Məhkəmə qərarları › İş №2(3-9)-222/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-222/2026

29.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-222/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4 qarşı “vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Bakı Şəhər Icra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun ## ###### 2004-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3623-cü məhəllədəki özəlləşdirilmiş qeyriyaşayış sahəsinin yerləşdiyi 7606,1 kvadratmetr torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında “xxxx” mənzil tikinti kooperativinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin ## ##### 2025-ci il tarixli, *-**-*/*-****/**** saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3623-cü məhəllədə “xxxx” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasının tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək, başa çatmasını əks etdirən istismara hazırlıq aktı rəsmiləşdirilmişdir. Mülki işdə olan “xxxx” mənzil tikinti kooperativinin ## ###### 2004-cü il tarixli, * saylı ümumi yığıncağının protokolunun surətindən görünür ki, cavabdeh3 “xxxx” mənzil tikinti kooperativinin sədri təyin edilmişdir. “xxxx” mənzil tikinti kooperativi ilə X6 arasında bağlanmış ## #### 2015-ci il tarixli müqavilənin və “xxxx” mənzil tikinti kooperativinin arayışının surətlərindən görünür ki, “xxxx” mənzil tikinti kooperativi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3623-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 2-ci blokunda, 16-cı mərtəbəsində, 61 kvadratmetr ölçüdə, 1 otaqlı, *** nömrəli mənzilin tikintisi öz üzərinə götürmüş, X6 həmin mənzilin pay haqqını ödəmişdir. “xxxx” mənzil tikinti kooperativinin ## ###### 2017-ci il tarixli, **/** saylı arayışından görünür ki, həmin mənzil-tikinti kooperativi tərəfindən ## #### 2015-ci il tarixli, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən *** saylı mənzilə dair müqavilədə ünvan ünvan 3 kimi oxunmalıdır. “xxxx” mənzil tikinti kooperativinin sədri cavabdeh3 ## ### 2016-cı il tarixli, **/** saylı əmrindən çıxarışın surətindən görünür ki, cavabdeh4 Hüseynovun ## ### 2016-cı il tarixdən “xxxx” mənzil tikinti kooperativinin yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxsi qismində təyin edilmişdir. Sığortaçı «xxxx» açıq səhmdar cəmiyyəti ilə sığortalı “xxxx” mənzil tikinti kooperativi arasında bağlanmış ## #### 2017-ci il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, «xxxx» açıq səhmdar cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, keçid 1260, ev 29A, Blok-2, ***A nömrəli mənzillə əlaqədar “xxxx” mənzil tikinti kooperativinin mülki məsuliyyətini 250 manat azadolma məbləği müəyyən edilməklə, 25.000 manat sığorta məbləği dəyərində, icbari qaydada sığortalanmışdır. ## #### 2017-ci il tarixli, ** nömrəli ödəniş tapşırığından görünür ki, xxxx” mənzil tikinti kooperativi tərəfindən 25.600 manat məbləğində sığorta haqqını «xxxx» açıq səhmdar cəmiyyətinin AZ**AZFI******************** nömrəli bank hesabına köçürülmüşdür. “xxxx” mənzil tikinti kooperativinin «xxxx» açıq səhmdar cəmiyyətinə ## ###### 2024-cü il tarixdə ünvanladığı **/** nömrəli müraciətinin surətindən görünür ki, ## ###### 2017-ci il tarixdə baş vermiş yanğın nəticəsində “xxxx” mənzil tikinti kooperativinin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, keçid 1260, ev 29A ünvanında yerləşən bina zərər görmüşdür. Baş vermiş zərəri müəyyən edib, qeyd edilən hesaba köçürülməsi «xxxx» açıq səhmdar cəmiyyətindən xahiş edilmişdir. ## ###### 2017-ci il tarixli dəymiş zərərin hesabatının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 29A, Blok-2, ***A nömrəli mənzilə ümumilikdə 7.010 manat məbləğində zərər dəymişdir. ## ###### 2017-ci il tarixli, ****/CFI-****/**** nömrəli sığorta aktının və ***** nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, sığortaçı «xxxx» açıq səhmdar cəmiyyəti ilə sığortalı “xxxx” mənzil tikinti kooperativi arasında bağlanmış ## #### 2017-ci il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası müqaviləsinə uyğun olaraq, «xxxx» açıq səhmdar cəmiyyəti tərəfindən X6 250 manat azadolma məbləği və 8 manat 25 qəpik əlavə sığorta haqqı çıxılmaqla, 6.751 manat 75 qəpik məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq Idarəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2018-ci il tarixli qərarının surətindən görünür ki, ## ###### 2017-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “xxxx” mənzil tikinti kooperativinə məxsus 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar **** saylı material üzrə cavabdeh3 və cavabdeh1 barələrində, həmin şəxslərin üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmadığına və onlar tərəfindən ekspertiza rəyində göstərilən normativ aktların tələblərinin pozulması ilə baş vermiş yanğın hadisəsi arasında səbəbli əlaqə olmadığına görə, cavabdeh4 barəsində isə, baş vermiş yanğın zamanı hər hansı şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmadığına, hadisə ölümə səbəb olmadığına və dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilmədiyinə görə, Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2025-ci il tarixli, 3-14-26/2- ***/**** saylı məktubundan görünür ki, sözügedən yanğın hadisəsi ## ###### 2017-ci il tarixdə baş verdiyinə görə, eyni zamanda yanğın elektrik şaxtasında olduğuna görə ətraf mühitə dəymiş ziyan məbləğinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: «xxxx» açıq səhmdar cəmiyyəti cavabdeh3, cavabdeh1, cavabdeh4 qarşı vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 6.751 manat 75 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 manat 52 qəpik, cəmi 6.839 manat 27 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı tərəf göstərir ki, ünvan 2 ünvanında yerləşən “xxxx” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş 17 mərtəbəli yaşayış binasının **** saylı mənzili X6 məxsusdur. «xxxx» açıq səhmdar cəmiyyəti tərəfindən “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta olunan L.P.Kuznetsova istifadəsində olan ***A saylı mənzil yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ## #### 2017-ci il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. ## ###### 2017-ci il tarixdə, saat 20 radələrində həmin yaşayış binasının elektrik şaxtasında yanğın baş vermiş, nəticədə elektrik şaxtası yanğının, binada yerləşən 160, 233A, 234A ***A saylı mənzillər isə yanğının və tüstünün təsirinə məruz qalmış, vətəndaşlar X1, X4 və X7 tüstüdən zəhərlənərək, Bakı Baş Səhiyyə Idarəsinin Kliniki tibbi mərkəzinə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2018-ci il tarixli, ***** nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən, “xxxx” mənzil tikinti kooperativi tərəfindən inşa olunmuş 17 mərtəbəli yaşayış binasında yanğının mənbəyi elektrik şaxtasında olmuşdur. Yanğının mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan şaxtadan keçən elektrik naqillərinin yerləşdiyini nəzərə alaraq, yanğın qeyd olunan mənbə zonasında yerləşən gərginlik altında olan elektrik naqillərində qəza halının yaranmasından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ N01-2001) 1.6, 1.10-1.10.1-ci bəndinin və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ N02- 2002) 2.3.3-2.3.3.1 və 2.3.5-ci bəndlərinin tələbləri pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının (YTQ N01-2001) 1.6, 1.10-1.10.1-ci bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydalarının (YTQ N02-2002) 2.3.3-2.3.3.1 və 2.3.5-ci bəndlərinin tələbləri “xxxx” MTK-nın elektrik işlərinin icrasına cavabdeh şəxs cavabdeh1 tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının (YTQ N01-2001) 1.6 və 1.10-1.10.1-ci bəndlərinin tələbləri həmin kooperativin yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs cavabdeh4 tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının (YTQ N01- 2001) 1.6 və 1.10- 1.10.1-ci bəndlərinin tələbləri xxxx” mənzil tikinti kooperativinin rəhbərliyi tərəfindən pozulmuşdur. Həmin rəyə əsasən, baş vermiş yanğınla əlaqədar “xxxx” mənzil tikinti kooperativinin sədri cavabdeh3 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ N01- 2001) 1.6 və 1.10-1.10.1, eləcə də “xxxx” mənzil tikinti kooperativinin elektrik işlərinin icrasına cavabdeh şəxs cavabdeh1 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalar”ının (YTQ N01- 2001) 1.6, 1.10-1.10.1-ci bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydalarının (YTQ N02-2002) 2.3.3-2.3.3.1 və 2.3.5-ci, “xxxx” MTK-nın yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs cavabdeh4 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının (YTQ N01-2001) 1.6, 1.10-1.10.1-ci bəndlərinin tələbləri pozulmuşdur. ## ###### 2017-ci il tarixdə həmin yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın zamanı sığorta olunan L.P.Kuznetsovaya ümumilikdə 7.010 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı ## ###### 2017-ci il tarixli, ****/CFI-****/**** nömrəli aktla «xxxx» açıq səhmdar cəmiyyəti tərəfindən sığorta olunana 250 manat azadolma məbləği və 8 manat 25 qəpik əlavə sığorta haqqı çıxılmaqla, 6.751 manat 75 qəpik məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Rəfayil Əliyev) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1, 373.2, 1096.1, 1099.1, 1099.2, 883.1, 884.1, 884.6, 888.1, 888.2, 922, 926.1, 936.1, 936.2 və 936.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarına, “Icbari sığorta haqqında” Qanunun 6.1, 6.2, 6.4, 7, 35.2, 36.1, 25.1.1, 25.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 107, 119-cu maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, də olan sübutlarla təsdiq olunur ki, «xxxx» açıq səhmdar cəmiyyəti ilə “xxxx” mənzil tikinti kooperativi arasında bağlanmış ## #### 2017-ci il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən “xxxx” mənzil tikinti kooperativi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, keçid 1260, ev 29A, Blok-2, ***A nömrəli mənzillə əlaqədar sığorta hadisəsi halı üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etdirdiyinə və məhz sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta hadisəsi baş verdiyinə görə «xxxx» açıq səhmdar cəmiyyəti tərəfindən, maddi zərərə məruz qalmış üçüncü şəxs qismində L.P.Kuznetsovaya sığorta ödənişi həyata keçirmişdir. Iddia ərizəsindən görünür ki, hazırda iddiaçı «xxxx» açıq səhmdar cəmiyyəti ## #### 2017-ci il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında, sığortalı “xxxx” mənzil tikinti kooperativinin vəzifəli şəxslərindən tələb edir. Halbuki, “Icbari sığorta haqqında” Qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. ## ###### 2017-ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 29A ünvanında yerləşən “xxxx” mənzil tikinti kooperativinə məxsus 17 mərtəbəli yaşayış binasında yanğın hadisəsi üzrə Azərbaycan Respublikası CM-nin 225.1- ci maddəsi ilə, yəni təqsirin ehtiyatsızlıq formasında törədilmiş cinayət əməli üzrə araşdırma aparılmışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə cavabdehlər barəsində ## ###### 2017-ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 29A ünvanında yerləşən “xxxx” mənzil tikinti kooperativinə məxsus 17 mərtəbəli yaşayış binasında yanğın hadisəsi üzrə qəsdən törədilmiş hüquqa zidd hərəkətlərlə əlaqədar cinayət işi və ya inzibati xəta haqqında iş üzrə araşdırma aparılmasını və müvafiq hökm və ya qərar qəbul edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Bununla yanaşı vurğulanmasını zəruri hesab edir ki, mülki qanunvericilikdə “Təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasənQanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli qərarına əsasən ...Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məhkəmə qeyd etdikləri hallara düzgün hüquqi qiymət verməmiş, işin hallarını hüquqi və məntiqi mühakimə əsasında qanunvericiliyin istinad edilən normaları ilə əlaqəli şəkildə araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: 1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-Istintaq Idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə yaşayış binasının yanğın təhlükəsizliyi qaydalarının cavabdeh4 tərəfindən pozulmasının müəyyən edilməsi, 2) Məhkəmə yanğın-texniki ekspertizasının ##.##.2018-ci il tarixli, ***** nömrəli ekspert rəyi ilə cavabdeh3 və cavabdeh1 tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının müəyyən edilməsi, 3) Yuxarıda qeyd edilən hallara əsasən cavabdehlərin dəymiş zərərə görə məsuliyyətinin yaranması. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə apellyasiya qaydasında yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “Icbari sığorta haqqında” Qanunun Maddə 6.1. Icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.[ Maddə 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Maddə 36.1. daşınmaz əmlakın yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Məhkəmə kollegiyası tətbiq edilən hüquq normalarını işin faktiki halları ilə qarşılıqlı əlaqədə, sistemli və məqsədyönlü şərh etməklə belə qənaətə gəlir ki, hazırkı mübahisə klassik delikt münasibətlərindən deyil, mülki məsuliyyətin icbari sığortası çərçivəsində yaranmış və sığorta ödənişindən sonra meydana çıxmış xüsusi hüquqi münasibətdən irəli gəlir. Bu səbəbdən hüquqi qiymətləndirmə aparılarkən ümumi normalardan deyil, ilk növbədə xüsusi normativ tənzimləmədən çıxış edilməlidir. Bu baxımdan, «Icbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu-nun 6.1 və 6.2ci maddələrinin sistemli təhlili göstərir ki, sığorta olunan anlayışı formal müqavilə tərəfi ilə məhdudlaşmır, əksinə, sığortalı əmlakı faktiki olaraq istismar edən, onun texniki vəziyyətinə və təhlükəsizliyinə cavabdeh olan şəxsləri də əhatə edir. Iş materialları ilə müəyyən olunur ki, cavabdehlər həmin əmlakın istismarı ilə bağlı konkret funksional öhdəliklər daşıyan subyektlər olmuş və bu baxımdan onların hüquqi statusu qeyd edilən norma ilə tam uzlaşır. Eyni zamanda, həmin Qanunun 6.4 və 7-ci maddələrinin məzmunundan irəli gəlir ki, sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxs, konkret halda mənzil sahibi üçüncü şəxs və faydalanan şəxs qismində çıxış edir və sığorta ödənişinin birbaşa hüquq subyektidir. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, sığortaçı İddiaçı tərəfindən həmin şəxsə sığorta ödənişi həyata keçirilmiş, bununla da sığorta müqaviləsindən irəli gələn əsas öhdəlik icra edilmişdir. Bu hal tərəflər arasında mübahisə doğurmur və hüquqi baxımdan sabit fakt kimi qəbul edilir. Qanunun 36.1-ci maddəsinə əsasən elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranan yanğın sığorta hadisəsi hesab olunur. Iş üzrə toplanmış sübutlar, o cümlədən ekspert rəyi göstərir ki, yanğının mənbəyi məhz elektrik şaxtasında yerləşən naqillərdə yaranmış qəza vəziyyəti olmuşdur. Bu isə normanın tətbiqini birbaşa şərtləndirir və baş vermiş hadisənin sığorta hadisəsi kimi hüquqi dəyərləndirməsini mübahisəsiz edir. Lakin hazırkı mübahisənin həlledici məsələsi sığorta ödənişinin həyata keçirilməsində deyil, həmin ödənişdən sonra sığortaçının subroqasiya hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsindədir. Bu kontekstdə məhkəmə kollegiyası Qanunun 25.1 və 25.2-ci maddələrinin hüquqi məzmununu xüsusi olaraq təhlil edir. Həmin normaların sistemli şərhi göstərir ki, qanunverici subroqasiya hüququnun yaranmasını avtomatik hüquqi nəticə kimi deyil, müəyyən hüquqi faktların mövcudluğu ilə şərtləndirilən institut kimi nəzərdə tutmuşdur. Xüsusilə 25.1.1-ci maddədə subroqasiya hüququnun yaranması üçün sığorta hadisəsinin sığortalının və ya sığorta olunanın qəsdən törətdiyi qanunazidd hərəkətlərin nəticəsi olması tələb olunur. Bu norma imperativ xarakter daşıyır və onun tətbiqi genişləndirici şərh yolu ilə mümkün deyildir. Iş materiallarından görünür ki, baş vermiş yanğın hadisəsi ilə bağlı aparılmış araşdırmalar nəticəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi müəyyən edilmiş, cinayət tərkibinin olmaması səbəbilə cinayət işinin başlanması rədd edilmişdir. Bu isə hüquqi baxımdan onu göstərir ki, hadisə qəsd formasında törədilmiş hüquqa zidd əməl kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehlərin qəsdən hərəkət etməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı subroqasiya hüququnun yaranması üçün zəruri olan hüquqi faktı – yəni qəsdin mövcudluğunu – sübuta yetirmədiyindən, onun tələbi hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Apellyasiya şikayətində irəli sürülən arqumentlərdən biri də təqsir prezumpsiyası və obyektiv məsuliyyət prinsiplərinə istinad edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1097.3-cü maddəsində nəzərdə tutulmuş təqsirsiz məsuliyyət yalnız qanunla birbaşa müəyyən edilmiş hallarda tətbiq oluna bilər. Lakin hazırkı işdə münasibətlər xüsusi normativ aktla, yuxarıda qeyd edilən Qanunun 25-ci maddəsi ilə konkret şəkildə tənzimləndiyindən, ümumi delikt məsuliyyəti normalarına istinad etməklə subroqasiya hüququnun əsaslandırılması hüquqi baxımdan yolverilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər də bu nəticəni dəyişmir. Həmin qərarda təqsirsiz məsuliyyət institutunun tətbiq dairəsi ümumi delikt münasibətləri kontekstində izah edilmişdir və bu mövqe xüsusi qanunla tənzimlənən sığorta münasibətlərinə birbaşa şamil edilə bilməz. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar