Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-772/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçın cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X18 adına qeydə alınaraq, verilmiş ******* saylı, ##.##.2013-cü il tarixli çıxarışın, reyestrdə 2V- *** nömrə ilə qeyd edilərək, cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2018-ci il tarixli şəhadətnamənin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh3 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışın, cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə anası X16 Şəhriyar qəsəbəsi ərazisindən 0.67 ha torpaq sahəsi verilmişdir. Anası ## ###### 2003-cü il tarixdə vəfat etmişdir. 2013-cü idə həmin torpaq sahəsi Qobustan rayon DNK-da reyestrdə 7E-3725 nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli saxta etibarnamə əsasında, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 nömrə ilə qeyd edilmiş ##.##.2013-cü il tarixli etibarnamə, eləcə də AN-******* saylı ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəhriyar qəsəbə sakini X18. Bundan sonra, ##.##.2013-cü il tarixdə həmin torpaq sahəsi ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, X18 mülkiyyətinə keçmişdir. ##.##.2015-ci il tarxdə X18 ölmüş, bundan sonra həmin torpaq sahəsinə ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli arvadı cavabdeh3 adına vərəsəlik şəhadətnaməsi verilmişdir. O da, öz növbəsində ##.##.2020-ci il tarixdə ************ reyestr nömrəli, ********** qeyiyyat nömrəli dövlət reyestrindən çıxarış alaraq, həmin çıxarışa əsasən, torpağı ##.##.2020-ci il tarixdə, 4Ə- **** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh2 satmışdır. X2 həmin torpaq sahəsini ##.##.2020-ci il tarixdə ************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, öz adına dövlət qeydiyyatına aldırmışdır. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021ci il tarixli qətnaməsi ilə Qobustan rayon DNK-da 7E-3725 sayla qeyd edilmiş ##.##.2018ci il tarixli saxta etibarnamə əsasında Şamaxı rayon DNK-da 7E-07/4901 sayla qeyd edilmiş ##.##.2013-cü il tarixli etibarnamə, eləcə də AN-******* saylı ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra, o, həmin torpaq sahəsi üzərində öz hüquqlarını bərpa etmək istəyəndə məlum olmuşdur ki, torpaq vərəsəlik qaydasında cavabdeh3 adına qeydə alınmış, o da, yuxarıda qeyd etdiyi kimi, həmin torpaq sahəsini cavabdeh2 satmışdır. Göründüyü kimi sonrakı əməliyyatların aparılmasına əsas olmuş etibarnamələr və daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab olunmuşdur. Ona görə də etibarsız əqdlərin əsasında bağlanmış digər əqdlər də etibarsız hesab olunmalıdır. DƏDRX tərəfindən X18 adına verilmiş ******* saylı çıxarış, ##.##.2018-ci il tarixli, *V*** nömrəli reyestrlə cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsi, ##.##.2020-ci il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışa əsasən, ##.##.2020-ci il tarixdə bağlanmış 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bunun əsasında ##.##.2020-ci il tarixdə verilmiş ************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir.
3. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X10 məhkəməyə göndərdiyi iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, İddiaçı İdarəyə ərizə ilə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən mərhum anası X17 məxsus olmuş 0,67 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizənin icrasını təmin etmək məqsədilə, idarənin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən mərhum X17 məxsus olmuş torpaq sahəsi başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin üzərində müvafiq qeydiyyat notarial qaydada təsdiq olunmuş sənədlər əsasında aparılmışdır. Ona görə də İddiaçı iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinə qarşı hissəsini əsassız hesab edərək, rədd edilməsini xahiş etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X18 adına qeydə alınaraq, verilmiş ******* saylı, ##.##.2013cü il tarixli çıxarış, reyestrdə 2V-*** nömrə ilə qeyd edilərək, cavabdeh3 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2018-ci il tarixli şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh3 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il qeydiyyat tarixli çıxarış, cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X17 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsinin X18 dair ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamə ilə ##.##.2013cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin alqı-satqı müqaviləsi əsasında qeydə alınan hüquqi nəticələr də aradan qaldırılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.3, 331.1, 334.1, 337.1, 337.4, 352-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş iddia tələbi birbaşa olaraq onun mülkiyyət hüquqlarını pozmuş və bu barədə məhkəmə tərəfindən ona hər hansı bildiriş göndərilməmişdir. Odur ki, bundan tam məlumatsız olmuşdur. Şamaxı Rayon Məhkəməsi isə iş üzrə qəbul etdiyi qətnamədə həqiqətə uyğun olmayan bəzi sənədlər əsasında yenə də Şamaxı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinə əsaslanaraq 2008-ci və 2013-cü illərdə Qobustan Rayon DNKsının bəzi alqı-satqı müqavilələrinin naməlum formada etibarsız hesab edilməsini əsas götürməklə sonda onun mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. Belə ki, adları çəkilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi onun xüsusi mülkiyyət hüququndan məhrum etmir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 324.3, 331.1, 334.1, 337.1, 337.4, 352-ci maddələrinə formal qaydada istinadlar edilməsi şablon xarakter daşıyır. Çünki tətbiq olunan bu maddələr əsasında işin həqiqi halları müəyyən edilmir. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində işin faktiki halları tam aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli hallar müəyyən edilməmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Qətnamnənin təsviri və əsaslandırıcı hissəsi ilə onun nəticə hissəsi bir-birinə uyğun gəlmir. Bundan əlavə, Şamaxı Rayon Məhkəməsi tərəfindən ona heç bir məhkəmə bildirişi göndərilməyərək çəkişmə və aşkarlıq prinsipi pozulmuş və məhkəmə xəlvəti olaraq ona məxsus Çıxarışın etibarsız hesab edilməsi barədə əsassız qərar çıxarmışdır. Ona görə də belə qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qət edilməklə iddia tələbi rədd edilməlidir. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli həmin qətnaməsində yazılanlardan görünür ki, iddiaçı İddiaçı məhkəməyə yazıb ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə iddiaçının anasının adına Şəhriyar qəsəbəsi ərazisindən 0.67 ha torpaq sahəsi verilmişdir. Onun anası ## ###### 2003-cü il tarixində vəfat etmiş və sonra 2013-cü ildə həmin torpaq sahəsi Qobustan rayon DNK-da reyestrdə 7E-3725 nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli guya saxta etibarnamə əsasında Şamaxı Rayon DNK-da reyestrdə 7E-07/4901nömrə ilə qeyd edilmiş ##.##.2013-cü il tarixli etibarnamə ilə, eləcə də AN- ******* saylı, ##.##.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəhriyar qəsəbəsi sakini X18 daha sonra ##.##.2013-cü il tarixdə həmin torpaq sahəsi ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X18 mülkiyyətinə keçmişdir. X13 ##.##.2015-ci il tarixdə vəfat etmiş və həmin torpaq sahəsinə X18 arvadı cavabdeh3 adına ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. O da öz növbəsində ##.##.2020-ci il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alaraq, həmin çıxarışa əsasən, torpağı ##.##.2020-ci il tarixdə 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 satdığını yazmışdır. İddiaçı yekunda bildirmişdir ki, cavabdeh2 Əl qızı həmin torpaq sahəsini ##.##.2020-ci il tarixdə ************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla öz xüsusi mülkiyyətinə keçirtmişdir. Sonra guya bəzi alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən onun xüsusi mülkiyyətinə keçirilmiş Çıxarış etibarsız hesab edilməlidir deyə iddiaçı bunu məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilərək qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Şamaxı Əraz İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən sözügedən torpaq sahəsi Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış *Ə-*** nömrəli ## #### 2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən X5 “Satıcı” “xxxx” MMC-nin təsisçisi X11 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən İmanov Rizvan Gülümxan oğluna bundan sonra “Alıcı” torpaq sahəsini 5050 manata satıldığı qeyd edilmişdir. Tərəf məhkəmə iclasında iştirak etmiş, torpaq sahəsinin satışı ilə bağlı ödəniş almadığını bildirmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi formal xarakter daşımaqdadır. Həmçinin bildirilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X17 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsinin X18 dair ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mərhum X17 öldüyü ##.##.2003-cü il tarixdən hüquq qabiliyyətinə xitam verildiyindən, mülkiyyətində olan əmlakını X8 etibarnaməli idarəçiliyə verilməsinə dair onun adından ##.##.2008-ci il tarixdə Qobustan rayon DNK-da *E**** nömrəli reyestrlə qeyd edilmiş etibarnamə, onun əsasında verilmiş X8 etibar edilmiş etibaretmə qaydasında hərəkətlərin icrasını X19 etibar etməsi barədə Şamaxı rayon DNKda reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş ##.##.2013-cü il tarixli etibarnamə, eləcə də sonuncunun həmin etibarnamə əsasında hərəkət edərək, 10 il əvvəl ölmüş, bununla da hüquq qabiliyyətinə xitam verilmiş şəxsin adından bağladığı ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla, tərtib olunmuş əqdlər olaraq etibarsız olmuş və hüquqi nəticələrə səbəb olmamışlar. Göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2013-cü ildə torpaq sahəsini Atakişiyev Ağaverdidən etibarnamə əsasında almış, əkib-becərmişlər. 2020-ci ildə cavabdeh3 əri öldüyündən etibarnaməyə xitam verilmiş, “ASAN Xidmət” mərkəzində notariat ofisində alqı-satqı yolu ilə cavabdeh3 özündən birbaşa öz adına rəsmiləşdirmişdir. Onun mülkiyyətində olan 1.48 ha torpaq sahəsi Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşmiş, orada üzüm bağları salındığından kənd icra nümayəndəsi Osmanov Ağaqədir onlara başqa yerdən torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsini illərlə əkib-becərmişdir, sonuncu dəfə subsidiyanın verilməsi ilə əlaqədar müraciət edəndə torpağın birinin onun xəbəri olmadan başqa şəxsin mülkiyyəti hesab olunması barədə qərar qəbul edildiyini öyrənmişdir. Bundan sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Ağaqədir vasitəsilə Ağaverdidən torpaq sahəsi almış, Ağaverdini torpaq sahəsini alarkən tanımışdır. Ağaverdidən 65 sot, 67 sot, 67 sot olmaqla 3 torpaq sahəsi almışdır, torpaq sahələri bir-birinə yaxın ərazidə yerləşir. 2014-cü ildən indiyə kimi hər üç torpaq sahəsini istifadə etmişdir. 2020-ci ildə cavabdeh3 əri öldüyündən etibarnaməyə xitam verilmiş, “ASAN Xidmət” mərkəzində notariat ofisində alqı-satqı yolu ilə cavabdeh3 adından arvadının adına rəsmiləşdirmişlər. Ağaverdinin torpaq sahəsini necə əldə etməsindən xəbəri olmamışdır. cavabdeh3 ona baş etibarnamə vermiş, həmin etibarnamə əsasında torpaq sahəsini arvadının adına rəsmiləşdirmişdir. O, indiyə qədər gəlib narahat edən olmamışdır. cavabdeh3 Şəhriyar qəsəbəsində yaşayır. Məhkəmə mübahisəsi ilə bağlı cavabdeh3 müraciət etmiş, sənədin qanuni olduğunu və “ASAN xidmət” mərkəzindəki notariat ofisinin onu qəbul etdiyini bildirmişdir. Şəhriyar qəsəbəsində hər bir şəxsə yalnız bir pay torpaq sahəsi verilir. Birdən artıq torpaq sahəsi verilmir. O, isə cavabdeh3 öz torpaq sahəsinin əvəzinə üç torpaq sahəsi almışdır, yalnız əvəzləşdirmə etmişlər, pul verməmişdir. Torpaq sahəsi əvəzləşdirilən yalnız o, olmamışdır, başqa şəxslərin də torpaqları salınacaq üzüm sahəsi ilə üst-üstə düşdüyündən eyni hal yaşanmışdır. Torpaq sahəsində taxıl əkmişdir. Əsmərin ərinə torpaq sahəsinin necə keçməsindən xəbəri yoxdur, yalnız əri öldükdən sonra torpaq sahəsini rəsmi qaydada onların adına keçirmişdir. Əsmərlə aralarında pul söhbəti olmamışdır. Bildiyinə görə İddiaçılə Osmanov Ağaverdi qohumdurlar. Ona məxsus torpaq sahəsini iki il bundan qabaq ondan almaq istəmişdirlər, lakin bacarmamışdırlar. İndi isə bu yolla torpaq sahəsini əlindən almağa çalışırlar. Bacısı ilə onun cəmi 1 ha 46 sot torpaq sahələri olmuşdur. Mahirə onun bacısıdır. X12 yönləndirmişlər, o onlara 2 pay torpaq sahəsi vermişdir. Onların əvvəlki torpaq sahələri münbit, verimli torpaq olduğundan onlara əvəzləşdirmə zamanı nisbətən artıq torpaq sahəsi verilmişdir. Əvvəlki torpaq sahəsinin kimin adına rəsmiləşdirilməsi barədə məlumatı yoxdur. Notariusda torpağın Şəhriyar qəsəbəsindəki torpaq sahəsi ilə əvəzləşdirilməsinə etiraz etmədiyinə dair ərizə almışlar, həmin ərizə Şamaxı şəhərində yerləşən notariat ofisində alınmış, notarius Eyyubov Yaşar olmuşdur. Torpaqların əvəzləşdirilməsini Ağaqədirin oğlu təklif etmişdir. Ona təzyiq olduğundan təkliflə razılaşmışdır. Ağqədir bacısı ilə onun torpaq sahələrinin əvəzinə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 1.99 ha torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsi 2014-cü ildən onun istifadəsindədir. İddiaçı neçə illərdir torpaq sahəsi ilə maraqlanmamış, ona hər hansı müraciət olmamışdır. Bir neçə dəfə isə Şəhriyar qəsəbəsində ona verilən torpaq sahəsinin əvəzinə başqa yerdən torpaq sahəsi vermək niyyətlərinin olduğunu bildirsələr də artıq bu dəfə razılaşmamışdır. Şəhriyar qəsəbəsində bacısı ilə birgə torpaq sahələri 1.46 hektar olmuş, onun əvəzinə onlara 1.99 ha torpaq sahəsi verilmişdir ki, həmin sahənin də cəmi 1.23 ha hissəsi əkinə yararlıdır və orada taxıl əkir. Həmin torpaq sahəsi 2014-cü ildən onun istifadəsindədir. İddiaçı torpaq sahəsinin Ağaqədirdə olduğunu bilmişdir. O, yalnız özünə aid sənədlərin ləğv edilməsi hissəsində qətnaməni mübahisələndirir. Buna görə də apellyasiya şikayətini təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Ağaverdi başqa şəxslərə məxsus olan torpaq sahələrini etibarnamə əsasında satmışdır. Ağaverdi torpaq sahəsini hazırki cavabdehlərdən öncə etibarnamə ilə Xuraman adlı şəxsə satmışdır. Məmmədova Xumar və Atakişiyev Ağaverdi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, qərar iş materiallarına əlavə olunmuşdur. Həmin qətnamə icraya yönəldilmiş, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüquqları bərpa olunmuş, çıxarış əldə olunmuşdur. 2003-cü ildə Zülfünaz xanım vəfat etdikdən sonra hüquqi qüvvəsi olmayan etibarnamə əsasında alqı-satqı edilmişdir. Ondan sonra bağlanmış müqavilələr də etibarsızdır. Cavabdehin etibarından sui-istifadə edilməklə qüvvəsi olmayan etibarnamə əsasında əmlak satılmışdır, odur ki, cavabdeh də iddia qaldıraraq öz hüquqlarının bərpa edilməsini, vurulmuş zərəri tələb edə bilər, yaxud hüquqlarını müdafiə etdiyi şəxslə danışıqlar apara bilər. 2021-ci ildə iddia qaldırılanda ilkin alqı-satqı müqaviləsi üzrə alıcı cavabdeh qoyulmuşdur. 2021-ci ilədən iddiaçının Reyestr Xidmətinə müraciətləri olmuş, müqavilələri, çıxarışları əldə etmişdir, 2021-ci ildə məhkəmə mübahisəsi olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs Reyestr xidmətindən imtina məktubları almışdır. Torpaq sahəsini Ağaverdiyə etibarnamə əsasında Xuraman satmışdır. Ağaverdinin Xuramanla əlaqəsinin olub-olmaması, etibarnamənin qüvvədən düşdüyünü bilib-bilməməsi barədə məlumatı yoxdur. Çox güman ki, Ağaverdinin cavabdeh qoyulmaması səbəbi tərəfin hüquqi baxımdan yanlış yönləndirilərək yalnız ilkin sənədlərin etibarsızlığını tələb etməsi olmuşdur. İddiaçı anası 2003-cü ildə ölmüş, özü isə düşünmüşdür ki, torpaq sahəsi yerindədir. Məhkəmə qətnaməsi qəbul edildib qanuni qüvvəyə mindikdən sonra iddiaçı çıxarış almışdır. İddiaçı Şamaxı şəhərində yaşayır və orada təsərrüfatla məşğuldur. Mübahisəli torpaq sahəsi isə qəsəbədə yerləşir, iddiaçı anası öldükdən sonra düşünmüşdür ki, etibarnamə qüvvədən düşmüşdür, torpaq sahəsi isə yerində qalmışdır. Torpaq sahəsinin başqası tərəfindən istifadə olunduğunu bilməmişdir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkilin izahatı ilə razı olduğunu bildirdi. Əlavə olaraq bildirdi ki, Osmanov Ağaverdi ilə qohum deyil, cavabdeh3 da tanımır. 2024-cü ildə məhkəmə qətnaməsi qəbul edilmiş, icraya yönəldilmiş, beləliklə çıxarış almışdır. Təsərrüfatla məşğul olmuşdur, torpaq sahəsinə baş çəkməyə vaxtı olmamış, torpaq sahəsini başqasının istifadə etməsindən xəbəri olmamışdır. Ağaqədiri üzdən tanıyır. Ağaverdini, Əsməri tanımır. 2021-ci ildə iddia qaldırarkən hüquqi savadsızlığından Əsməri cavabdeh qoymamışdır. Ağaqədir onun xəbəri olmadan ona məxsus torpaq sahəsini necə sata bilər. Xanatova Zülfinazın 0.67 ha torpaq sahəsi satılmışdır. Ağaqədirlə heç bir qohumluq münasibəti yoxdur. Anasının ölümündən sonra başı yas və dəfn mərasiminə qarışdığından torpaq sahəsinə baş çəkə bilməmişdir. Ağaqədir və Xuramanla heç bir qohumluq əlaqəsı yoxdur. Ağaqədir başqa şəxslərin torpaqlarını da satmışdır. Ağaqədir cavabdeh cavabdeh2 aldatmış, ona onun torpaq sahəsini satmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra torpaq sahəsinə dair çıxarış almışdır. 2020-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, ərizəsi geri qaytarılmışdır. Fermada olmuşdur, başı qarışıq olmuşdur, ona görə də torpaq sahəsini ziyarət edə bilməmişdir. Ağaqədir alqı-satqı vasitəçiliyi ilə məşğul olan şəxsdir, ona etiraz etməmişdir. 0.67 ha torpaq sahəsinə texniki pasport ala bilmir. Ağaqədirdən şikayət etməməyinin səbəbi hüquqi savadsızlığı olmuşdur, həmin şəxsə qarşı məhkəmədə iddia qaldırmağına gəldikdə isə başqasına ərizə yazdırmış, özünün anlayışı olmamışdır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh cavabdeh3, üçüncü şəxs ƏMDX DƏDRX Publik Hüquqi Şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin və Şamaxı rayon Dövlət Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14. Torpağa mülkiyyət hüququna dair JN-*** saylı, 41001004 kodlu Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının ## ####### 1999-cu il tarixli, ** saylı qərarı ilə 0,67 ha ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini X16 mülkiyyətinə verilmişdir.
15. Reyestrdə 4Ə-569 nömrə ilə qeyd edilmiş, ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X17 nümayəndəsi X8 tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən X19 mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsini alıcı X18 mülkiyyətinə vermişdir.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, ##.##.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi X18 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
17. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ##.##.2015-ci il tarixdə ölmüşdür.
18. Reyestrdə 2V-*** nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2015-ci il tarixdə ölmüş X18 vərəsəsi cavabdeh3 miras əmlak olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə torpaq sahəsindən 1/1 hissədə pay almalıdır.
19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. Reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş, ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı cavabdeh3 mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsini alıcı cavabdeh2 mülkiyyətinə vermişdir.
21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
22. Şamaxı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər X7 və X8 qarşı alqı-satqı müqaviləsinin, etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair iddiası təmin edilərək, Qobustan rayon DNK-da reyestrdə 7E-3725 sayla qeyd edilmiş ##.##.2008-ci il tarixli etibarnamə, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş ##.##.2013-cü il tarixli etibarnamə və AN-İ ******* saylı, ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması qət edilmişdir.
23. Torpağa mülkiyyət hüququna dair JN-*** saylı, 41002016 kodlu Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə 0,73 ha ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi Şamaxı rayonu, Mədrəsə kənd sakini X3 qızının mülkiyyətinə verilmişdir.
24. ##.##.2014-cü il tarixli ****** nömrəli etibarnamədən görünür ki, X18 cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il tarixli, 2913004199 qeydiyyat, seriya MH 0254930, ##.##.2013-cü il tarixli, 2913004204 qeydiyyat, seriya MH 0254994, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat, seriya MH ******* nömrəli çıxarışlara əsasən Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən 0,65 ha, 0,671 ha, 0,67 ha torpaq sahələrini idarə etməyi, onun üzərində ** saylı arayışı aldıqdan sonra sərəncam verməyui, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri, o cümlədən satmağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.
25. Məhkəmə sorğusu əsasında Dövlət Notariat Arxivindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “elektron notariat” İnformasiya sistemindəı cavabdeh1 tərəfindən Şamaxı dövlət notariat ofisində ##.##.2014-cü il tarixdə 1393 reyestr nömrəsi ilə torpaq sahəsinə dair etibarnamənin verildiyi müəyyən edilmişdir.
26. Məhkəmə sorğusu əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, cavabdeh1 Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** saylı qərarı İlə 0.73 ha kənd təyinatlı torpaq sahəsi ayrılmış və JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” tərtib olunmuşdur. Daha sonra sözügedən torpaq sahəsi Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış *Ə-*** nömrəli ## #### 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Məktuba əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-*** saylı, 41002016 kodlu Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə 0,73 ha ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi Şamaxı rayonu, Mədrəsə kənd sakini cavabdeh1 oğlunun qızının mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilmiş ##.##.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh1 Yusif oğlu tərəfindən verilmiş etibarnamə əsasında onun adından X5 JN-*** saylı, 41002016 kodlu Dövlət aktınına əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən 7300 kv.m torpaq sahəsini 5050 manata “xxxx” MMC-yə satmışdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyası
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi
139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
30. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən digər cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının anasının mülkiyyətində olmaqla, onun ölümü nəticəsində xitam verilmiş etibarnamə əsasında ##.##.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18, daha sonra isə vərəsəlik qaydasında cavabdeh3 mülkiyyətinə keçməsi ilə bağlı əqdlərin etibarsızlığı və daşınmaz əmlakın dövlət reystrindəki qeydlərin ləğv ediməsi hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmamışdır. Cavabdeh cavabdeh2 apellyaiya şikayətində Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin dəlillərindən və şikayətçinin nümayəndəsinin izahatından da göründüyü kimi cavabdeh cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin əsaslılığını onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair qeydin ləğv edilməsi hissəsində mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.
33. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdeh cavabdeh2 nümayəndəsi bildirmişdir ki, onun və bacısının Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisində 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, 2014-cü ildə həmin torpaq sahəsində üzüm bağlarının salınması ilə əlaqədar olaraq, əvəzinə başqa yerdən torpaq sahəsinin verilməsi təklif olunmuş, onlar da həmin təkliflə razılşamalı olmuş, buna görə də öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam vermə hüququ da daxil olmaqla, müvafiq şəxlərə etibarnamə vermişlər. Həmçinin, mülkiyyətində olan torpaq sahələrinin əvəzinə verilən torpaq sahələrinə dair də ona sərəncam vermə hüququ ilə etibarnamələr verilmiş, həmin torpaq sahələrini 2014-cü il tarixdən etibarən hər hansı bir etiraz olmadan istifadə etmişdir. Mübahisəli torpaq sahəsinə dair X18 tərəfindən ona etibarnamə verilmiş, X18 ##.##.2015-ci il tarixdə ölməsi ilə əlaqədar etibarnaməyə xitam verildiyindən, torpaq sahəsi vərəsəlik qaydasında onun arvadının mülkiyyətinə keçirilmiş, bundan sonra isə onun tərəfindən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsinin izahatının həqiqiliyi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-**** saylı, 41002016 kodlu və JN-*** saylı, 41002016 kodlu Dövlət aktının surətlərindən görünür ki, cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 və onun bacısı X3 Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində hər birinin 0,73 ha olmaqla, ümumilikdə 1,46 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, ##.##.2014-cü il tarixdə onun tərəfindən X5 verilmiş etibarnamə əsasında mülkiyyətində olan torpaq sahəsi, ##.##.2014-cü il tarixdə “xxxx” MMC-yə satılmışdır. Həmçinin, ##.##.2014-cü il tarixli ****** nömrəli etibarnamədən görünür ki, X18 cavabdeh1 ##.##.2013-cü il tarixli, 2913004199 qeydiyyat, seriya MH 0254930, ##.##.2013-cü il tarixli, 2913004204 qeydiyyat, seriya MH 0254994 və ##.##.2013-cü il tarixli, ********** qeydiyyat, seriya MH ******* nömrəli çıxarışlara əsasən Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən 0,65 ha, 0,671 ha, 0,67 ha torpaq sahələrinə dair sərəncam vermə hüququ da daxil olmaqla etibarnamə vermiş, 2014-cü il tarixdən etibarən isə torpaq sahəsi onun istifadəsində olmuşdur. X18 ##.##.2015-ci il tarixdə öldüyündən, ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X18 vərəsəsi cavabdeh3 miras əmlak olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə torpaq sahəsini mülkiyyətinə keçirmiş, daha sonra isə ##.##.2020-ci il tarixdə bağlanmış alqısatqı yolu ilə cavabdeh cavabdeh2 mülkiyyətinə keçirmişdir.
34. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, iddianı tam təmin edən birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X17 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,67 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsinin X18 dair ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyini əsas gətirməklə, ondan sonra yaranmış hüquqi nəticələri, o cümlədən cavabdehlər cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsini də etibarsız hesab etməklə, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh2 mülkiyyət hüququna dair qeydi də ləğv etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən mübahisəyə Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı müvafiq normalarının, ən əsası isə 148.2 və 149.2-ci maddələrinin tətbiqini yoxlamalı olduğu halda bunu etməmişdir. Yəni, birinci instaniya məhkəməsi mübahisəli torpaq sahəsini əldə edən cavabdeh2 vicdanlı olub-olmadığını yoxlamadan yuxarıda qeyd edilən əsasla onunla bağlanmış müqaviləni etibarsız hesab etməklə, o cümlədən torpaq sahəsinə dari mülkiyyət hüquqna dair qeydi ləğv etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, cavabdeh cavabdeh2 əldə etdiyi torpaq sahəsi üzərində X18 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesrində hansı qaydada qeydə alınmasından, o cümlədən hazırkı halda həmin qeydin əsassız qeydə alınmasından məlumatı olmamış, həmçinin aparılmış qeydə dair reyestrə etiraz daxil edilməmişdir. İddiaçı tərəfindən də nəinki cavabdehin vicdanlı əldə edən olmamasına dair hər hansı bir sübut təqdim edilmiş, ümumiyyətlə buna dair hər hansı bir ehtimal da irəli sürülməmişdir. Cavabdeh cavabdeh2, o cümlədən nümayəndəsi qismində əri cavabdeh1 X18 tanımamış, mübahisələndirilən torpaq sahəsi cavabdeh2 əri olan cavabdeh1 Şamaxı rayonu Mədrəsə qəsəbəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsi əvəzində onun mülkiyyətinə verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 vicdanlı əldə edən olmaqla, mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları qanunla qorunmalı olmuşdur.
36. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin cavabdehin nümayəndəsinin torpaq sahələrinin alqı-satqısında pul alınmaması ilə bağlı izahatına müvafiq olaraq, müqavilənin formal olaraq bağlanması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi onun və bacısının Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisində 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2014-cü ildə üzüm bağlarının salınması ilə əlaqədar olaraq, əvəzinə başqa yerdən torpaq sahəsinin verildiyini və buna müvafiq olaraq da sənədləşdirmələrin aparıldığını qeyd etmişdir ki, belə bir vəziyyətdə alqı-satqı müqavilələrində göstərilən dəyərlərin formal olması mümkündür. Lakin, qeyd edilən hal ümumilikdə alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd qismində etibarsızlığına əsas verməməkdədir. Belə ki, işdə olan sübutlarla mübahisəli torpaq sahəsinin cavabdehin nümayəndəsinin mülkiyyətində olan torpaq sahəsinin əvəzinə verilməsi öz təsdiqini tapmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında qeyd olunduğu kimi yalan əqdin əsas tərkib əlamətləri üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaqdan ibarət olmaqla, tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur, tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur. Yalan əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir və tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh2 adına qeydə alınaraq, verilmiş reyestr nömrəsi ************ olan, ##.##.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.