Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3337/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cü il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia ərizəsində mənəvi zərərin əvəzi kimi 50.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 5.500 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Hər iki tərəf apellyasiya şikayəti verib. Iddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətləri təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ilə ona bəraət verilib və qətimkan tədbiri ləğv edilib. Cinayət təqibi həyata keçirilərkən iddiaçının barəsində 22 ay müddətində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə olub. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 5.500 manat ödənilməsini qət edib, bu zaman “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə olduğu 22 ayın hər ayına görə mənəvi zərərin əvəzi 250 manat müəyyən edilib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cü il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3337/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3337/2026
18.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver