Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1155/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı Cavabdeh ASC-nin Sabirabad filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx ASC tərəfindən pensiyadan aparılan tutulmalar qanunsuz hesab edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, arvadı X1 olduğu vaxt Cavabdeh ASC-nin Sabirabad filialından nağd pul krediti götürmüşdür. Həmin kredit vəsaiti onun ağır xəstəliyi ilə əlaqədar müalicə və dərman xərclərinə sərf edilmişdir. X1 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. O, kredit götürən zaman onun bundan xəbəri olmamış, kredit üzrə nə zamin durmuş, nə də hər hansı öhdəlik götürmüşdür. Bundan başqa, mərhumun adına olan hər hansı miras əmlakı tərəfindən qəbul edilməmişdir. X1 vəfat etdikdən sonra Cavabdeh ASC-nin Sabirabad filialına çağırılmışdır. Yaşlı və hüquqi biliyi olmadığı halda ona psixoloji təzyiq göstərilərək məzmununu bilmədiyi sənədlərə imza etdirilmişdir. 2025-ci ilin oktyabr ayından etibarən hər ay onun pensiyasından 63 (altmış üç) manat pul tutulmağa başlanılmış və hazırkı vaxta qədər davam edir. Hazırda 75 yaşı var, səhhətində ciddi problemlər mövcuddur. Aldığı pensiya gündəlik yaşayış və dərman xərclərini qarşılamağa kifayət etmir. Pensiyasından pul tutulması onu ağır maddi vəziyyətə salmışdır. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan Iddiaçı şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı ##.##.2026cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi və yenidən baxılması üçün iş materiallarının Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı iddiaçı Iddiaçı oğlunun cavabdeh Cavabdeh ASC-nin Sabirabad filialına qarşı pensiyadan aparılan tutulmaların qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. (Hakim: Səlim Allahverdiyev) Iddiaçı Iddiaçı Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5- ***)-****/**** saylı qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmə qərardadında cavabdehin hüquqi ünvanının Bakı şəhərində olmasını göstərərək işin Sabirabad Rayon Məhkəməsinə aid olmadığını iddia etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 36.11-ci maddəsinə əsasən, "Icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər." Mübahisəli kredit münasibətləri, bank xidmətinin göstərilməsi və ən əsası pensiyamdan pul tutulması bilavasitə Cavabdeh ASC-nin Sabirabad filialı vasitəsilə icra edilir. MPM-in 36.13-cü maddəsinə əsasən isə, aidiyyəti bir neçə məhkəməyə aid olan işlər arasında seçim hüququ müstəsna olaraq iddiaçıya məxsusdur. Bu baxımdan iddialar icra yeri olan Sabirabad Rayon Məhkəməsinin ərazi aidiyyətinə tam uyğundur. Sözügedən iddia üzrə Sabirabad Rayon Məhkəməsinin analoji imtina qərardadı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə artıq bir dəfə ləğv edilmiş və iş icraata qəbul edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin yuxarı məhkəmənin hüquqi mövqeyini nəzərə almayaraq iddia ərizəsini yenidən oxşar bəhanələrlə geri qaytarması prosessual hüquq normalarının pozulmasıdır. Sabirabad Rayon Məhkəməsinin 2(5-151)-1188/2026 ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Buna görə Kollegiya şikayətçinin ərazi aidiyyətinə dair dəlilləri ilə yanaşı, iddia ərizəsinin icraata qəbul edilməsi üçün qanunla müəyyən olunmuş digər prosessual tələblərin yerinə yetirilib-yetirilmədiyini də yoxlayır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin qaytarılması məsələsinə baxılan mərhələdə məhkəmə mübahisənin mahiyyəti üzrə tərəflərdən hansının haqlı olduğunu müəyyən etmir. Bu mərhələdə araşdırılan məsələ iddia ərizəsinin qanunun forma və məzmun tələblərinə uyğun olub-olmaması və onun icraata qəbul edilməsinə mane olan prosessual əsasların mövcudluğudur. MPM-in 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və iddiaçı və ya onu imzalamağa səlahiyyəti olan nümayəndə tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsində iddia ərizəsinin imzalanmadığı halda onun əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək ərizənin imzalanmadığını müəyyən etmişdir. Iş materiallarında iddia ərizəsinin iddiaçı və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığını təsdiq edən məlumat müəyyən olunmur. Belə olan halda, MPM-in 149.1-ci maddəsində müəyyən edilmiş tələb yerinə yetirilmədiyindən, hakim iddia ərizəsini həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən geri qaytarmalıdır. Digər tərəfdən, verilmiş iddia ərizəsindən görünür ki, cavabdeh qismində «xxxx” ASC-nin Sabirabad filialı (cavabdehin hüquqi ünvanı qeyd olunmamışdır) göstərilsə də, nəticə hissədə tələb «xxxx ASC-yə yönəlmiş və bank tərəfindən pensiyadan aparılan tutulmalar qanunsuz hesab edilməsi xahiş olunmuşdur. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir : 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb .... Iddiaçının yaşının, səhhətindəki problemlərin, bank əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və pensiyasından pul tutulması barədə bildirdikləri onun irəli sürdüyü tələbin əsasına aiddir. Həmin hallar bankda imzalatdırıldığı iddia olunan sənədlərin məzmunu və hüquqi qüvvəsi araşdırılarkən əhəmiyyət kəsb edə bilər. Bununla belə, bu hallar məhkəməyə təqdim edilən iddia ərizəsinin imzalanmasına dair prosessual tələbin yerinə yetirildiyini təsdiq etmir. Iddia ərizəsinin qaytarılması iddianın mahiyyəti üzrə həll edilməsi nəticəsini doğurmur, bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçı prosessual nöqsanı aradan qaldırdıqdan sonra MPM-in 152.4-cü maddəsinə uyğun qaydada yenidən məhkəməyə müraciət edə bilər. Şikayətçinin ərazi aidiyyətinə dair dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa qayda müəyyən edilmədikdə, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsində hüquqi şəxsə qarşı iddianın hüquqi şəxsin ünvanının olduğu yerə görə, onun törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddianın isə həmin müəssisənin ünvanına görə verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən, hüquqi şəxsin filialı hüquqi şəxs hesab edilmir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Cavabdeh ASC-nin Sabirabad filialı bankdan ayrı, müstəqil hüquqi şəxs kimi qəbul edilə bilməz. Mübahisəli hərəkətlərin bankın Sabirabad filialı vasitəsilə həyata keçirildiyinin bildirilməsi cavabdeh qismində filialın ayrıca göstərilməsinə əsas vermir, tələb hüquq və vəzifələrin aid olduğu hüquqi şəxsə — Cavabdeh ASC-yə yönəldilməlidir. Iddiaçının ##.##.2026-cı il tarixli apellyasiya qərarına istinadı da hazırkı qərardadın nəticəsinin dəyişdirilməsi üçün kifayət etmir. Həmin qərarla əvvəlki qərardad ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bu qərarın nəticə hissəsində iddianın avtomatik olaraq icraata qəbul edilməsi barədə göstəriş verilməmiş, işə yenidən baxılması qərara alınmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1155/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1155/2026
14.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver