AzərbaycanRespublikasıadından Qətnamə Şirvanşəhəri İş№2(3-9)-278/2026 27.04.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, ƏliyevOrxanİsmayıloğlununkatibliyi, Cavabdeh Cavabdehiştirakıilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməniqəbuletdi. İşin halları: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cavabdeh Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək digər dövlət qrumlarına ünvanladığı qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətlərində göstərdiyi məlumatları təkzib etmək vəzifəsinin qoyulması və həmin şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pulun cavabdehdən iddiaçı Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədənxahişetmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti barədə qərəzli və həqiqəti əks etdirməyən məlumatlar üzrə digər dövlət qurumlarına ərizə və şikayətlər ünvanlaması müəyyən edilmişdir. Belə ki, cavabdeh ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının ərazisində qanunsuz, qeydiyyatsız, özəl və faəliyyəti üçün heç bir lisenziyası olmayan “xxxx” adlı klinikanın fəaliyyət göstərməsi, həmin klinikada hospitalın işçilərinin məcburi çalışdırılması, klinikadakı tibbi avadanlıqların dövlət tərəfindən hərbi hospitala alınan avadanlıqlar olması və dövlətin əmlakının öz maddi maraqları üçün istismar edilməsi, hərbi hospitalın rəhbərliyinin hərbi qulluqçulardan tibbi müayinələr və cərrahi əməliyyatlar üçün külli miqdarda pul tələb etməsi və sair məlumatlar qeyd etmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən cavabdehə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda onun müraciətlərində qeyd olunan “xxxx” adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış və aidiyyəti üzrə baxılması üçün ##.##.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə göndərilmiş ##.##.2025-ci il tarixli ərizəsinin də digər dövlət qurumlarına göndərdiyi şikayətlərlə eyni məzmunlu olduğu məlum olmuşdur. Qeyd olunan ərizəyə Dövlət Sərhəd Xidmətində “Vətəndaşların müraciətləri haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq baxılmış və müraciət müəllifinə ünvanlanan cavab məktubunda həmin müraciətdə qeyd olunan məsələnin öyrənilməsi zamanı Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəhbər heyəti tərəfindən qanunsuz hərəkətlərə yol veriməsi faktının öz təsdiqini tapmadığı qeyd edilmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alınması, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alınması, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırılması, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edilməsi, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarılması, hospitalın əmlakının mənimsənilməsi, qanunsuz, saxta özəl klinika yaradılması və bu klinika vasitəsilə 2 milyon manatdan çox pul vəsaitinin dövriyyədən çıxarılması, klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunması, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edilməsi və vətəndaşlardan kartdan karta pul köçürmək üsulu ilə rüşvət alınması qeyd edilmişdir. Eyni zamanda “Hürriyyət az”, “Stimulxəbər.az” və sair kimi internet saytlarında, habelə “xxxx” portalının “AbzasMedia” kanalında yayımlanmış videogörüntüdən də açıq şəkildə müəyyən olunur ki, cavabdeh Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri ilə eyni məzmun təşkil edən şikayətlərini həmin saytlara da ünvanlamışdır. Qeyd olunanlardan əlavə, Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cavabdehin müraciətinin obyektiv araşdırılması məqsədilə müraciətdə qeyd olunan “xxxx” MMC adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinə aid olubolmaması barədə müvafiq struktur quruma sorğu verilmiş və daxil olan cavab məktubunda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında “Yeganə xxxx” MMC adlı mərkəzin fəaliyyət göstərmədiyi qeyd olunmuşdur. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron xidmətlər bölməsindən çıxarışdan görünür ki, “Yeganə xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 olmaqla, passiv vergi ödəyicisidir. Həmin MMC-nin təmsilçisinin X1 olmasına münasibətdə qeyd olunur ki, adı çəkilən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri olmasına baxmayaraq hərbi qulluqçu statusuna malik deyildir və hərbi hospitalda əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Hazırda güvvədə olan ganunvericiliyə əsasən hərbi gullugçulara sahibkarlıq və digər kommersiya fəaliyyəti ilə məşğul olmaq birbaşa gadağan edilsə də, Yeganə Əliyeva hərbi gullugçu statusuna malik olmadığından onun fəaliyyətinə münasibətdə hər hansı gadağa ganunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, işin araşdırılması zamanı ərizədə geyd olunan xüsusatlarla bağlı Yeganə Əliyevadan izahat alınmış və o, izahatında “xxxx” adlı klinika və ya tibb mərkəzinin fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən qeydə alınmış videogörüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını, sosial şəbəkələrdə paylaşılan reklam xarakterli məlumatların da heç birinin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə əlaqəsinin olmadığını və əvvəllər işlədiyi özəl tibb müəssisələrinə aid olduğunu qeyd etmişdir. Cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı ərizə və şikayətlərində qeyd etdiyi həqiqətə uyğun olmayan, faktlara əsaslanmayan, qərəzli və böhtan xarakterli məlumatlar ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirir. Bu hallar cəmiyyətdə sərhədçilərə qarşı mənfi rəy formalaşdırmaqla yanaşı, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün müqəddəs hesab edilən dövlət sərhədlərinin müdafiəsini və mühafizəsini təşkil edən sərhədçiləri gözdən salmaq məqsədi daşıyaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdır. Göründüyü kimi, cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanlanan qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri, habelə, həmin şikayət və ərizələrlə oxşar məzmunlu məqalələrin və videoyazıların adı çəkilən internet informasiya ehtiyatlarında yayımlanması Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin fəaliyyətini şübhə altına almış, onların nüfuzuna xələl gətirmiş, bununla eyni zamanda dövlətin təhlükəsizliyi əsaslarına da qəsd edilmişdir. Həmçinin, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti barəsində həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların paylaşılması faktı ilk dəfə deyildir. Belə ki, cavabdeh tərəfindən “xxxx” internet portalında http://www.xxxx.com/watch? v=okBLBT0XUu4 linki altında yerləşdirilmiş videoçarxda və “Facebook” sosial şəbəkəsində “BİRXəbər” adlı səhifədə yerləşdirilmiş “Rəhbərlik məndən 50 min pul tələb edir” başlıqlı videogörüntülərdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının fəaliyyəti şübhə altına alınmış, onların nüfuzuna xələl gətirilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2020-ciiltarixli*(***)-***/****nömrəlivə##.##.2021-ciiltarixli*(***)-***/****nömrəli qətnamələri ilə iddiaçı Dövlət Sərhəd Xidmətinin iddia tələbləri təmin edilərək cavabdehin üzərinə sosial şəbəkələrdə paylaşdığı videoçarxda göstərdiyi məlumatları təkzib etmək vəzifəsi qoyulmuşdur. Qeyd olunan qətnamələrdəki tələb cavabdeh tərəfindən icra olunaraq Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə təkzib məktubu ünvanlanmışdır. Xüsusən də, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında ordu quruculuğunun uğurla həyata keçirildiyi, hərbi nizam-intizamın möhkəmləndiyi, həmçinin, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü olduğu nəzərə alınaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi, qəhrəman əsgər və zabitlərin şücaəti, şəhidlərin qanı hesabına əldə edilmiş, xalqın milli sərvəti sayılan ərazi bütövlüyü, suverenliyi tam bərpa olunaraq bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildiyi bir vaxtda dövlətin hərbi qurumlarında çalışan hərbi qulluqçuların işgüzar nüfuzuna xələl gətirilməsi təəssüf doğurur. Bundan başqa, belə halların digər hərbi gullugçular arasında mənfi presedentin yaranmasına zəmin yarada biləcəyi də diqqətdən yayınmamalıdır. Qeyd edilən bütün bu hallar nəzərə alınmaqla, cavabdehin digər dövlət qurumlarına ünvanladığı ərizə və şikayətlərdə, internet resurslarında göstərdiyi xüsusatlar həqiqətə uyğun olmadığı, qərəzli və böhtan xarakterli olduğu üçün hesab edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən cavabdeh Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və əməkdaşlarının işgüzar nüfuzunun pozulması ilə əlaqədar qeyd edilən ərizə və şikayətlərdə, həmçinin, məqalə və videoyazılarda göstərilən xüsusatları, yəni yalan məlumatları təkzib edərək iddiaçı Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməli, sözügedən yalan və böhtan məzmunlu ərizə və şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən 50.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlar nəzərə alımaqla iddia tələbinin təmin olunmasıbarədəqətnaməqəbulolunmasıməhkəmədənxahişedilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzunun pozulması ilə müşayiət olunan məlumatların qeyd olunduğu, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış ##.##.2025-ci il tarixli, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Hərbi Prokuroruna ünvanlanmış ##.##.2025-ci il tarixli, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ##.##.2025-ci il tarixli ərizələrdə əks olunan həmin məlumatların Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahişetmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi İsmayılzadə Emil Eldar oğlu hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsiniməhkəmədənxahişetdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyətiüzrəbaxılmasınımümkünhesabetmişdir. Cavabdeh Azərbaycan Respulikasının Dövlət Sərhəd Xidmətinə, nümayəndə3 Oqtay qızına və Elçin Abuzərliyə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə həmin şəxslərdən müştərək qaydada 20.000 manat kompensasiyanın onun xeyrinə tutulmasını xahişetmişdir. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyəti müddəalarının tələblərinə cavab vermədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməninmüvafiqqərardadınaəsasəngeriqaytarılmışdır. Eyni zamanda, cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim etmiş, həmin ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Sərhəd Xidmətinin ona qarşı olan hazırki iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə zidd olmaqla, məhkəmə baxışına çıxarıla bilməz və veilmiş iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki iddia Azərbaycan Respublikası Sərhəd Komandanlığının adından verilmiş, amma komandanlığın adından verilsə də, komandanlığın rəhbəri tərəfindən imzalanmamış, imzanı etmiş şəxsə komandanlığın rəhbərliyi tərəfindən heç bir etibarnamə verilməmişdir. Həm də, iddiadakı tələb komandanlığın yox, orada çalışan fiziki şəxslərin hüquqlarının pozulması ilə bağlıdır. Belə olan halda, Sərhəd Xidməti Komandanlığının özü öz əməkdaşlarının işgüzar nüfuzuna görə ondan ziyan tələb edə bilməz və onun belə bir iddia vermək səlahiyyəti yoxdur. Belə bir iddianı yalnız əməkdaşların özləri verə bilərdilər. İddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi, generalR cənab Elçin Quliyev və ya onun imzaladığı etibarnamə əsasında nümayəndəsi, yaxud da buna vəkil edilmiş şəxs imza edə bilərdi. Hazırkı ərizəni isə bu qurumun İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə R-leynenantı Elçin Abuzərlinin etibarnamə üzrə nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü nümayəndə3 Oqtay qızı imzalamışıdr. Elçin Abuzərli eyni etibarnaməni həm də məhkəmə prosesində çıxış etmək üçün bir sıra əməkdaşlara vermişdir. Həmin şəxslərin adları verilmiş etibarnamədə qeyd olunmuşdur. Halbuki, İstintaq və Təhqiqat İdarəsinin rəisi hüquqi şəxs olmamaqla, həm də Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi yaxud da müavinlərindən biri deyildir. İddiada ,ümumiyyətlə Sərhəd Xidməti Komandanlığının özü yox, sıravı əməkdaşların mənafeyi əsas tutulmuş, iddia tələbi də bu əməkdaşlara görə verilmişdir. İddia Azərbaycan Respublikası Sərhəd Xidmətinin adından verildiyi halda, ərizənin sonunda məhkəməyə ünvanlanan xahiş də Azərbaycan Respublikası Sərhəd Xidmətinin xeyrinə yox, əməkdaşlara görədir. Hazırkı iş üzrə iddianın giriş hissəsi ilə sonu uyğun gəlmir. İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidməti olsa da, tələb iddiaçının yox, başqasının hüququndan bəhs edir. Deməli, Azərbaycan Respublikası Sərhəd Xidməti Komandanlığı özünün yox, öz əməkdaşlarının işgüzar nüfuzunun müdafiəsinə görə tələb qoymuşdur. Bu isə Məcəllənin tələblərinə ziddir. Ümumiyyətlə, Azərbaycan Respublikası Sərhəd Xidmətinin Komandanlığı öz xeyrinə tələb qoymadan özü iddiaçı kimi çıxış edir. Həm də qanuna görə bu cür tələb mənəvi ziyana görə yox, maddi ziyanın ödənilməsinə görə olmalı idi. Hüquqi şəxs mənəvi ziyan tələb edə bilməz. Maddi ziyanın məbləği də faktiki və real olmalıdır. İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidməti hüquqi şəxs olduğu üçün cavabdehdən mənəvi ziyan tələb edə bilməz. Çünki, mənəvi ziyanı yalnız şərəf və ləyaqətin müdafiəsi ilə bağlı fiziki şəxslər iddia verdikdə tələb edə bilərlər. Yalnız fiziki şəxsin, yəni canlı insanın mənəvi həyatı ola bilər. Hüquqi şəxs isə yanız işgüzar nüfuzun müdafiəsi ilə bağlı ona vurulmuş maddi ziyanı tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Ümumiyyətlə, Azərbaycan Respublikası Sərhəd Xidmətinin və onun əməkdaşlarının işgüzar fəaliyyətləri yoxdur. Çünki bu qurum budcə təşkilatıdır. İşgüzar nüfuz isə işgüzar fəaliyyəti olan və sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə aiddir. Bu barədə həm Mülki Məcəllənin 23-cü maddəsində, həm də hər iki Plenum qərarında qeyd edilmişdir. Məsələn, ##.##.2008 ci il tarixli Plenum qərarında qeyd olunduğu kimi, “Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər”. Qeyd olunan əsaslara görəiddiaərizəsivəonaəlavəolunmuşsənədləringeriqaytarılmasınıməhkəmədənxahişedir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Kamran Süleymanov), iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gəlməsi ilə müşayiət olunan məlumatların qeyd olunduğu orqanlara - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə ünvanlanmış ##.##.2025-ci il tarixli, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Hərbi Prokuroruna ünvanlanmış ##.##.2025-ci il tarixli, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ##.##.2025-ci il tarixli ərizələrdə əks olunan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ərizələrdə əks olunan məlumatlara, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra 1 ay müddətində qətnamənin icra ediləcəyi yer üzrə icra şöbəsində iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin ünvanına yazılı formada müraciət göndərməklə təkzib verməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsininhesabınaödənilməsi,iddiatələbininqalanhissədətəminedilməməsiqətedilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətiolanhallarsübutolunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinintəminedilməməsibarədəyeniqətnaməqəbuledilməsinixahişetmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçıtərəfindəncavabdehinapelyasiyaşikayətinindəlillərinəqarşıetirazıdaxilolmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsibarədəyeniqətnaməqəbuledilməsinixahişetdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri nümayəndə2 və İsmayılzadə Emil Eldar oğlu apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədəsaxlanılmasınıxahişetdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuşsübutlarəsasındamahiyyətiüzrəbaxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/****saylı qətnaməsininqanuniliyininyoxlanılmasınızərurihesabedir. Tətbiq edilən hüquq: AzərbaycanRespublikasıKonstitusiyasının 57.İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdəyazılıcavabverilməlidir. 57.II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqirvəböhtantənqidsayılabilməz. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ətutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmışfayda)başadüşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətəuyğunolduğunusübutayetirməsin. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərinəvəzininödənilməsinitələbetməkhüququvardır. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqişəxsinişgüzarnüfuzununmüdafiəsinədətətbiqedilir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyinivəyaxudqətnamənindəyişdirildiyinigöstərməyəborcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakısübutlarımüəyyənetmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi digər müraciətində qeyd etmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həyətində yaradılmış özəl, qeydiyyatı və lisenziyası olmayan “xxxx” adlı klinika aşkar etmişdir. Şəxsən özü də həmin klinikada olmuş, orada ondan da qeyri-qanuni ödəniş alınmış və o, bu qanun pozuntusunu videogörüntüyə almışdır. Qanunsuz yaradılmış “xxxx” klinikası “Xəzər TV” və “ATV” kimi kanallarda verilişlərə sponsorluq edir və klinikaya aid “xxxx.az” saytı yaradılmışdır. Həmin saytda klinikanın ünvanı ünvan 2 göstərilmişdir və bu Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının yerləşmə yeridir. Klinikanın hərbi hospitalda yerləşməsinə dair küçədən hərbi hospitalın içərisinə qədər görüntülərdən də aydın olur ki, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında “xxxx” klinikası yerləşir. Bu klinika vasitəsilə vətəndaşlardan qeydiyyatsız ödənişlər yığılmış, orada işləyən şəxslər əmək müqaviləsi olmadan çalışdırılmış, hospitalın tibbi avadanlığı həmin özəl klinikaya aparılaraq istismar edilmiş, sosial şəbəkədə hərbi obyekt klinika kimi təqdim edilmişdir. Klinika 2023-cü ilin iyun ayından etibarən 2 ildən çox fəaliyyət göstərmişdir. Lakin bu qanunsuzluqlar prokurorluq tərəfindən araşdırılmamışdır. Bu qanunsuzluqlar barədə müvafiq orqanlara məlumat verdiyi üçün məhkəməyə verilmişdir. “xxxx” klinikası barədə qeydə aldığı videogörüntüləri məhkəməyə də təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərarqəbuledilməsiniməhkəmədənxahişedir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd CD-R diskdə olan video görüntülərə məhkəmə iclas zalında olan komputer avadanlığından istifadə edilməklə iddiaçının nümayəndəsinin iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin görüntüdə hansısa bir məkanda masa arxasında əyləşmiş bir şəxsin (qadın cinsli) ondan soruşulan suala cavab olaraq həmin yerin “xxxx” klinikası olduğunu dediyi müşahidə olunur. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi həmin görüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aidolmadığını,görüntülərdəolanşəxsitanımadığınıqeydetmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti 2020-ci ildə də digər xüsusatlarla əlaqədar hazırki iş üzrə cavabdehə qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək “xxxx” internet portalında yerləşdirilmiş videoçarxdakı məlumatları təkzib etmək vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alınması, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alınması, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırılması, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edilməsi, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarılması, hospitalın əmlakının mənimsənilməsi, qanunsuz, saxta özəl klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunması, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edilməsi və vətəndaşlardan kartdan karta pul köçürmək üsulu ilə rüşvət alınması qeydedilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədə, həmçinin, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədə də ##.##.2025-ci il tarixli ərizədə qeyd olunanhallarauyğun,oxşarməzmunluməlumatlarqeydedilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli izahatdan görünür ki, cavabdehin müxtəlif orqanlara müraciətləri üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən izahatı alınmış, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri X1 izahatında “xxxx” adlı klinika və ya tibb mərkəzinin fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən qeydə alınmış videogörüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını və reallığı əks etdirmədiyini, videogörüntülərdə olan səs yazılarının ona aid olmadığını, sosial şəbəkələrdə paylaşılan reklam xarakterli məlumatların da heç birinin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə əlaqəsinin olmadığını və əvvəllər işlədiyi özəl tibb müəssisələrinə aid olduğunu, hərbi qulluqçulardan və onların ailə üzvlərindən heç bir ödəniş tələb olunmadığınıqeydetmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Preventiv tədbirlər və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, hazırki iş üzrə cavabdehin müraciəti əsasında toplanmış **C-** nömrəli material üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində qanun pozuntularının baş verməsi barədə müraciət müəllifinin ərizə və izahatlarında göstərdiyi məlumatlar və sair xüsusatlar özünün izahatından başqa digər sübutlarla öz təsdiqini tapmadığından, habelə, araşdırma zamanı N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin hər hansı cinayət hadisəsi törətmələri müəyyən edilmədiyindən toplanmış materialüzrəcinayətişininbaşlanmasırəddedilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki,o,Lənkəranrayonuərazisindəqeydiyyatdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzunun pozulması ilə müşayiət olunan məlumatların yayılması, beləliklə məlumatların təkzib edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 21.1,21.2,23.1,23.4, 23.6-ci maddələri təşkiledir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti barədə qərəzli və həqiqəti əks etdirməyən məlumatlar üzrə digər dövlət qurumlarına ərizə və şikayətlər ünvanlaması müəyyən edilmişdir. - Belə ki, cavabdeh ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının ərazisində qanunsuz, qeydiyyatsız, özəl və faəliyyəti üçün heç bir lisenziyası olmayan “xxxx” adlı klinikanın fəaliyyət göstərməsi, həmin klinikada hospitalın işçilərinin məcburi çalışdırılması, klinikadakı tibbi avadanlıqların dövlət tərəfindən hərbi hospitala alınan avadanlıqlar olması və dövlətin əmlakının öz maddi maraqları üçün istismar edilməsi, hərbi hospitalın rəhbərliyinin hərbi qulluqçulardan tibbi müayinələr və cərrahi əməliyyatlar üçün külli miqdarda pul tələb etməsi və sair məlumatlar qeyd etmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən cavabdehə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda onun müraciətlərində qeyd olunan “xxxx” adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aidolmadığıqeydedilmişdir. - Həmçinin, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış və aidiyyəti üzrə baxılması üçün ##.##.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə göndərilmiş ##.##.2025-ci il tarixli ərizəsinin də digər dövlət qurumlarına göndərdiyi şikayətlərlə eyni məzmunlu olduğu məlum olmuşdur. Qeyd olunan ərizəyə Dövlət Sərhəd Xidmətində “Vətəndaşların müraciətləri haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq baxılmış və müraciət müəllifinə ünvanlanan cavab məktubunda həmin müraciətdə qeyd olunan məsələnin öyrənilməsi zamanı Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəhbər heyəti tərəfindən qanunsuz hərəkətlərəyolveriməsifaktınınöztəsdiqinitapmadığıqeydedilmişdir. - ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alınması, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alınması, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırılması, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edilməsi, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarılması, hospitalın əmlakının mənimsənilməsi, qanunsuz, saxta özəl klinika yaradılması və bu klinika vasitəsilə 2 milyon manatdan çox pul vəsaitinin dövriyyədən çıxarılması, klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunması, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edilməsi və vətəndaşlardan kartdankartapulköçürməküsuluilərüşvətalınmasıqeydedilmişdir. - Eyni zamanda “Hürriyyət az”, “Stimulxəbər.az” və sair kimi internet saytlarında, habelə “xxxx” portalının “AbzasMedia” kanalında yayımlanmış videogörüntüdən də açıq şəkildə müəyyən olunur ki, cavabdeh Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri ilə eyni məzmun təşkil edənşikayətlərinihəminsaytlaradaünvanlamışdır. - Qeyd olunanlardan əlavə, Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cavabdehin müraciətinin obyektiv araşdırılması məqsədilə müraciətdə qeyd olunan “xxxx” MMC adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinə aid olub-olmaması barədə müvafiq struktur quruma sorğu verilmiş və daxil olan cavab məktubunda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında “Yeganə xxxx” MMC adlı mərkəzin fəaliyyət göstərmədiyi qeyd olunmuşdur. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron xidmətlər bölməsindən çıxarışdan görünür ki, “Yeganə xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 olmaqla, passiv vergi ödəyicisidir. Həmin MMC-nin təmsilçisinin X1 olmasına münasibətdə qeyd olunur ki, adı çəkilən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri olmasına baxmayaraq hərbi qulluqçu statusuna malik deyildir və hərbi hospitalda əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçulara sahibkarlıq və digər kommersiya fəaliyyəti ilə məşğul olmaq birbaşa qadağan edilsə də, Yeganə Əliyeva hərbi qulluqçu statusuna malik olmadığından onun fəaliyyətinə münasibətdə hər hansı qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, işin araşdırılması zamanı ərizədə qeyd olunan xüsusatlarla bağlı Yeganə Əliyevadan izahat alınmış və o, izahatında “xxxx” adlı klinika və ya tibb mərkəzinin fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən qeydə alınmış videogörüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını, sosial şəbəkələrdə paylaşılan reklam xarakterli məlumatların da heç birinin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə əlaqəsinin olmadığını və əvvəllər işlədiyi özəl tibb müəssisələrinə aid olduğunu qeyd etmişdir. - Cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı ərizə və şikayətlərində qeyd etdiyi həqiqətə uyğun olmayan, faktlara əsaslanmayan, qərəzli və böhtan xarakterli məlumatlar ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirir. Bu hallar cəmiyyətdə sərhədçilərə qarşı mənfi rəy formalaşdırmaqla yanaşı, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün müqəddəs hesab edilən dövlət sərhədlərinin müdafiəsini və mühafizəsini təşkil edən sərhədçiləri gözdən salmaq məqsədi daşıyaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdır. Göründüyü kimi, cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanlanan qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri, habelə, həmin şikayət və ərizələrlə oxşar məzmunlu məqalələrin və videoyazıların adı çəkilən internet informasiya ehtiyatlarında yayımlanması Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin fəaliyyətini şübhə altına almış, onların nüfuzuna xələl gətirmiş, bununlaeynizamandadövlətintəhlükəsizliyiəsaslarınadaqəsdedilmişdir. Cavabdeh isə iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həyətində yaradılmış özəl, qeydiyyatı və lisenziyası olmayan “xxxx” adlı klinika aşkar etmişdir. Şəxsən özü də həmin klinikada olmuş, orada ondan da qeyri-qanuni ödəniş alınmış və o, bu qanun pozuntusunu videogörüntüyə almışdır. Qanunsuz yaradılmış “xxxx” klinikası “Xəzər TV” və “ATV” kimi kanallarda verilişlərə sponsorluq edir və klinikaya aid “xxxx.az” saytı yaradılmışdır. Həmin saytda klinikanın ünvanı ünvan 2 göstərilmişdir və bu Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının yerləşmə yeridir. Klinikanın hərbi hospitalda yerləşməsinə dair küçədən hərbi hospitalın içərisinə qədər görüntülərdən də aydın olur ki, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında “xxxx” klinikası yerləşir. Bu klinika vasitəsilə vətəndaşlardan qeydiyyatsız ödənişlər yığılmış, orada işləyən şəxslər əmək müqaviləsi olmadan çalışdırılmış, hospitalın tibbi avadanlığı həmin özəl klinikaya aparılaraq istismar edilmiş, sosial şəbəkədə hərbi obyekt klinika kimi təqdim edilmişdir. Klinika 2023-cü ilin iyun ayından etibarən 2 ildən çox fəaliyyət göstərmişdir. Lakin bu qanunsuzluqlar prokurorluq tərəfindən araşdırılmamışdır. Bu qanunsuzluqlar barədəmüvafiqorqanlaraməlumatverdiyiüçünməhkəməyəverilmişdir. Kollegiya əvvəla qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## #### tarixli, *** nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərihəyatakeçirənmərkəziicrahakimiyyətiorqanıdır. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət SərhədXidmətininnormativ-hüquqiaktlarınırəhbərtutur. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digərstrukturbölmələrDövlətSərhədXidmətininvahidsisteminitəşkiledir. Qeyd etmək lazımdır ki, Dövlət Sərhəd Xidməti cəmiyyət arasında formalaşmış etibarlılığı, peşəkarlığı, qanunauyğun fəaliyyəti, dövlət maraqlarını qoruma qabiliyyəti haqqında ümumi müsbət rəyi olan və yüksək nüfuza malik olan mərkəzi icra hakimiyyəti orqanıdır. Bu qurumun fəaliyyəti birbaşa milli təhlükəsizlik və ictimai etimadla bağlı olduğundan cəmiyyət arasında həmin qurumun işgüzar nüfuzuna yönəlmiş məlumatların yayılması (formalaşması) dövlət orqanı üçün xüsusilə vacibolanməsələdir. Mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlaramünasibətdəonlarınhəqiqətəuyğunolduğunusübutetməlidir. Hazırki işdə cavabdeh iddiaçının barəsində respublikanın müxtəlif orqanlarına ünvanladığı müraciətlərdə iddiaçı tərəfindən qanunsuzluqlara yol verildiyini iddia etmiş və bu məlumatları həm müxtəlif orqanlara ünvanladığı müraciətlərdə, həm də internet resurslarında yaymışdır. Bundan başqa Dövlət Sərhəd Xidməti haqqında “qanunsuz uşaq klinikası işlədilməsi” barədə məlumat yaymışdır. Cavabdeh həmin məlumatları yaydığını inkar etməmiş, lakin qeyd olunan məlumatların həqiqətəuyğunolduğunuiddiaetmişdir. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması Mülki Məcəllənin 23-cü maddəsi ilə təmin olunur. İşgüzar nüfuz hüquqi şəxslərin və dövlət orqanlarının cəmiyyətdə formalaşmış etibarını ifadə edir. Bu nüfuzun qorunması hüquqi sabitlik və ictimai etimad baxımından mühüm əhəmiyyət kəsb edir. Cavabdeh tərəfindən yayılan məlumat konkret olaraq Dövlət Sərhəd Xidmətinin nəzdində qanunsuz şəkildə “xxxx” adlı klinikanın fəaliyyət göstərməsi və əməkdaşların qanunsuz fəaliyyətlə məşğul olmasını iddia edir. Ümumiyyətlə belə iddialar ictimai etimadı sarsıdır, dövlət qurumunun fəaliyyətinə kölgə salır, Bu səbəbdən onlar açıq şəkildə nüfuzdan salan məlumatlar hesab olunur. Hüquqi baxımdan mühüm məqam sübutetmə yüküdür. Bu kateqoriya işlərdə, məlumatı yayan şəxs onun doğruluğunu sübut etməlidir. Əgər bu mümkün olmazsa, məlumat avtomatik olaraq yalan sayılırvətəkzibedilməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məlumatın əsaslılığı ilə bağlı kollegiya qeyd edir ki, “xxxx” adlı klinikanın Dövlət Sərhəd Xidmətinin nəzdində fəaliyyət göstərməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu haqda iddiaçı videoçəkiliş təqdim etməklə həmin klinikanın qeydiyyat bölməsində oturan xanım əməkdaşın “Klinika DSX-nın tərkibində fəaliyyət göstərir” ifadəsi əsasında həmin klinikaya ödəniş edildiyi zaman ona qəbz təqdim edilməməsini, beləliklə klinikanın qanunsuz fəaliyyətlə məşğul olması barədə yuxarı dövlət orqanlarına əsassız məlumat göndərir. Lakin işin araşdırılan hallarından görünür ki, “Yeganə xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 olmaqla, passiv vergi ödəyicisidir. Həmin MMC-nin təmsilçisinin X1r. Adı çəkilən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri olmasına baxmayaraq hərbi qulluqçu statusuna malik deyildir və hərbi hospitalda əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Qeyd olunanlar onu təsdiq edir ki, cavabdehin qeyd etdiyi klinika Dövlət Sərhəd Xidmətinə və onun hərbi qulluqçularınaaidiyyətiolmayanklinikadır. Müasir mülki hüquqda (həm doktrina, həm də qanunvericilik) “işgüzar nüfuz” termininin izahı ilə bağlı vahid yanaşma mövcud deyil. Azərbaycan dilinin izahlı lüğətində “nüfuz” sözü “bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet” mənasını verir. “Nüfuz qazanmaq” ifadəsi “hörmət qazanmaq, hörməti, etibarı artırmaq, avtoritet qazanmaq” mənasını, “nüfuzdan düşmək” ifadəsi isə “hörməti, etibarı itirmək, əvvəlki etibarı qalmamaq” mənasını verir. V.İ.Dalın rus dilinin izahlı lüğətinə əsasən “reputasiya” (“nüfuz”) sözü “insanın şöhrəti, yaxşı və pis, kimin necə və kim olması, kimsə haqqında ümumi fikir” mənasını verir. S.İ.Ojeqovun lüğətinə əsasən isə “reputasiya” (“nüfuz”) sözü “kimsə tərəfindən əldə edilmiş ictimai qiymət, kiminsə keyfiyyətləri, ləyaqəti və çatışmazlıqları barədə ümumi fikir” mənasını verir. “İşgüzar” sözü isə “ictimai, xidməti fəaliyyətə və ya işə aid olan” mənasını verir. Beləliklə, müvafiq mənalara əsasən, doktrinada belə bir fikir formalaşıb ki, “işgüzar nüfuz” anlayışı kiminsə işi, ictimai və xidməti fəaliyyətinəəsasənonunhaqqındaictimaiqiyməti,fikiri,hörmətivəetibarıehtivaedir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqeyəgörəeyniqaydadatəşkilatlarınvəvətəndaşlarınişgüzarnüfuzudamüdafiəolunabilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Buradan müəyyən edirik ki, MM-in 23cü maddəsinə əsasən, barəsində həqiqətə uyğun olmayan, ləkələyici məlumatlar yayılmış hüquqi şəxsinişgüzarnüfuzununmüdafiəsiüsullarıaşağıdakılardır: məlumatlarıntəkzibedilməsi; məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənədin dəyişdirilməsi və bu barədə marağıolanşəxslərəməlumatverilməsi; məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə həmin məlumatların həqiqətəuyğunolmayanməlumatlarsayılmasınınıntələbedilməsi; məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinin tələb edilməsi; məlumatlarınyayıldığıkütləviinformasiyavasitələrindəözcavabınındərcedilməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən aşağıdakı üç halı aydınlaşdırmalı vəonlaraməcmuhalındahüquqiqiymətverməlidir. məlumatınvətəndaşlarınvətəşkilatlarınşərəfvələyaqətiniləkələməsi; həminməlumatlarındoğruolmaması; bu məlumatların yayılması (cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq məlumatların yayılması). Yuxarıda qeyd edilən 3 (üç) haldan ən azı birinin olmaması halında iddiaçının müvafiq iddiası təminedilməməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə vətəşkilatlardançıxansənədlərdəqeydedilməkləvəs.üsullarlayayılabilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 10-cu və Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – ARK) 47-ci maddəsinə uyğun olaraq, hər kəsin fikir və söz azadlığı var. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlara dair mübahisələrə baxılarkən, məhkəmələr doğruluğunu yoxlamağın mümkün olduğu faktları, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlərin predmetinə aid olmayan qiymətləndirici mülahizələrdən, fikirlərdən, qənaətlərdən fərqləndirməlidir, çünki onlar, cavabdehin fikir və baxışlarının subyektiv təzahürü hesab edilir və onların həqiqi olub-olmamasını yoxlamaq mümkündeyil. Cavabdeh iddia tələbini qəbul etməsə də və iddiaçının barəsində yaydığı məlumatların həqiqətə uyğun olduğunu iddia etsə də, onun iddiaçının barəsində müxtəlif instansiyalara ünvanladığı və hazırda məhkəməyə təqdim edilmiş müraciətlərində iddiaçı tərəfindən ciddi pozuntulara və qanunazidd əməllərə yol verilməsi ilə bağlı xüsusatlar öz əksini tapmışdır. Cavabdeh həmin müraciətlərin onun tərəfindən yazılmadığını da iddia etməmiş, əksinə, məhkəməyə göndərdiyi müraciətində məhz iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlar barədə müvafiq orqanlara məlumat verdiyi üçün məhkəməyə verildiyini xüsusi qeyd etmişdir. Lakin iş materiallarından da göründüyü kimi, cavabdehin müraciəti əsasında toplanmış material üzrə səlahiyyətli orqan tərəfindən aparılan araşdırma zamanı onun ərizə və izahatlarında göstərdiyi məlumatlar və sair xüsusatlar özünün izahatından başqa digər sübutlarla öz təsdiqini tapmadığından, habelə, araşdırma zamanı hərbi hissənin vəzifəli şəxslərinin hər hansı cinayət hadisəsi törətmələri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rəddedilmişdir. Cavabdeh iddiaçının barəsində qeyd etdiyi məlumatları respublikanın müxtəlif orqanlarına ünvanladığı müraciətlərdə yazmaqla qeyd olunan məlumatlar yayılmışdır. Şərəf və ləyaqəti ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşdüyündən, hazırki vəziyyətdə isə cavabdeh həmin məlumatların doğru olduğunu sübut edə bilmədiyindən, bu məlumatlar iddiaçının barəsində mənfi rəyin formalaşdırılmasına yönələn, habelə,onunişgüzarnüfuzunuləkələyənməlumatlarhesabedilir. Cavabdehin müxtəlif orqanlara ünvanladığı müraciətlərdə, həmçinin, “xxxx” internet portalında yerləşdirdiyi videoçarxda qeyd etdiyi xüsusatların həqiqətə uyğun olmaması, qərəzli və böhtan xarakterli olması, ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin, onun yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzuna xələl gəlməsi, cəmiyyət arasında Dövlət Sərhəd Xidmətinin, onun yüksək rütbəli hərbi qulluqçularının haqqında mənfi rəy formalaşdırılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması Mülki Məcəllənin 23-cü maddəsi ilə təmin olunur. Həmin maddəyə əsasən Şəxsin (o cümlədən hüquqi şəxsin və dövlət orqanının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar yayılarsa zərərçəkən tərəf həmin məlumatların təkzibini məhkəmə qaydasında tələb edə bilər. Dövlət orqanları da bu maddəyə əsasən işgüzar nüfuzun qorunması hüququna malikdir. İşgüzar nüfuz hüquqi şəxslərin və dövlət orqanlarının cəmiyyətdə formalaşmış etibarını ifadə edir. Bu nüfuzun qorunması hüquqi sabitlik və ictimai etimad baxımından mühüm əhəmiyyət kəsb edir. Cavabdeh Cavabdeh tərəfindən yayılan məlumat konkret olaraq dövlət orqanının qanunsuz fəaliyyət göstərdiyini iddia edir. Belə iddialar: ictimai etimadı sarsıdır, dövlət qurumunun fəaliyyətinə kölgə salmaqla onun etibarlılığına ciddi zərbə vurur. Bu səbəbdən cavabdeh tərəfindən yayılan məlumatlar açıq şəkildə nüfuzdan salan məlumatlar hesab olunur. Məhz bu səbəbdən də, Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddiaçı barəsində yaymış olduğu, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ərizələrdə əks olunan məlumatlara, qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra 1 ay müddətində qətnamənin icra ediləcəyi yer üzrə icra şöbəsində cavabdehin iddiaçının ünvanına yazılı formada müraciət göndərməklə təkzib verməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti oan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə ibarətolmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəməninqətnaməsiqanunivəəsaslıolmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarınauyğunçıxarılmasıbaşadüşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəməqətnaməsininləğviüçünəsasolabilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün AzərbaycanRespublikasıMPM-nin 385-cimaddəsindənəzərdətutulanəsaslaryoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərəaidedilir(MülkiProsessualMəcəllənin107və119.1-cimaddələri) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393, 402və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti veriləbilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edənşəxslərərəsmiqaydadaverildiyigündən2aykeçdikdənsonraqanuniqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(3-9)-278/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-278/2026
27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver