Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-900/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, İddiaçı ##.##.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin sentyabr ayından başlayaraq hər ay uşağa 250 (iki yüz əlli) manat alimenti cavabdeh2 bank vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. 2.Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin sentyabr ayından başlayaraq, cavabdeh2 hər ay 250 (iki yüz əlli) manat alimenti bank vasitəsilə ödəməsi barədə cavabdeh2 ilə İddiaçı arasında cavabdeh1 mediatoru X3 iştirakı ilə imzalanmış ## ######## 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, cavabdeh1 fəaliyyət göstərən mediator X3 iştirakı ilə onunla cavabdeh2 arasında ## ######## 2025-ci il tarixli barışıq sazişi etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə nikahı rəsmi qeyd etdirməklə cavabdeh cavabdeh2 ilə evlənmişdir, birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü X2 adlı bir övladı anadan olmuşdur. Ailə münasibələri pozulduğu üçün cavabdehlə ayrılmışlar və cavabdeh aliment aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair cavabdeh1 müraciət etmişdir. Bundan sonra cavabdeh1 fəaliyyət göstərən mediator X3 onu mediasiya sessiyasına dəvət etmiş, orada hansısa sənədi imza etmək lazım olduğunu, bundan sonra nikahın pozulması ilə bağlı məhkəməyə gedəcəyini bildirmiş və o, oxumadan və məzmunu ilə tanış olmadığı sənədə imza etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun imza etdiyi sənəd onunla cavabdeh cavabdeh2 arasında bağlanan ##.##.2025-ci il tarixli barışıq sazişi olmuş, sazişə əsasən isə o, ##.##.2018-ci il təvəllüdlü X2 adlı uşağın saxlanması üçün cavabdeh cavabdeh2 hər ay 250 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, onun həmin barışıq sazişini imzalamaq niyyəti olmamış, sazişin mətni ilə tanış etmədən, onun üzərinə hansı öhdəliyin qoyulması izah edilmədən mediator onun həmin sazişi imzalamağına nail olmuşdur. Bundan başqa, mediator ümumiyyətlə onun hansı məbləğdə aliment ödəmək imkanına malik olmağını soruşmamış, maddi imkanının hansı məbləğdə aliment ödəməyə imkan verdiyini müəyyən etmədən özbaşına barışıq sazişini tərtib edib ona imzalatmışdır. Barışıq sazişi onun iradə ifadə ifadəsini, əks etdirmədiyindən, ümumiyyətlə barışıq sazişinin mətnindən xəbəri olmadığına görə həmin barışıq sazişi etibarsız hesab ediməlidir. 5.Cavabdeh cavabdeh1 mediatoru X3 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə cavabdeh2 iş üzrə iddiaçı İddiaçı qarşı nikahın pozulmasına və aliment tələbinə dair cavabdeh1 İlkin Mediasiya Sesiyasının keçirilməsi ilə bağlı müraciət etmişdir. Qusar rayon * saylı Mediasiya təşkilatı tərəfindən müraciət qeydiyyata alınaraq onun icraatına verilmiş və onun tərəfindən həmin işin İlkin Mediasiya Sessiyası ##.##.2025-cil tarixdə saat 10:00 təyin olunmuşdur. İlkin Mediasiya Sessiyasında tərəfindən İddiaçı və cavabdeh2 mediasiyanın üstünlükləri barədə, onların hüquq və vəzifələri tam şəkildə onun tərəfindən məlumat verilmiş və izah olunmuşdur. İlkin Mediasiya Sessiyasından sonra tərəflər X8 keçməmişdən qabaq razılığa gələrək “mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə” bağlayıblar və hər iki tərəf həmin müqaviləni imzalayıblar. Tam mediasiya sessiyası zamanı tərəflər öz təklifləri ilə razılığa gələrək “Barışıq Sazişi” bağlamışdılar. Tərəflərin şərtlərini “barışıq sazişi”-ndə tərəfindən qeyd olunaraq, çap olunmamışdan qabaq hər iki tərəfə ucadan oxunmuş və izah olunmuşdur. “Barışıq Sazişi”-nin üç nüsxəsi çap olunduqdan sonra iş üzrə iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 “barışıq sazişi”-nin üç nüsxənin hər bir vərəqini oxuyaraq imzalamışlar. İmzaladıqdan sonra tərəflərə təqdim olunub və bir nüsxəsi cavabdeh1 arxivində qalıb. Həmin nüsxənin arxasında, hər iki tərəf, öz xətti ilə “iştirak etdim, şərtlər mənə ucadan oxundu, etiraz etmirəm, sənədləri aldım “ yazaraq təsdiq ediblər. İddiaçı mediasiya prosesi zamanı iddia ərizəsində qeyd etdiyi ki aliment miqdarının 150 manat kimi təkilifi cavabdeh2 etməmişdir. Tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu səbəbdən cavabdeh2 ##.##.2025-ci il tarixli “Barışıq sazişi”-in hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunması üçün Qusar rayon məhkəməsinə həmin sazişin təsdiq edilməsi üçün müraciət etmişdir. Qusar rayon Məhkəməsi təsdiq etmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayıb. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş məlumat və sənədlər əsasında aydınlaşdırıb və təsdiqə mane olan hallar aşkar etmədiyi üçün “Barışıq sazişi”-ni təsdiqləyib. Məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsdiq edib və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verib. Qusar rayon Məhkəməsi cavabdeh2 ##.##.2025-ci il tarixli “Barışıq Sazişi”-ni təsdiq edərək ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnamə çıxarmışdır və həmin qətnamə qanunu qüvvəsini almışdir. Qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsində göstərilən hallar reallığı əks etdirmir və birtərəfli yanaşma əsasında tərtib edilmişdir. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov). 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 324.1, 324.2, 325.1, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 337.3, 339.1, 339.2, 339.3, 339.4, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 399.1, 404.1, 405.1, 417.1, 417.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1, 33.1, 33.1.5, 33.1.6, 33.1.7, 33.2, 33.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 355-23–355-26, 360 və 362-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri. 8.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini, onun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” iddiasının təmin edilməsini, cavabdeh1 fəaliyyət göstərən mediator X3 iştirakı ilə onunla cavabdeh2 arasında ## ######## 2025-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsini xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2015-ci ildə nikahı rəsmi qeyd etdirməklə cavabdeh cavabdeh2 ilə evlənmişdir, birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü Hüseynov Adəm Asif oğlu adlı bir övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışdır və cavabdeh aliment aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair cavabdeh1 müraciət etmişdir. Bundan sonra cavabdeh1 fəaliyyət göstərən mediator X3 onu mediasiya sessiyasına dəvət etmiş, orada hansısa sənədi imza etmək lazım olduğunu, bundan sonra nikahın pozulması ilə bağlı məhkəməyə gedəcəklərini bildirmiş və o oxumadan və məzmunu ilə tanış olmadığı sənədə imza etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun imza etdiyi sənəd onunla cavabdeh cavabdeh2 arasında bağlanan ##.##.2025-ci il tarixli barışıq sazişi olmuş, sazişə əsasən isə o ##.##.2018-ci il təvəllüdlü X2 adlı uşağın saxlanması üçün cavabdeh cavabdeh2 hər ay 250 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, onun həmin barışıq sazişini imzalamaq niyyəti olmamış, sazişin mətni ilə tanış etmədən, onun üzərinə hansı öhdəliyin qoyulması izah edilmədən mediator onun həmin sazişi imzalanmasına nail olmuşdur. Bundan başqa, mediator ümumiyyətlə onun hansı məbləğdə aliment ödəmək imkanına malik olmasını soruşmamış, maddi imkanının hansı məbləğdə aliment ödəməyə imkan verdiyini müəyyən etmədən özbaşına barışıq sazişini tərtib edib ona imzalatmışdır. Bundan əlavə bildirir ki, 250 manat miqdarda aliment onun maddi imkanına uyğun deyil, cavabdeh cavabdeh2 özünə isə o uşağa görə hər ay 150 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.
10. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Göründüyü kimi, barışıq sazişi onun iradə ifadə ifadəsini əks etdirmədiyindən, ümumiyyətlə barışıq sazişinin mətnindən xəbəri olmadığına görə həmin barışıq sazişi etibarsız hesab ediməlidir. Buna baxmayaraq, Qusar rayon məhkəməsi hesab etmişdir ki, etibarsız hesab olunması tələb olunan ## ######## 2025-ci il tarixli barışıq sazişindən görünür ki, həmin saziş onu imzalamalı olan şəxslər imzalamış, məzmuna riayət olunmuş, əqdi imzalayan şəxslər özləri imzalamış və barışıq sazişinin fomasına da riayət olunmuşdur. İddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixində barışıq sazişi bağlanmış, iddiaçı İddiaçı barışıq sazişinin müddəalarını yerinə yetirmədiyindən cavabdeh cavabdeh2 barışıq sazişinin təsdiq edilməsilə əlaqədar Qusar rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı İddiaçı barışıq sazişi təsdiq edilən zaman məhkəmə iclasında iştirak etməmiş, həmin saziş barəsində olan narazılığını məhkəmədə bildirməmişdir. Bildirir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizəyə baxılan zaman onun məlumatı olmamışdır. Bu səbəbdən də, həmin hal onun iddiasının əsassız sayılmasına əsas kimi qəbul edilməsi əsassızdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh1 nümayəndəsi X3 yazılı ərizə verərək, Qusar rayon Məhkəməsində İddiaçı iddia ərizəsinə qarşı etirazını bildirmişdir və etirazını müdafiə edir. Bildirmək istəyir ki, ##.##.2025-ci il tarixdə cavabdeh2 iş üzrə iddiaçı İddiaçı qarşı nikahın pozulmasına və aliment tələbinə dair cavabdeh1 İlkin Mediasiya Sesiyasının keçirilməsi ilə bağlı müraciət etmişdir. Qusar rayon * saylı Mediasiya təşkilatı tərəfindən müraciət qeydiyyata alınaraq onun icraatına verilmiş və onun tərəfindən həmin işin İlkin Mediasiya Sessiyası ##.##.2025-ci il tarixdə saat 10:00 təyin olunmuşdur. İlkin Mediasiya Sessiyasında onun tərəfindən İddiaçı və cavabdeh2 mediasiyanın üstünlükləri barədə, onların hüquq və vəzifələri tam şəkildə onun tərəfindən məlumat verildi və izah olundu. İlkin Mediasiya Sessiyasından sonra tərəflər X8 keçməmişdən qabaq razılığa gələrək “MEDİASİYA XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ BARƏDƏ MÜQAVİLƏ” bağlayıblar və hər iki tərəf həmin müqavilə imzalayıblar. Tam mediasiya sessiyası zamanı tərəflər öz təklifləri ilə razılığa gələrək “Barışıq Sazişi” bağlamışdılar. Tərəflərin şərtlərini “Barışıq Sazişi”-ndə onun tərəfindən qeyd olunaraq, çap olunmamışdan qabaq hər iki tərəfə ucadan oxundu və izah olundu. “Barışıq Sazişi”-nin üç nüsxəsi çap olunduqdan sonra iş üzrə iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 “BARIŞIQ SAZİŞİ”-nin üç nüsxənin hər bir vərəqini oxuyaraq imzalamışdırlar. İmzaladıqdan sonra tərəflərə təqdim olunub və bir nüsxəsi cavabdeh1 arxivində qalıb. Həmin nüsxənin arxasında, hər iki tərəf, öz xətti ilə “iştirak etdim, şərtlər mənə ucadan oxundu, etiraz etmirəm, sənədləri aldım “ yazaraq təsdiq ediblər. İddiaçı mediasiya prosesi zamanı iddia ərizəsində qeyd etdiyi kimi aliment miqdarının 150 manat kimi təkilifi cavabdeh2 etməmişdir. Tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu səbəbdən cavabdeh2 ##.##.2025-ci il tarixli “Barışıq sazişi”-in hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunması üçün Qusar rayon məhkəməsinə həmin sazişin təsdiq edilməsi üçün müraciət etmişdir. Qusar rayon Məhkəməsi təsdiq etmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayıb. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş məlumat və sənədlər əsasında aydınlaşdırıb və təsdiqə mane olan hallar aşkar etmədiyi üçün “Barışıq sazişi”-ni təsdiqləyib. Məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsdiq edib və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verib. Qusar rayon Məhkəməsi cavabdeh2 ##.##.2025-ci il tarixli “Barışıq Sazişi”-ni təsdiq edərək ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnamə çıxarmışdır və həmin qətnamə qanunu qüvvəsini almışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 13.Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 14.Cavabdeh cavabdeh1 ərizə ünvanlayaraq, apellyasiya şikayətinin təmin olunmamasını və Qusar Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına və iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etdmişdir. 15.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 16.Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 17.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 18.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 19.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 20.Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 21.Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 22.Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 23.Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 24.Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 25.Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 26.33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 26.1.2. tərəflər haqqında məlumat; 26.1.3. mübahisənin predmeti; 26.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 26.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 26.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 26.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 27.Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 28.Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 29.Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Mülki Prosessual Məcəllə 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 36.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsinin tam mübahisələndirmişdir. 40.Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-**/**** nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Birinci instansiya məhkəməsi iddiaçının barışıq sazişinin onun həqiqi iradəsini əks etdirməməsi, aldatma, məcburetmə, hədə və ya zor təsiri altında imzalanması barədə istinad etdiyi halların sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, əqdin etibarsız hesab edilməsi üçün tərəfin sonradan həmin əqdin şərtləri və ya doğurduğu hüquqi nəticələrlə razılaşmaması kifayət etmir. Əqdin bağlandığı anda tərəfin iradəsinin aldatma, məcburetmə, hədə, zorakılıq və ya qanunla nəzərdə tutulmuş digər iradə qüsurlarından hər hansı birinin təsiri altında formalaşması mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməlidir. 44.Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında ## ######## 2025-ci il tarixdə cavabdeh1 mediasiya prosesi keçirilmiş, tərəflər mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamış, bundan sonra aralarında barışıq sazişi tərtib edilmişdir. Həmin barışıq sazişi iddiaçı, cavabdeh və mediator tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi də müəyyən etmişdir ki, barışıq sazişi bağlanan zaman tərəflərin iradəsinə hər hansı qanunsuz təsirin göstərilməsi öz təsdiqini tapmamışdır.Bundan başqa, barışıq sazişinin tərəflər tərəfindən imzalanması, onun yazılı formada tərtib edilməsi və sazişin forması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması iş materialları ilə təsdiq edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır, 33.2-ci maddəsinə görə isə barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Birinci instansiya məhkəməsi də mübahisələndirilən ## ######## 2025-ci il tarixli sazişin onu imzalamalı olan şəxslər tərəfindən imzalandığını və sazişin formasına riayət edildiyini müəyyən etmişdir. İş materiallarından həmçinin görünür ki, mediasiya təşkilatında saxlanılan barışıq sazişinin nüsxəsinin arxa hissəsində tərəflər öz xətti ilə mediasiya prosesində iştirak etdiklərini, şərtlərin onlara ucadan oxunduğunu, həmin şərtlərə etiraz etmədiklərini və sənədləri aldıqlarını təsdiq etmişlər. 45.Apellyatorun ona sazişin məzmununun izah edilməməsi, başqa sənəd olduğunu düşünərək imza etməsi və mediator tərəfindən aldadılması barədə bildirdikləri isə həmin halları obyektiv şəkildə təsdiq edən başqa mötəbər sübutlarla təsdiq olunmur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, barışıq sazişinin aldatma və ya başqa iradə qüsuru nəticəsində bağlandığını sübut etmək vəzifəsi də bu hallara istinad edən iddiaçının üzərinə düşür. 46.Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının hər ay 250 manat aliment ödəmək barədə üzərinə götürdüyü öhdəliyin onun maddi imkanlarına uyğun olmaması və onun 150 manat məbləğində aliment ödəməyi təklif etməsi barədə dəlilləri də barışıq sazişinin etibarsızlığını özlüyündə təsdiq etmir. Tərəfin sazişlə üzərinə götürdüyü öhdəliyi sonradan özü üçün əlverişsiz hesab etməsi, həmin saziş bağlanarkən onun iradəsinin aldatma, hədə, zorakılıq və ya digər qanunsuz təsir nəticəsində zədələnmiş olduğunu göstərmir. 47.Kollegiya qeyd edir ki, barışıq sazişinin sonradan məhkəmə tərəfindən təsdiq edilmiş olması hazırkı iddia üzrə onun etibarsızlığının maddi-hüquqi əsaslarla mübahisələndirilməsini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2024-cü il tarixli, **/**** nömrəli qərardadında müəyyən edilmiş hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsi onun iradə qüsurları baxımından maddi-hüquqi etibarlılığına yekun qiymət verilməsi demək deyildir və məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə ayrıca iddiaya əqdin etibarsızlığına dair ümumi əsaslarla baxıla bilər. 48.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi göstərilmiş hallara və iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməklə barışıq sazişinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların müəyyən edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. 49.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.