Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-195/2026 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X5 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Rəfdar qızının cavabdeh Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli orta məktəbə qarşı əmrlərin ləğvi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin *3 sentyabr 2*25-ci il tarixli qətnaməsindən AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı Rəfdar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş *2 iyun 2*25-ci il tarixli, 6* nömrəli əmrlə Əmək məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq verilmiş “xəbərdarlıq” və eyni tarixli, 61 nömrəli əmrə əsasən əmək funksiyasını kobud surətdə pozmasına görə intizam tənbehi növündə “töhmət” verilməsinə dair əmrlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq Ağcabədi 1 saylı mediasiya qurumuna ödədiyi 6* manat məbləğində dövlət rüsumunun və məruz qaldığı mənəvi zərərə görə 1**** manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Səfərov) *3 sentyabr 2*25-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Rəfdar qızına “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında *2 iyun 2*25-ci il tarixli, 61 nömrəli əmrin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsinin adından apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə tərəflər- İddiaçı Rəfdar qızı və cavabdeh Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli orta məktəbidir. AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsi iş üzrə üçüncü şəxsdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Qanun tələbinə görə, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı da şikayətdə göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsinin adından 23.12.2*25-ci ildə verilmiş apellyasiya şikayətini nümayəndə qismində X6 imzalamışdır. MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qanundan tələbindən göründüyü kimi, müvafiq konkret səlahiyyətlər, o cümlədən məhkəmə aktından şikayət verilməsi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin inzibatitəşkilatı sektorunun aparıcı məsləhətçisi X4 verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi xüsusi göstərilməmişdir. Bu hal onu deməyə əsas verir ki, etibarnaməyə görə, X2 AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsi adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti mövcud olmamışdır. Qanunun tələbinə görə, apellyasiya imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur, işə apellyasiya qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 4*2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Beyləqan Rayon Məhkəməsinin *3 sentyabr 2*25-ci il tarixli qətnaməsindən AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə X8-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 1* gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-195/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-195/2026
09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver