Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1001/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin ödənilməsi məqsədilə 10000 manat məbləğdə nağd şəkilində kompensasiyanın tutulub ona ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ## ####### 2021-ci il tarixdə Cavabdeh tərəfindən törədilmiş fiziki zorakılığa məruz qalmışdır. Hadisə zamanı burnu sınıb və başbeyin silkələnməsi almışdır. Baş vermiş fiziki travma nəticəsində həmçinin psixi sağlamlığına ciddi zərər dəymişdir. ##.##.2023-cü ildə * saylı Psixi Dispanserdə müalicə almışdır. İlkin olaraq F23.0 - psixoz diaqnozu qoyulmuş, daha sonra Almaniyada müalicə almışdır. ##.##.2026-cı ildən etibarən müalicəni * saylı Psixi Dispanserdə davam etdirmiş və aparılan müalicə nəticəsində F06.2 - orqaniki psixi pozuntu, şizofreniyaya bənzər pozuntu diaqnozu təsdiqlənmişdir. Tibbi ekspertiza və psixiatr rəyinə əsasən bu psixi pozuntu baş vermiş fiziki travma (baş-beyin silkələnməsi) ilə birbaşa səbəb-nəticə əlaqəsinə malikdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış bir daha sübut edir ki, bu həqiqətən ##.##.2021-ci il tarixdə törədilmiş fiziki zorakılıq nəticəsində həqiqətən də bu şəxsdə psixi pozuntu əmələ gəlmişdir. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçını vurmuş və sonuncu daxilən ağır sarsıntılar keçirmişdir. Onun təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi kimi konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi Cavabdeh İddiaçı xeyrinə 300 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci, 21.2-ci, 21.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qalan hissədə də təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə təqdim edilmiş tibbi sənədlərdə və ekspert rəylərində iddiaçının aldığı kəllə-beyin travması ilə sonradan yaranmış psixi pozuntular arasında səbəb-nəticə əlaqəsinin göstərilməsinə, iddiaçının uzunmüddətli və davamlı müalicə almasına, həm Azərbaycan, həm də Almaniya tibb müəssisələrinin diaqnozlarına, eləcə də sağlamlığında yaranmış davamlı mənfi nəticələrin ağırlığına tam hüquqi qiymət verməmişdir. Bununla yanaşı, mənəvi zərərin məbləği müəyyən edilərkən iddiaçının keçirdiyi fiziki və mənəvi iztirabların xarakteri, müddəti və gələcək həyatına təsiri hərtərəfli araşdırılmamış, nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması faktını qəbul etsə də, mənəvi zərərin həcminin cəmi 300 manat təşkil etməsi barədə gəldiyi nəticəni kifayət edən və mötəbər sübutlarla əsaslandırmamışdır. İş materiallarında olan çoxsaylı tibbi sənədlər, ekspert rəyləri, Azərbaycan və Almaniya tibb müəssisələrinin diaqnozları, iddiaçının uzunmüddətli psixi müalicə alması və sağlamlığında yaranmış davamlı pozuntular məhkəmə tərəfindən lazımi şəkildə qiymətləndirilməmiş, nəticədə məhkəmənin müəyyən etdiyi hallar təqdim olunmuş sübutlarla tam təsdiq edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda İddiaçı Almaniyada şizofreniya xəstəliyi ilə əlaqədar müalicə alır. Xəstəliyi yenidən şiddətləndiyindən xəstəxanadan buraxılmır. O, ##.##.2026-cı il tarixdə Almaniyaya getmiş və hazırda orada müalicəsini davam etdirir. Müalicənin başa çatacağı tarix hazırda məlum deyildir. Cavabdeh tərəf “Zəfər Günü” ilə əlaqədar amnistiyaya düşmüşdür. Maddi zərərin əvəzi olaraq 5100 manat məbləğdə vəsait ödənilmişdir. Mənəvi zərərə dair tələb birinci instansiya məhkəməsi tərəfindən az məbləğdə təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və mənəvi zərər məbləğinin tam təmin olunmasını xahiş edirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X6 tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının **** nömrəli rəyinə əsasən İddiaçı “kəskin polimorf psixotik pozuntu”, anamnezində “kəllə-beyin travması” diaqnozu qoyulmuş, stasionar müalicə məsləhət görülmüşdür. Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə X2 Mərkəz publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, diaqnoz olaraq “qapalı KBT”, “baş beyin silkələnməsi”, “sağ tərəfli burun sümüyünün yerdəyişmiş sınığı”, “sağ göz orbitası toxumaların əzik və qançırları” qeyd olunmuşdur. Həmçinin qeyd olunur ki, xəstə travmanı ##.##.2021-ci il tarixdə saat 21:00 radələrində Elmlər Akademiyası metrosu yanında döyülmə nəticəsində almışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin * nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən o poliklinikanın psixiatriya kabinetində müalicəvi konsultativ dispanser müşahidədədir. Diaqnozu “üzvü zəmində (qapalı kəllə-beyin travması, beyin silkələnməsi mənşəli) şizofreniyayabənzər pozuntu” qeyd olunmuşdur. “Psixiatriya İnstitut Ambulatoriyası Essen” MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, ona “paranoid şizofreniya”, “qeyri-orqaniki yuxusuzluq”, “posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. Neftçala Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qiyabi qətnaməsinə əsasən Cavabdeh 5100 manat məbləğində maddi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin həmin işin materiallarına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin ## ####### 2021-ci il tarixli rəyinin əlavə edildiyi, həmçinin rəydə İddiaçı almış olduğu xəsarətlərin – burun sümüyünün sağ tərəfli yerdəyişməyən xətti sınığı və baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun və sağ göz ətrafının qançırının küt əşya (alət) təsirindən törənmiş olduğu, qərarda göstərilən şəraitdə və müddətdə, yəni ## ####### 2021ci il tarixdə törənməsinin mümkün olduğu, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrinin İarəetmə X1 Mərkəzi publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış ## ####### 2021-ci il tarixli *** nömrəli məktubun surəti əlavə edilmişdir. Həmin məktubda qeyd edilir: “Sizin ərizənizə cavab olaraq bildiririk ki, ##.##.1994-cü il təvəllüdlü İddiaçı ##.##.2021-ci il tarixində X3 müraciət etmişdir. Xəstə travmanı ##.##.2021-ci il tarixində saat 21:00 radələrində Elmlər Akademiyası metrosu yanında döyülmə nəticəsində almışdır. Xəstə baş ağrıları, baş gicəllənmə, ürəkbulanma, qulaqlarda olan küydən şikayət edir. Nev. St-da huşu aydın, göz bəbəkləri dar D=S, işığa reaksiyası canlı, göz almaları hərəkəti ağrılı, retroqral amneziya, Romberq vəziyyətində qeyri-stabillik barmaqlarda tremor, periferik vətər refleksləri yüksəlib D=S. Xəstəyə kəllənin KT müayinəsi olunub. KT müayinəsində sağ tərəfli burun sümüyü yerdəyişmiş sınığı müəyyən olunur. Xəstəyə klinikada qalmaq təklif olundu, lakin xəstə imtina etdi. Diaqnoz: Qapalı KBT-sı, baş beyin silkələnməsi, sağ tərəfli burun sümüyünün yerdəyişmiş sınığı, sağ göz orbitası toxumaların əzik və qançırları”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə tərkibi iş materiallarını, təqdim edilmiş tibbi sənədləri, iddiaçıya yetirilmiş xəsarətlərin xarakterini, onların ağırlıq dərəcəsini, xəsarətlərdən sonra yaranmış psixi pozuntunun xarakterini və müalicənin davamlılığını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması faktını düzgün müəyyən etsə də, kompensasiyanın məbləğini müəyyən edərkən mənəvi zərərin faktiki həcmini və onun iddiaçının həyatına təsirini kifayət qədər nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsinə dair” ## ###### 2025-ci il tarixli ** nömrəli qərarının 5.9-cu bəndinə görə mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zərərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Adıçəkilən qərarın 7.16-cı bəndinə görə zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Həmin qərarın 7.27-ci bəndinə əsasən xarakterinə görə hüquqpozmaların bir neçə növü fərqləndirilir: müqavilə öhdəliyinin pozulması, mülki hüquq pozuntusu (delikt), intizam pozuntuları, inzibati xətalar, cinayət, hüquqdan sui-istifadə. Əməlin ağırlıq dərəcəsinə isə onun törədilmə üsulu, törədildiyi şərait, niyyət, baş vermiş nəticələrin ağırlığı, birgə törədilmiş əməllərdə şəxsin rolu və s. aiddir. Odur ki, mənəvi zərərin həcmi müəyyən edilərkən qeyd olunan meyarlar baxımından hüquqpozmaların növünə, habelə aid olduğu növ üzrə əməlin ağırlıq dərəcəsinə ayrı-ayrılıqda qiymət verilməlidir. Hazırkı iş üzrə ## ####### 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı müxtəlif xəsarətlər alması mötəbər tibbi sənədlərlə təsdiq olunur. Lakin iddiaçının keçirdiyi iztirablar yalnız hadisə zamanı aldığı fiziki xəsarətlərlə məhdudlaşmamışdır. Belə ki, iş materiallarından görünür ki, hadisədən sonrakı dövrdə onda psixi pozuntu yaranmış, bu pozuntu tibbi sənədlərdə keçirilmiş kəllə-beyin travması ilə əlaqələndirilmiş və həmin səbəbdən uzunmüddətli müalicə aparılmışdır. Müalicənin hazırda da davam etməsi isə hadisənin nəticələrinin keçici xarakter daşımadığını və iddiaçının sağlamlıq vəziyyətinə təsirinin uzun müddət davam etdiyini göstərir. Beləliklə, hazırkı halda qiymətləndirilməli olan yalnız ## ####### 2021-ci il tarixdə iddiaçıya yetirilmiş xəsarətlərin özü deyil, həmin xəsarətlərin doğurduğu və zaman keçdikcə davam edən mənəvi sarsıntı və iztirabın nəticələrdir. İddiaçının həm fiziki ağrı və narahatlıq keçirməsi, həm də sonrakı dövrdə psixi pozuntu ilə əlaqədar uzunmüddətli müalicəyə ehtiyacının yaranması onun mənəvi sarsıntı və iztirablarının xarakterini və ağırlığını əhəmiyyətli dərəcədə artıran hallardır. Xüsusilə, psixi pozuntunun alınmış kəllə-beyin travması ilə əlaqələndirilməsi hadisənin nəticələrinin yalnız fiziki müstəvidə qalmadığını, şəxsin psixi vəziyyətinə də sirayət etdiyini göstərir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsinə dair” yuxarıda adıçəkilən qərarının 5.1-5.5-ci bəndlərinə görə mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Yuxarıda qeyd edilənlər baxımından, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə təzminatın həcmi olaraq müəyyən edilmiş 300 manat məbləğdə kompensasiya iddiaçının məruz qaldığı xəsarətlərin xarakteri və ağırlığı, həmin xəsarətlərin sonrakı psixi nəticələri, müalicənin uzunmüddətli olması və mənəvi iztirabların davamlılığı ilə müqayisədə adekvat hesab edilə bilməz. Belə bir məbləğ mənəvi zərərin kompensasiyasının bərpaedici və çəkindirici məqsədlərini kifayət qədər təmin etmir və iddiaçının məruz qaldığı iztirabların real ağırlığını lazımi səviyyədə əks etdirmir. Məhkəmə tərkibi eyni zamanda mənəvi zərərə görə təzminatın həcmini “iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyi” prinsipini də nəzərə alaraq, iş üzrə müəyyən edilmiş xəsarətlərin ağırlığı, onların davam edən nəticələri, psixi pozuntunun yaranması və müalicənin davamlılığı, habelə hüquqazidd əməlin nəticələrinin iddiaçının mənəvi vəziyyətinə təsiri ilə mütənasib hesab etməyi zəruri sayır. Odur ki, məhkəmə tərkibi ədalət, insaf və mənəviyyat tələblərini, zərərin xarakterini və iddiaçının sağlamlığına təsir edən nəticələri nəzərə alaraq mənəvi zərərə görə təzminatın həcminin 1500 manat müəyyən edilməsini əsaslı hesab edir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 60 (almış) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi Cavabdeh vurulmuş mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilsin və mənəvi zərərə görə təzminatın həcmi 1500 (min beş yüz) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-1001/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1001/2026
15.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver