Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-357/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İsmayılov Sahil Arif oğlunun cavabdehlər “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İsmayılov Sahil Arif oğlunun, onun vəkili və nümayəndəsi nümayəndə4 iştirakları ilə, İddiaçı İsmayılov Sahil Arif oğlunun cavabdehlər “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə haqqın ödənilməsi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2012-ci il tarixli, ****** nömrəli əmək kitabçasından görünür ki, İsmayılov Sahil Arif oğlu ##.##.2012-ci il tarixdə “xxxx” MMC-nin Bakı şəhər II satış şöbəsinə satış üzrə ekspeditor olaraq işə qəbul olunmuş, ##.##.2013-cü il tarixdə “xxxx” MMC-nin Bakı şəhər İ satış şöbəsinə satış üzrə ekspeditor vəzifəsinə keçirilmiş, ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, 1601020001989900 №li çıxarışa əsasən “xxxx” MMC-nin adı “xxxx” MMC adlandırılmış, ##.##.2018-ci il tarixdə “xxxx” MMC-nin Bakı şəhər İ satış şöbəsinə satış üzrə əlaqələndirici vəzifəsinə keçirilmiş, ##.##.2022-ci il tarixdə “xxxx” MMC-nin Şəbəkə marketlər satış direktorluğunun İ şəbəkə marketlər satış şöbəsinə baş ekspeditor vəzifəsinə keçirilmiş, ##.##.2022-ci il tarixdə “xxxx” MMC-nin Şəbəkə marketlər satış direktorluğunun İ şəbəkə marketlər satış şöbəsinə kateqoriya satış üzrə bölmə rəisi vəzifəsinə keçirilmiş, ##.##.2023-cü il tarixdə “xxxx” MMC-nin Qeyri-qida şəbəkə marketlər satış direktorluğunun 4cü şəbəkə marketlər satış şöbəsinə şöbə müdiri vəzifəsinə keçirilmiş, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, ##.##.2024-cü il tarixdə “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-nin Şəbəkə marketlər satış direktorluğunun 4-cü şəbəkə marketlər satış şöbəsinə şöbə müdiri vəzifəsinə işə qəbul olunmuş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir.
2. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, İsmayılov Sahil Arif oğlu ##.##.2025-ci il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad edilməsini xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixli, ****/K nömrəli əmrdən görünür ki, İsmayılov Sahil Arif oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.
4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İsmayılov Sahil Arif oğlu ##.##.2025-ci il tarixli, ****/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Bildirişin sistemə daxil edildiyi və imzalandığı tarix ##.##.2025-ci ildir.
5. “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İsmayılov Sahil Arif oğluna ##.##.2025-ci il tarixdə 19551.47 manat məbləğində son haqq-hesab ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC-nin insan resursları departamentinin müdiri Bahadur Məmmədovun imzaladığı ##.##.2025-ci il tarixli, ****/K nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASCdə Cəmiyyətin Şəbəkə Marketlər satış direktorluğunun 4-cü şəbəkə marketlər satış şöbəsinə şöbə müdiri vəzifəsinə işə bərpasının təmin edilməsi, məcburi iş buraxmaya görə ##.##.2025ci il tarixdən işə bərpa olunacağı günədək aylıq əmək haqqının əvvəlki qaydada və həmin məbləğlərin cavabdehin-işəgötürənin təqsiri üzündən gecikdirildiyindən gecikdirilmiş hər günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC-dən tutularaq ona ödənilməsi, qanunsuz əmrdən sonra keçirmiş olduğu mənəvi sarsıntılar və fiziki iztirab nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlər “xxxx” MMC-dən və onun törəmə müəssisəsi olan “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC-dən müştərək qayda da alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azersun Holding “xxxx” MMC ilə aralarında ##.##.2012-ci il tarixdə, ***/K nömrəli əmrə əsasən Cəmiyyətin Bakı şəhər 2-ci satış şöbəsinə satış üzrə ekspeditor olaraq əmək müqaviləsi bağlanmışdır. Daha sonra ##.##.2013cü il tarixli, ***/K nömrəli əmrə əsasən cəmiyyətin Bakı şəhər 1-ci satış şöbəsinə satış üzrə ekspeditor vəzifəsinə keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, **************** nömrəli çıxarışa əsasən “xxxx” MMC-nin adı “xxxx” MMC olaraq adlandırılmışdır. Daha sonra ##.##.2018-ci il tarixli, **** nömrəli əmrə əsasən Bakı şəhər 1-ci satış şöbəsinə satış üzrə əlaqələndirici vəzifəsinə keçirilmişdir. Bundan sonra ##.##.2022-ci il tarixli, ***/K nömrəli əmrə əsasən Cəmiyyətin Şəbəkə Marketlər satış direktorluğunun 1-ci şəbəkə marketlər satış şöbəsinə baş ekspeditor vəzifəsinə keçirilmişdir. Daha sonra ##.##.2022-ci il tarixli, ***/K nömrəli əmrə əsasən Cəmiyyətin Şəbəkə Marketlər satış direktorluğunun 1-ci şəbəkə marketlər satış şöbəsinə kateqoriya satış üzrə bölmə rəisi vəzifəsinə keçirilmişdir. Bundan sonra Cəmiyyətin qeyri-qida şəbəkə marketlər satış direktorluğunun 4-cü şəbəkə marketlər satış şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. ##.##.2023-cü il tarixdə iş yerinin və vəzifəsinin artırılması məqsədi ilə elə həmin tarixli ****/K nömrəli əmrlə işdən azad olunmuşdur. ##.##.2024-cü il tarixli, **/K nömrəli əmrlə “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC-də Cəmiyyətin Şəbəkə Marketlər satış direktorluğunun 4-cü şəbəkə marketlər satış şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, qanunsuz və əsassız olaraq şəxsi iradəsi əleyhinə alınmış, guya öz xahişi ilə işdən azad olunmasına dair ərizə əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ## ###### 2025-ci il tarixli ****/K nömrəli əmrlə işdən azad olunmuşdur. Lakin indiyədək bağlanmış müqavilələrin bir nüsxəsi əmək qanunvericiliyinin tələbinə görə ona verilməli olsa da, bu günə kimi bağlanmış müqavilələrin heç birinin nüsxəsi və işdən azad olunmağına dair əmrin nüsxəsi ona verilməmişdir. Cavabdehlə işlədiyi 13 il 12 gün müddətində aralarında bağlanmış müqavilə şərtlərinə tərəfindən tam əməl edilmişdir. İşlədiyi bütün müddət ərzində müqavilə bağladığı Cəmiyyətin mənafeyi üçün çalışmış və cavabdehə yüksək səviyyəli xidmət göstərilməsi üçün əlindən gələni əsirgəməmişdir. Bütün iş fəaliyyəti dövründə hər hansı qüsur və qanun pozuntularına yol verməmişdir. Elə bunun nəticəsidir ki, işlədiyi müddət ərzində cavabdeh tərəfindən təbrik məktubları hər il 01 avqust tarixlərində e-mail poçt ünvanına göndərilmişdir. Təxminən 2025-ci ilin avqust ayının əvvəlində haqqında digər şöbələrdə işdən çıxarılacağı ilə bağlı söhbətlərin dolaşdığını öyrənmişdir. Şəxsən ona bildirilmədən mövzunun bu şəkildə yayılması onun şəxsi psixoloji durumuna mənfi təsir etdiyi üçün vəziyyətin həqiqiliyini öyrənmək məqsədilə ##.##.2025-ci il tarixdə rəhbəri Özgür Öndər bəyə müraciət etmişdir. Özgür bəy canlı görüş zamanı vəziyyətin həqiqiliyini etiraf edərək onunla edəcəyi söhbətə İnsan Resursları departamentinin müdiri Bahadur Məmmədovu dəvət etmişdir. Hər ikisi də hazırda fəaliyyət göstərdiyi 4-cü şəbəkə marketlər bölümünün ixtisar olunacağını, onun da vəzifəsinin ixtisara düşdüyünü, bu səbəbdən də işdən çıxarılma ehtiyacının olduğunu bildirmişlər. Bundan sonra o, Bahadur Məmmədovdan vəziyyətin qanunvericiliyə uyğun necə tənzimlənəcəyini soruşmuş, B.Məmmədov isə yalnız “AKKİK” ASC-də işlədiyi dövrün nəzərə alınacağını bildirmişdir. Bu cavaba etiraz edərək bildirmişdir ki, “xxxx” MMC ilə əmək müqaviləsinə xitam verilib, “AKKİK” ASC ilə yeni müqavilə bağlanarkən tərəfinə “Biz eyni holdinqin tərkibindəyik, hər zaman bütün çalışma dövrləri diqqətə alınacaq” bildirildiyi halda indi niyə nəzərə alınmır? Əgər AKKİK ASC-də işlədiyi dövr nəzərə alınırsa, niyə hələ də sistemdə işə qəbul olunduğu tarix ##.##.2012-ci il tarixi kimi qeyd olunub? Əgər nəzərə alınmırsa, nəyə görə hər ilin 01 avqust tarixlərində tamamlanan iş ili müddəti ilə bağlı Azersun Holding tərəfindən “təbrik” email məktubları göndərilir? Suallarına cavab almadıqdan sonra canlı görüşləri bitmişdir. Ona bu cür soyuq münasibətə görə bütün gecəni yata bilməmişdir. ##.##.2025-ci il tarixdə, saat 06:50-də şirkətin turniketindən daxil olaraq üzləşdiyi vəziyyətlə və Azersun Holding-də olan bütün iş fəaliyyəti ilə bağlı İnsan Resursları Baş Direktoru Fatih İslamoğlu ilə görüşmək üçün ofisinə getmiş, 2012-ci ildən bugünədək baş verən bütün mövzuları ona danışmışdır. Fatih İslamoğlu ilə söhbətlərindən sonra elə həmin gün saat 12:37-də İR əməkdaşı tərəfindən ona zəng edilərək Bahadur Məmmədovun yanına yaxınlaşmağı istənilmişdir. Ərazidən qayıtdıqdan sonra B.Məmmədovun otağına yaxınlaşmışdır. Bahadur Məmmədov əmək fəaliyyətinin sonlandırılması ilə bağlı ödəniləcək olan kompensasiyanı (ortalama əmək haqqının 4 misli) yalnız “öz istəyi və qərarı ilə” ərizə yazaraq müraciəti zamanı verilə biləcəyini bildirmişdir. Halbuki, Əmək Məcəlləsinin tələblərinə görə əmək fəaliyyəti dövrü tamamlanmış 13 il müddətə görə ortalama əmək haqqının 4 misli miqdarında kompensasiyanın ödənilməsi ixtisara düşmə halında da ödənilməlidir. Bütün bunlara baxmayaraq, çarəsizlikdən ##.##.2025-ci il tarixdə həmin görüşdə fərqli təqvim tarixlərə aid, yəni ##.##.2025-ci il tarixli “razılıq və təsdiq vərəqəsi”, ##.##.2025-ci il tarixli “öz xahişimlə” işdən azad olma, ##.##.2025-ci il tarixli “razılıq və təsdiq vərəqəsi”, ##.##.2025-ci il tarixli “öz xahişimlə” işdən azad olma, 1 ay öncəki tarixə xəbərdarlıq haqqında bir neçə ərizə yazdırılmışdır. Bundan sonra ##.##.2025-ci il tarixdə Azərpoçt vasitəsi ilə (izləmə kodu SX044143538AZ, ərizə ##.##.2025-ci il tarixdə, saat 13:10-da çatdırılmışdır) X2 Şurasının sədri Ahmed Gozala ünvanlanmış ərizə müraciət etmişdir və ##.##.2025-ci il tarixdə “xxxx” elektron poçt ünvanından şirkətin rəhbəri Ahmad Gozala “elektron ünvan 2” elektron poçt ünvanı vasitəsilə ərizə ilə müraciət edərək ##.##.2025-ci il tarixdə müxtəlif tarixlərə (##.##.2025 və ##.##.2025) öz xahişi ilə işdən azad olma və kompensasiyanın verilməsi ilə bağlı yazdırılmış və imzalatdırılmış ərizələrin şəxsi iradəsi əleyhinə alındığını, həmin ərizələrin nəzərə alınmamasını, Əmək Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq işinə davam etdirməyi barədə göstəriş verilməsini, qeyd olunan ərizələrdə göstərilənlərin heç bir həqiqəti əks etdirmədiyini, kompensasiyanın verilməsi həqiqətləri öz əksini tapmadığını, reallıqda ona vəd edilən kompensasiyanın heç bir qəpiyi rəsmi və yaxud qeyri-rəsmi şəkildə ödənilmədiyi, hazırda əmək kitabçasında əmək münasibətlərinə xitam verilməsi ilə bağlı möhür və imza olsa da, Elektron İnformasiya Alt Sistemində əmək müqaviləsinə xitam verilmədiyinin nəzərə alınması xahiş etmişdir. Lakin ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar Elektron İnformasiya Alt Sistemində qeyd olunan ərizəsi nəzərə alınmadan yerləşdirilmişdir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə “Mediasiya haqqında Qanun”un 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəfindən ##.##.2025-ci il tarixdə Bakı * saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Təşkilatın ##.##.2025-ci il tarixli arayışından da göründüyü kimi cavabdeh iştirak etməmişdir. Tərəfindən ##.##.2025-ci il tarixdə göndərilmiş iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Qumru Əliyeva) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə MPM-nin 35.2-ci maddəsinə əsasən geri qaytarılmışdır. Elə həmin tarixdə, yəni ##.##.2025-ci il tarixdə Bakı ** saylı Mediasiya Təşkilatına və ##.##.2025-ci il tarixdə Sumqayıt * saylı Mediasiya Təşkilatına müraciətlər edilmişdir. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, Bakı ** saylı Mediasiya Təşkilatı və Sumqayıt * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışlardan da göründüyü kimi cavabdehlər təyin edilmiş mediasiya sessiyalarında iştirak etməmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən imza səlahiyyəti olmadığından geri qaytarılmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş vəkil orderində Nizami Rayon Məhkəməsi göstərilməsi onunla izah edilir ki, cavabdehin onlara məlum olan faktiki ünvanı və əmək müqaviləsinin bağlanıldığı ünvan Bakı şəhəri, Nizami rayonu, H. Əliyev prospekti 90, 92A (Azersun Holdingin və törəmə müəssisələrinin fəaliyyət göstərdiyi faktiki ünvan) ünvanı olmaqla, ərazi aidiyyəti Nizami Rayon Məhkəməsinin yurisdiksiyasında olduğunu hesab edərək həmin məhkəməyə göndərilmişdir. Lakin iddia ərizəsi ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilərkən Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadını ərizəyə əlavə etməklə orderdə düzəliş edilməsi zəruri hesab edilməmişdir. Bundan başqa, tərəfindən əldə edilmiş “xxxx” MMC-yə aid hesab edilən VÖEN1605368351 kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi alt sistemində “X6 Company” MMC olması məhz cavabdehə aid olduğu nəticəsinə gəlməyə imkan verdiyindən elektron məhkəmə sisteminə də həmin VÖEN nömrəsi əlavə edilmişdir. Məlumat üçün qeyd edilir ki, hazırkı iddia ərizəsində göstərilən bəzi xüsusatlarla bağlı tərəfindən Nizami Rayon Məhkəməsinə müraciət olunaraq “xxxx” MMC-yə və onun törəmə müəssisəsi olan “xxxx” MMCyə qarşı “ödənilməmiş əmək haqqı tələbinə dair” iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadında göstərilən nöqsanlar hazırda aradan qaldırıldığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər təkrarən məhkəməyə göndərilməlidir. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan onun konstitusion və əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İsmayılov Sahil Arif oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, işlədiyi bütün müddət ərzində müqavilə bağladığı Cəmiyyətin mənafeyi üçün çalışmış və cavabdehə yüksək səviyyəli xidmət göstərmək üçün əlindən gələni əsirgəməmişdir. Bütün iş fəaliyyəti dövründə heç bir qüsur və qanun pozuntusu etməmişdir. Təxminən 2025-ci ilin avqust ayının əvvəlində haqqında digər şöbələrdə işdən çıxarılacağı ilə bağlı söhbətlərin dolaşdığını öyrənmişdir. Ona bildirilmədən mövzunun bu şəkildə yayılması onun şəxsi psixoloji durumuna mənfi təsir etmiş, həmin gecə yata bilməmişdir. Daha sonra rəhbərləri ilə görüşmüş, həqiqətən də kilid 4-ün bağlanacağını və onun vəzifəsinin də ixtisar olunacağı bildirilmişdir. Ərizəsində də qeyd etdiyi kimi ona öz ərizəsi ilə işdən çıxmayacağı təqdirdə yalnız AKKİK-də işlədiyi dövrlərin nəzərə alınacağını, şəxsi işinə kariyerasına mane olacaq məlumatlar əlavə ediləcəyini bildirdiklərindən o, məcbur qalıb köhnə tarixlərə bir neçə işdən çıxma ərizələri yazmışdır. Həmin ərizələrin şəkillərini məhkəməyə təqdim etmişdir. Dəfələrlə rəhbərliklə görüşmüş, ona hər il 01 avqust tarixində email gəldiyini, uzun illər holdingin törəmə müəssisələrində qüsursuz çalışdığını, yalnız AKKİKdəki əmək fəaliyyətinin nəzərə alınmasının qanunsuz olduğunu və şikayət edəcəyini bildirmişdir. Sonradan başa düşmüşdür ki, onun çalışdığı şöbə ixtisar olunmamışdır. Hətta bununla bağlı holdingin rəsmi saytında iş elanı da yerləşdirilmişdir. Ona 4 qat kompensasiya verilmişdir. İxtisarla bağlı işdən çıxarılmasını gözləməməsinin səbəbi ona rəhbərlik tərəfindən işdən çıxma müavinəti kimi yalnız AKKİK-dəki əmək fəaliyyətinin nəzərə alınmasının və şəxsi işinə kariyerasına mane olacaq məlumatlar əlavə ediləcəyi barədə bildirilməsi olmuşdur. Bundan əvvəl də kilid 5 ixtisar olunduğundan ixtisarın real olduğunu düşünmüşdür. 13 ildən çox həmin holdingdə işləmişdir. Avqust ayında məzuniyyətdən qayıtmışdır. Əgər işdən çıxacaqdısa, niyə məzuniyyətə çıxsın. Bundan başqa bu qədər il çalışdığı şirkətdən niyə durduq yerə öz ərizəsi ilə işdən ayrılsın.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili nümayəndə4 izahatında qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra onun vəzifəsinə başqa şəxs işə götürülmüşdür. Məhkəməyə təqdim etdiyi sübutlardan da aydın görünür ki, tərəf işdən azad edildikdən cəmi bir neçə gün sonra onun vəzifəsi üzrə vakant yer elan edilmiş və həmin vəzifə üçün yeni işçi axtarışına başlanılmışdır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, şəxsə hər hansı kənar təsir göstərməklə işdən azad edilməsi yolverilməzdir. İddiaçı 2025-ci ilin avqust ayının əvvəlində haqqında digər şöbələrdə işdən çıxarılacağı ilə bağlı söhbətlərin dolaşdığını öyrənmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə rəhbəri Özgür bəyə müraciət etmişdir. Ona fəaliyyət göstərdiyi 4-cü şəbəkə marketlər bölümünün ixtisar olunacağını, bu səbəbdən onun vəzifəsinin ixtisar olduğunu, bu səbəbdən də işdən çıxarılma ehtiyacının olduğunu bildirmişlər. Yalnız özü işdən azad olunması ilə bağlı ərizə verərsə ona kompensasiya ödəyəcəklərini bildirmişlər. İddiaçıya ##.##.2025-ci il tarixdə fərqli təqvim tarixlərinə bir neçə ərizə yazdırılmışdır. Həmin vaxt iddiaçı yazdığı ərizələrin telefon vasitəsi ilə şəklini çəkmişdir. Ərizələr iyul ayında yazılmış kimi göstərilsə də, fotoşəkillərdən də görünür ki, həmin ərizələr ##.##.2025-ci il tarixdə yazdırılmışdır. 11-## ###### 2025-ci il tarixlərdə iddiaçı rəhbərliyə ərizə ilə müraciət edərək ona müxtəlif tarixlərə öz xahişi ilə yazdırılmış və imzalatdırılmış ərizələrin şəxsi iradəsi əleyhinə alındığını bildirmiş, həmin ərizələrin nəzərə alınmamasını qeyd etmişdir. Lakin işəgötürən bu halları nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi fotoşəkillərdəki inventarlar AKKİK-ə məxsusdur. Həmin idarədən videogörüntülərə də baxıla bilər ki, iddiaçı ərizələri ##.##.2025-ci il tarixdə deyil, məhz ##.##.2025-ci il tarixdə yazmışdır. Tərəflərindən təqdim edilmiş şəkillərə şübhə yarandığı təqdirdə telefonu ekspertizaya da təqdim etməyə hazırdırlar. Lakin bununla bağlı cavabdeh tərəfindən vəsatət verilməmişdir. İddia tələbinin mənəvi zərər hissəsinə gəldikdə iddiaçı qanunsuz olaraq işdən çıxarıldığından sarsıntılar keçirmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahidin də bildirdiyi kimi iddiaçı uzun illər qüsursuz xidmət göstərmiş, heç bir əsas olmadan onun barəsində işdən çıxarılacağı ilə bağlı məlumatlar yayılmışdır. İddiaçı işdən qanunsuz olaraq azad edildiyindən “xxxx” MMC törəmə müəssisəsinin fəaliyyətinə görə məsuliyyət daşımalıdır.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi nümayəndə3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı özü işdən çıxmaq barədə ərizə ilə müraciət etmiş, onlar da qanunvericiliyin tələbinə uyğun olaraq ərizədə göstərilən gün onunla bağlanmış müqaviləyə xitam vermişlər. İddiaçıya heç kim təsir etməmiş, hədə-qorxu və ya təzyiq olmamışdır. İşçinin şəxsi işində onun ərizəsinin geri götürülməsi barədə məlumat mövcud deyil. İddiaçı tərəfindən göstərilən inventarlar (qələm, masa və s.) şirkətə məxsusdur. Lakin bu onu sübut etmir ki, ərizə əvvəlki tarixə yazılıb. Kamera görüntülərinə gəldikdə isə işçi hər bir məsələ ilə bağlı insan resurslarına müraciət edə bilər. Kamerada şəxsin koridorda olubolmaması həmin faktı təsdiqləmir. İddiaçı tərəfindən dəvət edilmiş şahidə gəldikdə özü də izahatında bildirdiyi kimi digər şirkətdən işdən çıxarılmışdır. Hazırda onun verdiyi ifadə emosional xarakter daşıyır. İddiaçının vəzifəsinin ixtisar olunacağı və ya işdən çıxarılacağı ilə bağlı deyilənlər isə dedi-qodu xarakteri daşıyır. Həmçinin, iddiaçı özü də izahatında bildirdiyi kimi rəhbərliyə şikayət edəcəyini bildiribsə, bu onun öz hüquqlarını bildiyini göstərir.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti törəmə müəssisələrin fəaliyyəti ilə bağlı hər hansı məsuliyyət daşımır. Hesab edir ki, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər sırasından çıxarılmalıdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Sahil onun iş yoldaşıdır. 13 ilə yaxın Sahillə bir yerdə “xxxx”da işləmişlər. Daha sonra Sahil “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”na keçirilmişdir. Onların işlədikləri şirkətlər eyni binada yerləşir. İddiaçı binanın 2-ci mərtəbəsində, o isə 1-ci mərəbədə işləyir. İş yerində Sahilin işdən çıxarılacağı barədə söz-söhbət gəzirdi. O, bu söhbəti konkret bir adamdan deyil, bir neçə şəxsdən eşitmişdir. O, bu barədə Sahildən soruşduqda sonuncu özü də belə bir söhbət eşitdiyini və məsələni müdiriyyətlə aydınlaşdıracağını bildirmişdir. Daha sonra Sahildən məsələnin nə yerdə qaldığını soruşduqda Sahil ona kilid 4 ixtisar olunacağı üçün onu işdən çıxaracaqlarını demişdir. Həmçinin, Sahil ona köhnə tarixə işdən çıxma barədə ərizə yazdırdıqlarını da bildirmişdir. O isə “sən müdir adamsan niyə belə bir hərəkət etdin” deyə soruşduqda, Sahil “əks halda onu maddə ilə işdən çıxaracaqlarını, şəxsi işinə əlavələr edəcəklərini, məcbur olub köhnə tarixə işdən çıxma barədə ərizə yazdığını, lakin şikayət edəcəyini” bildirmişdir. Sahil həmişə işində fəal olmuşdur. Bütün iclaslarda öz işini yaxşı təqdim etmişdir. İndiyə kimi onun töhməti olmamışdır. Belə bir hal olsaydı, onu bu vəzifəyə kimi qaldırmazdılar. İş yerinin girişində açıq bir yer var. Orada işçilər toplaşıb söhbət edərkən bu söhbəti eşitmişdir. O, keçən il “xxxx”dan işdən çıxarılmışdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddia tələbi təmin olunmamışdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 16,68, 69, 83, 195, 290 və 300-cü maddələrinin və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 14.2, 77.1, 217.1ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən maddi hüquq normalarını düzgün təfsir etməyərək, tərəflər arasındakı hüquq münasibətlərinə qeyri-düzgün hüquqi qiymət vermiş və nəticədə işin faktiki halları ilə ziddiyyət təşkil edən əsassız qətnamə çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, işçinin təşəbbüsü ilə müqaviləyə xitam verilən hallarda araşdırma yalnız formal çərçivədə aparılmalıdır. Bu nəticə hüquqi baxımdan yanlışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi işçinin iradəsinin zor, hədə-qorxu və ya digər üsullarla məcburi formalaşdırılmasını qadağan edir. Bu norma formal yox, maddi-hüquqi xarakter daşıyır və məhkəməyə iradənin real olub-olmamasını, təzyiq elementlərinin mövcudluğunu, ərizənin yazılma şəraitini araşdırmaq vəzifəsi qoyur. Birinci instansiya məhkəməsi araşdırmanı süni şəkildə daraltmışdır ki, bu da maddi hüququn düzgün tətbiq edilməməsi deməkdir. Məhkəmə formal olaraq “iradənin araşdırılmalı olduğunu” qeyd etsə də, faktiki olaraq iradənin zədələnməsi hallarını düzgün qiymətləndirməmişdir. Şahid Şahid açıq şəkildə ifadə vermişdir ki, iddiaçıya maddə ilə çıxarılacağını, şəxsi işinə sənədlər əlavə ediləcəyini, məhz bu səbəbdən məcbur qalıb köhnə tarixlə ərizə yazdığı bildirilmişdir. Bu hallar birbaşa psixoloji təzyiq elementidir. İradənin hüquqi mənada zədələnməsi üçün fiziki zor şərt deyil. Hədə-qorxu və reputasiya təhlükəsi kifayətdir. Məhkəmə şahid ifadəsini təzyiqin sübutu kimi deyil, əksinə könüllülüyün göstəricisi kimi şərh etmişdir ki, bu, sübutların təhrifidir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı öz iradəsi ilə ərizə yazmışdır. Hüquq nəzəriyyəsində məcburi iradə ilə verilmiş bəyanat hüquqi nəticə doğurmur. Ərizəni yazdığını bilmək onun azad iradəsi ilə yazılması demək deyil. Məhkəmə iddiaçının geri götürmə müraciətini gecikmiş və sui-istifadə kimi qiymətləndirmişdir. Bu yanaşma da əsassızdır. İddiaçı ##.##.2025 tarixində poçt vasitəsilə müraciət etmişdir. Elektron müraciət ##.##.2025 tarixində göndərilmişdir. İşçi əmək müqaviləsinin nəticələrini anlayan kimi dərhal etiraz etmişdir. Bu, hüquqdan sui-istifadə deyil, iradənin dərhal bərpasına yönələn bir addımdır. Həmçinin ərizə təzyiq altında yazıldıqda, onun geri götürülməsi üçün konkret zaman məhdudiyyəti qanunda nəzərdə tutulmamışdır. Məhkəmə 1 aylıq müddətin işəgötürəni qoruma məqsədi daşıdığını qeyd etmişdir. Lakin əsas məsələ xəbərdarlıq müddəti deyil. Mübahisə predmeti xəbərdarlıq müddətindən imtina deyil, ərizənin azad iradə ilə yazılıb-yazılmamasıdır. Ərizə təzyiq altında yazıldıqda 1 aylıq müddətin tətbiqi məsələsi əhəmiyyətini itirir. Birinci instansiya məhkəməsi işəgötürən tərəfindən təzyiq və məcburetmə faktının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Bu nəticə iş materiallarında mövcud sübutların natamam və qeyri-obyektiv qiymətləndirilməsinin nəticəsidir. İddiaçıya ##.##.2025-ci il tarixdə fərqli təqvim tarixlərinə (iyul ayına aid göstərilməklə) bir neçə ərizə yazdırılmış və həmin ərizələr imzalatdırılmışdır. Bu fakt özü-özlüyündə əmək münasibətlərinin adi və sərbəst qaydada xitamı anlayışı ilə uzlaşmır. Əgər işçi həqiqətən öz təşəbbüsü ilə işdən çıxmaq istəyirdisə, eyni gündə bir neçə tarixə ərizə yazdırılmasının, keçmiş tarixlə sənəd tərtib edilməsinin heç bir məntiqi izahı yoxdur. İddiaçı ##.##.2025-ci il tarixdə yazdırılmış ərizələrin telefon vasitəsilə fotoşəklini çəkmişdir. Fotoşəkillərdən görünür ki, ərizələr iyul ayına aid göstərilmişdir. Lakin faktiki çəkilmə tarixi ##.##.2025-ci ildir, fotoşəkillərdə görünən inventarlar AKKİK-ə məxsusdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin inventarların AKKİK-ə məxsus olduğunu etiraf etmişdir. Bu etiraf faktiki olaraq sübut edir ki, ərizələr iş yerində, iş mühitində, işəgötürənin nəzarəti altında yazdırılmışdır. Bu hal sərbəst iradə mühitinin olmadığını göstərir. İddiaçı 11- ## ###### 2025-ci il tarixlərində rəhbərliyə müraciət etmiş, müxtəlif tarixlərə yazdırılmış ərizələrin şəxsi iradəsi əleyhinə alındığını bildirmiş, həmin ərizələrin nəzərə alınmamasını tələb etmişdir. Bu fakt göstərir ki, iddiaçı ərizəni könüllü iradə aktı kimi qəbul etməmişdir. Əgər iradə həqiqətən sərbəst olsaydı, dərhal geri götürmə və etiraz davranışı müşahidə olunmazdı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işçinin iradəsinin əleyhinə məcburetmə qadağandır. Məcburetmə fiziki zorla məhdudlaşmır, psixoloji təzyiq, reputasiya təhdidi, keçmiş tarixlə sənəd yazdırılması da bu anlayışa məhdudlaşmır, psixoloji təzyiq, reputasiya təhdidi, keçmiş tarixlə sənəd yazdırılması da bu anlayışa daxildir. Eyni gündə bir neçə tarixə ərizə yazdırılması artıq iradənin sərbəstliyini şübhə altına alır. Hazırkı işdə iddiaçının maddə ilə çıxarılma təhdidi, şəxsi işə sənədlər əlavə olunacağı bildirilməsi, keçmiş tarixlə bir neçə ərizənin yazdırılması, fotoşəkillərlə yazılma tarixinin təsdiqi, cavabdehin nümayəndəsinin inventarları təsdiq etməsi, ərizələrin dərhal geri götürülməsi, bu hallar birlikdə hüquqi baxımdan iradənin qüsurlu formalaşması ehtimalını yüksək dərəcədə təsdiq edir. Birinci instansiya məhkəməsi isə bu sübutları ayrı-ayrılıqda və formal qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Sahil Arif oğlu, onun vəkili və nümayəndəsi nümayəndə4 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
22. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (…)
23. Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.
24. Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti
1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
25. Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İşin mübahisəsiz hallarından da göründüyü kimi iddiaçı öz ərizəsi ilə əmək müqaviləsinin ləğvini xahiş etmiş, ərizədə müqavilənin ləğv edilməsi tarixi ##.##.2025-ci il kimi göstərilmiş, həmin tarixli əmrlə də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir.
37. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
38. İş materiallarından görünür ki, iddiaçı tərəfin dəlilləri ondan ibarətdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli ərizə işçinin – iddiaçının əsl iradəsini ifadə etmir. Bu ərizə cavabdeh qurumun qanunsuz təsirləri nəticəsində yazılmışdır. Belə ki, iş yerindən onun çalışdığı şöbənin və vəzifənin ixtisara düşəcəyi barədə söhbətləri eşitdikdən sonra rəhbərliyə müraciət etmiş, rəhbərlik isə bu söhbətlərin həqiqət olduğunu, əmək haqqının dörd misli həddində kompensasiya almaq üçün öz ərizəsi ilə işdən çıxmalı olduğunu, əks halda yalnız həmin qurumdakı fəaliyyətinin nəzərə alınacağını, maddə ilə işdən çıxarılacağını bildirmişlər. Bundan sonra məcbur qalacaq əvvəlki tarixə öz xahişi ilə işdən çıxma ərizəsi yazmışdır.
39. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, iddiaçının çalışdığı vəzifənin ixtisara düşməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin nümayəndəsi bu halı təsdiq etməmiş, işçinin ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmiş, iddiaçının özü tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli vakansiya elanlarında da satış şöbəsinə işçi axtarıldığı məlum olmuşdur.
40. Eyni zamanda, iddiaçı öz ərizəsi ilə işdən çıxmayacağı təqdirdə rəhbərliyin onun şəxsi işinə sənədlər əlavə etməklə maddə ilə çıxarılacağı fonunda cavabdeh qurumun əməkdaşı ilə danışıqlar zamanı iddiaçının iradəsinin zədələnməsi faktı isə iş materiallarında öz təsdiqini tapmır.
41. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı işdən çıxmaq barədə ərizə yazdığını bilmiş, bu barədə məlumatlı olmuş, könüllü şəkildə ərizəni təqdim etmişdir.
42. İş materiallarında olan ##.##.2025-ci il tarixdə “xxxx” elektron poçt ünvanından şirkətin rəhbəri Ahmad Gozala məxsus “elektron ünvan 2” elektron poçtuna ünvanlanmış ərizəyə gəldikdə isə həmin ərizə ##.##.2025-ci il tarixdə saat 20:43-də, yəni iş vaxtından sonra alıcıya ünvanlanmışdır.
43. Kollegiya qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi İsmayılov Sahil Arif oğlu öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməsi barədə bildirişin sistemə daxil edildiyi və imzalandığı tarix ##.##.2025-ci ildir. Yəni ərizə cavabdeh quruma ünvanlanarkən iddiaçı artıq işdən azad edilmişdir.
44. Belə ki, iddiaçı tərəfindən göndərilmiş e-mail məktubunun məzmununa nəzər saldıqda aydın olur ki, ərizə ünvanlanan vaxt iddiaçıya əmrin tarixi və nömrəsi, onun işdən azad olunduğu əsaslar, işəgötürənin imza və möhrü əks olunmuş əmək kitabçası artıq təhvil verilmişdi. İddiaçı isə ona vəd edilən kompensasiyanı almadığını düşünərək işdən çıxma barədə ərizəsinin nəzərə alınmamasını və işə bərpa edilməsini tələb etmişdir.
45. Kollegiya hesab edir ki, iddiaçının ərizəsində göstərildiyi gün ərizəsini yazmadığı qəbul edilsə belə, iddiaçı ##.##.2025-##.##.2025-ci il tarixlərdə işdə olmuş, ərizəsini geri götürmək və ya əvvəlki ərizəsinin etibarsızlığını tələb etmək üçün kifayət qədər vaxtı olmuş, lakin iddiaçı həmin vaxt deyil, məhz onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən və əmək kitabçası ona təqdim edildikdən sonra, yəni ##.##.2025-ci il tarixdə, saat 20:43-də işəgötürənə müraciət etmişdir.
46. Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir.
47. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
48. Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün.
49. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə ##.##.2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir.
50. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, iddiaçı ərizənin “məcburi” və ya “təzyiq altında” yazıldığını iddia etsə də, məhkəmə iclasında bu halları birbaşa təsdiq edən dəlilləri və sübutları məhkəməyə təqdim etməmişdir.
51. İşin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2025-ci il tarixli, ****/K nömrəli əmrinin qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır.
52. Kollegiya həmçinin qeyd edir ki, əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmadığından bu hissədə, eyni zamanda bu tələbdən doğan digər əlaqəli tələblərlə bağlı, yəni işə bərpa və məcburi işburaxmaya görə haqqın ödənilməsi ilə bağlı hissələrdə və mənəvi ziyan hissəsində də iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.
53. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.