Məhkəmə qərarları › İş №2(3-8)-298/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-298/2026

10.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-298/2026 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və X2 qarşı mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maeələr yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 387/2022 nömrəli, 07 yanvar 2026-cı il tarixli qərardadından cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı 14 noyabr 2018ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5- ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və Cavabdeh2 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə və qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbi barədə mülki iş üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu qərardaddan cavabdehlər Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Vəkil3 və Cavabdeh2 şikayət vermişlər. Abşeron Rayon Məhkəməsinin 21 və 26 yanvar 2026-cı il tarixli qərardadları ilə şikayətlərin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-387/2022 nömrəli qərardadından hər iki cavabdehin vermiş olduğu şikayətlərin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X2 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 MTK Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda bu şikayətə baxıldıqdan sonra işlə birlikdə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinin 2(012)- 387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini və Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının, 5-ci mərtəbəsinin 29 nömrəli, 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK və Cavabdeh2 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının, 5-ci mərtəbəsinin 29 nömrəli mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və həmin mənzildən istifadə etməsinə maneələrinin yaradılmasının Cavabdeh1 MTK və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqavilənin və xx.xx.2018-ci il tarixli maliyyə arayışının kserosurətdən ibarət olub Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamasını, müqavilənin və maliyyə arayışının əsillərinin təqdim edilməsi ilə bağlı məhkəmədə iddiaçını təmsil etmiş nümayəndəyə müqavilənin və maliyyə arayışının əsillərinin təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, onun tərəfindən həmin sənədlərin əsillərinin təqdim edilməməsini, təqdim edilmiş müqavilənin və maliyyə arayışının isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamasını əsas gətirib iddianın rədd edilməsi barədə 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnamə qəbul etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, hələ məhkəməyə iddia verilməzdən əvvəl atasının ağır xəstəliyi ilə əlaqədar iddiaçı uzun müddət Naxçıvan MR Sədərək rayonunun Dəmirçi kəndində atasının yanında olmuş və işin məhkəmədə baxılması ilə bağlı məlumatlandırılmadığından məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçını məhkəmədə nümayəndəsi-vəkili Vəkil1 təmsil etmişdir və iddiaçı ona mənzilə bağlı bütün sənədləri, o cümlədən, müqavilənin və maliyyə arayışlarının əslini vermişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxışı ilə bağlı iddiaçını məlumatlandırmamışdır, iddiaçı nümayəndəsi və vəkilinin müqavilənin və maliyyə arayışının əslini hansı səbəbdən məhkəməyə təqdim etməməsini də bilmir. Ümumiyyətlə, iddiaçı məhkəmə baxışının nəticəsi barədə nə nümayəndəsi, nə də məhkəmə tərəfindən məlumatlandırılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi ilə əlaqə saxlaması nümayəndənin iddiaçının telefon zənglərinə cavab verməməsi səbəbindən mümkün olmamışdır. İddiaçı nümayəndəsinin fəaliyyət göstərdiyi vəkil bürosunun və vəkilin özünün ünvanını bilməmişdir. İddiaçı məhkəmədən əvvəl nümayəndəsi ilə cəmi iki dəfə Masazır qəsəbəsində görüşmüş və mənzilə dair bütün sənədləri ondan almış, müqavilə bağladıqdan sonra nümayəndə iş ilə özünün məşğul olacağı barədə iddiaçını əmin etmişdir. Lakin nümayəndə məhkəmənin qəbul etdiyi qətnamə barədə iddiaçıya məlumat verməmişdir. Öz növbəsində məhkəmə də qəbul etdiyi qətnamənin surətini iddiaçıya göndərməmiş və hər hansı qaydada iddiaçıya verməmişdir. İddiaçı yalnız 2025-ci ilin noyabr ayının 20-dən sonra onu Vəkil1la tanış etmiş şəxsin vasitəsi ilə Vəkil1 mənzilin sənədlərinin əslini ala bilmişdir. Lakin Vəkil1 iddiaçı ilə görüşməkdən yayınmışdır. Qeyd etdiyi kimi sənədləri isə onları tanış etmiş şəxsin vasitəsi ilə iddiaçıya çatdırmışdır. İddiaçı şikayət vermək üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilərək, iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin surətini almışdır. Bu səbəbdən iddiaçı məhkəmənin 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi X4 izahatında İddiaçı tanımadığını, iddiaçı tərəfindən onların hesabına pul mədaxil olunmadığını, halbuki hesaba mədaxil olunduğu təqdirdə mütləq bununla bağlı qəbz yazıldığını bildirdi və göstərilənlər əsasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin mövcudluğundan məlumatı olmuş, buna baxmayaraq sözügedən qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçının əvvəlki vəkilinümayəndəsi müqavilənin əslinin mövcud olmadığını və əsl sənədin ona təqdim olunmadığını bildirmişdir. Hesab edir ki, iddiaçının vəkili nümayəndəsinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi əsassızdır. İddiaçı tərəfin qeyd etdiyi müqavilənin bağlanmasından 7-8 il keçmiş və həmin vaxtdan mübahisə predmeti olan əmlak 20 nəfərə satılmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 2(012)-387/2022 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi» tələbi barədə mülki iş üzrə İddiaçı vəkilinümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 387/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının vəkilinin şəxsi kabinetinə yerləşdirilmişdir. Bu isə iddiaçının qətnaməni almaması və bununla bağlı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilərək şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edilməsi barədə ərizəsinin təmin edilməsini istisna edir. Ona görə də məhkəmənin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsi barədə qərardadı qanunsuz olmuşdur. AR MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə müşayiət məktubu ilə tərəflərə, o cümlədən, İddiaçı ünvanına göndərilmişdir. Bundan başqa mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş və iş materiallarında olan qəbzdən göründüyü kimi qətnaməni rəsmi qaydada almışdır. İddiaçı 2025-ci ildə həmin iş üzrə apellyasiya instansiyası məhkəməsində ona hüququ yardımın göstərilməsi üçün bu dəfə başqa bir Vəkil2 ilə müqavilə bağlamışdır. Vəkil2 iddiaçının adından ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün məhkmədən qətnamənin surətinin verilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada qətnaməni almış və qəbzin qeyd hissəsinə “qətnamə təkrar verildi” sözləri qeyd edilmişdir. İşdən göründüyü kimi həmin qətnamə həm iddiaçıya, həm də onun birinci instansiya məhkəməsində iştirak etmiş vəkilinə 2022- ci ildə rəsmi qaydada verilmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçıya hüququ yardım göstərən vəkilə isə “qətnamə təkrar verildi” sözləri qeyd olunmaqla birinci dəfə verildiyi göstərilmişdir. Ancaq işə baxan məhkəmə yuxarıda qeyd olunan normanın tələblərini pozaraq müddəti bərpa etmişdir. AR MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı və onun birinci instansiya məhkəməsində iştirak edən vəkili 2022-ci ildə rəsmi qaydada məhkəmənin qətnaməsini almışlar. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildikdən 3 il sonra verilmiş, məhkəmə isə buraxılmış müddəti qanunsuz olaraq üzürlü hesab edərək bərpa etmişdir. AR MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi müddətin bərpası barədə vəsatət qanunsuz olaraq təmin edilmiş apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda qaytarılmamışdır. Ona görə də məhkəmənin apellyasiya şikayətini geri qaytarmaması həmin normanın tələblərinin pozulması ilə nəticələnmişdir. İş materialları ilə təsdiq edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə müşayiət məktubu ilə tərəflərə, o cümlədən, İddiaçı ünvanına göndərilmişdir. Bundan başqa mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş və iş materiallarında olan qəbzdən göründüyü kimi qətnaməni rəsmi qaydada almışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada qətnaməni almış və qəbzin qeyd hissəsinə “qətnamə təkrar verildi” sözləri qeyd edilmişdir. İşdən göründüyü kimi həmin qətnamə həm iddiaçıya, həm də onun birinci instansiya məhkəməsində iştirak etmiş vəkilinə 2022-ci ildə rəsmi qaydada verilmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçıya hüquqi yardım göstərən vəkilə isə “qətnamə təkrar verildi” sözləri qeyd olunmaqla birinci dəfə verildiyi göstərilmişdir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-387/2022 saylı qərardadından xx.xx.2026-cı il tarixdə şikayət vermiş və o, qərardadın ləğv edilməsini, əks halda bu şikayətə baxıldıqdan sonra işlə birlikdə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı, 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X2 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X2 qadağan edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı vəkilinümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinin 2(012)- 387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini və Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının, 5-ci mərtəbəsinin 29 nömrəli, 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK və Cavabdeh2 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının, 5-ci mərtəbəsinin 29 nömrəli mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və həmin mənzildən istifadə etməsinə maneələrinin yaradılmasının Cavabdeh1 MTK və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqavilənin və xx.xx.2018-ci il tarixli maliyyə arayışının kserosurətdən ibarət olub Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamasını, müqavilənin və maliyyə arayışının əsillərinin təqdim edilməsi ilə bağlı məhkəmədə iddiaçını təmsil etmiş nümayəndəyə müqavilənin və maliyyə arayışının əsillərinin təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, onun tərəfindən həmin sənədlərin əsillərinin təqdim edilməməsini, təqdim edilmiş müqavilənin və maliyyə arayışının isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamasını əsas gətirib iddianın rədd edilməsi barədə 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnamə qəbul etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, hələ məhkəməyə iddia verilməzdən əvvəl atasının ağır xəstəliyi ilə əlaqədar iddiaçı uzun müddət Naxçıvan MR Sədərək rayonunun Dəmirçi kəndində atasının yanında olmuş və işin məhkəmədə baxılması ilə bağlı məlumatlandırılmadığından məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçını məhkəmədə nümayəndəsi-vəkili Vəkil1 təmsil etmişdir və iddiaçı ona mənzil ilə bağlı bütün sənədləri, o cümlədən, müqavilənin və maliyyə arayışlarının əslini vermişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxışı ilə bağlı iddiaçını məlumatlandırmamışdır, iddiaçı nümayəndəsi və vəkilinin müqavilənin və maliyyə arayışının əslini hansı səbəbdən məhkəməyə təqdim etməməsini də bilmir. Ümumiyyətlə, iddiaçı məhkəmə baxışının nəticəsi barədə nə nümayəndəsi, nə də məhkəmə tərəfindən məlumatlandırılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi ilə əlaqə saxlaması nümayəndənin iddiaçının telefon zənglərinə cavab verməməsi səbəbindən mümkün olmamışdır. İddiaçı nümayəndəsinin fəaliyyət göstərdiyi vəkil bürosunun və vəkilin özünün ünvanını bilməmişdir. İddiaçı məhkəmədən əvvəl nümayəndəsi ilə cəmi iki dəfə Masazır qəsəbəsində görüşmüş və mənzilə dair bütün sənədləri ondan almış, müqavilə bağladıqdan sonra nümayəndə iş ilə özünün məşğul olacağı barədə iddiaçını əmin etmişdir. Lakin nümayəndə məhkəmənin qəbul etdiyi qətnamə barədə iddiaçıya məlumat verməmişdir. Öz növbəsində məhkəmə də qəbul etdiyi qətnamənin surətini iddiaçıya göndərməmiş və hər hansı qaydada iddiaçıya verməmişdir. İddiaçı yalnız 2025-ci ilin noyabr ayının 20-dən sonra onu Vəkil1la tanış etmiş şəxsin vasitəsi ilə Vəkil1 mənzilin sənədlərinin əslini ala bilmişdir. Lakin Vəkil1 iddiaçı ilə görüşməkdən yayınmışdır. Qeyd etdiyi kimi sənədləri isə onları tanış etmiş şəxsin vasitəsi ilə iddiaçıya çatdırmışdır. İddiaçı şikayət vermək üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilərək, iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin surətini almışdır. Bu səbəbdən iddiaçı məhkəmənin 07 iyun 2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi X4 izahatında İddiaçı tanımadığını, iddiaçı tərəfindən onların hesabına pul mədaxil olunmadığını, halbuki hesaba mədaxil olunduğu təqdirdə mütləq bununla bağlı qəbz yazıldığını bildirdi və göstərilənlər əsasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin mövcudluğundan məlumatı olmuş, buna baxmayaraq sözügedən qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçının əvvəlki vəkilinümayəndəsi müqavilənin əslinin mövcud olmadığını və əsl sənədin ona təqdim olunmadığını bildirmişdir. Hesab edir ki, iddiaçının vəkilinümayəndəsinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi əsassızdır. İddiaçı tərəfin qeyd etdiyi müqavilənin bağlanmasından 7-8 il keçmişdir və həmin vaxtdan mübahisə predmeti olan əmlak 20 nəfərə satılmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 2(012)-387/2022 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi» tələbi barədə mülki iş üzrə İddiaçı vəkilinümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi və İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə müşayiət məktubu ilə tərəflərə, o cümlədən, İddiaçı ünvanına göndərilmişdir. Bundan başqa mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş və iş materiallarında olan qəbzdən göründüyü kimi qətnaməni rəsmi qaydada almışdır. İddiaçı 2025-ci ildə həmin iş üzrə apellyasiya instansiyası məhkəməsində ona hüququ yardımın göstərilməsi üçün bu dəfə başqa bir Vəkil2 ilə müqavilə bağlamışdır. Vəkil2 iddiaçının adından ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün məhkmədən qətnamənin surətinin verilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada qətnaməni almış və qəbzin qeyd hissəsinə “qətnamə təkrar verildi” sözləri qeyd edilmişdir. İşdən göründüyü kimi həmin qətnamə həm iddiaçıya, həm də onun birinci instansiya məhkəməsində iştirak etmiş vəkilinə 2022-ci ildə rəsmi qaydada verilmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçıya hüququ yardın göstərən vəkilə isə “qətnamə təkrar verildi” sözləri qeyd olunmaqla birinci dəfə verildiyi göstərilmişdir. Ancaq işə baxan məhkəmə yuxarıda qeyd olunan normanın tələblərini pozaraq müddəti bərpa etmişdir. AR MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı və onun birinci instansiya məhkəməsində iştirak edən vəkili 2022-ci ildə rəsmi qaydada məhkəmənin qətnaməsini almışlar. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi apellyasiya şikayəti mübahisələndirlən məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildikdən 3 il sonra verilmiş, məhkəmə isə buraxılmış müddəti qanunsuz olaraq üzürlü hesab edərək bərpa etmişdir. AR MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Abşeron Rayon Məhkəməsindəki hazırkı iş üzrə mülki işin materiallarından müəyyən olunur ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılmışdır. İş üzrə məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının vəkilinin şəxsi kabinetinə yerləşdirilmişdir. Bu isə iddiaçının qətnaməni almaması və bununla bağlı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilərək şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edilməsi barədə ərizəsinin təmin edilməsini istisna edir. Ona görə də məhkəmənin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardadı qanunsuz olmuşdur. AR MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi müddətin bərpası barədə vəsatət qanunsuz olaraq təmin edilmiş apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda qaytarılmamışdır. Ona görə də məhkəmənin apellyasiya şikayətini geri qaytarmaması həmin normanın tələblərinin pozulması ilə nəticələnmişdir. AR Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı işə baxılması ilə bağlı məlumatlandırılmadığını bildirmişdir. İddiaçını məhkəmədə nümayəndəsi-vəkili Vəkil1 tərəfindən də məlumat verilmədiyini göstərsə də vəkil barəsində bu günə qədər Vəkillər Kollegiyasına və digər orqana şikayət etməsi barədə heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə İddiaçı Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsini almadığını və həmin qətnamədən xəbərsiz olduğunu göstərsə də xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciətində həmin qətnamənin tarixini və nömrəsini düzgün olaraq göstərmişdir. Bu da onun həmin qətnamədən xəbərdar olduğunu təsdiq edir. Həmin ərizə əsasında təkrar olaraq, qətnaməni alsa da nədənsə 2 il 6 ay sonra Abşeron Rayon Məhkəməsinə yenidən ərizə verərək həmin sözügedən qətnamənin alınmasını xahiş etmişdir. Həmin ərizə əsasında təkrar olaraq, xx.xx.2025-ci il tarixdə onu yeni vəkil-nümayəndəsi Vəkil2 tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada alınmış və həmin qəbzdə “qətnamə təkrar verildi” ifadəsi imza edilməklə verilmişdir. Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda müddətin keçirilməsini üzrlü hesab etsədə qərardadda hansı mötəbər sübutlarla müddətin 4 ildən artıq müddətə pozulmasının üzrlü olduğunu əsaslandırmamış və yalnız iddiaçının nümayəndəsinin subyektiv fikirlərini əsas götürməklə iddiasını təmin etmişdir. Bu isə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsini kobud surətdə pozulması hesab edilməlidir. Vəkilə qətnamənin verilməsi tərəflərə verilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə həmin qətnamə iddiaçının özünə poçt vasitəsi ilə göndərilmiş , lakin onun iddiaçı tərəfindən alınmadığını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Həmin qətnamə İddiaçı tərəfindən keçən bu müddət ərzində 3 dəfə alınmasına baxmayaraq, məhkəmə bunları görməmiş və hətta iddiaçının yeni nümayəndəsi Vəkil2lə məhkəmə iclası zamanı aralarında olan dialoq zamanı qətnamənin iddiaçıya dəfələrlə verilmiş olduğunu göstərsə də qanunsuz və əsassız olaraq sübutlara düzgün qiymət vermədən iddianı təmin etməklə Mülki Prossesual Məcəllənin 88ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də 2(012)-387/2022 saylı qərardad ləğv olunmalıdır. İş materialları ilə təsdiq edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə müşayiət məktubu ilə tərəflərə, o cümlədən, İddiaçı ünvanına göndərilmişdir. Bundan başqa mülki işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 saylı qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş və iş materiallarında olan qəbzdən göründüyü kimi qətnaməni rəsmi qaydada almışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada qətnaməni almış və qəbzin qeyd hissəsinə “qətnamə təkrar verildi” sözləri qeyd edilmişdir. İşdən göründüyü kimi həmin qətnamə həm iddiaçıya, həm də onun birinci instansiya məhkəməsində iştirak etmiş vəkilinə 2022- ci ildə rəsmi qaydada verilmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçıya hüquqi yardım göstərən vəkilə isə “qətnamə təkrar verildi” sözləri qeyd olunmaqla birinci dəfə verildiyi göstərilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli və onunla bağlı 21 və 26 yanvar 2026-cı il tarixli qərardadları ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməsini sözügedən qətnamənin İddiaçı tərəfindən rəsmi qaydada alınmasına dair iş materiallarında hər hansı sənəd mövcud olmaması, iddiaçının vəkili-nümayəndəsi Məmiyev X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-387/2022 nömrəli qətnaməsini xx.xx.2025-ci il tarixdə aldığından həmin qətnamədən şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlamış, iddiaçının vəkili-nümayəndəsi sözügedən qətnamədən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verməklə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Mövcud vəziyyətdə cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəyə baxan aşağı instansiya məhkəməsi ilk növbədə ərizəçinin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olubolmamasını yoxlamalı, müddətin ötürüldüyü halda müddətin bərpası məsələsinə baxmalı, əks halda şikayət vermək üçün prosessual müddət ötürülməmişsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul edilməlidir. İşə əlavə edilmiş poçt göndərişlərinin siyahısından görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana xx.xx.2022ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı qətnamənin ona təqdim edilməməsini əsas gətirərək xx.xx.2023-cü il tarixdə qətnamənin ona verilməsi ilə bağlı yazılı ərizə ilə məhkəməyə müraciət etmiş, lakin sonuncu bu müraciətinin hansı səbəbdən məhkəmə tərəfindən cavabsız qaldığını növbəti xx.xx.2025-ci il tarixli ərizəsində göstərmədən 2 il, 6 ay, 18 gün sonra yenidən ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona verilməsini xahiş etməsi inandırıcı görünmür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Mövcud ərizəni araşdıran aşağı instansiya məhkəməsi işin bu həlledici əhəmiyyət daşıyan halını diqqətdən kənarda saxlamış, bu istiqamətdə tərəflərin iştirakı ilə ətraflı araşdırma aparıb məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi olan Vəkil1 vasitəsilə təmsil olunmuş və ərizədə həmin şəxsin poçt ünvanı göstərilmiş, mübahisələndirilən məhkəmə aktı da məhz həmin ünvana göndərilmişdir. Göründüyü kimi iddiaçının istər xx.xx.2022-ci il, istərsə də xx.xx.2023-cü il tarixlərdən keçən bu müddətlər ərzində məhkəmə aktının ona təqdim edilməməsi ilə bağlı hansı addımlar atdığı müəyyən olunmur. Eyni zamanda cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə atasının ağır xəstəliyi ilə əlaqədar uzun müddət Naxçıvan MR Sədərək rayonunun Dəmirçi kəndində onun yanında olması və işin məhkəmədə baxılması ilə bağlı məlumatlandırılmaması ilə bağlı dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçını məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi Vəkil1 təmsil etmiş və sms vasitəsilə məlumatlandırılmış, nümayəndənin elektron kabineti belə mövcud olmuşdur. Mülki Prosessual Məcəllənin 68.2. maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Həmin Məcəllənin 68.3. maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Qeyd olunmalıdır ki, şikayətin vaxtında və düzgün verilməməsi, prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Çünki şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətlər etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri özündə ehtiva edən sübutları ərizəsinə əlavə etməlidir. Həmçinin işdə təmsilçilik qaydasında iştirak etmiş vəkil və nümayəndə onlara həvalə edilmiş səlahiyyətlər həddində (məhkəmə aktını çatdırmaq, şikayəti imzalamaq və s.) öhdəliyi daşıyır. Odur ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində müddətin buraxılmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini, müvafiq hərəkətləri etməsinə maneə və məhdudiyyətlərin yaranmasını sübut etməlidir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Lakin müddətin bərpası barədə ərizəyə baxan birinci instansiya məhkəməsi işin bu hallarını, o cümlədən onun atasının xəstəliyinin olub-olmamasını ətraflı araşdırmamış, zərurət yarandığı halda sənədləri tələb edib baxış keçirməmiş, nəticədə prosessual müddəti bərpa etməklə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh2 şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli və onunla bağlı 21 və 26 yanvar 2026-cı il tarixli qərardadları ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması zamanı qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh2 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli və onunla bağlı 21 və 26 yanvar 2026-cı il tarixli qərardadları ləğv edilsin. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar