Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-822/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh İsmayıl qızına qarşı mənzilə kompensasiya ödənilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsinin təhvil alınması, kompensasiyanın adekvatlığı) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X5 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hüseynova Nərmin Namiq qızının katibliyi, iddiaçının nümayəndələri və vəkilləri Vəkil/Nümayəndə və Vəkil, cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh İsmayıl qızına qarşı mənzilə kompensasiya ödənilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə İşin halları 1.X4 ilə ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.8 kv/m, yaşayış sahəsi 27.7 kv/m, yardımçı sahəsi 18.1 kv/m olan 2 otaqlı mənzili AN-İ seriyalı, ******* nömrəli, Cavabdeh İsmayıl qızına 135000 manata satmışdır. 2.Mənzil ************-*****-****** saylı reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışına əsasən hazırda Cavabdeh İsmayıl qızının mülkiyyətindədir. 3.Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı “Sumqayıt şəhərinin 16-cı məhəllə ərazisində torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinin müraciəti, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifi nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-cü bəndinin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının “Torpaq İcarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhərinin 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və **/** saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçı Mənzil Tikinti kooperativinə icarə qaydasında 1,0910 ha torpaq sahəsinin ayrılması, müvafiq qaydada icarə müqaviləsinin bağlanması, İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılması, ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, tikintisi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınmasının aidiyyatı qurumlarla həll edilməsi, sərəncamın icrasına nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra həmçinin “iddiaçı”xxxx“MTK”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına (bundan sonra həmçinin “cavabdeh”) məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin (bundan sonra “mübahisəli mənzil”) 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının ## ###### 2022-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və **/** saylı binalar yerləşən və ətraf hissədən 6.Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq 1,0910 ha torpaq sahəsi icarə qaydasında MTK-ya ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin ## ##### 2025-ci il tarixli, * №-li obyektin tikintisinə icazə sənədi əsasında MTKya Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X10 Ekspertiza Baş İdarəsinin 7.##.##.2025-ci il tarixli, ***** nömrəli ekspertiza rəyinin nəticə hissəsində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsi razılaşdırıldığı qeyd olunur. MTK tərəfindən layihə üzrə müvafiq binada yerləşən mənzillərin mülkiyyətçiləri ilə razılaşdırılmaqla onların bir qisminə kompensasiya verilmiş, bir qisminə isə yeni tikilən binadan mənzil verilməsi razılaşdırılmışdır. Müvafiq binada yerləşən iyirmi bir mənzildən iyirmisi mülkiyyətçilərlə bağlanan alqı-satqı müqaviləsi ilə alınmışdır. Lakin iyirmi bir mənzildən yalnız bir mənzilin, yəni mübahisəli mənzilin mülkiyyətçisi əsassız və qərəzli olaraq layihənin həyata keçirilməsinə maneə yaratmış və digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. Belə ki, ##.##.2025-ci il tarixli, 1327706 №li daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən mübahisəli mənzil cavabdehin mülkiyyətinə verilmişdir. ##.##.2025-ci il tarixli, 1327706 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsini alıcının (cavabdehin) etibarnamə üzrə nümayəndəsi olaraq imzalayan nümayəndə2 MTK-nın Sumqayıt şəhəri, 16cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsindən əvvəlcədən xəbərdar olduğu üçün qərəzli olaraq mübahisəli mənzili almaqla anasının (cavabdehin) adına rəsmiləşdirmiş və məqsədi bu layihənin reallaşmasına maneəçilik törətməkdən ibarət olmuşdur. Onun həmin mənzili almaqda tək niyyəti MTK-nın mövcud layihəsini korlamaq və mövcud vəziyyətdən sui-istifadə halları yaratmaqdan ibarət olmuşdur. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli binadan yerləşən bütün mənzillər alınmışdır. Lakin mübahisəli mənzilin mülkiyyətçisi ilə müvafiq danışıqların edilməsinə, mənzilin bazar dəyərindən belə, yüksək məbləğin ödənilməsi təklif edilməsinə baxmayaraq, mənzilin mülkiyyətçisi (cavabdeh) bütün təklifləri rədd edərək ağlasığmaz tələblər irəli sürmüşdür. Cavabdeh icrası mümkün olmayan tələblər irəli sürməklə binada yaşayan digər sakinlərin də mülkiyyət hüququnu pozur və bu əməli qərəzli olaraq icra edir. Məlum olduğu kimi Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli binadakı mənzillərin bir çox mülkiyyətçiləri ilə bağlanan müqavilənin məzmunu onlara yeni tikiləcək olan binadan mənzil verilməsidir, lakin ** saylı mənzilin mülkiyyətçisinin əsassız tələbləri icra edilə bilmədiyi üçün tikinti layihəsini həyata keçirmək mümkün olmur və digər mənzil sahiblərinin mülkiyyət hüquqları pozulur, həmçinin tikinti layihəsinin həyata keçirilə bilməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçının mövcud layihəsi qanunun tələblərinə riayət etməklə, müvafiq icazələr alınmaqla tərtib edilmişdir. Həmçinin, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli bina köhnə və qəzalı vəziyyətdədir, həmin bina insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır, hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin baş vermə təhlükəsi mövcuddur. “Rec-İnvest” MMC-nin “Yaşayış mənzilinin 1 kv.m-nin real bazar dəyərinin müəyyən edilməsi barədə ## ###### 2025-ci il tarixli, REC-**-**/AR-** nömrəli arayışına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 2 otaqlı mənzilin (ümumi sahəsi 45.8 m2 , yaşayış sahəsi 27.7 m2, yardımçı sahəsi 18.1 kv.metr olan) 1 kv.m-nin real bazar dəyəri 1400 (min dörd yüz) manat – 1600 (min altı yüz) manat arası təşkil edir. Buna baxmayaraq, iddiaçı cavabdehə məxsus mənzilin bazar dəyərindən yuxarı, yəni mənzilin 1 kv.m üçün 2000 (iki min manat) ödəməklə kompensasiya təklifi edir. Cavabdehin nümayəndəsi (oğlu) X2 iddiaya etiraz edərək mənzili 135000 manata almışdır. O, həmin mənzillə bağlı təklifini rəhbərliyə bildirmişdir, əvvəlcə razılığa gəlsələr də, sonradan razılıq baş tutmamışdır. Nə hazırki kompensaiya məbləği ilə razıdır, nə də ki, sözügedən binada inşa ediləcək yeni mənzilin verilməsinə razıdır. Belə ki, onun iddiaçı MTKya etibarı
8. yoxdur. Əvvəllər həmin MTK-da işləyib. MTK-nın nüfuzunun yüksəlməsinə köməklik edib. İddiaçı hələ heç bir evi vaxtında tikib təhvil verməyib. Həmin MTK-da çalışdığı üçün söz verilən mənzilin ona təhvil verilməsinə şübhə edir. Həm də digər sakinlərə daha yüksək məbləğdə kompensasiya təklif edilib. Həmin evlərdən biri satılıb, biri də 650000 manata təklif edilib. 9.Cavabdehin vəkili (nümayəndəsi) nümayəndə1 bildirmişdir ki, mənzil 135000 manat alınıb, təxminən 10000 manat da vasitəçiyə verilib. İddiaçının təklif etdiyi kompensasiya isə 91600 manatdır. 10.Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına məxsus olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzil iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva) 11.Birinci instansiya məhkəməsi mübahisəli mənzilin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, istismar müddətini keçməsini, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddianı əsaslı hesab etmişdir. 12.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. 13.Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdehə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təklif edilir, yəni, mübahisəli mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməsini təklif edir. Hansı ki, sözügedən ünvanda mənzilin 1 kv.m-nin real bazar dəyəri 1400-1600 manat arası təşkil edir. 14.Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, cavabdeh izahatında nə kompensasiya ödənilməsi, nə də ona yeni yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı razılaşma əldə etmək niyyətində olmadığını bildirmişdir. Cavabdehin bu hərəkətləri digər sakinlərin hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri , Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat 16.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. 17.Apellyasiya baxışında cavabdehin nümayəndəsi-vəkili nümayəndə1 bildirmişdir ki, işin mübahisəsiz halıdır ki, binanın yarısı sökülüb, mənzillər boşaldılıb, kommunal xidmətlərin hamısı dayandırılıb. Məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği cavabdehi 41000 manat zərərə salıb. 18.Apellyasiya baxışında cavabdehin nümayəndəsi (oğlu) X2 göstərmişdir ki, onları qane edəcək məbləğdə kompensasiya verilərsə, o halda mənzili boşalda bilərlər. Hazırki vaxtadək iki ədəd 2 otaqlı mənzil təklif edilib, lakin mənzil istəmirlər. Özü əvvəllər uzun müddət, təxminən 10 il bu MTK-da işləyib, mənzillərin satışın həyata keçirib. əvvəl bu məsələ iolə MTK ilə razılaşsalar da, sonradan fikirlərini dəyişiblər. Onda olan məlumata əsasən sakinlərə 600 min- 1 milyon manat məbləğlər təklif edilib və razılaşmalar olub. Kompensasiya məbləği olaraq 2 milyon manat təklif edir. 19.İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək göstərib ki, rəyə görə mübahisəli mənzilin 1 kv.metrinin dəyəri 1400-1600 manatdır, lakin MTK bazar qiymətinə uyğun olaraq hər kv.metrə 2000 manat təklif edir. Həmçinin tikintinin icrasına 2022-ci ildən başlanılıb, cavabdeh isə mənzili ## ###### 2025-ci ildə alıb. Cavabdehin nümayəndəsi də dedi ki, iddiaçı şikətdə işləyib, deməli, onun bu layihədən məlumatı olub. MTK ağlabatan məbləğlə razılaşmağa və mübahisəni həll etməyə hazırdır. Mənzilin dəyəri olan 135000 manatı da ödəməyə razıdırlar. 20.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsini qət edilmişdir. (hakimlər Ramin Xəlilov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Afiq Hüseynzadə) 21.Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ümumi sahəsi 45.8 kv.m təşkil edən mübahisəli mənzilin hər kvadrat metri üçün iddiaçı tərəfindən 2000 (iki min) manat təklif edilmişdir ki, bu məbləğ bir il bundan əvvəl əldə olunmuş mənzilin alış dəyərindən aşağı məbləğ olan 91.600 manatın ödənilməsini təşkil edir. 22.Beləliklə 135.000 (yüz otuz beş min) manata cavabdehin aldığı mənzilə görə ümumilikdə ödənilən 91.600 (doxsan bir min altı yüz min) manat kompensasiya məbləği ədalətli hesab oluna bilməz. 23.Həmçinin cavabdehin almış olduğu mənzilin öz dəyərinin iddiaçı tərəfindən ona təklif olunması (məhkəmə tərəfindən iddia tələbinin artırılması barədə təklifdən sonra) halında belə cavabdeh buna razılıq verməmiş və daha çox məbləğ tələb etmişdir. Buradan onu demək olar ki, iddiaçı tərəf cavabdehə satış qiymətinin daha yuxarı məbləğini təklif etməmiş və bu fikrə gələcəyini inkar edərək yekun olaraq məbləğin 91.6000 olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almadan, qanunla qorunan mülkiyyət hüquqlarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 24.Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi kompensasiyanın verilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissəsi olan mənzilin təhvil verilməsi hissəsi isə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmamaqla təmin edilməməlidir. 25.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.5-ci, Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat 26.Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbini təmin edilməsini xahiş etmişdir. 27.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 28.Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 16.1, 152.1, 152.5 və 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1–417.1.4, 418.1 və 418.3-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Fortis-Bayıl» Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili qanuni əsaslarla dövlət notariat kontorunda 135.000 (yüz otuz beş min) manata alaraq alqı-satqı edib dövlət qeydiyyatına almışdır. Həmin mənzil xüsusi mülkdür və cavabdeh hazırda həmin mənzildə yaşayır. Mülkiyyət hüquqlarının müdafiəsini iddiaçı əsassız yerə qərəzli adlandıraraq mənzilin dəyərindən aşağı məbləğ təklif edərək cavabdehi öz mülkündən zorla çıxarılmağını istəyir. Mənzilin ümumi sahəsi 45.8 kv.m təşkil edir, riyazi hesablama ilə həmin kvadrat metri 2000 (iki min) manata vurduqda; 45.8*2000= 91.600 manat təşkil edir. Beləliklə 135.000 ( yüz otuz beş min) manata aldığı mənzilə məhkəmə öz qətnaməsində 91.600 (doxsan bir min altı yüz min) manat kompensasiya ödənilməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almadan, cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları 31.Məhkəmə iclasında cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 32.Məhkəmə iclasında iddiaçının nümayəndələri və vəkilləri Vəkil/Nümayəndə və Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi 33.İ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 34.II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Maddə 13. Mülkiyyət 35.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 36.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 37.III.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ 38.Hər kəsin mülkiyyət hüququ vardır. 39.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 40.III.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşınaxxxxbaşqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 41.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıxxxxictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 42.Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 43.Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Maddə 43. Mənzil hüququ 44.İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 45.II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: 46.1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərinxxxxdigər rüsumxxxxcərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 47.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 48.Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 49.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 50.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 51.Maddə 152.5. Mülkiyyətçi qanundaxxxxmüqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşularınxxxxüçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 52.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunuxxxxolmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 54.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. 56.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 57.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 59.Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri 60.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıqxxxxdolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdəxxxxapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 61.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 62.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 63.Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 64.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh İsmayıl qızının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin əvəzinə 180000 (yüz səksən min) manat kompensasiya cavabdehə ödənilməklə həmin mənzil cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməlidir. 65.Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. 66.Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətçinin öz əmlakının müqəddəratını həll etməkdə, o cümlədən əmlakının dəyərini müəyyən etməkdə müstəsna hüququnun olduğunu qəbul edir. Lakin istənilən hüquq qaydası məntiqə əsaslanmaqla inandırıcılıq xüsusiyyəti daşımalı və bu baxımdan da hər hansı bir hüquq qaydası tətbiq olunduğu şəraitdə mövcud ehtiyacı qarşılaya bilmək keyfiyyətinə malik olmalıdır. Əgər hər hansı bir hüquq qaydası cəmiyyətdə mövcud olan ehtiyacları lazımi şəkildə qarşılamırsa, bu, qaçılmaz olaraq həmin hüquq qaydasının məntiqə uyğunluğunun və hüquqi funksionallığının qüsurlu olmasına və nəticədə aid olduğu məsələ ilə bağlı ədalətli nəticənin əmələ gəlməsinə maneə təşkil etməsinə səbəb olur. Ədalət anlayışının özü də cəmiyyət daxilindəki münasibətlərdən əmələ gələn ehtiyaclarla birbaşa bağlıdır. Belə ki, cəmiyyət həyatında bir məsələnin nizamlanmasına olan ehtiyacı ən səmərəli şəkildə aradan qaldıran, yəni cəmiyyəti təşkil edən fərdlərin şəxsi ehtiyaclarına mümkün qədər ən yaxşı şəkildə cavab verən qaydaların qoyulması və o məqsəd istiqamətində qaydaların tətbiq olunması həmin cəmiyyətdə ədaləti təmin edir. Hüquq qaydalarının ədaləti təmin etmə funksiyası, həm də birbaşa həmin qaydaların məqsədəuyğun şəkildə düzgün istifadə edilə bilmə əmsalından asılıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına görə kompensasiya iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılmasıxxxxazaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. 67.Belə ki, ikinci apellyasiya icraatı zamanı iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.8 kv.m, yaşayış sahəsi 27.7 kv.m, yardımçı sahəsi 18.1 kv.m olan 2 otaqlı mənzilin əvəzinə Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən binanın 20 Yanvar küçəsinə baxan hissəsində “B” blokunda, 6-cı mərtəbədə, ümumi sahəsi 126 kv.m olan 3 otaqlı təmirsiz ** nömrəli mənzilin və daşınmaz əmlakın dövlət reyestrində mənzilin qeydə alınacaq ümumi sahəsi 126 kv.m-dən aşağı olduğu təqdirdə çatışmayan sahənin 1 kv.m-nə 1800 (bir min səkkiz yüz) manat kompensasiyanınxxxxbu mümkün olmadıqda ümumi sahəsi 45.8 kv/m olan ** nömrəli mənzilin əvəzinə 180,000.00 (bir yüz səksən min) manat kompensasiyanın verilməsi, yeni mənzilxxxx180,000.00 (bir yüz səksən min) manat kompensasiya verildiyi andan cavabdehin və mənzildə qeydiyyatda olan şəxslərin Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13, ** nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, mənzildə yaşayan şəxslərin çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 68.Göründüyü kimi, iddia tələbi cavabdeh Cavabdeh İsmayıl qızının mülkiyyətində olan mənzilin kompensasiya müqabilində iddiaçıya təhvil verilməsi barədədir. İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tələbinin əsası kimi ona istinad etmişdir ki, mübahisəli mənzilin də yerləşdiyi qəza vəziyyətində olan binaların yerində müasir şəhərsalma qaydalarına uyğun bina tikintisi müvafiq sərəncamla onlara həvalə edilmişdir, söküləcək binanın bütün sakinləri ilə razılıq əldə olunsa da, cavabdehlə razılıq əldə edilməyib, bu da digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, tikinti işlərinin vaxtında icra edilməməsinə, nəticədə iddiaçının digər sakinlər qarşısında öhdəliyinin pozulmasına və maddi zərərə gətirib çıxarır. İşin hallarına görə cavabdeh də kompensasiya müqabilində mülkiyyətində olan mənzilin boşaldılmaqla tikinti üçün iddiaçıya verilməsinə etiraz etmir. Tərəflər arasında mübahisə və fikir ayrılığı məhz kompensasiya məbləği ilə bağlıdır. 69.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh İsmayıl qızının mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməlidir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. 70.İkinci apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi mənzili yalnız 2500000 ABŞ dolları müqabilində təhvil verəcəyini bildirmiş, iddiaçı isə 180000 manat kompensasiya məbləğini təklif etmişdir. 71.Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və alıcı Cavabdeh İsmayıl qızının satıcı X4 arasında bağlanmış ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsində mənzilin qiyməti kimi 135000 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin əvəzinə təklif etdiyi 180000 manat kompensasiya məbləği ədalətli və adekvat məbləğdir. 72.Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməsi qeyd olunmuşdur ki, həmin norma geniş şəkildə təfsir edilməklə, hazrıkı mübahisəyə də tətbiqi qanuni hesab olunur. 73.Nəzərə alınmalıdır ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. 74.Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli ünvanda yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirilmişdir. 75.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh İsmayıl qızının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına məxsus olan Sumqayıt şəhəri, 16cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin əvəzinə 180000 (yüz səksən min) manat kompensasiya cavabdehə ödənilməklə həmin mənzil cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməlidir. 76.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişidirilsin. İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh İsmayıl qızına məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin əvəzinə 180000 (yüz səksən min) manat kompensasiya cavabdehə ödənilməklə həmin mənzil cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.