Məhkəmə qərarları › İş №2(3-8)-475/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-475/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-475/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə Icra idarəsi, “X1” ASC və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh “X1” ASC–nin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə Icra idarəsi, “X1” ASC və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə Icra idarəsi, “X1” ASC və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23431.48 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 2025-ci tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı (AA7177954 ##.##.2024 Asan Sumqayıt, FTN: *******, d/t ##.##.1989) ipoteka predmeti olan mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən ***micSum/** saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 21850.50 AZN əsas borc, 1280.15 AZN faiz borcu, 275.83 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 23406.48 AZN təşkil edir. Bundan əlavə təklif edilmişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 23431 manat 48 qəpik (iyirmi üç min dörd yüz otuz bir manat qırx səkkiz qəpik) pul tutulmalıdır. Ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmeti olan ev 120000 manat qiymətləndirilmişdir. Ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak Sumqayıt şəhər Icra Idarəsi tərəfindən hərraca çıxarılmışdır. O, həmin məbləğlə razı deyil. Belə ki, onun evinin qiyməti 250000 AZN-dir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olub.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim P.Imamverdiyeva) iddiaçı İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə Icra idarəsi, “X1” ASC və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddia tərəfindən icra qeydinin mübahisələndirilməsi müddətinin ötürülməsi, həmçinin müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin adı çəkilən qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Qətnamədə onun MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən işi dərindən araşdırmamış və maddi və prosessual hüquq normalarını tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. # ####### 2025-ci tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı (AA7177954 ##.##.2024 Asan Sumqayıt , FIN: *******d/t##.##.1989) ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən ***micSum/** saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 21.850.50 AZN əsas borc, 1280.15 AZN faiz borcu, 275.83 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 23406.48 AZN təşkil edir. Bundan əlavə təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23431 manat 48 qəpik (iyirmi üç min dörd yüz otuz bir manat qırx səkkiz qəpik ) pul tutulmuşdur. Ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmeti olan ev 120000 manat qiymətləndirilmişdir. Ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlak Sumqayıt şəhər Icra Idarəsi tərəfindən hərraca çıxarılmışdır. O, həmin məbləğlə razı deyil. Belə ki, onun evinin qiyməti 250000 AZN-dir.Ona görə də hesab edir ki, iddiam tam təmin olunmalı idi, qətnamə müəyyən edilmiş həqiqi hallara əsaslanmamış ədalətsiz qətnamə çıxarılmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “X1” ASC–nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

10. “Notariat haqqında” Qanun

Maddə 76. Notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Maddə 79. Icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

12. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası materiallarını araşdırıb, məruzəçini və işdə iştirak şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iki əsasla – müddətin ötürülməsi və icra qeydinin ləğvi üçün əsasın olmaması ilə rədd etmişdir. Qeyd olunmalıdır ki, iki fərqli əsasla iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuşdur.

16. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (Mülki Prosessual Məcəllənin 385.1.1. 387.1. maddəsi).

17. “xxxx” ASC ilə İddiaçı arasında ##.##.2022-ci il tarixli, 875micSUM/22- EM saylı əsas kredit və bank hesabı müqaviləsində çərçivəsində ##.##.2024-cü il tarixli, ***micSum/** saylı əlavə kredit müqaviləsinin bağlanması, Borcalanın öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev pr, ev 11/38, mənzil 20 ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.

18. Baxılan iş üzrə iddia tələbi icra qeydinin ləğv edilməsi barədədir. Iddia tələbinin qanuni əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76 və 79-cu maddələri nəzərdən keçirilə bilər.

19. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

21. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır.

22. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir.

23. Lakin hazırda iddiaçı mövcud icra qeydinin ləğvini yalnız sözügedən əmlakın real dəyərinin 250000 manat olduğu halda, 120000 manat məbləğində elektron hərraca çıxarılması ilə əsaslandırmışdır.

24. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, icra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan hər hansı tələbi pozulmadığından, iddiaçının icra qeydinin ləğv edilməsi barədə ərizəsində göstərdiyi dəlil mövcud icra qeydinin ləğvi üçün əsas ola bilməz.

25. Məhkəmə kollegiyası iddiaçının icra qeydinin mübahisələndirilməsi müddətinin ötürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında nəzərdə tutulmuş müddət iddia müddəti deyil, prosessual müddət olduğundan, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi mövcud tələbin bu əsasla rədd edilməsi üçün əsas ola bilməz.

26. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

27. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə Icra idarəsi, “X1” ASC və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar