Məhkəmə qərarları › İş №2(3-8)-95/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-95/2026

15.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-95/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Zamanov İsmayıl Mahmud oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı Zamanov İsmayıl Mahmud oğlunun (son məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə İddiaçı Zamanov İsmayıl Mahmud oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı Zamanov İsmayıl Mahmud oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində araşdırma aparılan zaman Cavabdeh İsmayıl Zamanovun “Araz” marketin qarşısında ona müəyyən əşyalar və qızıl-zinət əşyaları satmasını və buna görə 390 manat borcu qalmasını etiraf etmişdir. 2.İddiaçı birinci instansiya məhkəməsində yalnız həyat yoldaşı ilə cavabdehin və onun bacısının səs yazılarını məhkəməyə təqdim etmişdir ki, cavabdeh həmin səs yazılarının tam təqdim edilmədiyini və ya həmin səs yazılarının ona göndərilmədiyini bildirmişdir. İddiaçı isə həmin səs yazılarını tam formada məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Zamanov İsmayıl Mahmud oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 4680 manat məbləğində pulun və ödənilmiş 67 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh qayınanasının vasitəsilə tanımışdır. O, cavabdehə qızıl-zinət və məişət avadanlıqları vermiş və o isə satıb pulunu ona vermişdir. Bununla da onun etibarını qazanmışdır. Sonuncu dəfə 2023-cü ildə o ona 4300 manatlıq qızıl-zinət əşyası verib. Həmçinin 380 manatlıq da məişət avadanlığı verib. Hazırda o, nə qızılları, nə də əmlakı ona qaytarmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, bununla bağlı sübutları var. Həmin sübutlar səs yazısından və şahid ifadələrindən ibarətdir. 5.Məhkəmə iclasında iddiaçı Zamanov İsmayıl Mahmud oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızıllar şəxsən onun olub. O, komplekti Aygünə özü verib. Uşaq sırğasını isə qaynanası verib. 6.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının qayınanası qızılları Elçinə verib. Elçin də pulu İsmayılın yoldaşının kartına atıb. Qızılı Elçin ona hədiyyə alıb. O, uşaq sırğası, tozsoran və süfrəni İsmayıldan alıb. Elçin 2 ədəd qolbaq alıb, birini özünə birini isə ona alıb. Qızılları o, bəyənmiş lakin Elçin almışdır. Onun İsmayıla pul borcu olmayıb. Komplektləri qayınanası iş yerində göstərib, o isə bəyənməyib, qaytarıb. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində araşdırma aparılandan sonra qızıl almayıb və həmin vaxtdan heç bir ödəniş etməyib. 7.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, cavabdeh anası ilə bir iş yerində çalışıb. Onun anası Aygünə qızıl verməyib. Onun yoldaşı İsmayıl bir komplekt, 1 ədəd tozsoran, 1 ədəd sport dəst, 1 ədəd uşaq sırğasını cavabdehə verib. Cavabdeh bildirib ki, əşyaların pulunu Elçin ödəyəcək. Lakin, Elçin pul göndərməyib. Elçin adlı şəxsi tanımırlar. Uşaq sırğası ayrıca verilib. 8.Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 390 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pul olmaqla ümumilikdə, 420 manat pul tutularaq Zamanov İsmayıl Mahmud oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). 9.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.2, 600.3 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 10.İddiaçı Zamanov İsmayıl Mahmud oğlu apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini dəyişdirərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qismən razı deyil. Məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə belə nəticəyə gəlib ki, iddiaçı cavabdehin ondan müəyyən əşyalar və qızıl-zinət əşyası alması və buna görə məişət əşyalarına görə 380 manat, qızıl-zinət əşyalarına görə 4300 manat borclu olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində araşdırma aparılan zaman İsmayıl Zamanovun “Araz” marketin qarşısında ona müəyyən əşyalar və qızılzinət əşyaları satmasını və buna görə 390 manat borcu qalmasını etiraf etmişdir. İddiaçı yalnız həyat yoldaşı ilə cavabdehin və onun bacısının səs yazılarını məhkəməyə təqdim etmişdir ki, cavabdeh həmin səs yazılarının tam təqdim edilmədiyini və ya həmin səs yazılarının ona göndərilmədiyini bildirmişdir. İddiaçı isə həmin səs yazılarını tam formada məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdeh Cavabdeh qayınanasının vasitəsilə tanımışdır. O, cavabdehə qızıl-zinət və məişət avadanlıqları vermiş və o isə satıb pulunu ona vermişdir. Bununla da onun etibarını qazanmışdır. Sonuncu dəfə 2023-cü ildə etibarını qazanmışdır. Sonuncu dəfə 2023cü ildə o ona 4300 manatlıq qızıl-zinət əşyası verib. Həmçinin 380 manatlıq da məişət avadanlığı verib. Hazırda o, nə qızılları, nə də əmlakı ona qaytarmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, bununla bağlı sübutları var. Həmin sübutlar səs yazısından və şahid ifadələrindən ibarətdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının qaynanası qızılları Elçinə verib. Elçin də pulu İsmayılın yoldaşının kartına atıb. Qızılı Elçin ona hədiyyə alıb. O, uşaq sırğası, tozsoran və süfrəni İsmayıldan alıb. Elçin 2 ədəd qolbaq alıb, birini özünə birini isə ona alıb. Qızılları o, bəyənmiş lakin Elçin almışdır. Göründüyü kimi cavabdeh məhkəmə iclasında iddianı dolayısı ilə etiraf etmiş, lakin bildirmişdir ki, guya qızılları iddiaçının qaynanası Elçinə verib. Həmçinin Elçin 2 ədəd qolbaq alıb, birini özünə birini isə ona alıb. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qanunun tələbinə görə cavabdeh öz etirazının əsasını məhkəmədə sübuta yetirməlidir. Göründüyü kimi o, qızılları bəyəndiyini qeyd etmiş, lakin qızılları Elçin aldığını, həmçinin iddiaçının qaynanasının qızılları Elçinə verdiyini bildirmişdir. Bununla da qızılların alındığı və verildiyi artıq sübut olunmuşdur. Lakin məhkəmə cavabdehin ifadəsində qeyd etdiyi halları araşdırmamışdır. Halbuki cavabdeh iddiaçının tələb etdiyi qızılların iddiaçının qaynanası tərəfindən Elçinə verildiyini, Elçinin ona qızıl almasını etiraf etmişdir. Lakin məhkəmə bu halları araşdırmamış və buna ciddi yanşmamışdır. Sual olunur ki, iddiaçının qaynanası Elçinə qızıl veribsə, cavabdehdən niyə tələb edir? Bu hansı məntiqə sığır? İddiaçı qızılları cavabdehə verib və cavabdeh də dolayısı ilə bunu etiraf edib. Səs yazıları və şahid ifadəsi ilə də bu hal öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirmişdir ki, Cavabdeh özünü onlara “Damla” kimi tanıtmışdır. O, anasının iş yoldaşı olub. Əvvəl ödənişləri rahat etmiş, lakin sonradan aldığı qızılların və malların pulunu qaytarmamışdır. Cavabdehlə bütün danışığı o, aparıb. Amma satışı İsmayı edib. Damlanın bacısının adı Sevinc olmalıdır. O, da qızıl götürüb və 300 manatını ödəyib. 1 komplekt Damlaya, 1 komplekt də Sevincə vermişlər. Qadınlarla satışla bağlı danışıqları o, etmiş, çatdırılmanı isə İsmayıl etmişdir. Lakin məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış və qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən bu hallar araşdırılmalı, qanunu və əsaslı qətnamə qəbul olunmalıdır. Hazırkı qətnamə qüvvədə qalarsa cavabdeh əsassız olaraq varlanmış olacaq, iddiaçı isə hüququ pozulduğu halda əmlakından məhrum olacaq. Bütün bunlar isə qanunverciliyin tələbinə ziddir. MPM-nin 4.1-ci maddəsinə görəbütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna müdafiəsindən is,fadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə is,fadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 13.İddiaçı Zamanov İsmayıl Mahmud oğlu iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. 14.Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. 15.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 16.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 17.Maddə 739. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 18.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 20.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 22.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 23.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 24.Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 25.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 31.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 34.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 35.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 37.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Zamanov İsmayıl Mahmud oğlu Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 40.Məhkəmə kollegiyası iddiaçının dəlillər ilə razılaşmayaraq qeyd edir ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 41.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 42.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. 43.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 44.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 45.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar