Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-790/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndə və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və X4, cavabdehlərin təqsiri üzündən əsassız olaraq mülkiyyətindən çıxmış 0,8431 ha torpaq sahəsinin əvəzi olaraq 25000 (iyirmi beş min) manat pulun və iş üzrə ödənilmiş 165 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998ci il tarixli **/** saylı qərarına əsasən onun ailə üzvlərinə, qardaşı Nümayəndə Meyvəddin oğlunun ailə üzvlərinə, habelə onun mərhum valideynləri Ömərov Meyvəddin Dəmir oğluna və X6 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş ona, iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus JN:383 KOD ******** saylı, qardaşı Nümayəndə Meyvəddin oğluna və ailə üzvlərinə məxsus JN:384 KOD ******** saylı Dövlət Aktı və valideynləri Ömərov Meyvəddin Dəmir oğluna və X6 məxsus JN:382 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə təsdiq edilir. Atası Ömərov Meyvəddin Dəmir oğlu ## #### 2008-ci il tarixdə, anası X6 isə ## ###### 2015-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra onlara məxsus torpaq sahələrini də o, miras qəbul etmişdir. Artıq 30 ilə yaxındır ki, həmin torpaq sahələrindən onun və qardaşı Nümayəndə Meyvəddin oğlunun ailə üzvləri heç kimin etirazı olmadan istifadə edir. 2020ci ildə o və qardaş Nümayəndə Meyvəddin oğlu valideynlərindən miras qalmış həmin torpaq sahələrinə vərəsəlik hüquqlarını həyata keçirmək, habelə Dövlət aktlarına əsasən onlara məxsus torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdeh DƏDRX-nin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRXnin * saylı Ərazi İdarəsi onlara bildirmişdir ki, ona məxsus JN:383 KOD ******** saylı, qardaşı Nümayəndə Meyvəddin oğluna məxsus JN:384 KOD ******** saylı və onların mərhum valideynlərinə məxsus JN:382 KOD ******** saylı Dövlət Aktlarındakı torpaq sahələri cavabdehlər cavabdeh2 Kəlbəli qızına, X4 və onların vəfat etmiş ailə başçısı X8 məxsus JN:622 KOD ******** saylı Dövlət Aktındakı torpaq sahələri ilə, habelə Qusar rayonu Aşağı Ləgər kənd sakinləri olan digər şəxslərə məxsus JN:623 KOD ******** saylı, JN:627 KOD ******** saylı, JN:628 KOD ******** saylı Dövlət Aktlarındakı torpaq sahələri ilə kəsişir. Bu səbəbdən cavabdeh DƏDRX-nin * saylı Xaçmaz Ərazi İdarəsi onların Dövlət Aktlarındakı torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verməkdən imtina etmişdir. Onlar bu məsələni araşdıranda məlum olmuşdur ki, cavabdehlər cavabdeh2 Kəlbəli qızı, X4 və onların hal-hazırda vəfat etmiş ailə başçısı X8 özlərinə məxsus JN:622 KOD ******** saylı Dövlət Aktı əsasında 0,8431 ha torpaq sahəsinə ## ###### 2018-ci il tarixdə cavabdeh DƏDRX-nin * saylı Ərazi İdarəsindən öz adlarına ************ reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. ## ###### 2018-ci il tarixdə onlar həmin Çıxarışa əsasən həmin 0.8431 ha torpaq sahəsini cavabdeh X12 və bu barədə olan alqı-satqı müqaviləsi cavabdeh Qusar rayon Notariat Kontoru tərəfindən ## ###### 2018-ci il tarixdə təsdiqlənərək *ə-**** saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh DƏDRX-nin * saylı Ərazi İdarəsi tərəfindən ## ###### 2018-ci il tarixdə cavabdeh X12 adına ************ saylı Çıxarış-verilmişdir. O və qardaşı Nümayəndə Meyvəddin oğlu Sumqayıt İnzibati Məhkəməsində cavabdehlər cavabdeh2 Kəlbəli qızının, X4 və onların sonradan vəfat etmiş ailə başçısı X8 adlarına 0,8431 ha torpaq sahəsinə verilmiş JN:622 KOD ******** saylı Dövlət Aktının və həmin Dövlət Aktı əsasında həmin 0,8431 ha torpaq sahəsinə cavabdehlər cavabdeh2 Kəlbəli qızının, X4 və onların sonradan vəfat etmiş ailə başçısı X8 adlarına verilmiş ## ###### 2018-ci il tarixli, ************ reyestr nömrəli Çıxarışın ləğv edilməsi üçün iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-**/**** saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən cavabdehlər cavabdeh2 Kəlbəli qızının, X4 və onların sonradan vəfat etmiş ailə başçısı X8 adlarına verilmiş JN:622 KOD ******** saylı Dövlət Aktının və həmin Dövlət Aktı əsasında cavabdehlər cavabdeh2 Kəlbəli qızının, X4 və onların sonradan vəfat etmiş ailə başçısı X8 adlarına verilmiş ## ###### 2018-ci il tarixli, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin işə apellyasiya qaydasında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarına əsasən Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, **(***)**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin işə kassasiya qaydasında da baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## #### 2023cü il tarixli, 2-1 (***)-***/**** saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, cavabdehlər cavabdeh2 Kəlbəli qızının, X4 və onların sonradan vəfat etmiş ailə başçısı X8 və X12 arasında 0,8431 ha torpaq sahəsinin alqı-satqısı barədə Qusar rayon Notariat Kontorunda ## ###### 2018-ci il tarixdə bağlanmış və *ə-**** saylı reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 0,8431 ha torpaq sahəsinə X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## ###### 2018-ci il tarixli, ************ reyestr nömrəli qeydiyyatın ləğv edilməsinə dair Qusar Rayon Məhkəməsində iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023cü il tarixli qətnaməsinə həmin iddia təmin edilmişdir. Cavabdehlərin şikayəti üzrə həmin işə apellyasiya qaydasında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2024cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən Qusar Rayon Məhkəməsinin *(***)***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)***/**** nömrəli qətnaməsinə əsasən X12 torpaq sahəsinin vicdanlı alıcısı hesab edilmiş və buna görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmiş, onun, 0,8431 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyərini cavabdehlər cavabdeh2 Kəlbəli qızından və X4 tələb etmək hüququ izah edilmişdir. Onun şikayəti üzrə həmin işə kassasiya qaydasında da baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də o, cavabdehlərin təqsiri üzündən əsassız olaraq mülkiyyətindən çıxmış 0,8431 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyərini cavabdehlər cavabdeh2 Kəlbəli qızından və X4 tələb edir. Hal-hazırda Qusar rayonunun Aşağı Ləgər kəndində 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri təxminən 30.000 (otuz min) manat təşkil edir. Buna uyğun olaraq cavabdehlərin təqsiri üzündən əsassız olaraq mülkiyyətindən çıxmış 0,8431 ha torpaq sahəsinin hazırkı bazar qiyməti təxminən 25000 (iyirmi beş min) manat təşkil edir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 Kəlbəli qızından və X4, cavabdehlərin təqsiri üzündən əsassız olaraq İddiaçı mülkiyyətindən çıxmış 0,8431 ha torpaq sahəsinin əvəzi olaraq 22.180,80(iyirmi iki min, yüz səksən manat, səksən qəpik) manat pul və iş üzrə ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumununm alınaraq İddiaçı verilməsi, iş üzrə İddiaçı tərəfindən xxxx” MMCyə ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərcinin cavabdehlər cavabdeh2 Kəlbəli qızından və cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2024cü il tarixli, *(***)***/**** nömrəli qətnaməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, həmin qətnamədə mövcud iddia tələbinin təmin edilməməsi iddiaçının mübahisəli torpaq sahəsinin hazırki bazar dəyəri həddində cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ istisna etməməsi qeyd edilmişdir. İddia tələbində torpağın dəyəri 25000 (iyirmi beş min) manat qeyd edilsə də, iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli CVN/F **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, Qusar rayonu, Aşağı Ləgər kəndində yerləşən, ümumi sahəsi 0.8431 ha təşkil edən, təyinatı kənd təsərrüfatı torpaqları olan, xüsusi mülkiyyət torpaq sahəsinin ## ###### 2026-cı il tarixinə, bazar dəyəri 22.180,80(iyirmi iki min, yüz səksən manat, səksən qəpik) manat təşkil edir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.25, 21.3, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, Mülki Prosessual Məcəllənin 82.3, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdehlər cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia qaldırması belə özlüyündə əsassız və səhvdir. Onların cavabdeh qismində işə cəlb edilməyi iddiaçının Sumqayıt İnzibati Məhkəməsinə və ardıçıllıqla yuxarı instansiya məhkəmələrinə müraciətləri və həmin qərar və qərardadda onlara qarşı iddia qaldıra biləcəyi əsası ilə Qusar Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, ədalətsiz, qərəzli, natamam nəticə verilmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Hazırki işdə məhkəmələrin bu qaydaların ziddinə qərar qəbul etməklə məhkəmə təcrübəsinidə heçə sayaraq səhv nəticəyə gəlmişlər. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Yəni qanunjveririçiliyin tələbində də irəli gəldiyi kimi ziddiyətli məqamları belə aradan qaldırmaq təşəbbüsü olmamışdır. Məhkəmə tərəfindən işin real araşdırılması üçün kimin istifadəsində olmuş torpağın kim tərəfindən satıldığı, həmin dövrdən torpağın kimin istifadəsində olması, iddiaçıya aid torpaqla kəsişməsi və ya eyni olması, cavabdehlərin sözü gedən torpaq sahəsinin alqı-satqıda iştirakı, gəlir və ya hər hansı bir vəsaitin alınması, ümumiyyətlə alqı-satqının olub-olmaması və sair məsələlərə aydınlıq gətirməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə heç bir real fakta, sənədə, qanunveriçiliyə uyğun olmadığı kimi qərəzli və iddiaçının maraqlarına xidmət edən qətnamədir. Məhkəmə tərəfindən iddiaçının sui-istifadə etməsi, əsassız tələb və iddialarına düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən torpaqn bu günkü mülkiyyətçisi və ya faktik istifadəçisini cəlb edilmədən gələcəkdə yaranmış mübahisəyə əsasə vermişdir. Çünki araşdırma iddiaçının mövqeyinə və maraqlarına xidmət etməklə, heç bir araşdırma aparılmadan çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 217.3cü maddələrinin pozulmasıdır, çünki məhkəmə yalnız araşdırılmış və qiymətləndirilmiş sübutlara əsaslanaraq nəticə çıxarmalı idi. Eyni zamanda məhkəmə sübutetmə vəzifəsini düzgün bölüşdürməmiş, tərəflərin təqdim etdiyi faktları tam araşdırmadan formal yanaşma ilə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndə və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlərin torpaq sahəsinin kimə verilməsindən xəbərləri olmamış, torpaq sahəsi onların adına rəsmiləşdirilsə belə onlar sərəncam verməmişlər, lakin iddia ərizəsində cavabdeh qismində qeyd olunmuşlar. Birinci instansiya məhkəməsi məhkəmənin qərarında cavabdehlərə qarşı iddia qaldırıla bilər ifadəsini götürərək iddianı təmin etmişdir. Alqı-satqı müqaviləsi mövcud deyil. Cavabdehlərin alqı-satqıdan xəbərləri yoxdur.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək bildirdi ki, cavabdehlər torpaq sahəsini özləri satmışdırlar. Cavabdehlərə də, onlara da 1999-cu ildə torpaq sahəsi verilmişdir. Cavabdehlərə iki dəfə torpaq verilmişdir. Əgər 2006-cı ildə cavabdehlərə onların torpaqlarından yer verirlərsə, deməli, bunun əvəzi onlara hər hansı şəkildə ödənilməli, haradansa torpaq sahəsi verilməlidir. Onlar 2018-cı ildə öz torpaq sahələrinə çıxarış almaq istədikdə bu hal məlum olmuşdur. Onlar torpaq sahəsini 2018-cı ildə satmışlar. Torpaq sahəsini alan qonşu olmuş, lakin onların bundan xəbəri olmamışdır.
İşdə olan sübutlar
12. ##.##.2022-ci il tarixli *-*(***)-**/**** saylı Sumqayıt İnzibati Məhkəməsinin qərarının surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0623 KOD ******** saylı JN:0622 KOD ******** saylı JN:0627 KOD ******** saylı Dövlət Aktlarının, JN-**** saylı Dövlət aktı əsasında cavabdeh2 Kəlbəli qızının, X7, X8 adlarına verilmiş ## ###### 2018-ci il tarixli ************ saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, JN-**** saylı dövlət aktı əsasında X3, X5 və X2 adlarına verilmiş ## ###### 2021-ci il tarixli 301013140658 və ************ saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
13. ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, cavabdeh X9 apelyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməsi qərara alınmış, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Kəlbəli qızına, X4, X12, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, “iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, aparılmış qeydiyyat mübahisəli alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə tələb edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, mövcud iddia tələbinin təmin edilməməsi iddiaçının mübahisəli torpaq sahəsinin hazırki bazar dəyəri həddində cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ istisna etmir.”
14. ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. ## ###### 2026-cı il tarixli CVN/F **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Qusar rayonu, Aşağı Ləgər kəndində yerləşən, ümumi sahəsi 0.8431 ha təşkil edən, təyinatı kənd təsərrüfatı torpaqları olan, xüsusi mülkiyyət torpaq sahəsinin ## ###### 2026-cı il tarixinə, bazar dəyəri 22.180,80(iyirmi iki min, yüz səksən manat, səksən qəpik) manat təşkil edir.
16. Məhkəmə iclasında təqdim edilmiş ##.##.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8, cavabdeh2 Hüləli qızı, cavabdeh1 Məhəməd qızı DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ##.##.2018-ci il tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Aşağı ləyər kəndində yerləşən ümumi sahəsi 0,8431 ha olan torpaq sahəsini X9 2000 manata satmışlar.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 623 KOD ******** saylı, JN 622 KOD ******** saylı, JN 627 KOD ******** saylı Dövlət Aktlarının, JN**** saylı dövlət aktı əsasında cavabdeh2 Kəlbəli qızının, X4, X8 adlarına verilmiş # ###### 2018-ci il tarixli ************ saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, JN**** saylı dövlət aktı əsasında X3, X5 və X2 adlarına verilmiş # ###### 2021-ci il tarixli 301013140658 və ************ saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, həmin qərardan iddiaçılar, cavabdeh və üçüncü şəxs Qafarov Qafar tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin çıxarışlar əsasında torpaq sahəsinin satılmasına dair müqaviləni mübahisələndirmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Zibeda Mirzəbəyova vicdanlı alıcı hesab olunduğundan iddia tələbi təmin edilməmişdir ki, bununla da iddiaçının mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyəri əsassız varlanma aydalarına uyğun olaraq, cavabdehlərdən tələb etmək hüququ yaranmışdır.
22. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması, torpaq sahəsinin onun iradəsi olmadan satılması, torpaq sahəsinin alıcısının vicdanlı alıcı olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiqini tapmışdır. Cavabdehlər isə iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq mülkiyyətlərinə keçirərək həmin torpaq sahəsini satmaqla, əsassız varalanmışlar. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
23. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.