Məhkəmə qərarları › İş №2(3-9)-240/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-240/2026

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-240/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı "xxxx" ASC oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48 950,00 (qırx səkkiz min doqquz yüz əlli) manat məbləğinin və 236,50 (iki yüz altı manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 49 186,50 (qırx doqquz min yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 48.950,00 (qırx səkkiz min doqquz yüz əlli) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 236,50 (iki yüz otuz altı manat əlli qəpik) manat, ümumilikdə 49.186,50 (qırx doqquz min yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelllyasiya şikayətilə birlikdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(049)-2793/2025 nömrəli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmiş, Cavabdeh vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin e-2(049)- 2793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilmiş, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, habelə apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 118.5 manat dövlət rüsumu Cavabdeh geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə həmin qərardaddan elektron qaydada şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh 2025-ci ilin noyabr ayının 16-dan başlayaraq həkim nəzarətində olmuşdur və hazırda da səhətində pisləşmələr davam edir. Odur ki, davam edən xəstəliklə əlaqədar (xəstəlik sənədləri əlavə olunmuşdur) qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Bundan əlavə, o hazırki işin məhkəmənin icraatında olmasından da ümumiyyətlə məlumatlı olmamışdır. Hətta iş materiallarından göründüyü kimi məhkəmə bildirişi və digər sənədlər ona çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanına da göndərilmiş, lakin onlar tərəfindən də cavabdehə təqdim olunmamışdır. Həmçinin məlumatlar elektron kabinetinə yerləşdirilsə də, bununla bağlı elektron poçtuna, eləcə də istifadəsində olan mobil telefon nömrəsinə heç bir xəbərdaredici məlumat gəlməmişdir (sistemə baxış keçirdikdə aydın şəkildə görünür). Hazırki mülki işdən əvvəl, eləcə də ondan sonra iştirakı qeydə alınan işlərlə bağlı məlumatar cavabdehə gəlsə də, təkcə bu işlə bağlı qeyd olunan məlumatlar ona gəlməmişdir. Halbuki, MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddənin məzmunundan göründüyü kimi məsələ məlumatı elektron kabinetə yerləşdirməklə bitmir və bu barədə xəbərdaredici mesajlar da işdə iştirak edən tərəfə çatdırılmalıdır. Lakin həmin məlumatların cavabdehə göndərilməsi təmin edilməmiş və buna görə mülki işin varlığından xəbərsiz qalmışdır. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2025 nömrəli, 07 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2026-cı il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(049)-2793/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, e-2(049)-2793/2025-009 saylı xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi elektron imza ilə təsdiq edilməklə e-2(049)-2793/2025 Cavabdeh məxsus şəxsi elektron kabinetində xx.xx.2025-ci il tarixdə, saat 11:52-də yerləşdirilmişdir. (i/v. səh.41) Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lənkəran Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, Cavabdeh, ünvan 2 ünvanında (məktubun verildiyi tarixə uyğun) olmadığından məhkəmə bildirişi 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində saxlanılmışdır. (i/v.səh. 47) Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, e-2(049)-2793/2025-018 saylı xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi elektron imza ilə təsdiq edilməklə e-2(049)-2793/2025 Cavabdeh məxsus şəxsi elektron kabinetində xx.xx.2025-ci il tarixdə, saat 15:28-də yerləşdirilmişdir. (i/v. səh.84) Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, e-2(049)-2793/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh adına elektron məhkəmə informasiya sistemi (emehkeme.gov.az) üzərində yaradılmış elektron kabinetə xx.xx.2025-ci il tarixdə, saat 12:39-da yerləşdirilmişdir. (i/v. səh.97) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Sadalanan 10-1.1-ci və 227.4-ci maddələrdən göründüyü kimi məhkəmə bildirişləri və qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş və rəsmi qaydada cavabdehə verilmişdir. Ona görə də, Cavabdeh müddət bərpa ərizəsində göstərdiyi elektron məhkəmə informasiya sistemi üzərindən məhkəmə bildirişləri və qətnamənin verilməməsilə bağlı məsələ mübahisələndirilə bilməz. Hazırda məhkəmə tərəfindən sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlarından bildirişlər və qətnamənin yerləşdirildiyi müəyyən olunduğundan, bildiriş, qətnamə və digər prosessual hərəkətlər-sənədlərlə bağlı Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh məlumatların onun kabinetinə, emailinə, mobil nömrəsinə, habelə digər elektron çatdırma vasitələrinə göndərilməməsi müəyyən olunmur. Bununla bağlı texniki səbəblərdən göndərilməmə ilə bağlı məsələnin araşdırılması üçün əsaslar olmamaqla bərabər texniki səbəblərdən məlumat verilməməsilə bağlı araşdırılma məhkəmənin vəzifəsi olmamaışdır. Belə ki, ümumiyyətlə, Cavabdeh ona məhkəmə prosessinin gedişində sənədlərin verilməməsilə bağlı öz əsaslı sübut və dəlillərini təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 134.1.5, 135.3 və 135.5-ci maddələrinin tələbi baxımından məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qanunvericiliyə uyğun qaydada Cavabdeh məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab edilməlidir. Cavabdeh tərəfindən verilmiş şikayətdə müddətin bərpası barədə vəsatətdə keçirdiyi xəstəliyə görə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məsələyə isə kollegiya hüquqi qiymət verərək, hesab edir ki, xəstəliklə bağlı apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsi üzrlü səbəb hesab oluna bilməz. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlarından qətnamənin iddiaçı "AtaSığorta” ASC-yə və Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada verilmişdir. Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamədən tərəfə rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində şikayət verilə bilər. 1 ay müddətində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəsini alır. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti verilməsi mümkün olmuşdur. Cavabdeh təqdim etdiyi müddətin bərpası barədə vəsatətə əlavə olunmuş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışından müəyyən olunur ki, ambulatoriya üzrə xəstəlikstasionara xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək göndərilmiş, Cavabdeh xroniki pielonefrit xəstəliyinin kəskinləşməsi diaqnozu qoyulmuş və müalicənin ambulator şəraitdə alması göstərilmişdir. Təqdim edilmiş müddətin bərpası barədə vəsatətə əlavə olunmuş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışında qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, keçirilən müalicə, qəbul, evə yazılan zaman xəstənin vəziyyəti ilə bağlı qeyd olunur ki, özünü xx.xx.2025-ci ildən xəstə hesab edir. Xəstəliyini soyuq su içməsi ilə əlaqələndirir. Şikayətləri: hər iki böyrək nahiyəsində olan ağrılardan, başağrıdan, tez-tez sidiyə getməsindən, ürəkbulanmadan şikayət edir. Obyektiv müayinə: Boyu ortadır, döş qəfəsi normastenikdir. Dərisi nəm, dərialtı piy qatı orta dərəcədə inkişaf etmişdir, nəbzi dəqiqədə 82-dir, A/T 130/90 mm civə sütunudur, ürək tonları aydındır, tənəffüsü vezikulyardır. Qarnı ağrısızdır, qara ciyər əllənmir, dalaq ağrısızdır. Hər iki böyrəklər döyəclədikdə ağrılıdır. Diurez tezləşib. Sidik kisəsi bir qədər ağrılıdır. Laborator müayinələr: Qanın ümumi analizi: hb – 114 q/l (və ya nmol/l), eritrosit: 4.2 x 10¹²/l, Leykositlər: 6.8 x 10⁹/l, EÇS – 16 mm/s. Sidiyin ümumi analizi: rəngi – bulanıq, erit: 4,3 x 10¹² q/l (qeyd: həkim burada səhvən qan analizinin rəqəmlərini təkrarlamış ola bilər), Leykosit: 18-20 görüş sahəsində. Zülal: 0,099 % -dir. Döş qəfəsinin rentgeni: Ağ ciyər şəkli güclənmişdir. Göründüyü kimi Elvir Vəlzadənin xəstəliyilə bağlı xx.xx.2025-ci il tarixdə ona diaqnoz qoyulmuşdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 26 gün ərzində cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün kifayət qədər müddəti olmuş, lakin keçən 26 gün ərzində cavabdeh xəstə olmasa da qətnamədən şikayət verməmişdir. Bundan da əlavə epikrizdə göründüyü üzrə ona qoyulan diaqnozun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti vermək üçün müddəti ötürməsinə səbəb olması barədə Cavabdeh əsaslı sübut və dəlillərini təqdim etməmiş, əsaslandırmamışdır. İş materiallarında olan sübutları, tərəflərin izahatlarını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli, e-2(049)-2793/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar