Məhkəmə qərarları › İş №2(3-8)-991/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-991/2026

11.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-991/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin sədri X2 özü-özünə etirazının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ona məxsus 10000 (on min) manat məbləğində pul vəsaitinin qaytarılması, həmçinin uzun müddət, on ay davam edən aldadıcı hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə əlavə olaraq 20000 (iyirmi min) manat, ümumilikdə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş hakim X1 icraatında olmuş və işin gedişində hakim Əli Cəlilov özü-özünə etiraz edərək bu barədə ərizəsini onunla əsaslandırmışdır ki, mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X4 izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh oğlu X7 Rayon Məhkəməsində işləyir. Ona görə də, məhkəmənin gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliliyinin, qərəzsizliliyinin şübhə altına alınmaması üçün özü-özünə etiraz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxan Qusar Rayon Məhkəməsinin hakimi X1 özü-özünə etiraz ərizəsinin təmin edilməsi və etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə mülki işin Qusar Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxan Qusar Rayon Məhkəməsinin hakimi X3 özü-özünə etiraz ərizəsinin təmin edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə 2(5-141)- ***/**** nömrəli mülki iş Qusar Rayon Məhkəməsinin hakimi X3 alınaraq həmin mülki işin baxılması “ICMS” sistemində təsadüfi paylama üsulu ilə məhkəmənin digər hakiminə həvalə edilməsi qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxan Qusar Rayon Məhkəməsinin sədri X2 özü-özünə etirazına baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və birinci instansiya məhkəməsinin sədrinin öz-özünə etiraz etməsinin əsaslarını araşdıraraq hesab edir ki, həmin etiraz təmin edilməli və mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 19.1.6-cı maddəsinə əsasən, hakim tərəflərdən birinin və ya onun nümayəndəsinin və ya vəkilinin qohumu olduqda və ya qohumu olmuşsa işə baxılmasında iştirak edə bilməz. Bundan əlavə, MPM-in 19.1.7-ci maddəsində hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, yaxud onun obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsasların mövcudluğu müstəqil prosessual əsas kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə isə tərəfin oğlunun həmin birinci instansiya məhkəməsində işləməsi faktı hakimin tərəfin birbaşa qohumu olması anlamına gəlmədiyindən, bu halın MPM-in 19.1.6-cı maddəsi ilə deyil, ilk növbədə 19.1.7-ci maddəsində nəzərdə tutulan hakimin obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsasların mövcudluğu meyarı baxımından qiymətləndirilməsi zəruridir. Məhkəmə kollegiyası nəzərə alır ki, hakimə etiraz institutunun məqsədi yalnız hakimin faktiki qərəzli olmasının qarşısını almaq deyil, həm də məhkəmə araşdırmasının kənar, obyektiv müşahidəçi baxımından qərəzsiz və müstəqil görünməsini təmin etməkdir. Bu baxımdan məhkəmə hakimlərinin özlərinin işə baxmaqdan imtina etmələri, xüsusilə də birinci instansiya məhkəməsinin bütün hakimlərinin eyni halı öz-özünə etiraz üçün əsas hesab etmələri, həmin şəraitin işə baxan hakimlərin obyektivliyi və qərəzsizliyi ilə bağlı əsaslı şübhə yarada biləcəyinin qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, belə nəticəyə gəlmək üçün tərəfin oğlunun həmin məhkəmədə işləməsi faktının konkret iş üzrə hakimlərin qərar qəbul etməsinə faktiki təsir göstərdiyinin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. MPM-in 19.1.7-ci maddəsinin məqsədi məhz obyektivlik və qərəzsizlik barədə kifayət qədər əsaslı şübhənin mövcud olduğu hallarda hakimin işə baxmasını istisna etməkdir. MPM-in 19.1.7-ci maddəsinə əsasən etiraz və ya öz-özünə etiraz edilərkən işin nəticəsində maraqlanmanın, yaxud obyektivliyə və qərəzsizliyə dair şübhələrin konkret nədə ifadə olunduğu göstərilməli və bununla bağlı sübutlar təqdim edilməlidir. MPM-in 21.1-ci maddəsinə əsasən, Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim özü-özünə etiraz etməyə borcludur. Etiraz və ya özü-özünə etiraz yazılı formada əsaslandırılmalı, etirazın əsasları isə müvafiq sübutlarla təsdiq edilməlidir. Hazırkı halda birinci instansiya məhkəməsinin bütün hakimlərinin məhz eyni halı — cavabdehin oğlunun həmin məhkəmədə işləməsini — öz-özünə etiraz üçün əsas hesab edərək işə baxmaqdan imtina etmələri onu göstərir ki, həmin məhkəmədə işə baxılmasını davam etdirəcək hakim qalmamışdır. Belə vəziyyətdə işin həmin məhkəmədə başqa hakim tərəfindən baxılması faktiki və prosessual baxımdan mümkün deyildir. Beləliklə, MPM-in 19.1.7, 21.1 və 23.2-ci maddələrinin sistemli təhlili göstərir ki, birinci instansiya məhkəməsinin bütün hakimlərinin öz-özünə etiraz etmələri əsaslı hesab edildikdə, həmin məhkəmədə mülki işə baxılması mümkün olmadığından işin başqa birinci instansiya məhkəməsinə göndərilməsi qanunun birbaşa tələbindən irəli gəlir. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Plenumunun hakimə və məhkəmə tərkibinə etirazla bağlı izahında da birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda edilmiş etiraz və ya öz-özünə etiraz təmin edildikdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilməli olduğu xüsusi olaraq göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, tərəfin oğlunun həmin məhkəmədə işləməsi ilə bağlı yaranmış vəziyyət konkret halda birinci instansiya hakimlərinin obyektivliyinə və qərəzsizliyinə dair kifayət qədər əsaslı şübhə yaradan hal kimi MPM-in 19.1.7-ci maddəsi üzrə qiymətləndirilməli, birinci instansiya məhkəməsi sədrinin öz-özünə etirazı əsaslı hesab edilməli və MPM-in 23.2-ci maddəsinin tələbinə uyğun olaraq mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəlləsinin 22.6. maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 21.2, 21.3 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Qusar Rayon Məhkəməsinin sədri X2 özü-özünə etirazı təmin edilsin və mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar