Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-680/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxan Qusar Rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun özü-özünə verdiyi etiraza baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ona məxsus 10000 (on min) manat məbləğində pul vəsaitinin qaytarılması, həmçinin uzun müddət, on ay davam edən aldadıcı hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə əlavə olaraq 20000 (iyirmi min) manat, ümumilikdə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan hakim Cəlilov Əli İsa oğlu özü-özü etiraz edərək, etirazı onunla əsaslandırmışdır ki, mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X4 izahatında cavabdeh Cavabdeh oğlu Şahmirzəyev X6 Rayon Məhkəməsində işləməsini vildirmişdir. Ona görə də məhkəmənin gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliliyinin, qərəzsizliliyinin şübhə altına alınmaması üçün özü-özünə etiraz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim- sədr Anar Qasımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxan Qusar Rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun özü-özünə etiraz ərizəsi təmin edilmiş və etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, mülki iş Xaçmaz Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. “Hakimə etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 7.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Göründüyü kimi mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin eyni vaxtda bütün tərkibinə etiraz edilməsinə, o cümlədən bütün hakimlərin özü-özünə etirazına yol vermir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özüözünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Lakin, hazırkı işin hallarından görünür ki, işə baxan hakimin özü-özünə etirazı məhkəmə sədri tərəfindən təmin edilsə də iş məhkəmənin digər hakimlərinin icraatına verilmədən, dolayısı ilə bütün məhkəmənin hakimlərinin özü-özünə edilmiş etirazı qismində baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hərçənd ki, məhkəmənin digər hakiminə, o cümlədən sədr olan hakiminə etiraz və ya özü-özünə etiraz edilməmişdir. Buna görə də mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mülki iş Qusar Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-680/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-680/2026
09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver