Məhkəmə qərarları › İş №2(3-8)-646/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-646/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-646/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X9 ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan Cavabdeh (sifarişçi) ilə “xxxx” MMC (icraçı) arasında bağlanmış ##.##.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri müqaviləsi”ndən görünür ki, sifarişçi dəyəri 13000 ABŞ dolları, rəngi gümüşü, istehsal ili 2024-cü il, modeli “Qiyuan A05 70 km pro” olan “Changan” markalı avtomobilin alışının təşkil edilməsi, Azərbaycan Respublikası çatdırılması üzrə xidmətləri sifariş verməyi, icraçıya razılaşdırılmış xidmət haqqını və digər ödənişləri ödəməyi, icraçı isə bu sifarişin müqabilində agent xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. Iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma”dan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşma əsasında, İddiaçı məxsus olan dövlət qeydiyyat nişanı **CC*** olan BYD QIN PLUS marka və model məxsus olan avtomobili, dövlət qeydiyyat şəhadətnamə nömrəsi BB668694, rəngi ağ mirvari olan, mühərrik nömrəsi C24162235 texniki xüsusiyyətlərə malik olan avtomobili Cavabdeh 14500 (abş dolları) qarşılığında onun xaricdən sifariş əsasında əldə etdiyi və gələcəkdə Azərbaycan Respublikasına daxil olmalı olan Changan Qiyuan A05 70km Pro marka və modelə məxsus olan avtomobil ilə əvəzləşdirirlər. Bu razılaşmaya əsasən həmin 14500 ABŞ dollarının 12000 ABŞ dolları olan hissəsi onun xaricdən sifariş etdiyi Changan Qiyuan A05 70km Pro markalı olan avtomobil olaraq gələcəkdə avtomobil ölkəyə gəldikdə onun adına rəsmiləşdiriləcək. Bununla əlaqədar gələcəkdə Cavabdeh qəbul edir ki, heç bir halda əks iddia irəli sürməyəcək. Avtomobilin dəyərinin digər əvəzləşdirilməyən hissəsini yəni 2500 ABŞ dolları ödənildikdən sonra avtomobili Cavabdeh adına keçirilməsindən dolayı tələb olunan bütün sənədləri təqdim edəcək və öhdəliklərini yerinə yetirəcək.

3. Iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, ## ###### 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma” müqaviləsinə əsasən, onun adına rəsmiləşdirilmiş **-CC-*** dövlət qeydiyyat nişanlı BYD QIN PLUS markalı avtomobilə görə 1500 ABŞ dolları və 1000 manat məbləğində borcun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur.

4. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, X1 “BYD minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində İddiaçı satmışdır.

5. ## ###### 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “BYD QIN Plus plug-in hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 25700 manat müqabilində X4.

6. ## ######## 2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X4 “BYD QIN Plus plug-in hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində X7.

7. Bakı şəhəri Xətai RPI-nin IŞ-nin müstəntiqi, R X5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin drektoru X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobili İddiaçı adına rəsmiləşdirməsi öhdəliyini icra etməsinin məcburi qaydada təmin edilməsini, 1800 manat məbləğində yaranmış gömrük parking saxlanma xərclərinin tam şəkildə ödənilməsi, xeyrinə 3500 ABŞ dolları məbləğində əsas borcun, həmin məbləğə hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun cavabdeh müqavilə öhdəliyini icra etmədiyi halda, BYD QIN PLUS (dövlət qeydiyyat nişanı **CC***) markalı avtomobilin bazar dəyərinin İddiaçı geri ödənilməsinin təmin edilməsi, cavabdehin borc öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, həyatına qəsd edəcəyi ilə təhdid edərək şantaj yolu ilə borcun silinməsini və əlavə 1000 manat tələb etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) əsasında məsuliyyət daşıdığının müəyyən edilməsi və bu faktın məhkəmə qərarında əks olunması, yuxarıdakı şantaj, təhdid və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçının şəxsi nüfuzuna və psixoloji sağlamlığına görə mənəvi zərərin əvəzinin 7000 manat məbləğində cavabdehdən tutulmasına qərar verilməsi və 135 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adına ölkəyə idxal edilmiş “Changan Qiyuan A05 70km PRO” markalı avtomobilin iddiaçının adına rəsmiləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobilin gömrük terminalında saxlanma xərclərinin tam şəkildə cavabdeh tərəfindən ödənilməsi, “Qarşılıqlı hesablaşmalar barədə” ##.##.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması, cavabdehdən “Qarşılıqlı hesablaşmalar barədə” ##.##.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması gününə qədər bank uçot dərəcəsinə əsasən illik 5 faiz olmaqla faiz məbləğinin tutulması, bu tələblərin icrası qeyri mümkün olduğu halda isə “BYD QIN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C24162235) nəqliyyat vasitəsinin bazar dəyəri kimi 25000 manat məbləğin tam qaytarılması və əlavə olaraq 5000 manat mənəvi zərərin və dövlət rüsumunun tam şəkildə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdeh Cavabdeh arasında ## ######## 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkət, cavabdehin sifarişi ilə Çin Xalq Respublikasından 2024-cü il istehsalı olan “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobilin alınmasını və ölkəyə çatdırılmasını təşkil etmişdir. Müqavilə üzrə invoice dəyəri 13000 ABŞ dolları olmuş, lakin cavabdeh yalnız 12000 ABŞ dolları ödəmiş, 1000 ABŞ dolları borc qalmışdır. Belə ki, avtomobil sifarişi verildikdən bir müddət sonra avtomobilin ölkəyə çatdırılması zamanı yolda fors-major halları baş verməsi səbəbindən gecikmələr baş vermiş və buna görə də cavabdeh şirkətə gələrək həyatına qəsd edəcəyini həm şirkətdə, həm də sosial şəbəkələr vasitəsilə bildirmişdir. Ona necə kömək edə biləcəklərini bildirdikdə, Kamil şirkətə başqa model avtomobil istədiyini bildirmiş və o da satış məqsədilə ölkəyə gətirdiyi DQN-nı **CC*** BYD QIN PLUS marka və model olan avtomobili cavabdehin razılığı ilə onun adına rəsmiləşdirərək sifariş etdiyi avtomobillə əvəzləşdirmişdir. Bu əvəzləşmənin və razılaşmanın şərtlərinə əsasən cavabdeh gələcəkdə ölkəyə daxil olmalı olan “Changan Qiyuan A05 70 km PRO” marka və model avtomobili İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürərək ## ###### 2024-cü il tarixdə razılaşdırılmışdır. Hazırda sifariş edilən “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobil ölkəyə gətirilmiş, lakin cavabdeh avtomobili İddiaçı adına rəsmiləşdirməkdən yayındığı üçün avtomobil 6 aydır Bakı Gömrük Terminalında saxlanılır və hər gün 10 manat olmaqla hal-hazırda təqribi 1800 manat gömrük parking xərci yaranmışdır. Bundan əlavə, cavabdeh BYD markalı avtomobili artıq üçüncü şəxsə satmış, müqavilə öhdəliyini kobud şəkildə pozaraq ona maddi və mənəvi zərər vurmuşdur. Üstəlik cavabdeh yuxarıda qeyd etdiyi kimi həyatına qəsd edəcəyini dəfələrlə bildirərək avtomobilin sənədləşməsi üçün ondan borcun silinməsini, üstəlik əlavə 1000 manat şantaj yolu ilə tələb edərək iddiaçının şəxsi nüfuzuna və psixoloji sağlamlığına ciddi ziyan vurmuşdur. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciəti olmuş lakin heç bir nəticə verməmişdir. Bundan başqa, ## ###### 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə” razılaşma sənədinə əsasən cavabdeh əvəzləşdirilən avtomobilin qiymət fərqinə görə İddiaçı 2500 ABŞ dolları borcu yaranmışdır və həmin borcu 3 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh nə ilkin 1000 dollar borcu, nə də əvəzləşmə ilə bağlı 2500 ABŞ dolları borcu ödəməyib. Artıq 6 aydır Bakı Gömrük terminalında saxlanılan həmin “Changan” markalı avtomobil cavabdeh tərəfindən İddiaçı adına rəsmiləşdirməməsi səbəbindən maddi və mənəvi ziyan dəymişdir. Belə ki, həmin avtomobilin bazar dəyəri düşməklə yanaşı dəfələrlə alıcı tələbatı olsa da, satışı mümkünsıiz olmuşdur. Hesab edir ki, cavabdeh Cavabdeh xeyrinə 3500 ABŞ dolları məbləğində olan borc, 1800 manat manat məbləğində gömrük park xərci və 7000 manat pul məbləği maddi və mənəvi ziyan vurduğuna görə pul tutulmalıdır. Belə ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya qarşı şantaj xarakterli hədələr edilmiş, həyatına qəsd edəcəyi bildirilərək borcun silinməsi, habelə əsassız olaraq əlavə 1000 manat pul tələbi irəli sürülmüşdür. Bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət məsuliyyəti yaradır. Bu fakt şəxsi nüfuzuna və psixoloji sağlamlığına zərər vurur və əlavə mənəvi əzab doğurur. Eləcə də hesab edir ki, cavabdehdən ödənilmiş 135 manat dövlət rüsumunun məbləği də tutulmalıdır

11. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh “BYD QIN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C24162235) nəqliyyat vasitəsinin dəyəri olaraq 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 (yüz otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh dövlət rüsumunun kəsiri olaraq 14 (on dörd) manat, iddiaçı İddiaçı 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 216-220, 227, 358- 360 və 362-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Çindən avtomobillərin gətirilib satılması ilə məşğul olan şirkəti mövcuddur. Sənan Əsədzadə adına şirkət vasitəsilə 2024-cü ilin ########ın ##-da “Changan A05” markalı avtomaşın sifariş vermişdir. Banka 12000 dollar pul ödəmişdir. Ona bildirmişdirlər ki, avtomobil 40-45 günə gələcəkdir. Hər dəfə müxtəlif bəhanələrlə onu yubatmışdırlar. 100 gün keçdikdən sonra öyrənmişdir ki, heç sifariş belə olunmamışdır. Qarşı tərəf iddia edirdi ki, avtomobilin gətirilməsi zamanı yolda bədbəxt hadisə baş vermişdir. Bu isə müqavilədə nəzərdə tutulan fors-major haldır. Heç bir bədbəxt hadisə baş verməmişdir. Ona dəyən zərərin ödənilməsini tələb etsə də, iddiaçı tərəf bundan çəkinmişdir. Daha sonra təklif etmişdir ki, orada olan avtomobillərdən birini ona satsınlar. 21000 manatlıq avtomobili ona 25000 manata satmışdırlar. Həmin avtomobili satdıqdan sonra satışdan əldə etdiyi pul vəsaitinin üzərinə 5200 manat əlavə etməklə istədiyi avtomobili almışdır. Iddiaçı tərəf dələduzluqla məşğuldur. Mübahisə predmeti olan avtomobil İddiaçı mülkiyyətində idi. 9 aydan sonra sifariş etdiyi avtomobil gəlmişdir. Hal-hazırda həmin avtomobil gömrükdədir. Şirkət tərəfindən ona 9700 manat məbləğində ziyan dəymişdir. 2500 ABŞ dolları məbləğində iddiaçıya borcu olması cəfəngiyyatdır. Cavabdeh (sifarişçi) ilə “xxxx” MMC (icraçı) arasında bağlanmış ##.##.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri müqaviləsi”ndən görünür ki, sifarişçi dəyəri 13000 ABŞ dolları, rəngi gümüşü, istehsal ili 2024cü il, modeli “Qiyuan A05 70 km pro” olan “Changan” markalı avtomobilin alışının təşkil edilməsi, Azərbaycan Respublikası çatdırılması üzrə xidmətləri sifariş verməyi, icraçıya razılaşdırılmış xidmət haqqını və digər ödənişləri ödəməyi, icraçı isə bu sifarişin müqabilində agent xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma”dan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşma əsasında, İddiaçı məxsus olan dövlət qeydiyyat nişanı **CC*** olan BYD QIN PLUS marka və model məxsus olan avtomobili, dövlət qeydiyyat şəhadətnamə nömrəsi BB668694, rəngi ağ mirvari olan, mühərrik nömrəsi C24162235 texniki xüsusiyyətlərə malik olan avtomobili Cavabdeh 14500 (abş dolları) qarşılığında onun xaricdən sifariş əsasında əldə etdiyi və gələcəkdə Azərbaycan Respublikasına daxil olmalı olan Changan Qiyuan A05 70km Pro marka və modelə məxsus olan avtomobil ilə əvəzləşdirirlər. Bu razılaşmaya əsasən həmin 14500 ABŞ dollarının 12000 ABŞ dolları olan hissəsi onun xaricdən sifariş etdiyi Changan Qiyuan A05 70 km Pro markalı olan avtomobil olaraq gələcəkdə avtomobil ölkəyə gəldikdə onun adına rəsmiləşdiriləcək. Bununla əlaqədar gələcəkdə Cavabdeh qəbul edir ki, heç bir halda əks iddia irəli sürməyəcək. Avtomobilin dəyərinin digər əvəzləşdirilməyən hissəsini yəni 2500 ABŞ dolları ödənildikdən sonra avtomobili Cavabdeh adına keçirilməsindən dolayı tələb olunan bütün sənədləri təqdim edəcək və öhdəliklərini yerinə yetirəcək. Razılaşmanın məzmunu təhrif edilmişdir. Razılaşmada nəzərdə tutulduğu qaydada, 2500 ABŞ dollarının 2500 manat hissəsi dərhal ödənilmişdir. Beləliklə, ## ###### 2024-cü il tarixli müqavilə ilə ## ######## 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə Agent Xidmətləri “müqaviləsi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci, 424.1-ci maddələri). İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, ## ###### 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma” müqaviləsinə əsasən, onun adına rəsmiləşdirilmiş **-CC-*** dövlət qeydiyyat nişanlı BYD QIN PLUS markalı avtomobilə görə 1500 ABŞ dolları və 1000 manat məbləğində borcun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur. Iddiaçı tərəfindən verilmiş pretenziyada cavabdehdən əvəzləşdirilən avtomobilin əvəzində 2000 (iki min) ABŞ dollarının ödənilməsi, Bakı Baş Gömrük Idarəsinin avtopark hissəsində saxlanılan QIYUAN A05 70 km PRO markalı avtomobilin təhvil verməsi xahiş olunur. Məhkəməyə verilmiş iddia tələbi eyni məzmunda deyildir. Iddia verilərkən mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl edilməmişdir. ## ###### 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X1 “BYD minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində İddiaçı satmışdır. ## ###### 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “BYD QIN Plus plugin hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 25700 manat müqabilində X4. ## ######## 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X4 “BYD QIN Plus plug-in hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində X7. ## ###### 2024-cü il tarixli müqavilədən göründüyü kimi, “BYD minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobil “Qarşılıqlı hesablaşmalar barədə razılaşma”barədə ## ###### 2024-cü il tarixli müqaviləni tərəf kimi imzalayan İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında özgəninkiləşdirmişdir. Bu cavabdehin iddiaçılara borclu olmaması qənaətinə gəlməyə əsas verir. “xxxx” MMC-nin direktoru X3 tərəfindən X14 ünvanlanmış ərizəsində invois qiyməti 12000 ABŞ dollar olan, QIYUAN A05 70 km AIR modelli, 1,5L Plug-in hibrid mühərrikli, gümüşü rəngli, istehsai ili 2024-cü il olan, qara salondan ibarət mexaniki nəqliyyat vasitəsinin alqı-satqısı ilə əlaqədar hüquqi varisi olan alıcı Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri” adlı müqavilə tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli razılaşma ilə ləğv edilmişdir. Cavabdeh şirkətə olan 1500 manat borcu ləğv edilmişdir. Bakı şəhəri Xətai RPI-nin IŞ-nin müstəntiqi, R X5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin drektoru X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan göründüyü kimi, X3 avtomobillərin dəyəri arasında olan 2500 ABŞ dollar məbləğində fərqin ödənilməməsindən şikayət edir. ## ###### 2024-cü il tarixli razılaşma üzrə Cavabdeh borcunun olmaması mötəbər sübutlarla təsdiq olunur. Digər tərəfdən cavabdeh Cavabdeh üzərinə “BYD minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış pulunun qaytarılmasına dair heç bir öhdəlik qoyulmamışdır. ## ###### 2024-cü il tarixli “Razılaşma” ilə tərəflər əvvəlki agent müqaviləsindən irəli gələn öhdəlikləri dəyişdirmiş və BYD markalı avtomobilin “əvəzləşdirilməsi” barədə razılığa gəlmişlər. Məhkəmə bu yeni razılaşmanın hüquqi nəticələrini (əvvəlki öhdəliklərin xitam olunub-olunmamasını) düzgün qiymətləndirməmişdir. Cavabdehin üzərinə 25.000 manat məbləğində “avtomobilin dəyərinin qaytarılması” öhdəliyi qoyulmuşdur. Lakin tərəflər arasındakı razılaşmada belə bir pul öhdəliyi nəzərdə tutulmayıb. Mülki qanunvericiliyə görə, öhdəlik yalnız müqavilədən və ya qanundan yaranır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin direktorunun rəsmi ərizəsi ilə cavabdehin 1500 manatlıq borcunun ləğv edildiyi bildirilmişdir. Məhkəmə bu faktı nəzərə almayaraq, mövcud olmayan borc üzərindən qərar çıxarmışdır. Sənədlərdən görünür ki, BYD markalı avtomobil artıq iddiaçı tərəfindən üçüncü şəxslərə satılmışdır (##.##.2024 tarixli müqavilə). Iddiaçı artıq sahib olmadığı və satdığı avtomobilin dəyərini cavabdehdən tələb edə bilməz. Bu, əsassız varlanmaya və ya zərərin düzgün hesablanmamasına səbəb olur (Mülki Məcəllənin 443-cü maddəsinin pozulması). Məhkəmə BYD markalı avtomobilin alış-satış zəncirini (İddiaçı avtomobili 20.000-ə alıb 25.700ə satması faktını) araşdırmamışdır. Məhkəmə cavabdehin iddiaçıya 25.000 manat borclu olduğu nəticəsinə gəlmişdir. Lakin tərəflər arasındakı ##.##.2024-cü il tarixli razılaşmada belə bir pul öhdəliyi, yaxud avtomobilin rəsmiləşdirilməməsi halında bu məbləğin ödəniləcəyinə dair bənd yoxdur. Məhkəmə bu məbləği hansı sübuta əsasən müəyyən etdiyini əsaslandırmayıb. Iddiaçı cavabdehin onu şantaj etdiyini və hədələdiyini iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir faktiki sübut yoxdur. Əksinə, Bakı şəhəri Xətai RPI-nin ##.##.2025-ci il tarixli qərarı bu iddiaların sübuta yetirilmədiyini rəsmən təsdiq edir. Məhkəmə elə bir nəticəyə gəlib ki, sanki cavabdeh iddiaçının əmlakını (BYD avtomobilini) mənimsəyib və ya onun dəyərini qaytarmayıb. Halbuki, işin halları (##.##.2024 tarixli müqavilə) göstərir ki, iddiaçı həmin avtomobili artıq özü satıb və pulunu alıb. Satılmış əmlaka görə yenidən dəyər tələb etmək məntiqi və hüquqi ziddiyyətdir. Məhkəmə tərəflər arasındakı “Razılaşma”nı sadə bir borc müqaviləsi kimi qiymətləndirib. Lakin işin halları göstərir ki, bu, mürəkkəb bir “əvəzləşdirmə” (barter tipli) razılaşmasıdır və tərəflərin qarşılıqlı öhdəlikləri tam araşdırılmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil2 hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri (...) 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

34. Işdə olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma”dan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşma əsasında, İddiaçı məxsus olan dövlət qeydiyyat nişanı **CC*** olan BYD QIN PLUS marka və model məxsus olan avtomobili, dövlət qeydiyyat şəhadətnamə nömrəsi BB668694, rəngi ağ mirvari olan, mühərrik nömrəsi C24162235 texniki xüsusiyyətlərə malik olan avtomobili Cavabdeh 14500 (ABŞ dolları) qarşılığında onun xaricdən sifariş əsasında əldə etdiyi və gələcəkdə Azərbaycan Respublikasına daxil olmalı olan Changan Qiyuan A05 70km Pro marka və modelə məxsus olan avtomobil ilə əvəzləşdirirlər. Bu razılaşmaya əsasən həmin 14500 ABŞ dollarının 12000 ABŞ dolları olan hissəsi onun xaricdən sifariş etdiyi Changan Qiyuan A05 70 km Pro markalı olan avtomobil olaraq gələcəkdə avtomobil ölkəyə gəldikdə onun adına rəsmiləşdiriləcək. Bununla əlaqədar gələcəkdə Cavabdeh qəbul edir ki, heç bir halda əks iddia irəli sürməyəcək. Avtomobilin dəyərinin digər əvəzləşdirilməyən hissəsini yəni 2500 ABŞ dolları ödənildikdən sonra avtomobili Cavabdeh adına keçirilməsindən dolayı tələb olunan bütün sənədləri təqdim edəcək və öhdəliklərini yerinə yetirəcək.

35. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri həmin razılaşma əsasında yaranmış və onlar bu əqd əsasında qarşılıqlı öhdəliklər götürmüşlər. Iddiaçı əqd üzrə öhdəliyini icra etmişdir. Yəni qarşılıqlı razılaşma əsasında qiyməti 14500 ABŞ dolları (14500x1,70=24650 manat) təşkil edən BYD markalı avtomobili iddiaçı cavabdehə vermişdir. Cavabdeh isə bunun əvəzində iddiaçıya “xxxx” MMC ilə ##.##.2024-cü il tarixdə bağladığı müqavilə əsasında 12000 ABŞ dolları ödəyərək sifariş etdiyi Çanqan markalı avtomobili və əlavə olaraq 2500 manat razılaşma bağlanan gün, 1500 manatı isə 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

36. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma” üzrə öhdəliyin faktiki yerinə yetirilib-yetirilməməsidir.

37. Işin mübahisə edilməyən hallarından görünür ki, sifariş edilən Çanqan markalı avtomobil ölkəyə gətirilsə də, cavabdeh həmin avtomobili iddiaçıya vermək öhdəliyini icra etmir. Iddiaçıdan aldığı BYD markalı avtomobili isə etibarnamə əsasında hərəkət edərək 25700 manata özgəninkiləşdirmişdir. Hazırda iddiaçı həmin avtomobilə görə cavabdehdən öhdəliyini icra etmədiyinə görə eyni zamanda 25000 manat məbləğində pul vəsaiti tələb edir.

38. Belə olan halda məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı cavabdehdən BYD markalı avtomobilin dəyərini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi bu barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Lakin məhkəmə avtomobilin dəyərinə görə cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən, tərəflərin avtomobilin qiyməti ilə bağlı 14500 ABŞ dollarına (14500x1,70=24650 manat) razılaşdıqlarını və cavabdehin həmin gün 2500 manat ödəməli olduğunu nəzərə almamışdır.

39. Belə ki, razılaşmaya əsasən cavabdeh 2500 manatı həmin gün, 1500 manatı isə 3 ay müddətində hissə-hissə ödədikdən sonra BYD markalı avtomobil onun adına rəsmiləşdirilməli idi. Lakin işdən görünür ki, həmin gün iddiaçı cavabdehə etibarnamə vermiş, lakin avtomobili onun adına rəsmiləşdirilməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh 2500 manatı ödəmiş, lakin 1500 manatı isə ödəməmişdir. Həmçinin, cavabdeh 1500 manatı da iddiaçıya ödəməsinə dair məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

40. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən avtomobilin dəyərinə görə 22150 manat (24650-2500=22150), həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 120,50 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməlidir.

42. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri müqaviləsi iddiaçı ilə deyil, “xxxx” MMC ilə bağlamışdır və müqavilədə nəzərdə tutulan öhdəliklər həmin müqavilənin tərəflərinə aiddir.

43. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

44. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdeh “BYD QIN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C24162235) nəqliyyat vasitəsinin dəyəri olaraq 22150 (iyirmi iki min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120,50 (bir yüz iyirmi manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh “BYD QIN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C24162235) nəqliyyat vasitəsinin dəyəri olaraq 22150 (iyirmi iki min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120,50 (bir yüz iyirmi manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar