Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-530/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, müstəqil tələb sürməyən üçüncü şəxs “xxxx” BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ##.##.2025-ci il tarixli (reyestr nömrəsi: 8İ-7740) icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xüsusi notariusu X2 ##.##.2025-ci il tarixli (reyestr nömrəsi:8İ-7740) icra qeydi əsasında “xxxx BOKT” MMCyə ödənilməmiş 26713,78 manat əsas borc, 6449,24 faiz borcu, 6390 manat dəbbə pulu ipoteka predmeti Sumqayıt şəhəri, 13-cü mkr, ev 6 A, ** saylı mənzilə tutma yönəldilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İddiaçı ilə “xxxx BOKT” MMC arasında kredit müqaviləsi və ipoteka müqaviləsi bağlandığına baxmayaraq, onlar tərəfindən kredit məbləği iddiaçıya verilməmişdir. Əlavə olaraq “xxxx BOKT" MMC tərəfindən iddiaçıya borcun ödənilməsinə dair hər hansı bildiriş təqdim edilməmişdir. Yəni “xxxx BOKT" MMC tərəfindən borcunu təsdiq edən sənədlər təqdim edilmədiyinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair bildirişin iddiaçıya təqdim edilməsini təsdiq edən sənəd olmadığına baxmayaraq, Cavabdeh xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddənin tələblərini pozaraq icra qeydini qəbul etmişdir. Əlavə olaraq icra qeydində notariusun istinad etdiyi ****/**** saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit məbləği 3 (üç) il müddətinə verilirdi. Yəni “xxxx BOKT" MMC kredit müqaviləsinə xitam vermədən kredit müqaviləsi üzrə bütün əsas borcu tələb edə bilməz. Buna baxmayaraq Cavabdeh xüsusi notariusu X2 icra qeydində kredit müqaviləsi üzrə bütün əsas borcu qəbul etmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Göründüyü kimi bildiriş həm poçt vasitəsilə, həm də elektron qaydada göndərilməldir. “xxxx BOKT" MMC nə yazılı şəkildə, nə də elektron qaydada bildirişi göndərməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ##.##.2025-ci il tarixli (reyestr nömrəsi: 8İ-7740) icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş 8İ/7740 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. İddiaçı tələbinin əsası kimi bildirişin ona çatmadığını bildirsə də “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, iş materiallarında ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya təqdim olunmasına dair xəbərnamə mövcuddur. Bundan başqa iddiaçı tələbinin əsası kimi kredit üzrə məbləğin ona verilmədiyini bildirsə də, bu hal da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5, 36.1, 36.2, 36.3, 36.3-1, 36.4, 36.5, 37.1, 37.3, 38.1, 38.2-ci, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellaysiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” qanunun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Göründüyü kimi həmin qanunun tələblərinə uyğun olaraq bildirişin iki üsulla (sifarişli poçt göndərişi və elektron üsulla) göndərilməsi nəzərdə tutulmuşdur. Lakin işin materiallarından görünür ki, “xxxx BOKT” MMC bu tələbi pozaraq bildiriş elektron üsulla göndərməmişdir. Buna baxmayaraq nə notarius, nə də məhkəmə bu qanun pozuntusuna fikir vermişdir. Qeyd etmək istəyir ki, eyni tələb Sumqayıt Şəhər Məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarında əks edilir. Həmin Qərar ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 1-1-ci bəndinə əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1 tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 (üç) iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. Notarius tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, bildiriş ##.##.2025-ci il tarixində tərtib edilmiş və ##.##.2025-ci il tarixində göndərilməsi üçün poçta təqdim edilmişdir və ##.##.2026-cı il tarixində təqdim edilmiş hesab edilir (Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5(beş) təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3(üç) təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır). Yəni tutmanın yönədilməsinə dair bildirişinin qeydiyyata alınması barədə ərizə ##.##.2025-ci il tarixinədək təqdim edilməli idi. Eyni zamanda notarius tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan ərizə portal vasitəsilə ##.##.2025-ci il tarixində təqdim edilmişdir. Yəni qanunvericilik ilə nəzərdə tutulmuş müddət ötürülmüşdür və bu səbəbdən tutmanın yönəldilməsi proseduru davam edilə bilməzdi. Bu tələblərin üçüncü şəxs - “xxxx BOKT” MMC tərəfindən pozulduğuna baxmayaraq Cavabdeh xüsusi notariusu X2 tərəfindən icra qeydi qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə bu qanun pozuntusuna heç bir məhəl qoymadan iddia tələbini rədd etmişdir. “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Notarius tərəfindən təqdim edilmiş sənədlərə əsasən “xxxx BOKT” MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ipoteka predmetinin yönəldilməsinə dair ##.##.2025-ci il tarixli **** saylı bildirişə əsasən onun əsas borcu 26712.78(iyirmi altı min yeddi yüz on iki manat yetmiş səkkiz qəpik) manat, faiz borcu 5262.01(beş min iki yüz altmış iki manat bir qəpik) manat və cərimə borcu 4890 (dörd min səkkiz doxsan) manat təşkil edir. Yəni bu borc “xxxx BOKT” MMC və notarius tərəfindən yuxarıda qeyd olunan qanunvericilik aktları pozulmadığı halda mübahisəsiz hesab edilməli idi və notarius tərəfindən icra qeydində təsdiq edilməli idi. Buna baxmayaraq notariusun icra qeydi əsasında əsas borcu 26712.78 (iyirmi altı min yeddi yüz on iki manat yetmiş səkkiz qəpik) manat, faiz borcu 6449.24 (altı min dörd yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat və cərimə borcu 6390 (altı min üç yüz doxsan) manat təşkil edir. Yəni, “xxxx BOKT” MMC tərəfindən birtərəfli qaydada borc artırılmış və yenilənmiş borca dair heç bir rəsmi bildiriş təqdim edilmədiyi halda Cavabdeh xüsusi notariusu X2 artırılmış borcu mübahisəsiz hesab etmişdir və Sumqayıt Şəhər Məhkəməsi bu qanun pozuntusu ilə bağlı heç bir münasibət bildirməmişdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin mövqeyinə görə əgər tələbkar bir dəfə rəsmi bildiriş göndəribsə və bildirişdə qeyd olunan məbləğ borclu tərəfindən mübahisələndirilməyibsə tələbkar istənilən məbləğə faiz və cərimə borcu artıra bilər və bununla bağlı borcluya rəsmi bildiriş göndərilmədən artırılmış borc avtomatik olaraq mübahisəsiz hesab edilir. Bu yanaşma tələbkarlara heç bir sübut təqdim etmədən istənilən məbləğə borclunun faiz və cərimə borcunu artırmaq hüququnu verir. Yuxarıda qeyd olunan “İpoteka haqqında” qanunun 36.1, 37.1 və 38.1-ci maddələrindən açıq-aydın görünür ki, icra qeyd mübahisələndirilməyən, yəni rəsmi bildirişdə qeyd olunan borc ilə qəbul edilir. Sumqayıt Şəhər Məhkəməsi bu qanunun pozuntusu ilə bağlı heç bir münasibət bildirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin 36-ci hissəsində qeyd edilmişdir ki: “Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ/7740 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsiprosedurunu davam etdirmişdir”. Lakin məhkəmə bildirişin ipotekanın dövlət qeydiyyat orqanında “İpoteka haqqında” qanunun 36.4-cü maddəsinin tələblərinin pozulması ilə qeydə alınması ilə bağlı heç bir araşdırma aparmamış və bununla münasibət bildirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin 8-ci hissəsində qeyd edilmişdir ki: “Bundan başqa iddiaçı tələbinin əsası kimi kredit üzrə məbləğin ona verilmədiyini bildirsə də bu hal da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.” Məhkəməniin mövqəyinə görə kreditin verilməməsi faktını o, sübut etməlidir. Hakbuki kredit verilməsi faktının təsdiq edilməməsi kredit verilməməsinin faktını təsdiq edir. Eyni zamanda notarius tərəfindən təsdiq edilmiş sənədlərin arasında kreditin verilməsinin təsdiq edən sənədlər əlavə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiay şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, icra qeydi əsassızdır. İpoteka predmetinə tutulma yönəldilməsi ilə bağlı bildirişin göndərilməsi məsələsi həm elektron qaydada həm də sifarişli poçt zərfi ilə göndərilməldir, lakin sadəcə zərflə göndərilib. Bildiriş 3 gün ərzində göndərilməlidir, lakin xxxx BOKT 9 günə göndərib. Ən əsası isə bildirişdə göstərilən məbləğlə, icra qeydindəki məbləğ fərqlidir. İcra qeydi icradadı, ipoteka predmeti satılması üçün hərraca göndərilməmişdir.
12. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb sürməyən üçüncü şəxs “xxxx” BOKT MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2025-ci ilin fevralından ödənişlər edilmir. Tərəfə bildiriş göndərilib, xəbərnamə ilə alıb, 21 gün müddəti gözləmişlər, heç bir müraciət daxil olmadığından icra qeydinin verilməsi ilə bağlı müraciət olunub. ##.##.2025-ci ildə poçta təqdim olun. Qeyri-iş gününə düşdüyü üçün ##.##.2025-ci il tarixdə notariat orqanına müraciət etmişlər. Kredit müqaviləsi qüvvədə olub, fazi hesablanıb, ona görə də icra qeydində məbləğ biraz fərqlidir.
13. Cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinin xüsusi notariusu R.F.Haqverdiyev ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14. «xxxx» Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, № ****/**** saylı kredit müqaviləsinə əsasən «xxxx» Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir.
15. “xxxx” BOKT MMC ilə İddiaçı arasında bağlanılmış ##.##.2024-cü il tarixli, 4774/2024-İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6A ünvanında 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 58,90 kv.m ümumi, 31.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı ** saylı mənzil öhdəliklərin təminatı kimi “xxxx” BOKT MMC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 81000 manat məbləğində qiymətləndirilmişdir.
16. “xxxx” BOKT MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli, **** saylı məktubla ##.##.2024-cü il tarixli, 4774/2024-İP saylı ipoteka müqaviləsi üzrə tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Sumqayıt Ərazi İdarəsinin “xxxx” BOKT MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6A ünvanında yerləşən ** saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.
18. “xxxx” BOKT MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı əsas borc üzrə 26.712,78 manat, faiz borcu üzrə 6449,24 manat, cərimə borcu üzrə 6390 manat olmaqla, ümumilikdə 39.552,02 manat məbləğində borcu mövcuddur.
19. “xxxx” BOKT MMC-nin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, **** saylı “ipoteka predmetinə tutmanın yönləndirilməsinə dair” bildirişdə qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi yaranmış borc məbləği 26712.78 (iyirmi altı min yeddi yüz on iki manat yetmiş səkkiz qəpik) manat, faiz borcu 5262.01(beş min iki yüz altmış iki manat bir qəpik) manat və cərimə borcu 4890 (dörd min səkkiz doxsan) manat təşkil etməklə, kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində tam icra etmədiyi halda, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir.
20. İşin materiallarında olan ##.##.2025-ci il tarixli xəbərnamənin surətindən görünür ki, “xxxx” BOKT MMC tərəfindən borcluya göndərilmiş bildiriş ##.##.2025-ci il tarixdə “Ələskərova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
21. Sumqayıt şəhər * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, № 8İ/7740 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən ipoteka saxlayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan-ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 4774/2024 müqaviləyə əsasən ##.##.2025-ci il tarixi müddət üçün vaxtında ödənilməmiş 26712,78 manat əsas borc, 6449,24 manat faiz borcu, 6390 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 39552,02 manat təşkil edir. Bundan əlavə borclu İddiaçından tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutulmalıdır.
Tətbiq edilən hüquq
22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
23. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu:
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
34. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
26. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “xxxx” BOKT MMC tərəfindən borclu İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, **** saylı “ipoteka predmetinə tutmanın yönləndirilməsinə dair” bildirişdə ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi yaranmış borc məbləğinin 26712.78 manat, faiz borcunun 5262.01 manat, cərimə borcunun isə 4890 manat qeyd edilməsinə baxmayaraq, “xxxx” BOKT MMC tərəfindən icra qeydinin verilməsinə dair notariat orqanına verilmiş ərizədə faiz və cərimə borcu artıq göstərilməklə, faiz borcu 6449,24 manat, cərimə məbləği isə 6390 manat qeyd olunmuş, notarius isə bildirişdə qeyd olunan məbləğdən artıq məbləğ üzrə icra qeydinin verilməsinin tələb ediləsini nəzərə almadan, əsassız olaraq artıq məbləğ üzrə icra qeydi vermişdir. Halbuki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Nəzərə alınmalıdır ki, “xxxx” BOKT MMC tərəfindən icra qeydinin verilməsinə dair ərizədə göstərilən artıq faiz və cərimə məbləğlərinə görə iddiaçıya müvafiq bildiriş verilmədən icra qeydinin verilməsi borclunun “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 37.1-ci maddəsində nəzərdə tutulan, tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilmək hüququndan məhrum etməklə yanaşı, qeyd edilən hal borcun mübahisəsiz olmasını da istisna edən fakt kimi çıxış edir ki, bu da “Notariat haqqında” qanunun 76-cı maddəsinin tələbinin pozulması hesab olunur.
30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi ipoteka predmetinə tutmanın yönləndirilməsinə dair bildiriş ##.##.2025-ci il tarixində tərtib edilmiş, ##.##.2025-ci il tarixində göndərilməsi üçün poçta orqanında təqdim edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 36.1-ci maddəsinin tələbinə əsasən ##.##.2026-cı il tarixdə iddiaçıya təqdim edilmiş hesab olunmuşdur. Lakin, ipoteka predmetinə tutmanın yönləndirilməsinə dair bildiriş 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli olduğu halda, ##.##.2025-ci il tarixli məktubla, ##.##.2025-ci il tarixində təqdim edilmişdir ki, bununla da qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hərçənd ki, yuxarıda istinad olunan “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 36.4.1-ci maddəsi qeyd edilən halda tutmanın yönəldilməsinin davam etdirilməsini qadağan etmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəlinmiş nəticə işin hallarına uyğun olmamış, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh ##.##.2025-ci il tarixli (reyestr nömrəsi: 8İ-7740) icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.