli, *** nömrəli vəsatəti nəzərə alınaraq, Cavabdeh F.Xoyski 9, 18-ci məhəllə, 32-ci sahədən *** saylı yerdən 500 kvm həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır.
Tətbiq edilən hüquq
16. Azərbacyan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ- gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. ## #### 2005-ci il ***-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № *, maddə 693) ilə Məcəllədən çıxarılmış 335-ci maddəsi: Maddə 335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir.
17. Torpaq bazarı haqqında Qanun
1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: torpaq bazarı - torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər; torpaq sahələrinin dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası.
4. Torpaq bazarının obyektləri və subyektləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; ipoteka haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları torpaq bazarında mülkiyyətçi, istifadəçi, icarəçi, girovqoyan, girovsaxlayan, alıcı, satıcı və digər əqdlərin iştirakçısı ola bilərlər.
5. Torpaq bazarı əqdlərinin formaları Torpaq bazarında aşağıdakı əqdlər həyata keçirilir: torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi;
10. Xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısı Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında həyata keçirilir.
14. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma (ipoteka), dəyişmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin razılığı ilə könüllü və ya məhkəmənin qərarı ilə keçə bilər.
18. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin ## #### 2017ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası hüquq və vəziflərinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılşaraq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Şabran (keçmiş Dəvəçi) rayon XDS RH-nin ## ####### 1995-ci il tarixli, ** saylı qərarı ilə Şabran şəhəri, F.Xoyski 9 ünvanında yerləşən 32-ci məhəllədən *** saylı yerdən 500 kv.m fərdi mənzil tikintisi üçün torpaq sahəsi Cavabdeh verilmiş, Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli, ** saylı sərəncamı ilə isə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Birinci instansiya məhkəməsi isə səhvən tikintiyə icazə verilməsinə dair sərəncamı torpaq sahəsinin ayrılması barədə sərəncam kimi qəbul etmişdir. Mübahisəli torpaq sahəsi cavabdehın adına dövlət reyestrində qeydə alınmamış, tərəflər arasında razılıq əldə olunan zaman cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququ olmamışdır. Məlum olduğu kimi əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. Bununla yanaşı qeyd olunan qərar əsasında cavabdehin torpağa sahiblik və istifadə hüquqları rəsmən mövcuddur. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı vəziyyəti - mülkiyyət hüququnun yaranması üçün hüquqi əsaslar mövcud olan, lakin qeydiyyatla tamamlanmamış vəziyyətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, bununla da tərəflər arasında müqavilə bağlanarkən cavabdehin mübahisəli torpaq sahəsinə real olaraq gözlənilən mülkiyyət hüququ olmuşdur. “Torpaq bazarı haqqında” Qanunun 1 və 14-cü maddələrinə görə torpaq sahələrinin dövriyyəsi dedikdə təkcə mülkiyyət hüququnun deyil, həm də istifadə və icarə hüquqlarının dəyişməsi başa düşülür. Bu hüquqlar (o cümlədən istifadə və sahiblik hüquqları) alqı-satqı, bağışlama, dəyişmə, ipoteka və s. yollarla başqa şəxslərə keçə bilər. Yəni qanun bu hüquqların dövriyyəsini bir hüquqi institut kimi tanıyır. Torpaq sahəsinin cavabdehə verilməsi barədə inzibati akt birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüququndan ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bu statusun özünün başqa şəxsə keçməsi isə qanunda qadağan edilməyib, əksinə, yuxarıdakı kimi qanunla tanınıb. Buna görə də cavabdehin torpağa sahiblik və istifadə hüququ “dövriyyə qabiliyyətli əmlak hüququ” hesab edilə bilər. Bu mənada tərəflər arasında bağlanmış əqd, torpağa hüququn faktiki ötürülməsini əks etdirən sadə yazılı razılaşmadır və bu razılaşma faktiki olaraq icra edilməklə, dövriyyə qabiliyyətli əmlak hüququnun ötürülməsi sayıla bilər. Yəni, tərəflər arasında şifahi müqavilə mülkiyyət hüququnun deyil, istifadə hüququnun və ya sahiblik statusunun ötürülməsi kimi qəbul oluna bilər. Bu əqdin hüquqi təbiəti hüququn ötürülməsidir.
23. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, belə razılaşma, torpağı vermiş inzibati orqanın qanuni mənafelərinə də təsir etmir. Cavabdehin istifadə və sahiblik hüququndan başqasının xeyrinə imtina etməsi, ictimai maraqlara zidd deyilsə (məsələn, torpaq kənd təsərrüfatı məqsədilə istifadə olunur, mülkiyyət formasında dəyişiklik baş vermir və s.), o zaman bu proses inzibati orqanın icazəsinə ehtiyac olmadan baş verə bilər. Deməli, cavabdehin qərarı üzrə əldə etdiyi hüququn iqtisadi (mülki) dövriyyəyə daxil olub iddiaçıya ötürülməsi, mümkün və qanuni bir aktdır.
24. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2017ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Şabran (keçmiş Dəvəçi) rayon XDS RH-nin ## ####### 1995-ci il tarixli, ** saylı qərarı ilə Şabran şəhəri, F.Xoyski 9 ünvanında yerləşən 32-ci məhəllədən *** saylı yerdən 500 kv.m fərdi mənzil tikintisi üçün ayrılmış torpq sahəsi və torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli, ** saylı sərəncamı üzrə hüquqların iddiaçıya ötürülməsi barədə müqavilə bağlanmış hesab edilməlidir.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Mərhum iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında, Şabran (keçmiş Dəvəçi) rayon XDS RH-nin ## ####### 1995-ci il tarixli, ** saylı qərarı ilə Şabran şəhəri, F.Xoyski 9 ünvanında yerləşən 32-ci məhəllə, *** saylı yerdən 500 kv.m fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi və torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının ## #### 1996-cı il tarixli, ** saylı sərəncamı üzrə hüquqların İddiaçı ötürülməsi barədə müqavilə bağlanmış hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.