Məhkəmə qərarları › İş №2(3-9)-216/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-216/2026

25.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-216/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (məruzəçi), Əsədli X1 Tofiq oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(064)-35/2025 saylı qərardadından verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********86 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ev və torpaq sahəsindən payına mütənasib olaraq 1/4 hissəsi şəklində ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-35/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışına əsasən paylı mülkiyyətdə olan Füzuli rayonu, Arayatlı kəndində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində 1/4 hissədə payı naturada ayrılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-35/2025 saylı qətnaməsindən apellyasiya şikayəti ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(064)-35/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-35/2025 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(064)-35/2025 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(064)-35/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(064)-35/2025 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(064)-35/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin e-2(064)-35/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarının araşdırılması və şikayətin dəlillərinin qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 2(064)-35/2025 nömrəli qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanunauyğun və əsaslandırılmışdır. Mülki prosessual qanunvericiliyə əsasən, apellyasiya şikayətinin yalnız mahiyyət etibarilə deyil, həm də forma və məzmun baxımından müəyyən edilmiş tələblərə uyğun tərtib edilməsi zəruridir. Belə ki, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 nömrəli Əlavəsində təsbit edilmişdir və apellyasiya şikayəti verilərkən həmin formaya riayət olunması məcburi xarakter daşıyır. Bu tələblər apellyasiya instansiyasının işə baxmasının predmetini və hədlərini müəyyən etməklə, məhkəmə baxışının səmərəli və hüquqi çərçivədə həyata keçirilməsinə xidmət edir. İş üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən təqdim edilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir. Apellyasiya şikayətinin bir sıra məcburi qrafaları tamamilə boş saxlanılmış, digər hissələrdə isə qanunvericilikdə tələb olunan formada və məzmunda məlumatlara yer verilməmişdir. Nəticədə şikayət prosessual baxımdan natamam və qeyri-müəyyən xarakter daşımış, bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılmasını əhəmiyyətli dərəcədə çətinləşdirən və onun prosessual yararlılığını şübhə altına alan mühüm çatışmazlıq kimi qiymətləndirilməlidir. Bununla yanaşı, apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. Belə ki, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsində hansı maddi və ya prosessual hüquq normalarının pozulduğu konkret şəkildə göstərilməmiş, məhkəmənin gəldiyi nəticələrin hansı faktiki və hüquqi əsaslarla düzgün olmadığı əsaslandırılmamışdır. Bu hal apellyasiya şikayətinin prosessual tələblərə cavab vermədiyini də göstərir. Şikayətçinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə istinad edərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməli olması barədə arqumentləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Çünki qeyd olunan maddənin tətbiqi yalnız MPM-nin 361-ci maddəsinin və MPM-in 2 nömrəli Əlavəsində nəzərdə tutulmuş forma tələblərinin yerinə yetirildiyi hallarda mümkündür. Hazırkı halda isə apellyasiya şikayətinin bu tələblərə uyğun olmadığı müəyyən edildiyindən, həmin maddəyə istinad edilməsi hüquqi nəticə doğurmur. Apellyasiya şikayətində ekspert rəyinə istinad edilərək fərdi yaşayış evinin naturada bölünməsi ilə bağlı arqumentlər irəli sürülsə də, məhkəmə kollegiyası qeyd edir ki, bu arqumentlər apellyasiya şikayətinin forma və məzmun baxımından uyğunluğunu əsaslandıran dəlillər hesab edilə bilməz. Bu səbəbdən qeyd olunan arqumentlər birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadının qanunsuzluğunu göstərmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin forma və məzmun qüsurlarını düzgün müəyyən etmiş, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etmişdir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayətinin dəlilləri əsassızdır. Odur ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin e- 2(064)-35/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin e-2(064)-35/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar