Məhkəmə qərarları › İş №e-2(3-8)-782/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-782/2026

09.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-782/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hasarın sökülməsi və zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin geri qaytarılması, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Hüseynova Nərmin Namiq qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, cavabdeh cavabdeh1 cavabdeh cavabdeh2 İsrəfil qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hasarın sökülməsi və zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Seriya RX №******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.045 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xxxxndə ##.##.2018-ci il tarixdə ************ reyestr, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Onun adına ##.##.2018-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. 2.Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Seriya RX №******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xxxxndə ##.##.2016-cı il tarixdə ************ reyestr, 1616015081 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 İsrəfil qızının adına qeydiyyata alınmışdır. 3.Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh2 İsrəfil qızından vurulmuş maddi zərərin əvəzi qismində 350 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat, cəmi 380 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. 4.AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2018-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. 5.AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları (torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi 0,0455 ha təşkil edir) ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0440 ha təşkil edir, lakin ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. ************ reyestr nömrəli çıxarışla cavabdeh2 İsrəfil qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları cavabdeh cavabdeh2 İsrəfil qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. ************ reyestr nömrəli çıxarışla cavabdeh1 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0,0267 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. ************ reyestr nömrəli çıxarışla cavabdeh1 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0033 ha hissəsi cavabdeh2 İsrəfil qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları (torpaq sahəsinin planı və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi 0,0455 ha təşkil edir) ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. 6.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları (torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi 0,0455 ha təşkil edir) ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0440 ha təşkil edir, lakin ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. ************ reyestr nömrəli çıxarışla cavabdeh2 İsrəfil qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları cavabdeh cavabdeh2 İsrəfil qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. ************ reyestr nömrəli çıxarışla cavabdeh1 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0,0267 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. ************ reyestr nömrəli çıxarışla cavabdeh1 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0033 ha hissəsi cavabdeh2 İsrəfil qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları (torpaq sahəsinin planı və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi 0,0455 ha təşkil edir) ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. 7.Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 İsrəfil qızı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə mübahisə predmetini təşkil edən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən xüsusi mülkiyyət olan daşınmaz əmlaklara baxış keçirilmiş, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 İsrəfil qızının həmin yaşayış sahələrində məskunlaşmalarından əvvəl hasarın mövcud olduğu, sonralar cavabdeh cavabdeh2m tərəfindən həmin hasarın üzərinə əlavə ucaldılma işi görülmüş və bundan sonra qonşu olduqları təxminən 6-7 ildə münaqişəsiz münasibətlərinin olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı İddiaçı cavabdehlər Yolçiyeva İrina Vaqif qızı və cavabdeh2 İsrəfil qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cavabdeh1, maraqlı şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 * saylı Abşeron Ərazi İdarəsi) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və hasarın bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 İsrəfil qızı və Yolçiyeva İrina Vaqif qızı tərəfindən zəbt edilmiş iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsindən cavabdehlərin çıxarılaraq cavabdehlərin hesabına və ya xərcləri cavabdehlərdən tutulmaqla hasarın sökülməsi və iddiaçıya məxsus torpaq sahəsinin sərhədinin xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş ************ reyestr nömrəli çıxarışın koordinatına uyğunlaşdırılaraq hasarın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2007-ci il tarixində Abşeron rayonu, Hökməli qəsəbəsindən fərdi yaşayış evi tikmək üçün 0.045 ha torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində 2009-cu il tarixində ailə üzvləri ilə birlikdə yaşamaq üçün fərdi yaşayış evi tikdirmiş və 2010-cu il tarixdən bugünədək həmin ünvanda yaşayır. İddiaçı İddiaçı məxsus torpaq sahəsinin divar qonşuluğunda cavabdeh2 İsrəfil qızına məxsus təxminən 0.09 ha ölçüsündə torpaq sahəsi mövcuddur. cavabdeh2 öz torpaq sahəsinin əsas yola çıxan hissəsini 3-cü bir şəxsin adına özgəninkiləşdirmiş və torpaq sahəsinin əsas yola çıxışı olmayan arxa tərəf hissəsini isə öz mülkiyyətində saxlamışdır. Bir müddət sonra təxminən 2018-ci il tarixində cavabdeh2 və kürəkəni cavabdeh1 cavabdeh2 mülkiyyətində qalan arxa tərəfdə yerləşən torpaq sahəsinə giriş-çıxış yaratmaq üçün iddiaçı İddiaçı istifadəsində və sahibliyində olan, onun tərəfindən çəkilmiş daş hasar ilə hasarlanmış torpaq sahəsini zəbt etmiş, iddiaçı tərəfindən düzəldilmiş hasarlar cavabdehlər cavabdeh2 və kürəkəni cavabdeh1 tərəfindən məhv edilmişdir. cavabdeh2 və kürəkəni cavabdeh1 həmin sökülmüş daşları və setkanı qanunsuz olaraq sökdükdən sonra öz həyətinə yığaraq oğurlamışdır. Bununla bağlı iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və kürəkəni cavabdeh1 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Gəncə şəhər Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə e-*(***)-***/**** saylı mülki iş hakim Camal Quliyevin icraatındadır. Nəzərinizə çatdırır ki, Gəncə şəhər Məhkəməsinin ##.##.2023-cü il tarxili qərardadına əsasən Azərbaycan Respublikası 10.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr X3 mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmaqla məhkəmə-tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki “************ reyestr nömrəli çıxarışla cavabdeh2 İsrəfil qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları cavabdeh cavabdeh2 İsrəfil qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin (0.0455 ha) koordinatları ilə üst-üstə düşən hissəsi 0.0440 ha təşkil edir, lakin ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin (0.0455 ha) koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0015 ha (15 kv.m) təşkil edir.” Məhkəmənin nəzərinə çatdırır ki, ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən ona məlum olmuşdur ki, cavabdehlər cavabdeh2 İsrəfil qızı və Yolçiyeva İrina Vaqif qızının mülkiyyətində olan torpaq sahələri koordinatlara uyğun hasara alınmamış, hər iki cavabdeh ümumilikdə onun mülkiyyətində olan torpaq sahəsinin 0.0015 ha (15kv.m) hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehlər cavabdeh2 İsrəfil qızı və Yolçiyeva İrina Vaqif qızı mülkiyyətlərində olan torpaq sahələrinin hasarlarını koordinatlarına uyğun olaraq öz hesablarına sökərək onun zəbt olunmuş 0.0015 ha (15 kv.m) torpaq sahəsini ona qaytarmalıdırlar. Cavabdehlər cavabdeh2 İsrəfil qızı və Yolçiyeva İrina Vaqif qızı tərəfindən zəbt edilmiş iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsindən cavabdehlərin hesabına və ya xərcləri cavabdehlərdən tutulmaqla hasar sökülərək cavabdehlər çıxarılmalı və eyni ilə cavabdehlərin hesabına və ya xərcləri cavabdehlərdən tutulmaqla iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışın koordinatına uyğun olaraq bərpa edilməlidir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclası zamanı iddiaçının vəkili nümayəndə2 ərizəsinə əsasən, cavabdeh Yolçiyeva İrina Vaqif qızı cavabdehlər qismindən çıxarılmış, müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 isə cavabdeh qismində işə cəlb olunmuşdur. 12.##.##.2025-ci il tarixdə iddiaçının vəkili nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 ilə iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahələrinin arasında yerləşən hasarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 tərəfindən zəbt edilmiş ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsinin cavabdehlərdən alınaraq iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, fərdi yaşayış evini əldə edən və həmin ünvana köçən zaman mübahisəli hasar müəyyən ölçüdə orada mövcud olmuş, lakin sonradan hasarın üstü cavabdeh cavabdeh2 İsrəfil qızı tərəfindən qaldırılmışdır. 14.İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh2 İsrəfil qızı iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında və ##.##.2024-cü il tarixli etirazında bildirmişdir ki, mübahisəli daş hasar o, torpaq sahəsini alarkən mövcud olmuşdur. Torpaq sahəsini 2006-cı il tarixdə almış olsa da, həmin torpaq sahəsini 2016-cı ildə öz adına rəsmiləşdirmişdir. İddiaçının özü də 2009cu ildə torpaq sahəsi alan zaman mübahisələndirdiyi daş hasar mövcud idi. İşin faktiki halı elə həmin vaxtdan, yəni 2009-cu ildən iddiaçıya bəlli olmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. 16.İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh2 İsrəfil qızının nümayəndəsi nümayəndə1 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 17.İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh2 İsrəfil qızının vəkili Vəkil iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh cavabdeh2 İsrəfil qızı torpaq sahəsini 2004-cü ildə əldə etmiş və həmin torpaq sahəsini 2016-cı ildə öz adına rəsmiləşdirmişdir. Cavabdeh həmin ünvanda yaşadığı vaxtdan hasar mövcud olmuş və hasara görə aralarında mübahisə olmamışdır. Mübahisə yalnız Gəncə Şəhər Məhkəməsində işə baxıldıqdan sonra olmuşdur. Burada İnzibati orqanın səhvi ola bilər, yəni cavabdehin təqsiri olmamışdır. Həmçinin hasar cavabdeh tərəfindən tikilmədiyindən sökülməsi də ondan tələb oluna bilməz. 18.İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsini İrina adlı şəxsdən almış və öz adına rəsmiləşdirmişdir. Hasar əvvəldən orada mövcud olmuşdur. 19.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 qarşı hasarın sökülməsi və zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 95 manat pul vəsaitinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Mirnəsir Mirhəsənli) 20.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29, 60-cı maddələri, Mülki Məcəllənin 139.1, 139.3, 140, 146.1, 146.2, 152, 157.2, 157.4, 164.1, 165.1, 172.1, 172.2, 172.3, 172.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 101.3, 103.1, 106.1, 107, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 21.İddiaçı İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin tam təmin edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Şikayətin dəlilləri: 23.Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi daş hasar özü və cavabdeh D.İ.Musayeva həmin torpaq sahəsini almazdan əvvəl mövcud olmuş, cavabdeh D.İ.Musayeva torpaq sahəsini 2016-cı ildə, iddiaçı isə torpaq sahəsin 2018-ci ildə öz adına rəsmiləşdirmişlər. Digər cavabdeh cavabdeh1 isə torpaq sahəsini 2024-cü ildə əldə etmişdir. Göründüyü kimi mübahisə predmeti olan daş hasar əvvəlcədən mövcud olmuş, daş hasar nə iddiaçı, nə də cavabdehlər tərəfindən tikilməmişdir. Yalnız sonradan cavabdeh D.İ.Musayeva tərəfindən hasarın üstü qaldırılmış, hasarın üstü qaldırılarkən iddiaçı bu halı görmüş olsa da, tərəflər arasında hər hansı narazılıq olmamışdır. Bu faktı tərəflər öz izahatlarında da təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, ağır məsrəflər hesabına başa gələn tikilib istifadəyə verilən daş hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən 0.0015 ha hissəsində sökülərək cavabdehlərin həmin ərazidən çıxarılması iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından iddia tələbi təmin edilə bilməz. 24.Aşağıdakılara əsasən Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddia tam təmin edilərək yeni qətnamə qəbul edilməlidir. 25.Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini müəyyən etməsinə baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində və 29-cu maddəsində təsbit edilmiş maddi hüquq normalarına zidd olaraq qətnamə qəbul etmişdir. Nəticədə iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilən məhkəmə müdafiəsi hüququ pozulmuşdur. 26.Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0,0015 ha (15 kv.m) təşkil etdiyi müəyyən edilmişdir (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyi). Bu hal iddiaçının torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən faktiki zəbt edildiyini açıq şəkildə təsdiq edir. 27.Lakin məhkəmə iddiaçının mülkiyyət hüququnun pozulduğunu müəyyən etsə də, iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan daş hasar iddiaçı və cavabdehlər torpaq sahələrini əldə etməmişdən əvvəl mövcud olmuş, hasar tərəflərdən heç biri tərəfindən ilkin olaraq tikilməmişdir; yalnız sonradan cavabdeh D.İ.Musayeva tərəfindən hasarın üstü qaldırılmış, iddiaçı isə bu halı gördüyü halda etiraz etməmişdir. Məhkəmə bu əsaslarla hesab etmişdir ki, ağır məsrəflər hesabına tikilmiş və istifadəyə verilmiş daş hasarın iddiaçının torpaq sahəsinə düşən 0,0015 ha hissəsində sökülməsi iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından iddia tələbi təmin edilə bilməz. 28.Birinci instansiya məhkəməsi daş hasarın torpaq sahələri əldə edilməmişdən əvvəl mövcud olmasını düzgün müəyyən etsə də, bu faktdan yanlış hüquqi nəticə çıxarmışdır. Belə ki, hazırkı mübahisə torpaq sahəsindən istifadənin məhdudlaşdırılması ilə bağlı (məsələn, səs-küy, qoxu, titrəyiş və digər oxşar təsirlər) qonşuluq hüquqları çərçivəsində qiymətləndirilən hallar deyil, mülkiyyət hüququnun birbaşa pozulması – torpaq sahəsinin faktiki zəbt edilməsi ilə bağlıdır. 29.Qanunvericiliyə əsasən, torpaq sahəsinin hansı tarixdə və hansı şəraitdə zəbt olunmasından asılı olmayaraq, mülkiyyətçi ona məxsus əmlakdan tam və maneəsiz istifadə etmək hüququna malikdir. Hazırkı iş üzrə isə məhkəmənin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinin 0,0015 ha hissəsindən faktiki olaraq istifadə edə bilmir. Bu isə mülkiyyət hüququnun mahiyyətinə ziddir. 30.Məhkəmənin yanaşması faktiki olaraq belə bir təhlükəli presedent yaradır ki, istənilən şəxs qonşusunun torpaq sahəsinin bir hissəsini zəbt edib hasarlaya bilər və sonradan bu hal “əhəmiyyətli pozuntu deyil” arqumenti ilə hüquqi müdafiədən kənarda qala bilər. Halbuki, iş materiallarından da göründüyü kimi, cavabdehlər zəbt edilmiş sahədə hər hansı tikinti işləri aparmamış, hasarın sökülərək bir metr geri çəkilməsi isə böyük maliyyə məsrəfləri tələb etməmişdir. Bundan əlavə, qanunvericilik qonşu hasarların birgə xərc hesabına qurulmasını da mümkün və qanuni hesab edir. 31.Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə 0,0015 ha həcmində müdaxiləni “əhəmiyyətli pozuntu” hesab etməməklə, mülkiyyət hüququnun toxunulmazlığı prinsipini nəzərə almamışdır. Halbuki, həm qanunvericilikdə, həm də formalaşmış məhkəmə təcrübəsində mülkiyyət hüququnun pozulmasının həcmi deyil, pozuntunun mövcudluğu əsas meyar kimi qəbul edilir. Torpaq sahəsinin istənilən hissəsinin, hətta kiçik ölçüdə olsa belə, mülkiyyətçinin razılığı olmadan zəbt edilməsi hüquq pozuntusu hesab olunmalıdır. 32.Qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində koordinatları müəyyən edilmiş, lakin faktiki istifadə zamanı koordinatlardan kənara çıxılmış torpaq sahələri ilə bağlı mübahisələrdə məhkəmələr Mülki Məcəllənin 139.3, 139.4 və 148.2-ci maddələrinə istinad edərək hüquqi mövqelər formalaşdırırlar. Həmin maddələrə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı xxxxndə aparılır və bu reyestrdə qeydə alınmış hüquqlara malik şəxslərin hüquqları dövlət tərəfindən müdafiə olunmalıdır. 33.Bu baxımdan, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsindən imtina etməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29cu maddəsinin və 60-cı maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş qətnamə kimi qiymətləndirilməlidir. Qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. 34.Belə ki, Konstitusiyanın qeyd olunan maddələrində Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olduğu, dövlət tərəfindən müdafiə edildiyi, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola biləcəyi, mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarına malik olduğu, habelə hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsinə təminat verildiyi açıq şəkildə təsbit edilmişdir. 35.Məhkəmə iddiaçının mülkiyyət hüququnun pozulduğunu müəyyən etsə də, iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Bu yanaşma Azərbaycan Respublikasının mülki qanunvericiliyinin əsas prinsiplərinə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı institutunun hüquqi mahiyyətinə və mülkiyyət hüququnun müdafiəsi mexanizmlərinə ziddir. 36.Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququnun məzmunu açıqlanaraq, mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqları dövlət tərəfindən qorunan müstəsna hüquqlar kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsinin 0,0015 ha hissəsindən faktiki olaraq istifadə edə bilməməsi onun istifadə və sahiblik hüquqlarının birbaşa məhdudlaşdırılması deməkdir və bu, mülkiyyət hüququnun mahiyyətinə ziddir. 37.Bundan əlavə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malikdir. Cavabdehlərin torpaq sahəsinin bir hissəsini hüquqi əsas olmadan zəbt etməsi onları qanunsuz sahib statusuna gətirir və bu halda mülkiyyətçinin müdafiə tələbi qanuni və əsaslıdır. Mülki Məcəllənin 157.5-ci maddəsi isə belə hallarda mülkiyyətçinin daha geniş müdafiə mexanizmlərinə malik olduğunu göstərir ki, bu da məhkəmənin iddiaçının tələblərinə formal yanaşmasının yolverilməz olduğunu bir daha təsdiq edir. 38.Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 172-ci maddəsi isə hazırkı mübahisəyə tətbiq edilə bilməz və ya ən azı yanlış tətbiq olunmuşdur. Çünki 172-ci maddə qonşuluq hüquqları çərçivəsində torpaqdan istifadə zamanı yaranan texniki və təsərrüfat xarakterli müdaxilələri tənzimləyir. Halbuki hazırkı iş torpaqdan istifadənin yolverilən hədləri ilə deyil, mülkiyyət hüququnun birbaşa pozulması – torpaq sahəsinin faktiki zəbt edilməsi ilə bağlıdır. 39.Üstəlik, 172.3-cü maddədə nəzərdə tutulan “qərəzsiz sərhəd pozuntusu” anlayışı bu işə şamil edilə bilməz. Çünki iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının etirazlarına baxmayaraq zəbt edilmiş sahəni boşaltmamış, əksinə, həmin sahədə qanunsuz tikili inşa etmişlər. Bu isə artıq qərəzsiz deyil, bilavasitə və davam edən hüquq pozuntusudur. 40.Beləliklə, hazırkı iş üzrə iddiaçının torpaq sahəsinin 0,0015 ha hissəsindən faktiki olaraq istifadə edə bilməməsi faktının, habelə bu pozuntunun cavabdehlər tərəfindən aradan qaldırılmamasının məhkəmənin özü tərəfindən müəyyən edilməsinə baxmayaraq, iddiaçının mülkiyyət hüququnun müdafiəsindən imtina edilməsi hüquqi baxımdan əsassız və qanunvericiliyin tələblərinə ziddir. Mülkiyyətçi bu pozuntunun aradan qaldırılmasını tələb etsə də, cavabdehlərin qanunsuz hərəkətləri davam etdirməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. 41.Bu baxımdan, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsindən imtina etməsi mülki qanunvericiliyin yuxarıda göstərilən maddələrinin düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş qətnamə kimi qiymətləndirilməli, qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. 42.Hazırkı mübahisə üzrə məhkəmə qətnaməsinin 8-ci səhifəsinin üçüncü abzasında qeyd edir ki, “məhkəmə hesab edir ki, ağır məsrəflər hesabına başa gələn tikilib istifadəyə verilən daş hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən 0,0015 ha hissəsində sökülərək cavabdehlərin həmin ərazidən çıxarılması iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından iddia tələbi təmin edilə bilməz”. 43.Lakin məhkəmə bu nəticəyə hansı sübutlara əsasən gəldiyini qətnamədə ümumiyyətlə göstərməmişdir. Qətnamənin nə təsviri, nə də əsaslandırıcı hissəsində tikilib istifadəyə verilmiş daş hasarın “ağır məsrəflər hesabına” başa gəldiyini təsdiq edən hər hansı sübut, ekspert rəyi, maliyyə hesabatı və ya digər obyektiv dəlil mövcud deyildir. Belə olan halda məhkəmənin bu qənaəti sübutlara deyil, subyektiv mülahizəyə əsaslanmışdır ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. 44.Halbuki iş materiallarından açıq şəkildə görünür ki, cavabdehlər zəbt edilmiş torpaq sahəsində hər hansı yeni tikinti işləri aparmamış, mövcud daş hasar üzərində əsaslı konstruktiv dəyişiklik edilməmişdir. Məhkəmə tərəfindən istinad edilən “tikilib istifadəyə verilmiş” anlayışı faktiki hallarla təsdiq olunmur və iş materialları ilə uyğunluq təşkil etmir. Hasarın sökülərək torpaq sahəsinin həqiqi sərhədlərinə uyğun şəkildə, təxminən bir metr geri çəkilməsi isə nə texniki baxımdan, nə də maliyyə baxımından ağır məsrəf tələb edən iş hesab edilə bilməz. 45.Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, daş hasarın sökülüb yenidən qurulması üçün yalnız torpaq, sement və usta əməyinə görə xərclər tələb olunur və bu xərclər istənilən halda mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması ilə müqayisədə üstün tutulmamalıdır. Üstəlik, qanunvericilik və formalaşmış məhkəmə təcrübəsi qonşu torpaq sahələrinin sərhədlərində yerləşən hasarların birgə xərc hesabına qurulmasını mümkün və qanuni hesab edir. Bu isə onu göstərir ki, məhkəmənin “ağır məsrəf” arqumenti nə hüquqi, nə də faktiki baxımdan əsaslandırılmışdır. 46.Qeyd edilməlidir ki, mülkiyyət hüququnun müdafiəsi məsələsində maliyyə xərclərinin miqdarı əsas meyar ola bilməz. Əgər məhkəmənin yanaşması qəbul edilərsə, bu, faktiki olaraq belə bir hüquqi nəticəyə gətirib çıxarar ki, hər hansı şəxs qonşusunun torpaq sahəsinin bir hissəsini zəbt edib üzərində hasar tikməklə sonradan “ağır məsrəf” arqumentinə sığınaraq mülkiyyətçinin hüquqlarını daim məhdudlaşdıra bilər. Bu isə mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə və hüquqi müəyyənlik tələbinə ziddir. 47.Beləliklə, məhkəmə tərəfindən “ağır məsrəflər hesabına başa gələn tikili” barədə nəticə heç bir sübutla təsdiq edilməmiş, bu hal iş üzrə müəyyən edilməli olan mühüm fakt kimi araşdırılmamış və əsaslandırılmamışdır. İş üçün əhəmiyyətli olan bu halın sübut edilməməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilməsinə, nəticə etibarilə onun ləğv edilməsinə əsas yaradır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı hüquqi münasibətlərinə dair səhv nəticəyə gəldiyindən, qətnamədə göstərilən dəlillər işin faktiki hallarına uyğun hesab edilə bilməz. 48.İş materialları ilə müəyyən edilmişdir ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür və bu üst-üstə düşmə 0,0015 ha (15 kv.m) təşkil edir. Bu hal AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyi ilə təsdiq olunmuşdur. Sözügedən sübutlar iddiaçının torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən faktiki zəbt edildiyini birmənalı şəkildə təsdiq edir. 49.Bununla belə, məhkəmə iddiaçının mülkiyyət hüququnun pozulduğunu müəyyən etsə də, iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan daş hasar iddiaçı və cavabdehlər torpaq sahələrini əldə etməmişdən əvvəl mövcud olmuş, hasar tərəflərdən heç biri tərəfindən ilkin olaraq tikilməmişdir; yalnız sonradan cavabdeh D.İ.Musayeva tərəfindən hasarın üstü qaldırılmış, iddiaçı isə bu halı gördüyü halda etiraz etməmişdir. Bu əsaslarla məhkəmə belə nəticəyə gəlmişdir ki, ağır məsrəflər hesabına tikilmiş və istifadəyə verilmiş daş hasarın iddiaçının torpaq sahəsinə düşən 0,0015 ha hissəsində sökülməsi iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmur. 50.Qeyd edilməlidir ki, hazırkı mübahisə torpaq sahəsindən istifadənin məhdudlaşdırılması ilə bağlı (məsələn, səs-küy, qoxu, titrəyiş və digər oxşar təsirlər) qonşuluq hüquqları çərçivəsində qiymətləndirilən hallar deyil, mülkiyyət hüququnun birbaşa pozulması — torpaq sahəsinin faktiki zəbt edilməsi ilə bağlıdır. Bu səbəbdən məhkəmənin yanaşması mübahisənin hüquqi mahiyyətinə uyğun gəlmir. 51.Beləliklə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı hüquqi münasibətlərinə dair səhv nəticəyə gəlmiş, nəticədə qətnamədə göstərilən dəlillər işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmə aktının ləğv edilməsi üçün əsas yaradır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 52.Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 53.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. 54.Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. 55.Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 İsrəfil qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. 56.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 * saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. 57.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 58.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 59.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu: 60.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 61.Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 62.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 63.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 64.Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65.Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 66.Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 67.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 68.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 69.Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 70.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 71.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 72.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 73.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri 74.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 75.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 76.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsini tam mübahisələndirdiyindən, kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 77.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. 78.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 79.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. 80.İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 81.Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları (torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi 0,0455 ha təşkil edir) ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0440 ha təşkil edir, lakin ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0015 ha (15 kv.m) təşkil edir. 82.Beləliklə, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilən cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin 0,0015 ha (15 kv.m) hissəsindən istifadə etməsi halı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir. 83.İşin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan 15 kv. metr torpağından istifadə edirlər. Bu fakt işdə olan birinci instansiya məhkəməsində əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. 84.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0015 ha (15 kv.m) hissəsi cavabdehlərin faktiki istifadəsində olduğundan, həmin torpaq sahəsi cavabdehlərdən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. Həmçinin, torpaq sahələrinin arasında yerləşən hasar cavabdehlərin hesabına sökülməlidir. 85.Kollegiya qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 86.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. 87.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 88.Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. 89.Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 90.Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 91.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. 92.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının xərci olan 100 manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 93.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi edilməli, cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 ilə iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahələrinin arasında yerləşən hasar cavabdehlərin hesabına sökülməli, cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 tərəfindən zəbt edilmiş ************ reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxxndən çıxarışa əsasən İddiaçı məxsus ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsi cavabdehlərdən alınaraq iddiaçı İddiaçı təhvil verilməlidir. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 94.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdehlər cavabdeh2 İsrəfil qızı və cavabdeh1 ilə iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahələrinin arasında yerləşən hasar cavabdehlərin hesabına sökülsün. ************ reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxxndən çıxarışa əsasən iddiaçı İddiaçı məxsus ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsi cavabdehlərdən alınaraq iddiaçı İddiaçı təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat cavabdehlər cavabdeh2 İsrəfil qızından və cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ 01360100000000003944 SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE 00000000000002088501) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar