Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-825/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması- ekspert rəyinin qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Xəlilov İlkin Ələkbər oğlunun, Cavabdehlər cavabdeh5, cavabdeh4 və onun nümayəndəsi Nümayəndə, cavabdeh1 iştirakları ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, iddiaçı İddiaçı xüsusi mülkiyyətinə Xaçmaz şəhəridə 0.04 ha torpaq sahəsi verilmişdir.
2. ##.##.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz şəhəri ərazisindən 0.04 ha orpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir.
3. Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktdan müəyyən olunur ki, cavabdeh5 və cavabdeh4 oğlu Nümayəndə ona ayrılmış torpaq sahəmin hasarlanmasına əngəl törətdikləri, cavabdeh5 onun torpaq sahəsinə 3 metr enində dəmir qapı qoyduğu, qapının yerini dəyişmək istəmədiyi, digər qonşu Nümayəndə isə öz hasarı tərəfdən onun torpaq sahəsinin eni 2 metr, uzunluğu 20 metr olan hissəsini zəbt etdiyi müəyyən edilir. Həmin aktdan cavabdeh5 torpaq sahəsi ilə onun torpaq sahəsinin bitişik hissəsinin eninin 15.6 metr təşkil etdiyi, cavabdeh5 qoyduğu qapının həmin hissədə yerləşdiyi, Bələdiyyə tərəfindən ona qapının götürülməsi və ya yerinin dəyişdirilməsi təklifindən imtina etdiyi müəyyən olunur.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin cavabdehlər cavabdeh4 tərəfindən 33.7 kv.m hissəsi, cavabdeh3 tərəfindən isə 29.0 kv.m hissəsi istifadə olunur, digər cavabdehlər tərəfindən istifadə olunmur. Cavabdehlər cavabdeh4 tərəfindən 33.7 kv.m hissəsi, cavabdeh3 tərəfindən isə 29.0 kv.m hissəsi istifadə olunur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsində cavabdehlər tərəfindən mışar-daşı ilə hasara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən AR İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan çıxarışa əsasən ona məxsus olan torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və onlar tərəfindən həmin toıpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Xaçmaz şəhəri, 21-ci ərazisindən 400 kvadrat metr torpaq sahəsi ayrılmışdır və hazırda həmin torpaq sahəsi AR İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan çıxarışa əsasən ona məxsusdur. Qonşuları olan cavabdehlər tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh cavabdeh6 onun torpaq sahəsinin bir hissəsini zəbt edərək qanunsuz olaraq həmin yerdən istifadə edir. Onun torpaq sahəsini zəbt etməsi ilə əlaqədar Xaçmaz Rayon Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə tərəfindən torpaq sahəsinə baxış keçirilərək ## ###### 2014-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktdan müəyyən olunur ki, cavabdeh cavabdeh6 onun torpaq sahəsinə tərəf setka çəpərdən qapı qovmuşdur. Bununla bağlı cavabdeh6 onun həyətyanı sahəsinin Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsinə baxmalı olduğu barədə xəbərdarlıq edilmişdir. Bununla yanaşı cavabdeh6 ona məxsus olan torpaq sahəsinə dair Xaçmaz Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarının, habelə sahəsinin planı və ölçüsünün (kadastr sənədi) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Cavabdeh cavabdeh5 isə onun torpaq sahəsində giriş qapısı qoymaqla həmin ərazidən istifadə edir, onun torpaq sahəsinə tərəf özünə məxsus tikilidən xeyli məsafədə dəmir qapı qoymuş, bundan bir qədər az məsafədə dəmir qapıları onun torpaq sahəsinə atmış, öz torpaq sahəsinin qapısının qabağından ona məxsus olan torpaq sahəsinə kanalizasiya dəmiri qoymuşdur. Həmçinin, onun tərəfindən inşa edilən tikilinin də bir hissəsi ona məxsus olan torpaq sahəsində yerləşir. Digər cavabdeh cavabdeh4 tərəfindən hazırda həmin sahədə tikinti işləri aparılır, o, qanunsuz olaraq onun torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmişdir və onun tərəfindən həmin əraziyə çoxlu tikinti materialları yığılmışdır. Hazırda cavabdeh xeyli məsafədə onun torpaq sahəsini zəbt etmişdir. Digər cavabdeh cavabdeh3 da hazırda onun torpaq sahəsində yeni tikili inşa edir. Bununla yanaşı o, onun evinə tərəf torpaq sahəsinin bir hissəsini zəbt edərək, dəmir qapı çərçivələri qoymuşdur. Cavabdehin evinin bir hissəsi də ona məxsus olan torpaq sahəsində yerləşir. Cavabdeh cavabdeh2 torpaq sahəsinin dəmir qapısı xeyli məsafədə onun torpaq sahəsinə tərəf açılır. Cavabdeh cavabdeh1 tərəfindən onun torpaq sahəsinə tərəf taxta qapı qoyulmuşdur və o, da qanunsuz olaraq torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Bildirir ki, əvvəllər də qeyd edilən məsələ ilə bağlı çoxsaylı mübahisələr olmuşdur. Belə ki, Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktdan müəyyən olunur ki, cavabdeh5 və cavabdeh4 oğlu Nümayəndə ona ayrılmış torpaq sahəsinin hasarlanmasına əngəl törətdikləri, cavabdeh5 onun torpaq sahəsinə 3 metr enində dəmir qapı qoyduğu, qapının yerini dəyişmək istəmədiyi, digər qonşu Nümayəndə isə öz hasarı tərəfdən onun torpaq sahəsinin eni 2 metr, uzunluğu 20 metr olan hissəsini zəbt etdiyi müəyyən edilir. Həmin aktdan cavabdeh5 torpaq sahəsi ilə onun torpaq sahəsinin bitişik hissəsinin eninin 15.6 metr təşkil etdiyi, cavabdeh5 qoyduğu qapının həmin hissədə yerləşdiyi, Bələdiyyə tərəfindən ona qapını götürmək və ya yerini dəyişmək təklifini cavabdeh qəbul etməmişdir. Cavabdehlər torpaq sahəsindən qanunsuz istifadəni dayandırmaqdan imtina etmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
7. Xaçmaz Rayon Məhkəməsinin (hakim Samir Bayramov) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin 33.7 kv.m hissəsindən cavabdeh cavabdeh4 çıxarılması, cavabdeh tərəfindən mişar daşı ilə inşa edilmiş hasar onun hesabına sökülməsi, torpaq sahəsi iddiaçının istifadəsinə verilməsi, iddiaçının torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh4 alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddi tələbi cavabdeh cavabdeh3 münasibətdə xitam verilmişdir.
9. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin cavabdehlər cavabdeh4 tərəfindən 33.7 kv.m hissəsi, cavabdeh3 tərəfindən isə 29.0 kv.m hissəsi istifadə olunur, digər cavabdehlər tərəfindən istifadə olunmur. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul edərək, iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh cavabdeh4 iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir qanuni əsas olmadan mişar daşı ilə hasar çəkmiş və torpaq sahəsinin 33.7 kv.m hissəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdehlər tərəfindən inşa edilmiş mişar daşı ilə hörülmüş hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Məhkəmə hesab edib ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 33.7 kv.m hissəsindən istifadə edən cavabdeh4 həmin sahədən çıxarılmalı, onun tərəfindən mişar daşı ilə inşa edilmiş hasar qanunsuz inşa olunduğundan cavabdeh cavabdeh4 hesabına sökülməlidir. Cavabdehlərdən cavabdeh3 öldüyündən iş üzrə iddia tələbinə həmin hissədə xitam verildiyi nəzərə alınmalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.3, 158.1, 158.2, 170.2, 180.1, 180.4, 560.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 111-ci maddələri, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin “iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsinə” dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin tamamilə əsaslı olduğunu təsdiq edən Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktı nəzərə almamış, yalnız iş üzrə AR İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsindən alınmış mütəxəssis rəyini sübut kimi qəbul edərək, iddianı qismən təmin etmişdir. Cavabdehlər iddiaçının qonşularıdır və onlar tərəfindən mülkiyyət hüququ aşağıdakı qaydada pozulmuşdur. 1. Cavabdeh cavabdeh6 onun torpaq sahəsinin bir hissəsini zəbt edərək qanunsuz olaraq həmin yerdən istifadə edir. Bu barədə Xaçmaz Rayon Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə tərəfindən torpaq sahəsinə baxış keçirilərək ## ###### 2014-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktdan müəyyən olunur ki, cavabdeh cavabdeh6 iddiaçıya məxsus torpaq sahəsinə tərəf setka çəpərdən qapı qoymuşdur. Bununla bağlı cavabdeh6 onun həyətyanı sahəsinin Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsinə baxmalı olduğu barədə xəbərdarlıq edilmişdir. Bununla yanaşı cavabdeh6 ona məxsus olan torpaq sahəsinə dair Xaçmaz Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarının, habelə sahəsinin planı və ölçüsünün (kadastr sənədi) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Cavabdeh cavabdeh5 isə onun torpaq sahəsində giriş qapısı qoymaqla həmin ərazidən istifadə edir. Bundan başqa o iddiaçının torpaq sahəsinə tərəf özünə məxsus tikilidən xeyli məsafədə dəmir qapı qoymuş, bundan bir qədər az məsafədə dəmir qapıları onun torpaq sahəsinə atmış, öz torpaq sahəsinin qapısının önündən iddiaçıya məxsus olan torpaq sahəsinə kanalizasiya dəmiri qoymuşdur. Həmçinin, onun tərəfindən inşa edilən tikilinin də bir hissəsi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşir. Digər cavabdeh cavabdeh4 tərəfindən hazırda həmin sahədə tikinti işləri aparılır, o qanunsuz olaraq iddiaçının torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmişdir, həmçinin əraziyə çoxlu tikinti materialları yığılmışdır. Hazırda cavabdeh xeyli məsafədə torpaq sahəni zəbt etmişdir. Digər cavabdeh cavabdeh3 da hazırda ona məxsus torpaq sahəsində yeni tikili inşa edir. Bununla yanaşı onun evinə tərəf torpaq sahəsinin bir hissəsini zəbt edərək, dəmir qapı çərçivələri qoymuşdur. Cavabdehin evinin bir hissəsi də iddiaçıya məxsus olan torpaq sahəsində yerləşir. Hazırda cavabdeh3 vəfat etdiyindən ona qarşı hissədə iddiaya xitam verilmişdir və həmin şəxsin hüquqi varislərinə qarşı iddia qaldırılacaqdır. Cavabdeh cavabdeh2 torpaq sahəsinin dəmir qapısı xeyli məsafədə onun torpaq sahəsinə tərəf açılır. Cavabdeh cavabdeh1 tərəfindən torpaq sahəsinə tərəf taxta qapı qoyulmuşdur və o da qanunsuz olaraq torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Bildirir ki, əvvəllər də qeyd edilən məsələ ilə bağlı çoxsaylı mübahisələr olmuşdur. Belə ki, Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktdan cavabdeh5 və Nümayəndə iddiaçıya ayrılmış torpaq sahəsinin hasarlanmasına əngəl törətdikləri, cavabdeh5 onun torpaq sahəsinə 3 metr enində dəmir qapı qoyduğu, qapının yerini dəyişmək istəmədiyi, digər qonşu Nümayəndə isə öz hasarı tərəfdən iddiaçının torpaq sahəsinin eni 2 metr, uzunluğu 20 metr olan hissəsini zəbt etdiyi müəyyən edilir. Həmin aktdan cavabdeh5 torpaq sahəsi ilə onun torpaq sahəsinin bitişik hissəsinin eninin 15.6 metr təşkil etdiyi, cavabdeh5 qoyduğu qapının həmin hissədə yerləşdiyi, Bələdiyyə tərəfindən ona qapının götürmək və ya yerini dəyişməyin təklif edildiyi lakin cavabdehin bundan imtina etdiyi müəyyən olunur. Qeyd etdiyi aktda göstərilənlər 2016-cı ildə olan vəziyyəti göstərir və hazırda cavabdehlər torpaq sahəsini aktda göstəriləndən xeyli artıq hissədə zəbt etmişlər. Lakin məhkəmə qeyd etdiyi aktı nəzərə almamış, yalnız iş üzrə mütəxəssis rəyinin alınması ilə kifayətlənərək, həmin rəyi bələdiyyənin aktından üstün tutmuşdur. Halbuki, torpaq sahəsi məhz Bələdiyyənin qərarı ilə sərhədləri dəqiq müəyyən edilməklə iddiaçıya verilmişdir və buna görə də, torpaq sahəsinin hansı hissəsindən cavabdehlərin istifadə etdikləri, onun istifadəsinə maneə yaratdıqları torpaq sahəsini istifadəyə verən qurum kimi Bələdiyyəyə məlumdur. Məhkəmə tərəfindən AR İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsindən alınmış mütəxəssis rəyi ilə Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktda müəyyən edilmiş hallar arasındakı ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış və işin halalrı hərtərəfli tədqiq edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili Xəlilov İlkin Ələkbər oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iş üzrə Xaçmaz Bələdiyyəsi tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli aktda cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi faktı qeyd edilmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyi ilə həmin akt arasında ziddiyətli məqamlar aradan qaldırılmadan məhkəmə qətnamə qəbul etmişdir. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi torpaq sahəsinə dair çıxarışı mövcuddur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili İlkin Xəlilov sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh cavabdeh5 izahatında bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin ərazidə ona məxsus torpaq sahəsi vardır. Evinə gediş-gəliş üçün olan ümumi yoldan istifadə edir. Hər hansı torpaq sahəsini zəbt etməmişdir.
16. Cavabdeh cavabdeh4 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçının qeyd etdiyi torpaq sahəsi ümumi istifadədə olan alternativ yoldur. İş üzrə məhkəmə qətnaməsindən məlumatsız olduğu üçün qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Lakin məhkəmə qətnaməsi ilə razı deyildir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh4 oğludur. Atası ilə eyni evdə yaşayırlar, həyətləri isə ayrıdır. İddiaçının qeyd etdiyi torpaq sahəsi həmin ərazidə qonşuluqda yaşayan iş üzrə cavabdehlərin ümumi istifadəsində olan yoldur. Yəni həmin ərazi alternativ yol kimi istifadədir. İddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 izahatında bildirdi ki, onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmişdir.
19. İş üzrə digər cavabdehlər cavabdeh6 və cavabdeh2 Seyidbala oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə II). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyan və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır Maddə 238.1 və 238.3. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48.2 Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1 hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, qətnamənin bu hissədə ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamənin digər hisələri mübahisələndirilməmişdir.
26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
29. Araşdırılan işin faktiki hallarına görə iddiaçının mülkiyyətində Xaçmaz şəhərində 0.04 ha torpaq sahəsi vardır. İddiaçının adına qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdehlər iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinin mülkiyyətçiləridir. Hazırkı iddia ərizəsində iddiaçı ona məxsus torpaq sahəsinin müxtəlif istiqamətlərdən müxtəlif ölçüdə cavabdehlər tərəfindən faktiki istifadə edildiyini, bununla da mülkiyyət hüququnun pozulduğunu və mülkiyyət hüququnun bərpa olunmasını iddia edir.
30. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
31. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Kollegiya işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
33. İşdəki sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına çıxarış verilmişdir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə həmin torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunmasından ibarətdir.
34. Mübahisəsi gedən tələb üzrə iddiaçının subyektiv hüququnu təsdiq olunduğundan sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
35. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə mübahisənin obyektiv həlli yalnız yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinə dair iddiaçıya hüquq müəyyənedici sənəd əsasında məxsus olan torpaq sahəsinin faktiki olaraq cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsindən aslıdır ki, bu hal yalnız iş üzrə mütəxəssislərin verdiyi rəyi əsasında müəyyən oluna bilər. İşə baxan məhkəmə də qeyd olunan istiqamətdə araşdırmanı təmin etmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, əldə edilən mütəxəssis rəyinə əsasən mübahisəni həll etmişdir.
36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin cavabdeh cavabdeh4 tərəfindən 33.7 kv.m hissəsi, cavabdeh3 tərəfindən isə 29.0 kv.m hissəsi istifadə olunur, digər cavabdehlər tərəfindən istifadə olunmur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsində cavabdehlər tərəfindən mışar-daşı ilə hasara alınmışdır.
37. Göründüyü kimi araşdırma zamanı iddiaçı İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin cavabdehlər cavabdeh4 tərəfindən 33.7 kv.m hissəsi, cavabdeh3 tərəfindən isə 29.0 kv.m hissəsinin istifadə olunduğu, digər cavabdehlər tərəfindən isə istifadə olunmadığı müəyyən edilmişdir.
38. İstinad olunan mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin digər cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh2 və cavabdeh1 tərəfindən hansısa formada istifadə (zəbt) olunmaması qeyd olunmuşdur.
39. Ekspert rəyinin əsassızlığı barədə iddiaçı tərəfin bildirdiyi fikirlərə tənqidi yanaşan kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
41. Kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
43. Beləliklə araşdırma zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir.Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.