Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-294/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək ona məxsus və cavabdehin istifadəsində olan 3139 manat dəyərində Ayfon 15 pro maks markalı mobil telefonunun, 150 manat dəyərində qol saatı və borc verilmiş 4800 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 Cavabdeh ilə Əyyubun bacısının iş yerində tanış olmuş, bir müddət bir-birini tanımaq üçün görüşmüş və münasibətlərini ailə qurmaq niyyəti ilə ciddilə dirmişlər. Əyyubun atasının rəhmətə getməsi və Qumralın isə atası ilə deyil bacısı ilə tək kirayədə ya adıqlarına görə el arasinda "hə" deyilən mərasim qadınlar arasında ba tutmuşdur. Bu minvalla 1 (bir) il Əyyub gələcəkdə ailə qurmaq niyyəti ilə Qumralın hər nazını çəkmiş və bütün tələblərini yerinə yetirmişdir. Bir il ərzində hər gün Qumralı iş yerindən Qumralın evinə avtomobillə aparıb gətirmi dir. Hər bir xırda para istəklərini yerinə yetirmişdir ki, bu hissədə iddiaçı xırdaçılığa getməyərək həmin çəkilən xərcləri geri tələb etmir. Lakin bir il ərzində Qumral Əyyubdan xeyli miqdarda borc pul istəmiş, Əyyubda öz növbəsində iaşə obyektlərində "ofisiant" vəzifəsində işləyərək ailə qurmaq niyyəti ilə topladığı təxminən 5000-6000 manat arasında pulu Qumralın tələbi il ona borc vermişdir. Eyni zamanda Qumral Əyyubdan son model AYFON 15 markalı mobil telefon tələb etmişdir ki, Əyyubda ona 3139 AZN xərcləyərək Qumrala həmin mobil telefonu alıb vermişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Əyyub Tağızadə cavabdeh Cavabdeh həmçinin qol saatı da alaraq vermişdir. Bütün bu sadaladıqlarının sübutu var, məhkəməyə flaş kart vasitəsi ilə təqdim ediləcəkdir. Lakin günlərin bir günü Qumral xanım artıq iddiaçının sabit bir yerdə işləmədiyini, daimi iş yerinin olmamasını əsas gətirərək iddiaçı ilə ailə qurmaq istəmədiyini bildirmişdir. Bele olan təqdirdə Əyyub özünün aldadıldığını və Qumralın ondan yalnız istifadə etdiyini başa düşmüşdür. Mədəni şəkildə Qumrala həmin vəsaitləri telefonu və saatı qaytarmağı təklif etsə də, Qumral öz kürəkənini Əyyubun iş yerinə göndərərək heç bir maddi vəsaiti geri qaytarmayacağını bildirmişdir. Qumralın bacısının həyat yoldaşı ilə Əyyub arasında çəkişmə baş vermiş və çəkişmə polis şöbəsinə qədər uzanmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin yeni nikaha daxil olaraq İsmayılova soyadını qəbul etdiyini, buna görə də İsmayılova Qumral Xəzər qızından Ayfon 15 pro maks markalı mobil telefonun dəyəri 3135 manat, “İrşad Telecom” MMC-dən alınan qol saatının dəyəri 150 manat, 2 ədəd yumşaq oyuncaqların dəyəri 12 və 29 manat, 2 ədəd kitabın dəyəri 7 və 8 manat, cavabdehin evində quraşdırılan kitab rəfinin dəyəri 30 manat, kartla köçürülmüş və borc verilmiş 2045 manat, nəğd şəkildə verilən 4775 manat borc pulun, məhkəmə xərcləri qismində 320 manat hüquqi yardım üçün ödənilən pulun, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilən 17 manat və banka sorğuya görə ödənilən 10 manat, cəmi 10538 manat və dövlət rüsumu kimi ödənilən 121 manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Elvin Ələsgərov) ilə iddia təmin edilmiş, İsmayılova Qumral Xəzər qızından İphone 15 pro maks markalı mobil telefonunun dəyərinə görə 3135 manat, İrşad telecom MMCdən alınan qol saatının dəyərinə görə 150 manat, 2 ədəd oyuncaqların dəyərinə görə 41 manat, 2 ədəd kitabın dəyərinə görə 15 manat, kitab rəfinin dəyərinə görə 30 manat, kartla köçürülmüş borca görə 2045 manat, nəğd şəkildə verilən borca görə 4775 manat, hüquqi yardım üçün ödənilən pula görə 320 manat, notariat əməliyyatlarına görə ödənilən pula görə 17 manat və banka sorğuya görə ödənilən pula görə 10 manat, cəmi 10538 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manatın alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ödəniş qəbzindən görünür ki, İddiaçı İrşad Mağazalar şəbəkəsindən 3139 manat dəyərində Ayfon 15 pro maks markalı mobil telefon almışdır. “xxxx” ASC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı 461386******5751 və 521367********** saylı bank kartları vasitəsilə digər banklarda olan 416973******7033 və 412720********** saylı kartlara edilmiş köçürmələr 2045.31 manat təşkil edir. Bank kartlarının fotoşəkillərindən görünür ki, 4169738832207033 və **************** saylı bank kartları İsmayıova Qumral Xəzər qızının İddiaçı Votsap tətbiqi üzərindən göndərdiyi və pulların köçürüldüyü kartlardır. “xxxx” ASC tərəfindən verilən bank hesabından çıxarışdan görünür ki, İddiaçı özünə məxsus 461386******5751 bank kartı vasitəsi ilə “Qanun” nəşriyyatından kitab alınması üçün 7.19 manat, Ali-Nino kitab mağazasına 8.11 manat, Super Toys oyuncaq dükanına 29.40 manat və 12.0 manat, İrşad Mağazalar Şəbəkəsinə 62.99 manat ödəniş etmişdir. Lənkəran rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, İsmayılov Rac Avtandil oğlunun Cavabdeh ilə nikahları ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Nikah bağandıqdan sonra qadın İsmayılova soyadını qəbul etmişdir. Whatsapp tətbiqi üzərindən göndərilən audio səs yazıları dinlənilərkən İsmayıova Qumral Xəzər qızı iddiaçının ona maddi və mənəvi dəstəy olduğunu, ailə qurmaq istədiyini və onun insanı xoşbət edə biləcək xarakterə malik olduğunu bildirir, eyni zamanda tərəflərin gələcəkdə ailə qurması ilə bağlı danışıqlar aparılır. İsmayılova Qumral Xəzər qızı ilə “Whatsapp” yazışmalarının surətindən görünür ki, cavabdeh İsmayılova (Hüseynzadə) Qumral Xəzər qızı İddiaçı götürülmüş kredit və borca görə ümumilikdə 4775 manat borcu olduğunu, iddiaçı tərəfindən ona dəyəri 30 manat olan kitab rəfinin alındığını etiraf etmişdir. Hüquqi yardımın göstərilməsi haqqında müqavilə və qəbzin surətlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün vəkil Hacıyeva İradə Ələskər qızına 320 manat xidmət haqqı ödəmişdir. İş materiallarına foto-şəkillər əlavə olunmuş, iclasda nümayiş etdirilmiş, səs yazıları isə səsləndirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar, konkret olaraq mübahisə predmeti olan yuxarıda göstərilən əmlakların iddiaçı tərəfindən cavabdehə hədiyyə edilməsi və həmin əmlakların sonda cavabdehdə qalması öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı verdiyi izahatında tələb etdiyi əmlakların, cavabdehin sahibliyində qalmasını ümumi sözlərlə deyil, iddianın əsası kimi istinad olunan bu halların inkişaf mexanizmini, yəni hansı vaxta, hansı yerdə və hansı şəraitdə baş verməsini ətraflı və konkret göstərən sübutlarını məhkəməyə təqdim etmişdir. Əgər belə hallar mövcud olmuş olmasaydı iddiaçı konkret olaraq həmin hallara yox, sadəcə olaraq ayrılarkən tələb etdiyi əmlaklarının cavabdehdə qalmasına istinad etmiş olardı. İddiaçının əhatəli izahatı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da üst-üstə düşmüşdür. Eyni zamanda iddiaçının izahatında göstərdiklərinin bir hissəsi, konkret olaraq tələb olunan əmlakların iddiaçıya məxsus olması, onun tərəfindən cavabdehə hədiyyə edilməsi halları məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən dolayısı ilə etiraf olunmuşdur. Çünki, cavabdeh məhkəməyə təqdim etdiyi rəsmi etirazında və məhkəmədə verdiyi izahatında bu halların mövcud olmasını ümumiyyətlə inkar etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddiaçının izahatı və onun tələbini dəstəkləyən sübutlar məhkəmə tərəfindən mötəbər qəbul olunmuş və nəzərə alınmışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin əvvəl ailə qurmaq məqsədilə verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, sonradan yalnız öz istəklərinə istinadən hərəkət etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici şəxsin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına dair bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı haqq sahibinin özünün deyil, ümumiyyətlə, dürüst və ədalətli bir insanın hərəkət tərzinə dair olan meyar və ölçüdür. Yəni burada “obyektiv vicdanlılıq” halı nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdeh İsmayılova Qumral Xəzər qızından İphone 15 pro maks markalı mobil telefonunun dəyərinə görə 3135 manat, İrşad telecom MMC-dən alınan qol saatının dəyərinə görə 150 manat, 2 ədəd oyuncaqların dəyərinə görə 41 manat, 2 ədəd kitabın dəyərinə görə 15 manat, kitab rəfinin dəyərinə görə 30 manat, kartla köçürülmüş borca görə 2045 manat, nəğd şəkildə verilən borca görə 4775 manat, hüquqi yardım üçün ödənilən pula görə 320 manat, notariat əməliyyatlarına görə ödənilən pula görə 17 manat və banka sorğusuna görə ödənilən pula görə 10 manat, cəmi 10539 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat alınaraq iddiaçı İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tələbin iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 320 manat və dövlət rüsumuna görə 121 manat hissəsi iş materiallarına əlavə edilmiş müqavilə və qəbzlərlə sübuta yetirildiyindən və əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 560.1, 560.3, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı-İddiaçı cavabdeh-İsmayılova Qumral Xəzər qızına qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim əmindir ki, onun istinad etdiyi sübutlar şübhələrdən kənardır, habelə bu presedentlər hazırkı iddia tələbinin predmetini nəzərə alaraq düzgün tətbiq edilmişdir? Hakimin istinad etdiyi digər arqumentlər AR KMnin Plenumunun “X.Mirzəyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” ##.##.2021-ci il tarixli və “AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarları ilə bağlıdır. Əvvəla, məlumat üçün bildirir ki, X.Mirzəliyev Bakı şəhəri ** saylı Notariat Ofisinə və G.Məmmədovaya qarşı “mübahisəli mənzilin alğı-satqısına dair bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bu iddianın predmetini nəzərə alaraq qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Hakimin istinad etdiyi digər arqument AR KM-nin Plenumunun “ARda mənzil fondunun özəlləşdirilməsi haqqında AR qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarı ilə bağlıdır. Məlum qətnaməni qəbul edərkən hakimin istinad etdiyi bu arqumentlərin hər ikisi ilə bağlı sual olunur: evlənmək niyyəti ilə tanış olmuş tərəflər arasında yaranmış mübahisənin “mübahisəli mənzilin alğı satqısına dair bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” və AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR qanununun 1, 5 və 12ci maddələrinə nə aidiyyəti vardır? Hesab edir, heç bir aidiyyəti yoxdur. Hakim adıçəkilən qənaməni qəbul edərkən aşağıdakı hallarda maddi hüquq normaların tətbiq edilməsində səhv buraxmış və tətbiq edilməli olan qanunu tətbiq etməmişdir: 1) Hakim məlum qətnaməni qəbul edərkən Məcəllənin 385.1-ci maddəsinin öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır müddəalarını səhv tətbiq etmişdir. Belə ki, qəbul edilmiş qətnaməyə əlavə edilmiş sübutlara əsasən, iddiaçı evlənmək niyəti ilə cavabdehə telefon, saat, kitab hədiyyə etmiş və s. Hakimin istinad etdiyi məlum maddi normanın tələbini nəzərə alsa, cavabdeh isə bunun müqabilində nə etməli, hansı işi görməli, hansı xidmətləri göstərməlidir və s. Belə başa düşülür ki, cavabdeh də gələcəkdə iddiaçının bu hərəkətlərin müqabilində onunla evlənməlidir, bu münasibətlər isə AR Ailə Məcəlləsinin prinsiplərinə ziddir. Yəni, ailə münasibətləri hansısa öhdəlik, hansısa hərəkətə görə deyil, könülülük, qarşılıqlı raşılıq əsasında qurulur. Hakim məlum qətnaməni qəbul edərkən Məcəllənin 386.1-ci maddəsinin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır müddəalarını səhv tətbiq etmişdir. Belə ki, tərəflər arasında ailə qanunvericilindən irəli gələn münasibətlər mövcuddur və tərəflərin gələcəkdə evlənmək niyyətləri vardır. Bu niyyət də AR Ailə Məcəlləsinin 2.2-ci maddəsinin “ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması və s. prinsiplərinə uyğun həyata keçirilməlidir. 3) Hakim Məcəllənin 560.1-cı maddəsinin mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.3-cü maddəsinin hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır Əvvəla, sual olunur: cənab hakim tərəflər ailə qurmaq niyyəti ilə münasibət qurur və sonraki hərəkətlər bu niyyətlə bağlı davam edir, bunun AR Mülki Məcəlləsinin tənzimlədiyi maddi normalara nə aidiyyəti vardır? Bildirmək istəyir ki, vətəndaşlarla dövlət arasında, vətəndaşların öz aralarında və ya digər sahələrdə baş verən münasibətləri həmin sahələrin predmeti, vəzifələri və s. xüsusiyyətləri nəzərə alaraq, dövlət bu münasibətləri müvafiq qanunlar qəbul etməklə tənzimləyir. Əgər vətəndaşlar ər-arvad münasibətlərin yaranması, ona xitam verilməsi və s. hüquqlarını realizə etmək istəyirlərsə, bu münasibətlər AR Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi normalarla tənzimlənir. Hakim isə, yanlış olaraq qəbul etdiyi qətnamədə ailə qanunvericiliyi ilə tənzimlənən münasibətlərə Məcəllənin maddi normalarını tətbiq etmişdir. AR Ailə Məcəlləsinin 4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, “ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, ... prinsiplərinə uyğun həyata keçirilir.” Məlum qətnamə qəbul edərkən hakimin istinad etdiyi yuxarıda qeyd edilmiş mülki hüquq normaları bu Məcəllənin 2.2-ci maddəsinin tələblərinə və ailə qanunvericiliyin prinsiplərinə ziddir. Adıçəkilən Məcəllənin 5ci maddəsində “ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir” qaydada maddi normaların analogiyasının tətbiqini də nəzərdə tutur. 4) Hakim qəbul etdiyi qətnamədə Məcəllənin 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə əsasən hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan əsassız varlanmış və o, əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalı, bu mümkün olmadığı təqdirdə həmin əmlakların dəyəri ödəməlidir. Hakimin bu hüquqi mövqeyi kökündən yanlışdır. Çünki, tərəflər arasında gələcəkdə evlənmək barədə hüquqi əsas vardır, bu əsassız varlanma kimi qiymətləndirilə bilməz və məlum hüquqi əsas da artıq qeyd edildiyi kimi AR Ailə Məcəlləsinin 2.2-ci maddəsinin prinsiplərinə uyğun həyata keçirilir. AR Ailə Məcəlləsinin 9.4-cü maddəsinin tələbinə görə, “ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.” Nə qədər ki, tərəflər arasında nikahın bağlanması müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alınmamış, demək ki onlar arasında hüquq və vəzifələr də yaranmamışdır. Bu əsasdan iddiaçının evlənənə kimi cavabdehə hədiyyə verdiyi əmlakların geri qaytarılması barədə tələblə bağlı sübyektiv hüququ yoxdur. Hakim məlum tələblə bağlı iddiaçının subyektiv hüququnun olmamasına əsasən, bu iddia tələbinin mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul etməli olduğu halda, bunu etməmişdir. Hakim məlum qətnamədə AR MPM-nın 387.1-ci maddəsinin tələbini nəzərə almayaraq, həmin Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmiş və eyni zamanda bu hüquqi normaların tələbini pozmuşdur. Belə ki, iddiaçı Elektron məhkəmə informasiya sisteminə yerləşdiyi * saylı sənədlər sırasına Qumral İsmayılova tərəfindən ödənilmiş ##.##.2024-cü il tarixli ********** saylı, eyni tarixli ********** saylı, eyni tarixli ********** saylı və s. ödəniş qəbzləri, habelə digər şəxslər tərəfindən ödənilmiş qəbzləri əlavə etmişdir. Həmin sənədlərə Qumralın Orxana 4 000 manat borcunun olması barədə Vatsap mesajı da əlavə edilmişdir. İddiaçı Elektron məhkəmə informasiya sisteminə yerləşdiyi * saylı sənədlər sırasına anasının ad günündə Qumralın iştirakını təsdiq edən fotoşəkilləri əlavə etmişdir. Qeyd edir ki, Qumral Əyyubun anasının ad günü münasibəti ilə ona mobul telefon hədiyyə etmiş, həmin hədiyyə bu fotoşəkildə əks olunur. Elektron məhkəmə informasiya sisteminin ** saylı sənədlər sırasına Qumralın adından Etiraz yerləşdirilmiş və həmin etirazda iddiaçının iddia tələbinin onun tərəfindən qəbul edilmədiyi təsdiqlənir. İddiaçı Elektron məhkəmə informasiya sisteminə yerləşdiyi ** saylı sənədlər sırasına Qumrala etdiyi hədiyyələrin fotoşəkilləri, ** saylı sənədlər sırasına Qumralın nikah bağladığı şəxslə fotoşəkilləri, ** saylı sənədlər sırasına Qumralın adına olan bank kartlarının fotoşəkilləri, 23 və ** saylı sənədlər sırasına isə, Əyyub tərəfindən edilmiş ödəniş cədvəllərinin sürətləri əlavə edilmişdir. Yuxarıda sadalanmış əmlakların bir qismi gələcəkdə evlənmək niyyəti ilə Əyyubun Qumrala hədiyyə verdiyini təsdiq edir, bir qismi isə hazırkı iddia tələbinə aidiyyəti yoxdur və bu sübutların məcmusuna qiymət versə, cavabdehin iddiaçıya borcunun olması faktını təsdiq etmir. Bütün bu sübutları hakim AR MPM-nin 14.2-cu maddəsinə əsasən, araşdırmaq və onlardan istifadə etmək, 80-ci maddəsinə görə, işin gedişində iddiaçının tələblərini müəyyən edən fakt və hallarla əlaqəli olan sübutları qəbul etmək, 77.1-ci maddəsinin tələbinə əsasən, cavabdehin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları, 88-ci maddəsinə görə, məlum halları və sübutları qərəzsiz və obyektiv araşdırmaq, habelə məlum sübutlara obyektiv, qərəzsiz hüquqi qiymət vermək, qəbul etdiyi qətnaməni məhkəmə iclasında tədqiq etdiyi sübutlarla əsaslandırmaq əvəzinə, adıçəkilən hüquqi normaların tələblərini pozmuş, məlum qətnamədə adıçəkilən prosessual hüquqi normalara formal olaraq istinad etmişdir. Hesab edir, hakim tərəflərin təqdim etdiyi sübutları şəxsi mülahizələrinə əsasən deyil, həmin sübutları, faktları və dəlilləri tədqiq etməklə, habelə onları sübut kimi qiymətləndirməklə müvafiq qətnamə qəbul etməlidir. Hakim bu maddi normaların tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər ailə qurmaq niyyəti ilə münasibət qurmuş və sonraki hərəkətlər bu niyyətlə bağlı davam etmiş, bunun isə AR Mülki Məcəlləsinin tənzimlədiyi maddi normalara heç bir aidiyyəti yoxdur. Hakim isə, qəbul etdiyi qətnamədə ailə qanunvericiliyi ilə tənzimlənən münasibətlərə AR-nın Mülki Məcəlləsinin maddi normalarını tətbiq etmiş, bu isə kobud qanun pozuntusu hesab edilməlidir. AR Ailə Məcəlləsinin 4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Həmin Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, “ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, ... prinsiplərinə uyğun həyata keçirilir.” Məlum qətnamə qəbul edərkən hakimin istinad etdiyi yuxarıda qeyd edilmiş mülki normalar AR Ailə Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə və ailə qanunvericiliyin prinsiplərinə ziddir. AR Ailə Məcəlləsinin 5-ci maddəsində “ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir” kimi maddi normaların analogiyasının tətbiqini nəzərdə tutur. Hakim isə, yuxarıda qeyd edilmiş maddi normaların tələbini nəzərə almayaraq məlum əsassız və qanunsuz qətnaməni qəbul etmişdir Hakim bu hüquqi normaların tələblərini pozulmuşdur. Hakim hesab edir ki, iddiaçı cavabdeh- Qumral İsmayılovaya nağd şəklində 4 775 (dörd min yeddi yüz yetmiş beş) manat pulu borc kimi vermiş, lakin bu fakt hazırki mülki işə əlavə edilmiş hər hansı sübutla təsdiqlənmir. Bu isə, hakimin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir. Hakim iddiaçının Elektron məhkəmə informasiya sisteminə yerləşdiyi * saylı sənədlər sırasına Qumralın Orxana 4 000 manat borcunun olması barədə Vatsap mesajına əsasən hesab edir ki, Qumralın Əyyuba 4 000 manat borcu vardır. Əslində isə, tərəflər arasında münasibətlər pozulandan sonra, iddiaçı-İddiaçı cavabdeh-Qumral İsmayılovadan əl çəkməmiş, onu kirayə qaldığı mənzildə narahat etmiş, iş yerində onu təhqir etmiş və alçaltmış, bu səbəbdən o, işdən öz xahişi ilə azad olunmuşdur. Cavabdeh- Qumral İsmayılova dəfələrlə İddiaçı bu hərəkətlərdən çəkindirmək məqsədi ilə polisə şikayət ərizələri ilə müraciət etmiş, lakin görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Bu hərəkətlərin sonlanması üçün Qumral İsmayılovanın bacısının əri-X1 zadənin iş yerində onunla görüşmüş, lakin bu görüş də heç bir nəticə verməmiş, aralarında baş vermiş mübahisəyə polis əməkdaşları müdaxilə etməli olmuşdur. Bütün gərginliyin nəticəsində iddiaçı İddiaçı cavabdeh-Qumral İsmayılovanı özünü öldürmək həddinə çatdırmışdır. İddiaçı-İddiaçı isə hesab edir ki, o, cavabdeh-Qumral İsmayılovaya hədiyyələr vermiş, ona maddi cəhətdən kömək etmiş və buna görə sonuncu onunla mütləq evlənməlidir. Çıxılmaz vəziyyətdə qalmış Qumral İsmayılova iddiaçı İddiaçı ondan əl çəkməsinə görə, ona 4 000 manat pul verməsini təklif etmişdir. Bu təklifi iddiaçı İddiaçı qəbul eməmiş, onun yeganə tələbi verdiyi hədiyyələrin, çəkdiyi maddi xərclərin müqabilində Qumral İsmayılovanın onunla evlənməsi olmuşdur. Bütün bu faktlar onu deməyə əsas verir ki, hakimin qətnamədə gəldiyi nəticələr işin hallarına uyğun gəlmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin verdiyi apellyasiya şikayəti tamamilə əsaasızdır. Lənkəran Rayron Məhkəməsinin qətnaməsi hakim tərəfindən düzgün əsaslandırılaraq Müki Məcəllənin əsassız varlanma müddəasına istinad edilmişdir. Cavabdeh apellyasiya şikayəti verməkdə məqsədi işin uzadılmasına və qətnamənin gec qanuni qüvvəsini almasana xidmət edir ki, bununla da o, maddi ziyan çəkməyə davam edir. Bütün sübutlar məhkəmədə təqdim edilmişdir. Səs yazıları, bank qəbzləri, polisdə ifadələr. cavabdehin nümayəndəsinin etiraf ərizələri vəs. Bu səbəbdən apellyasiya şikayətinin rədd edilib, qətnamənin qüvvədə saxlanılaraq iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı-İddiaçı cavabdeh-İsmayılova Qumral Xəzər qızına qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(049)- 3090/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək ona məxsus və cavabdehin istifadəsində olan 3139 manat dəyərində Ayfon 15 pro maks markalı mobil telefonunun, 150 manat dəyərində qol saatı və borc verilmiş 4800 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlakları cavabdehə hədiyyə etdiyini və onların cavabdehdə qaldığını konkret və sübutlarla təsdiqlənmişdir. Cavabdehin əvvəl ailə qurmaq niyyəti ilə razılıq verib sonradan bundan imtina etməsi və qarşı tərəfin çəkdiyi xərcləri nəzərə almaması dürüstlük prinsipinə ziddir və hüquqdan sui-istifadə hesab olunur. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitləri və əmlaklar tərəflər arasında gələcəkdə ailə qurulacağına dair formalaşmış münasibətlər çərçivəsində təqdim edilmişdir. Lakin sonradan həmin münasibətlər davam etməmiş, tərəflər arasında nikah baş tutmamış, əksinə cavabdeh başqa şəxslə ailə qurmuşdur. Ailə münasibətlərinin baş tutmaması və cavabdehin aldığı pul vəsaitini və hədiyyələri geri qaytarmaması nəticəsində həmin vəsait cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. 1091.1-ci maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hal-hazırda cavabdeh apellyasiya şikayəti verərək bildirir ki, iddiaçı tərəfindən verilmiş əmlaklar hədiyyə xarakterli olmuş və bu səbəbdən onların geri tələb edilməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, mübahisənin düzgün hüquqi qiymətləndirilməsi üçün əsas meyar həmin əmlak və pul vəsaitlərinin verilmə məqsədinin və niyyətinin müəyyən edilməsidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş əmlak və pul vəsaitləri sırf əvəzsiz bağışlama münasibətləri çərçivəsində deyil, tərəflər arasında gələcəkdə ailə qurulacağına dair formalaşmış qarşılıqlı niyyət və gözləntilər əsasında təqdim edilmişdir. Bu hal mübahisəsiz olmaqla, tərəflərin münasibətlərinin mahiyyətindən və iş üzrə toplanmış sübutlardan açıq şəkildə görünür. Lakin sonradan həmin hüquqi və faktiki əsas aradan qalxmış, tərəflər arasında nikah bağlanmamış, əksinə cavabdeh başqa şəxslə ailə qurmuşdur. Belə olan halda, cavabdehin iddiaçı tərəfindən verilmiş əmlak və pul vəsaitlərini özündə saxlaması artıq hüquqi əsasdan məhrum olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsi 1091-ci maddəsinin tələblərinə uyğun olaraq əsassız varlanma halına çevrilmişdir. Məhkəmə tərkibi hesab edir ki, belə olan halda cavabdehin iddiaçıdan aldığı pul vəsaitini və hədiyyələri özündə saxlaması üçün hüquqi əsas mövcud deyildir. Çünki həmin vəsait tərəflər nikah münasibətlərinin formalaşacağı gözləntisi ilə verilmişdir. Lakin sonradan həmin münasibətlər baş tutmadığından pul vəsaitinin verilməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddianın hüquqi əsası kimi cavabdehin cehiz əmlakı əvəzində iddiaçıdan əldə etdiyi pul vəsaiti ilə əlaqədar varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi və əsassız varlanma nəticəsində əldə edilən əmlakın qaytarılması vəzifəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092ci maddələrinin müddəaları tətbiq oluna bilər. Bu normalara əsasən, hüquqi əsas olmadan və ya sonradan aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə edən şəxs həmin əmlakı məhrum olan şəxsə qaytarmalıdır. Bundan başqa apellyasiya şikayətində cavabdeh bildirir ki, tərəflər arasında münasibətlər ailə qurmaq niyyəti ilə formalaşdığından, bu münasibətlər Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənməli, mülki hüquq normalarının tətbiqi isə yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ailə hüquq münasibətləri yalnız nikahın dövlət qeydiyyatına alınması ilə yaranır. Hazırkı işdə isə tərəflər arasında nikah münasibətləri ümumiyyətlə baş tutmamışdır. Bu səbəbdən tərəflər arasında hüquqi mənada ailə münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsi müvafiq normalarına görə, ailə qanunvericiliyi yalnız qanunda nəzərdə tutulmuş subyektlər arasında yaranan münasibətləri tənzimləyir. Tərəflər arasında isə belə hüquqi status yaranmadığından, mövcud münasibətlər mülki hüquqi xarakter daşıyır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən münasibətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsi normaları əsasında qiymətləndirilməsi tam qanuni və əsaslı olmuşdur. Həmçinin apellyasiya şikayətində cavabdeh sübutların düzgün qiymətləndirilmədiyini iddia etsə də, bu dəlil dəəsassızdır. İş materiallarında olan “WhatsApp” yazışmaları və audio səs yazıları birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmış və onlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Həmin sübutlardan açıq şəkildə görünür ki, cavabdeh iddiaçı tərəfindən ona maddi və mənəvi dəstək göstərildiyini qəbul etmiş, tərəflər arasında gələcəkdə ailə qurulması ilə bağlı danışıqların aparıldığını təsdiq etmişdir. Eyni zamanda yazışmaların məzmunundan cavabdehin iddiaçı qarşısında 4775 manat məbləğində borcunun mövcudluğunu etiraf etdiyi, habelə iddiaçı tərəfindən onun üçün 30 manat dəyərində kitab rəfinin alındığını qəbul etdiyi müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 386-cı maddələrinin, habelə AR KM-nin Plenumunun “X.Mirzəyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” ##.##.2021-ci il tarixli və “AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair qərarların birinci instansiya məhkəməsi tərəfindən səhv tətbiq edilməsi barədə istinad etdiyi dəlillər də əsassızdır. Belə ki, həmin normalara və hüquqi mövqelərə istinad olunması qətnamənin mahiyyətinə təsir edən, onun qanuniliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilmiş, əsaslandırma isə iş üzrə müəyyən olunmuş faktiki hallara və tətbiq edilən maddi hüquq normalarına uyğun aparılmışdır. Məhkəmənin bəzi əlavə hüquqi aktlara və qərarlara istinad etməsi isə onların birbaşa mübahisənin predmetinə tətbiqi məqsədi daşımamış, yalnız mülki hüququn əsas prinsiplərindən biri olan dürüstlük və hüquqdan sui-istifadə hallarının izahı və möhkəmləndirilməsi üçün istifadə olunmuşdur. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-294/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-294/2026
16.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver