Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-259/2026 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı hasarın sökülməsi və zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-749/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən İİİ şəxslər Cavabdeh2, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və hasarın bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 tərəfindən zəbt edilmiş iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsindən cavabdehlərin çıxarılaraq cavabdehlərin hesabına və ya xərcləri cavabdehlərdən tutulmaqla hasarın sökülməsi və iddiaçıya məxsus torpaq sahəsinin sərhədinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş **********45 reyestr nömrəli çıxarışın koordinatına uyğunlaşdırılaraq hasarın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-749/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın sökülməsi və zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 95 manat pul vəsaitinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). xx.xx.2026-cı il tarixdə İddiaçı vəkili Nümayəndə1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 749/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, sözügedən qətnamənin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin tam təmin edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-749/2025 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə (Hökümət ödəniş portalında ödənilmiş qəbzin nömrəsi **********83) Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən xx.xx.2026-cı ildə yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizəsi ilə elektron kabineti vasitəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 749/2025 nömrəli qətnaməsindən verilən şikayətin mümkünlüyünə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, mülki iş materiallarının 181-ci səhifəsində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-749/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məxsus elektron kabinetə yerləşdirilmişdir. Mülki iş materialından aydın olur ki, apellyasiya şikayəti xx.xx.2026-cı il tarixdə elektron sistemə yüklənilmiş və beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi barəsində apellyasiya şikayəti verilmiş məhkəmə aktının Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq rəsmi qaydada verilməsinə dair zəruri araşdırma aparmadan, eləcə də iş üzrə buraxılmış müddətinə bərpasına dair iddiaşının ərizəsinə heç bir münasibət bildirmədən işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyasına göndərmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-749/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-749/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-259/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-259/2026
25.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver