Məhkəmə qərarları › İş №2(3-8)-613/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-613/2026

11.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-613/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2964,7 (iki min doqquz yüz altmış dörd manat 70 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 49,65 manat məbləğində dövlət rüsumunun, cəmi 3014,35 (üç min on dörd manat 35 qəpik) manat pulun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının "Mənzil Məcəlləsi"nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqi şəxsin şəhadətnaməsi verilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ “xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunmuşdur. İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, *** saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ümumilikdə 2964,7 (iki min qodduz yüz altmış dörd manat 70 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsə də, cavabdeh tərəf borcunu ödəməkdən yayınmışdır. Bu baxımdan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Hesab edilir ki, iddia tələblərində qeyd edilən 2964,7 (iki min doqquz yüz altmış dörd manat 70 qəpik) manat məbləğindəki borc məbləği və 49,65 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. İddianın təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı İddiaçı MMMC Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr bir-biri ilə ziddiyət təşkil etmiş, iddianın rədd olunma əsası kimi bir deyil, bir-biri ilə əlaqədar olmayan bir neçə hala istinad edilmişdir. Bu da, məhkəmənin iş üzrə vahid mövqeyinin olmadığını, işin bütün faktiki hallarının tam qiymətləndirilmədiyini və məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsinin düzgün qurulmadığını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, istifadə etdiyi liftin istismarı, eləcə də, mənzilinə verilən suyun nasos vasitəsilə həyata keçirilməsi zamanı istifadə edilən elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi, binanın yerləşdiyi torpağın icarə haqqını və idarə edənin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişləri həyata keçirməsi faktı mübahisəsizdir. Göründüyü kimi, qeyd olunan hüquqi mövqe və işin faktiki halları baxımından kommunal xidmətlərə görə ödəniş öhdəliyinin mövcudluğu mübahisə doğurmur. Belə ki, iş materiallarından aydın olur ki, cavabdeh sözügedən mənzilin mülkiyyətçisidir, mənzil ona təhvil verilib, eləcə də mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasına müvafiq kommunal və istismar xidmətləri fasiləsiz şəkildə göstərilmiş və göstərilməkdədir. Cavabdeh tərəfindən isə nə mənzilə mülkiyyət hüququ, nə də binaya kommunal xidmətlərin göstərilməsi faktı mübahisələndirilmişdir. Eyni zamanda, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, binanın mühafizəsi həyata keçirilir, ümumi istifadədə olan sahələrin, o cümlədən blokların təmizliyi təmin olunur, binanın yerləşdiyi torpaq sahəsinə görə icarə haqqı ödənilir, habelə idarə edən tərəfindən binanın istismarı və idarə olunması ilə bağlı digər zəruri xərclər çəkilir. Bu xidmətlərin göstərilməsi faktı mübahisəsizdir. Xidmət münasibətlərinin mövcudluğu və həmin xidmətlərin faktiki göstərilməsi işin mübahisəsiz halı ola-ola, cavabdehin bu xidmətlərə görə ödəniş etmədiyi və bunu inkar etmədiyi şəraitdə hansı hüquqi əsasların olmamasından söhbət gedə bilər. Həm də bu öhdəlik mülkiyyətçi ilə idarə edən arasında xidmətə dair ayrıca müqavilənin bağlanıb-bağlanmamasından, mülkiyyətçinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvü olub-olmamasından və ya sözügedən mənzildə yaşayışın olub-olmamasından asılı deyil. Beləliklə, məhkəmənin iddia tələbinin “hər hansı hüquqi əsasının olmaması” barədə gəldiyi nəticə işin faktiki halları, tətbiq edilməli olan maddi hüquq normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyi ilə açıq-aşkar ziddiyyət təşkil edir. Bu baxımdan, məhkəmənin qeyd etdiyi “hüquqi əsasın olmaması” arqumenti əsassız olmaqla yanaşı, iş üzrə müəyyən edilmiş mübahisəsiz halların hüquqi qiymətləndirilməsində ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir. Qanunvericiliyə uyğun olaraq, kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil cavabdehin istifadəsinə verildiyi andan yaranıb. Yaşayışın olmaması isə, yalnız fərdi istehlakla bağlı (məsələn, elektrik, qaz, su sərfiyyatı üzrə sayğac göstəricilərinə əsaslanan ödənişlər baxımından) müəyyən əhəmiyyət kəsb edə bilər. Lakin bu hal ümumi əmlakın saxlanılması, işıqlandırma, təmizlik, mühafizə və digər ümumi xidmətlər üzrə yaranan xərclərdə iştirak etmək öhdəliyini aradan qaldırmır. Birinci instansiya məhkəməsi məhz bu məqamı nəzərə almadan, mənzildə yaşayışın olmamasını iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmiş və bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarından görünür ki, “xxxx” MTK ilə cavabdeh Cavabdeh arasında ## #### 2014-cü il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh sözügedən mənzili MTK-dan almışdır. Bununla da cavabdeh həmin tarixdən etibarən yalnız mənzilə sahiblik və istifadə hüququ əldə etməmiş, eyni zamanda çoxmənzilli yaşayış binasının ümumi əmlakına münasibətdə paylı mülkiyyətçi kimi çıxış etməyə başlamışdır. Bu isə öz növbəsində onun üzərinə qanunvericilikdən irəli gələn bir sıra öhdəliklər, o cümlədən binanın saxlanması, istismarı və idarə olunması ilə bağlı xərclərdə payına mütənasib şəkildə iştirak etmək vəzifəsini qoyur. Eyni zamanda, ##.##.2015-ci il tarixdə cavabdeh ilə həmin dövrdə binada xidmət göstərən-kommendant X1 arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Sözügedən müqavilə cavabdehin özü tərəfindən imzalanmış və bununla da cavabdeh müvafiq kommunal xidmətləri qəbul etdiyini, habelə həmin xidmətlərə görə müəyyən edilmiş ödənişləri həyata keçirmək öhdəliyini üzərinə götürdüyünü təsdiq etmişdir. Müqaviləyə əsasən hər bir mənzil üzrə xidmət haqqı mənzilin hər 1 kv.m sahəsi üçün 0,30 AZN müəyyən edilmişdir və cavabdeh bu qiymətlə razılaşmışdır. Cavabdeh məhkəmə prosesi zamanı və təqdim etdiyi etiraz ərizələrində həmin müqavilədəki imzanın ona aid olmadığını iddia etsə də, bu iddia heç bir mötəbər sübutla təsdiq olunmamış, yalnız öhdəliyin icrasından yayınmağa yönəlmiş əsassız və formal bəyanat xarakteri daşıyır. Əksi sübuta yetirilmədiyi müddətcə müqavilədəki imza cavabdehə aiddir. Göstərilən müqavilə isə, özlüyündə cavabdehin binada göstərilən xidmət münasibətlərinə qoşulduğunu, bu xidmətlərin mövcudluğundan xəbərdar olduğunu və həmin xidmətlərə görə ödəniş etmək öhdəliyini qəbul etdiyini açıq şəkildə təsdiq edir. Bu hal həm də cavabdehin sonradan xidmətlərin mövcudluğunu və ya ödəniş öhdəliyini inkar etməsinin əsassız olduğunu göstərir. Bundan əlavə, ## ###### 2024-cü il tarixli tələbin güzəştinə dair müqavilənin kommunal borcu olan şəxslərin siyahısını və həmin borcların məbləğini özündə əks etdirən * saylı Əlavəsində *** saylı mənzil, həmin mənzilin mülkiyyətçisinin, yəni cavabdehin adı və ## ###### 2024-cü il tarixinə qədər, yəni müvafiq tələb və hüquqların cəmiyyətə ötürüldüyü tarixədək formalaşmış borcun məbləği göstərilmişdir. Həmin borcun miqdarı və cəmiyyət tərəfindən idarəetmə həyata keçirilən dövrdə yaranan borcun miqdarı məhkəməyə təqdim olunmuş maliyyə arayışında ətraflı və sistemli şəkildə öz əksini tapmışdır. Həmin maliyyə arayışında borcun yaranma dövrləri, hesablanma əsasları və məbləğləri dəqiq göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən sözügedən maliyyə arayışı qiymətləndirilməmiş, onun məzmununa və iş üçün əhəmiyyətinə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, maliyyə arayışında da aydın şəkildə göstərildiyi kimi, cavabdehin kommunal borcu 2019-cu ilin avqust ayından etibarən yaranmağa başlamışdır. Bu isə onu göstərir ki, cavabdeh həmin tarixədək kommunal xidmət haqlarını ödəmişdir. Bu hal özlüyündə iki mühüm faktı təsdiq edir: birincisi, binada kommunal xidmətlərin faktiki və davamlı şəkildə göstərildiyini, ikincisi isə cavabdehin bu xidmətləri qəbul etdiyini və onlardan istifadə etdiyini. Belə olan halda məntiqi baxımdan əsaslı sual yaranır: cavabdeh mənzili əldə etdiyi tarixdən 2019-cu ilin avqust ayına qədər göstərilən kommunal xidmətlərdən istifadə edib onların dəyərini ödədiyi halda, eyni xidmətlər fasiləsiz və dəyişməz şəkildə göstərilməyə davam etdiyi halda, hansı hüquqi və ya faktiki əsasla həmin tarixdən sonra bu ödənişləri həyata keçirməkdən imtina edir. İş materiallarında cavabdehin bu davranışını əsaslandıran hər hansı hüquqi və ya faktiki səbəb mövcud deyildir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsi öz qətnaməsində qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqı üzrə onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borcludur və cavabdeh bu öhdəliyi icra etmədiyi üçün onun İddiaçı MTK-ya (cəmiyyətə) ödənilməmiş borcu yaranmışdır. Göründüyü kimi, məhkəmə eyni qətnamə daxilində cavabdehin qanunvericilikdən irəli gələn öhdəlik əsasında kommunal xidmət haqlarını ödəməli olduğunu və bu öhdəliyi icra etmədiyinə görə borcun yarandığını qəbul etmiş, iş materiallarında göstərilən xidmətlərin həcmini və xarakterini təsdiqləyən faktları qeyd etmişdir. Bununla belə, məhkəmə nəticə etibarilə iddianı “hüquqi əsası yoxdur” kimi qiymətləndirərək rədd etmişdir. Halbuki məhkəmənin özünün qeyd etdiyi faktiki hallar bir tərəfdən xidmətlərin real şəkildə göstərildiyini, digər tərəfdən isə cavabdehin həmin binanın mülkiyyətçisi olaraq bu xidmətlər üzrə öhdəlik daşıdığını açıq şəkildə təsdiq edir. Belə olan halda, iddianın hüquqi əsassızlığı barədə nəticə ilə məhkəmənin özünün müəyyən etdiyi faktiki hallar arasında aşkar və ziddiyyətli uyğunsuzluq yaranır. Bu isə onu göstərir ki, məhkəmə iş üzrə vahid və ardıcıl hüquqi mövqe formalaşdırmamış, müəyyən etdiyi faktiki hallardan məntiqi və hüquqi nəticə çıxarmamışdır. Eyni zamanda, iddianın rədd edilməsi üçün bir-biri ilə əlaqəli olmayan müxtəlif əsaslara istinad etmişdir ki, bu da məhkəmənin qənaətinin sistemsiz və ziddiyyətli xarakter daşıdığını göstərir. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Belə ki, cavabdehin sözügedən mənzilin mülkiyyətçisi olması, ona xidmətlərin faktiki göstərilməsi, ##.##.2015-ci il tarixli kommunal xidmət müqaviləsi ilə bu münasibətləri qəbul etməsi, 2019-cu ilin avqust ayınadək ödənişlər etməklə xidmətləri qəbul etdiyini təsdiqləməsi, tələbin güzəştinə dair müqavilənin əlavəsində borclu kimi göstərilməsi və borcun maliyyə arayışı ilə əsaslandırılması kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamış və lazımi hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

13. Cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının *** saylı mənzilinin mülkiyyətçisi olması, tərəflər arasında ## ### 2015-ci il tarixli kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması, həmin müqavilə ilə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinin saxlanılması və təmizlənməsi, liftlərin istismarı və texniki xidməti, suyun nasoslar vasitəsilə verilməsi, ümumi sahələrin işıqlandırılması, məişət tullantılarının daşınması, mühafizə və digər xidmətlərin göstərilməsi, habelə həmin xidmətlərə görə mənzilin hər kvadratmetrinə 0,30 manat məbləğində haqq ödənilməsi nəzərdə tutulması işin mübahisəsiz halıdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın tam rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun olmamışdır.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin mülkiyyətçisi olduğu, həmin mənzil üzrə İddiaçı MMMC tərəfindən çoxmənzilli binanın idarə edilməsi və ümumi əmlakın saxlanılması ilə bağlı xidmətlərin göstərildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən tərəflər arasında “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilənin bağlandığı və həmin müqavilədə xidmət haqqının mənzilin hər kvadrat metri üçün 0,30 manat olduğu müəyyən edilmişdir.

16. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

17. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranır.

18. Həmin Məcəllənin 137.10-cu maddəsinə görə isə mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

19. Cavabdehin mənzildə faktiki yaşamaması öz-özlüyündə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, idarə edilməsi, mühafizəsi, ümumi istifadədə olan sahələrin təmizlənməsi və işıqlandırılması, liftlərin saxlanılması, su nasoslarının və digər ümumi sistemlərin istismarı ilə bağlı xərclərdə mülkiyyətçi kimi iştirak etmək vəzifəsini aradan qaldırmır.

20. Bu baxımdan birinci instansiya məhkəməsinin mənzildə faktiki yaşayışın olmamasına istinad etməklə kommunal xidmətlərə görə borcun yaranmasını istisna edən nəticəyə gəlməsi düzgün olmamışdır. Belə ki, xidmətlərin bir hissəsi bilavasitə mənzil daxilində fərdi istehlakdan deyil, çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və idarə edilməsindən irəli gəlir. Buna görə də mənzilin istifadə edilməməsi həmin xərclərdə mülkiyyətçinin iştirak etmək vəzifəsini aradan qaldırmır.

21. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə İddiaçı MMMC tərəfindən dəhlizlərin, pilləkənlərin və digər ümumi sahələrin saxlanılması, liftlərin istismarı və texniki xidməti, su nasoslarının işlək vəziyyətdə saxlanılması, binanın ümumi sahələrinin və həyətin təmizlənməsi, işıqlandırılması, mühafizə, məişət tullantılarının daşınması və digər xidmətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

22. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdehin borcunun yaranma dövrləri və məbləğləri göstərilmiş, borcun 2019-cu ilin avqust ayından formalaşmağa başladığı bildirilmişdir. Eyni zamanda, iddiaçının apellyasiya şikayətində cavabdehin 2019-cu ilin avqust ayına qədər kommunal xidmət haqlarını ödədiyi qeyd edilmişdir. Bu hal da tərəflər arasında kommunal xidmətlər üzrə öhdəliyin mövcudluğunu və cavabdehin həmin münasibətlər çərçivəsində əvvəlki dövrdə ödənişlər etdiyini təsdiq edən hallardan biri kimi qiymətləndirilməlidir.

23. Qeyd olunmalıdır ki, xidmət haqqının bir hissəsi mənzil sahibinin mənzildə bilavasitə və faktiki yaşamasından asılı olmayan, çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və idarə olunması ilə əlaqədar xərclərin maliyyələşdirilməsinə yönəldilir. Bu səbəbdən cavabdehin mənzildə yaşamaması iddiaçının tələbini tamamilə əsassız edən hal kimi qəbul edilə bilməz.

24. Cavabdehin mənzilin dövlət reyestrindən çıxarışında sahənin 118,30 kv.m göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hal ayrıca mübahisələndirilməli olan mənzil sahəsinin müəyyən edilməsi məsələsinə aid olmaqla, cavabdehin ümumiyyətlə kommunal xidmətlərə görə ödəniş etmək vəzifəsini aradan qaldırmır. Hazırkı iş üzrə isə tərəflər arasında bağlanmış müqavilədə xidmət haqqının mənzilin hər kvadrat metri üzrə müəyyən edilməsi və iddiaçının hesablamasında 126,60 kv.m sahənin əsas götürülməsi barədə sübutlar mövcuddur. Cavabdehin domofon xidmətinin mənzildə faktiki mövcud olmaması, qazlaşdırmanın aparılmaması, elektrik və su sərfiyyatının olmaması barədə dəlilləri də iddianın həmin məbləğdə tamamilə rədd edilməsinə əsas vermir. Belə ki, tələb yalnız fərdi istehlak edilmiş qaz, su və elektrik enerjisinin dəyərindən ibarət olmayıb, çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və idarə edilməsi ilə bağlı xərcləri də əhatə edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mənzildə faktiki yaşamaması və digər hallara həddindən artıq hüquqi əhəmiyyət verməklə iddianı tam rədd etməkdə haqlı olmamışdır.

26. MPM-in sübutların qiymətləndirilməsi və qətnamənin əsaslandırılmasına dair tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu cavabdehin kommunal xidmətlər üzrə öhdəliyinin mövcudluğunu təsdiq edir, lakin iddiaçı tərəfindən tələb olunan bütün dövr üzrə borcun tutulmasına imkan vermir.

27. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının 2.964,70 manat məbləğində borcun tam tutulması barədə tələbini əsaslı hesab etmir.

28. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş və kommunal xidmətlər üzrə borcun dövri ödənişlərdən ibarət olduğu, bu səbəbdən hər bir ödəniş üzrə iddia müddətinin ayrıca hesablanmalı olduğu irəli sürülmüşdür.

29. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və tərəfin belə ərizə verdiyi halda iddia müddətinin keçməsi iddiadan imtina üçün əsasdır. Birinci instansiya məhkəməsi də məhz bu normalara istinad etmişdir.

30. Belə ki, kommunal xidmətlərə görə ödəniş öhdəliyi hər ay yaranan, vaxtaşırı icra edilməli öhdəlik olduğundan, iddia müddəti borcun bütün məbləğinə deyil, hər bir dövri ödəniş üzrə ayrıca tətbiq edilməlidir. Bu baxımdan iddia müddətinin keçməsi iddiaçının yalnız üç illik müddətdən əvvəl yaranmış borcları tələb etmək imkanını istisna edir, iddia müddəti daxilində yaranmış borcların tutulmasını isə aradan qaldırmır.

31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdehin borcunun 2019-cu ilin avqust ayından yarandığı göstərilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində cavabdehin həmin tarixədək kommunal xidmət haqlarını ödədiyini və sonradan ödənişlərin dayandırıldığını bildirmişdir.

32. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini düzgün nəzərə alsa da, iddia müddəti daxilində yaranmış borc hissəsini ayrıca müəyyən etməmiş və nəticədə iddianı tam rədd etməklə səhvə yol vermişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, xidmət haqqının mənzilin hər kvadrat metri üçün 0,30 manat müəyyən edilmiş və mənzilin sahəsinin 126,60 kv.m olduğu göstərilmişdir. Beləliklə, aylıq xidmət haqqı - 126,60 kv.m × 0,30 manat = 37,98 manat təşkil edir. İddiaçı son üç ilin ##.##.2024-cü il tarixədək sübut təqdim edilmədiyindən, yalnız İddiaçı MMMC-nin fəaliyyət dövrü üzrə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan 21 aylıq dövr və həmin dövrə olan 37,98 manat × 21 ay = 797,58 manat borc tutulmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 797 (yeddi yüz doxsan yeddi) manat 58 (əlli səkkiz) qəpik pul tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 797,58 manat kommunal xidmətlərə görə borc İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

37. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

39. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunan 797,58 manat hissəsinə münasibətdə 13,36 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı MMMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 797 (yeddi yüz doxsan yeddi) manat 58 (əlli səkkiz) qəpik kommunal xidmətlərə görə borc və 13 (on üç) manat 36 (otuz altı) qəpik dövlət rüsumu İddiaçı MMMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar