Məhkəmə qərarları › İş №2(3-9)-1102/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1102/2026

02.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1102/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X1 Bölməsinə və üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “kanalizasiya xəttinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X1 Bölməsinin (bundan sonra ** saylı X1 Bölməsi) rəisi Elşən Əliyev əsl cavabdehin əvəz edilməsi və maraqlı şəxs qismində cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh kimi ** saylı X1 Bölməsinin əvəz edilməsini və Bölmənin maraqlı şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı MMC iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1n Mil Qarabağ və X4 Istismarı Idarəsini (bundan sonra Mil Qarabağ və X4 Istismarı Idarəsi) cavabdeh, ** saylı X1 Bölməsini üçüncü şəxs qismində qoyulmasını xahiş etmişdir. Iddiaçı İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və onun hüquqi əsaslarının dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mil Qarabağ və X4 Istismarı Idarəsi tərəfindən 2025-ci ilin avqust ayında iddiaçı xxxx MMC-nin drenaj xəttinin kollektora olan çıxışının bağlanmasını qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun qüvvə və vəsaiti hesabına iddiaçının ərazisindən keçməklə K4 kollektoruna birləşən drenaj xəttinin çıxışına yaradılmış maneənin aradan qaldırılması və gələcəkdə oxşar maneənin yaradılmasına istiqamətlənmiş hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi eyni zamanda əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.4-cü maddələrinə əsasən hazırki iş üzrə cavabdeh Mil Qarabağ və X7 Istismarı Idarəsinin əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1 ilə əvəz edilməsi və işə bu cavabdehlə baxılmağa davam edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və onun hüquqi əsaslarının dəqiqləşməsi, habelə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X1 Bölməsinin rəisi Elşən Əliyevin cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ** saylı X1 Bölməsinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilərək, İddiaçı MMC-nin iddia tələbləri “Mil Qarabağ və X7 Istismarı Idarəsi tərəfindən 2025-ci ilin avqust ayında iddiaçı xxxx MMC-nin drenaj xəttinin kollektora olan çıxışının bağlanmasını qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun qüvvə və vəsaiti hesabına iddiaçının ərazisindən keçməklə K4 kollektoruna birləşən drenaj xəttinin çıxışına yaradılmış maneənin aradan qaldırılması və gələcəkdə oxşar maneənin yaradılmasına istiqamətlənmiş hərəkətlərin qadağan edilməsi” kimi icraata qəbul edilməsi, iş üzrə cavabdeh əsl cavabdehlə əvəz edilərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1 cavabdeh, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətin ** saylı X1 Bölməsinin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 vəsatəti təmin edilmiş, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1, üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətin ** saylı X1rşı Mil Qarabağ və X7 Istismarı Idarəsi tərəfindən 2025ci ilin avqust ayında iddiaçı xxxx MMC-nin drenaj xəttinin kollektora olan çıxışının bağlanmasını qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun qüvvə və vəsaiti hesabına iddiaçının ərazisindən keçməklə K4 kollektoruna birləşən drenaj xəttinin çıxışına yaradılmış maneənin aradan qaldırılması və gələcəkdə oxşar maneənin yaradılmasına istiqamətlənmiş hərəkətlərin qadağan edilməsi tələbinə dair *(*-***)-***/**** saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı MMC X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və mülki işə Kürdəmir Rayon Məhkəməsində icraata götürülüb baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçı İddiaçı MMC şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi daşınmaz əşya ilə bilavasitə bağlı hüquq pozuntusunun aradan qaldırılmasına yönəldiyindən mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna ərazi aidiyyəti qaydası tətbiq edilməlidir. Iddiaçının mövqeyinə görə, mübahisə predmeti olan drenaj xətti və onun birləşdiyi K4 kollektoru Kürdəmir rayonunun ərazisində yerləşdiyindən işə də məhz Kürdəmir Rayon Məhkəməsində baxılmalıdır. Şikayətdə həmçinin göstərilmişdir ki, Kürdəmir Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadında mübahisənin Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsir dairəsinə düşdüyü və işə müstəsna ərazi aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsində baxılmalı olduğu qənaətinə gəlsə də, ##.##.2026-cı il tarixli qərardadı ilə əvvəlki hüquqi mövqeyinin əksinə olaraq işi cavabdehin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Iddiaçı hesab etmişdir ki, eyni məhkəmənin eyni iş üzrə ərazi aidiyyəti məsələsinə münasibətdə bir-birinə zidd hüquqi mövqelər ifadə etməsi hüquqi müəyyənlik, məhkəmə aktlarının əsaslandırılması və məhkəmə fəaliyyətinin ardıcıllığı prinsipləri ilə uzlaşmır. Bundan başqa, işin başqa məhkəməyə göndərilməsi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən qanunla müəyyən edilmiş məhkəmədə baxılma hüququnun pozulması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunla müəyyən edilmiş məhkəmədə baxılma hüququ yalnız məhkəmənin yaradılmasının hüquqi əsaslarını deyil, həm də konkret mübahisəyə baxmaq səlahiyyətinə malik məhkəmənin qanunvericiliklə əvvəlcədən müəyyən edilməsini ehtiva edir. Bu baxımdan işlərin məhkəmələr arasında bölüşdürülməsini müəyyən edən məhkəmə və ərazi aidiyyəti normalarına riayət edilməsi qanunla müəyyən edilmiş məhkəmədə baxılma hüququnun təminatlarından biridir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli plenum qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göstərilən normalar mülki mühakimə icraatında ümumi ərazi aidiyyəti qaydasını müəyyən edir. Bu qaydaya əsasən, qanunda alternativ, müstəsna və ya müqavilə aidiyyətini müəyyən edən xüsusi hal nəzərdə tutulmadıqda, fiziki şəxsə qarşı iddia onun rəsmi qeydə alındığı yer üzrə, hüquqi şəxsə qarşı iddia isə həmin hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyət ümumi ərazi aidiyyəti qaydasından istisna təşkil edir. Bu aidiyyət növü tətbiq edildikdə tərəflərin iradəsindən, cavabdehin hüquqi ünvanından və digər ümumi meyarlardan asılı olmayaraq işə yalnız qanunda göstərilmiş məhkəmədə baxılmalıdır. Bununla belə, müstəsna aidiyyət normasının ümumi aidiyyət qaydasından istisna təşkil etməsi onun tətbiq dairəsinin qanunda göstərilməyən mübahisələrə genişləndirilməsinə əsas vermir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tətbiqi üçün yalnız mübahisə ilə hər hansı daşınmaz əşya arasında faktiki və ya dolayı əlaqənin mövcudluğu kifayət etmir. Iddianın hüquqi predmeti bilavasitə həmin maddədə sadalanmış tələblərdən biri olmalı, yəni tələb tikintiyə, qurğuya və ya torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, həmin əşyanın başqasının qanunsuz sahibliyindən geri alınmasına, yaxud mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahiblik və istifadə hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlməlidir. Başqa sözlə, müstəsna ərazi aidiyyətinin tətbiqi üçün iddianın daşınmaz əşya ilə müəyyən əlaqəsinin olması deyil, tələb olunan məhkəmə müdafiəsinin daşınmaz əşya üzərində mülkiyyət və ya digər qanuni sahiblik hüququndan irəli gəlməsi həlledici əhəmiyyət daşıyır. Hazırkı iş üzrə iddiaçı hər hansı tikintiyə, qurğuya və ya torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını tələb etmir. Eyni zamanda, iddia tələbi hər hansı daşınmaz əşyanın cavabdehin qanunsuz sahibliyindən götürülərək iddiaçıya verilməsinə də yönəlməmişdir. Iddiaçı mübahisə predmeti olan K4 kollektoru və ya onun hər hansı hissəsi üzərində mülkiyyət, sahiblik və yaxud başqa əşya hüququna malik olmasını müəyyən edən tələb irəli sürməmişdir. Iddianın dəqiqləşdirilmiş məzmunundan görünür ki, iddiaçı Mil Qarabağ və X7 Istismarı Idarəsi tərəfindən 2025-ci ilin avqust ayında İddiaçı MMC-nin drenaj xəttinin kollektora olan çıxışının bağlanmasının qanunsuz hesab edilməsini, cavabdehin qüvvə və vəsaiti hesabına iddiaçının ərazisindən keçməklə K4 kollektoruna birləşən drenaj xəttinin çıxışına yaradılmış maneənin aradan qaldırılmasını və gələcəkdə oxşar maneənin yaradılmasına istiqamətlənmiş hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Deməli, hazırkı iddianın predmetini hər hansı daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması, əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və ya iddiaçıya məxsus daşınmaz əşya üzərində qanuni sahiblik hüququnun müdafiəsi deyil, cavabdeh qurumun həyata keçirdiyi konkret hərəkətin qanuniliyinin qiymətləndirilməsi və həmin qurumun üzərinə müəyyən hərəkətləri yerinə yetirmək vəzifəsinin qoyulması təşkil edir. Iddiaçı drenaj xəttinin və K4 kollektorunun daşınmaz əşya və ya torpaq sahəsi ilə bağlı infrastruktur obyekti olmasına istinad etsə də, həmin obyektlərin müəyyən ərazidə yerləşməsi özlüyündə iddia tələbinin Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan tələblərdən biri olması mənasına gəlmir. Mübahisənin həlli zamanı daşınmaz əşyanın yerləşdiyi yerin, onun texniki vəziyyətinin və ya drenaj xəttinin kollektorla birləşməsinin araşdırılmasına zərurət yaranması da iddianın hüquqi xarakterini dəyişmir. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi aidiyyəti müəyyən edilərkən mübahisənin xarici təzahürü və ya onunla əlaqəli obyektin yerləşdiyi yer deyil, iddiaçının seçdiyi müdafiə üsulu, iddia tələbinin predmeti və həmin tələbin əsasını təşkil edən hüquq münasibətinin xarakteri nəzərə alınmalıdır. Iddiaçının seçdiyi müdafiə üsulu cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, yaradılmış maneənin cavabdehin qüvvə və vəsaiti hesabına aradan qaldırılması və gələcəkdə müəyyən hərəkətlərin qadağan edilməsindən ibarətdir. Bu tələblər cavabdeh hüquqi şəxsin davranışına və onun üzərinə qoyulması tələb edilən öhdəliyə aiddir. Buna görə də mübahisəyə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna ərazi aidiyyəti deyil, həmin Məcəllənin 35.1 və 35.2-ci maddələrində müəyyən edilmiş ümumi ərazi aidiyyəti qaydaları tətbiq edilməlidir. Iş materiallarına əlavə edilmiş təsis sənədlərindən müəyyən olunur ki, iş üzrə əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1dir. Həmin publik hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80 ünvanında yerləşir. Bu səbəbdən cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş hazırkı iddiaya onun hüquqi ünvanının aid olduğu Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Istinad edilən normaların qarşılıqlı təhlilindən görünür ki, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsi yalnız işin aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyi hallarda tətbiq olunur. Işin qəbulundan sonra tərəflərin yaşayış yerinin və ya hüquqi ünvanının dəyişməsi, yaxud digər səbəblə işin sonradan başqa məhkəməyə aid olması həmin işin əvvəl qəbul edildiyi məhkəmədə baxılmasına mane olmur. Lakin iş ilkin olaraq aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Belə halda məhkəmə aşkar etdiyi prosessual pozuntunu aradan qaldırmalı və Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərməlidir. Hazırkı işdə mübahisənin sonradan başqa məhkəməyə aid olması halı yaranmamış, iddianın dəqiqləşdirilmiş predmetinə və əsl cavabdehin hüquqi statusuna əsasən işin əvvəlcədən ümumi ərazi aidiyyəti qaydaları pozulmaqla Kürdəmir Rayon Məhkəməsinin icraatına qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, şikayətdə Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə istinad olunması əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qanunvericiliyin bu göstərişi məhkəməyə ərazi aidiyyəti məsələsini yalnız iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində deyil, işə baxılarkən aidiyyət qaydalarının pozulduğu aşkar edildiyi halda da qiymətləndirmək və müvafiq prosessual qərar qəbul etmək səlahiyyəti verir. Qeyd olunan səbəbdən cavabdehin ərazi aidiyyəti ilə bağlı vəsatət verməsi qanuna zidd prosessual hərəkət hesab edilə bilməz. Əksinə, həmin vəsatətin verilməsi nəticəsində məhkəmə aidiyyət məsələsini tərəflərin iştirakı ilə müzakirə etmiş, iş materiallarında olan təsis sənədlərini araşdırmış, cavabdehin hüquqi ünvanını müəyyənləşdirmiş və işi aidiyyəti üzrə göndərmişdir. Iddiaçının ##.##.2026-cı il tarixli qərardadla ərazi aidiyyəti məsələsinin artıq həll edilməsi barədə dəlili də məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, ##.##.2026-cı il tarixli qərardadın əsas prosessual predmetini iddia tələbinin və onun hüquqi əsaslarının dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilməsi, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ** saylı X1 Bölməsinin üçüncü şəxs qismində işə cəlb olunması məsələləri təşkil etmişdir. Həmin qərardadın nəticə hissəsində işin ərazi aidiyyətinin müəyyən olunmasına, cavabdehin ərazi aidiyyəti barədə vəsatətinin həllinə və ya işin konkret məhkəmənin icraatında saxlanılmasına dair ayrıca prosessual nəticə ifadə edilməmişdir. Buna görə də həmin qərardadın əsaslandırıcı hissəsində aidiyyətlə bağlı bildirilmiş mülahizələr ərazi aidiyyəti məsələsini son və dəyişdirilməsi mümkün olmayan qaydada həll edən prosessual nəticə kimi qiymətləndirilə bilməz. Bundan başqa, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması işdə iştirak edən şəxslərin prosessual tərkibində mühüm dəyişiklik yaratmışdır. Iddia ilkin olaraq ** saylı X1rşı irəli sürülsə də, sonradan həmin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh1 ilə əvəz edilmişdir. Əsl cavabdehin müəyyənləşdirilməsi və onun hüquqi ünvanına dair təsis sənədlərinin araşdırılması ərazi aidiyyətinə yenidən hüquqi qiymət verilməsini zəruri etmişdir. Məhkəmənin aralıq prosessual məsələ ilə bağlı əvvəlki qərardadının əsaslandırıcı hissəsində müəyyən hüquqi mülahizənin göstərilməsi məhkəməni həmin mülahizədə yol verilmiş yanlışlığı sonrakı mərhələdə aradan qaldırmaq imkanından məhrum etmir. Əks yanaşma aidiyyət qaydalarının imperativ xarakteri ilə uyğun gəlməz və aidiyyəti olmayan məhkəmənin sırf əvvəlki aralıq mülahizəyə görə işə mahiyyəti üzrə baxması ilə nəticələnərdi. Hüquqi müəyyənlik prinsipi məhkəmənin qanunun düzgün tətbiq edilməsinə mane olan əvvəlki hüquqi qiymətləndirməni dəyişmədən saxlamasını deyil, yekun prosessual qərarın qanunvericiliyin tələblərinə uyğun olmasını tələb edir. Hüquqi müəyyənlik məhkəmənin aşkar etdiyi prosessual pozuntunu davam etdirməsi və ya aidiyyət qaydalarının pozulmasına göz yumması kimi başa düşülə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında əvvəlki qərardadın əsaslandırıcı hissəsində ifadə edilmiş mülahizədən fərqli nəticəyə gəlməsi özlüyündə həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Əhəmiyyətli olan sonrakı qərardadla müəyyən edilmiş nəticənin qüvvədə olan prosessual hüquq normalarına və işin faktiki hallarına uyğun olub-olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hüquqi statusunu, hüquqi ünvanını və dəqiqləşdirilmiş iddia tələbinin predmetini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 35.1, 35.2 və 44.2.2-ci maddələrini düzgün tətbiq etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin pozulmasına istinad edilməsi də əsaslı deyildir. Konstitusiyanın 62-ci maddəsində nəzərdə tutulmuş təminat şəxsin işinə onun seçdiyi və ya işi ilkin olaraq icraata qəbul etmiş istənilən məhkəmədə baxılması hüququnu deyil, qanunvericiliklə həmin işə baxmaq səlahiyyəti verilmiş məhkəmədə baxılması hüququnu ehtiva edir. Işin aidiyyəti olmayan məhkəmədən qanunla müəyyən edilmiş səlahiyyətli məhkəməyə göndərilməsi bu hüququn pozulması deyil, əksinə, onun həyata keçirilməsini təmin edən prosessual tədbirdir. Konstitusiyanın 62-ci maddəsində göstərilən şəxsin razılığı ilə bağlı müddəa aidiyyət qaydalarının tətbiqini tərəfin iradəsindən asılı vəziyyətə gətirmir. Qanunla müəyyən edilmiş imperativ aidiyyət qaydalarının tətbiqi üçün iddiaçının razılığının alınması tələb edilmir. Əks halda, tərəfin subyektiv seçimi qanunla müəyyən edilmiş aidiyyət qaydalarını əvəz etmiş olardı ki, bu da qanunla müəyyən edilmiş məhkəmədə baxılma hüququnun mahiyyəti ilə uzlaşmazdı. Şikayətdə Konvensiyanın 6-cı maddəsinə edilən istinad da mübahisələndirilən qərardadın ləğvinə əsas vermir. Işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi iddiaçının məhkəməyə müraciət etmək və mübahisənin mahiyyəti üzrə araşdırılmasını tələb etmək hüququnu aradan qaldırmır. Iddia ərizəsi geri qaytarılmamış, iddia baxılmamış saxlanılmamış və iş üzrə icraata xitam verilməmişdir. Iş yalnız qanunla həmin mübahisəyə baxmaq səlahiyyəti olan məhkəməyə göndərilmişdir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi nəticəsində icraat müddətinin müəyyən qədər uzanması ehtimalı özü-özlüyündə Konvensiyanın 6-cı maddəsinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmələr işlərə ağlabatan müddətdə baxmaqla yanaşı, işə qanunla müəyyən edilmiş səlahiyyətli məhkəmə tərəfindən baxılmasını da təmin etməlidirlər. Prosessual müddətə qənaət edilməsi məqsədi aidiyyət qaydalarının tətbiqindən imtina olunmasına əsas vermir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mübahisələndirilən qərardadla iddiaçının maddi hüquqları və iddia tələbinin əsaslılığı barədə hər hansı yekun nəticəyə gəlinməmişdir. Drenaj xəttinin çıxışının bağlanmasının qanuni olub-olmaması, iddiaçının həmin xəttdən istifadə etmək hüququnun mövcudluğu, cavabdehin üzərinə maneəni öz qüvvə və vəsaiti hesabına aradan qaldırmaq öhdəliyinin qoyulmasının mümkünlüyü və gələcəkdə oxşar hərəkətlərin qadağan edilməsi üçün əsasların olubolmaması işə mahiyyəti üzrə baxacaq məhkəmə tərəfindən araşdırılmalıdır. Ərazi aidiyyəti barədə qərardad yalnız işə hansı məhkəmənin baxmalı olduğunu müəyyən edir və tərəflərin mübahisəli hüquq münasibətlərinə dair maddi-hüquqi mövqelərinin əvvəlcədən həll edilməsi mənasına gəlmir. Beləliklə, şikayətdə irəli sürülmüş Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tətbiq edilməli olması, işin Kürdəmir Rayon Məhkəməsinin icraatında saxlanılmalı olması, ##.##.2026-cı il tarixli qərardadla aidiyyət məsələsinin artıq qəti həll edilməsi, habelə Konstitusiyanın 62-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin pozulması barədə dəlillər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası qeyd olunanların məcmusuna əsasən bu nəticəyə gəlir ki, Kürdəmir Rayon Məhkəməsi hazırkı mübahisəyə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna ərazi aidiyyəti qaydasının tətbiq edilə bilmədiyini, iddianın cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə verilməli olduğunu və işin aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyini düzgün müəyyən etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar