Məhkəmə qərarları › İş №2(3-9)-391/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-391/2026

13.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-391/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əliyev Qasım Vəli oğlundan, Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Tağızadə Lalə Kazım qızının katibliyi, iddiaçı1 (videkonfrans əlaqə sistemi vasitəsilə) iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: X6 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 649 manat məbləğdə maddi ziyanın, 300 manat məbləğdə mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Mamusta kəndində yaşayırlar. Həmin kənddə öz ailələrinə məxsus torpaq sahələri vardır və həmin torpaq sahələrindən təyinatı üzrə istifadə edirlər. ##.##.2025-ci il tarixdə cavabdeh özbaşına onların torpaq sahəsinə çəkdikləri dəmir hasarı sökməklə əmlaka ziyan vurduğundan onun barəsində polisə şikayət etmişlər. Lənkəran ŞRPŞ-nin ## ### 2025-ci il tarixli qərarı ilə Cavabdeh İXM-in 232-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın icrasının Lənkəran Şəhər rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə həvalə olunması qərara alınmışdır. Həmin qərar əsasında Cavabdeh barəsində Lənkəran ŞRPŞ tərəfindən ## #### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsində ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli inzibati iş üzrə icraata xitam vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarla Lənkəran Rayon Məhkəməsinin əvvəlki qərarı ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə Lənkəran Rayon Məhkəməsində yenidən baxılmaqla ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarla Cavabdeh əməlində həmin maddənin tərkibinin olması təsdiqlənsə də, İXM-in 38-ci maddəsinin tələbinə uyğun olaraq şəxsin inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdığından müddətin ötürülməsi ilə əlaqədar olaraq iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdehdən onlara vurduğu 649 manat ziyanın qaytarılmasını tələb etsələr də, o, həmin məbləği könüllü qaytarmaqdığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi olaraq 649 manatın, mənəvi ziyanın əvəzi olaraq isə 300 manatın, cəmi 949 manat pul vəsaitinin alınaraq X6 və iddiaçı1 verilməsi, X6 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi və sonuncudan alınaraq X6 verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçılardan birinin mülkiyyətində, digərinin isə istifadəsində olan və Lənkəran rayonu Mamusta kəndində yerləşən pay torpaq sahəsinin dəmir hasarını məhv etməklə iddiaçılara 694 manat məbləğində ziyan vurmuşdur. Həmin torpaq sahəsinin iddiaçılardan X6 mülkiyyətində olması, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, iddiaçı1 istifadəsində olması faktı Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarları ilə təsdiq olunur. Buna görə də, iddiaçı1 torpaq sahəsinin mülkiyyətçisi olmasa da, onun da həmin torpaq sahəsinə mülkiyyətçi hüquqları vardır. Cavabdeh tərəfindən iddiaçılara 694 manat məbləğdə ziyan vurulması Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2025-ci il tarixli qərarı ilə tam təsdiq olunur. Həmin qərarla başlanmış inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddətin keçməsi ilə bağlı xitam verilsə də, qərarda qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı1 əmlakının qəsdən məhv edilməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, həmin qərarda 694 manat məbləğində ziyan vurulduğu göstərilsə də, iddiaçılar cavabdehdən 649 manat məbləğdə ziyan əvəzini tələb etmişlər. Buna görə də, məhkəmə iddia tələbindən kənara çıxmayıb hesab edir ki, cavabdehdən maddi ziyanın əvəzi olaraq 649 manat alınaraq iddiaçılara verilməlidir. İş materialları ilə cavabdehin İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi tam sübuta yetirilmişdir. Həmin inzibati xəta hadisəsi nəticəsində iddiaçılar fiziki sarsıntı keçirməklə mənəvi iztiraba düçar olmuş, fiziki sarsıntının keçirilməsi onlara kompensasiya verilməsi üçün əsasdır. Buna əsasən də, hər iki tərəfin mənafeyi nəzərə alınmaqla, cəmi 300 manat məbləğdə pul vəsaiti tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1ci, 1096.2-ciŞ 1097.1-ci, 21.1-ci, 21.2-ci,21.3-cü, 157.8-ci, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına,"Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun # ###### 2008-ci il tarixli * nömrəli qərarına istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işi araşdırarkən məhkəmə onun iştirakını təmin etmədiyindən sübutlarını təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsi paylı mülkiyyətdə olmaqla X4, X3, X2, Dədəcanov Hakim Mirzə oğluna, İbrahimov Münasib Yaşar oğluna və Anar Cəfərova məxsusdur. Mübahisəli pay torpaq sahəsini uzun illərdir ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin qohumu olan X1 icazəsi ilə (mülkiyyətçinində razılığı ilə) istifadə edib orada abadlaşma işləri apararaq dəmir hasar çəkmişdir. Sonradan mübahisəli pay torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bildikdə tərəfindən çəkilmiş dəmir hasarı söküb həmin torpaq sahəsini buraxmışdır. Dəmir hasarın ona məxsus olması barədə şahidləri də var və onu məhkəməyə təqdim edəcəkdir. İddiaçıların iddia etdikləri maddi ziyanla bağlı olan dəmir hasar şəxsən özünündür, tərəfindən mübahisəli pay torpağına inşa edilib və onu söküb aparmaq da hüququdur. Belə olan halda, heç bir maddi ziyandan və mənəvi ziyandan söhbət gedə bilməz. Məhkəmə işə baxarkən bütün bu halları araşdırmamış, iştirakını təmin etməmiş, sübutlarının təqdim olunmasından ötrü ona şərait yaratmamış, birtərəfli qətnamə qəbul etmişdir. iddiaçı1 məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə iştirak edərək izahatında bildirdi ki, işin halları ilə bağlı öz etiraz və mövqeyini bildirmişdir. İş materiallarından göründüyü kimi, inzibati araşdırma zamanı işin halları sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər iddiaçı və cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünr ki, zərərçəkmiş şəxs iddiaçı1 tərəfindən veilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Lənkəran Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)- ***/**** saylı qərarı ləğv edilərək qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün inzibati işin Lənkəran Rayon Məhkəməsinə göndərilmiəsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Cavabdeh barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cəlbetmə müddəti keçdiyindən xitam verilmişdir. Adıçəkilən qərarda qeyd olunmuşdur ki, Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir, ondan ötrü ki, o, Lənkəran rayonu Mamusta kəndində yerləşən pay torpaq sahəsində özgənin, yəni iddiaçı1 əmlakını məhv etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və izahatlarla Cavabdeh tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni Cavabdeh tərəfindən iddiaçı1 əmlakının qəsdən məhv edilməsi tam sübuta yetirilir. "xxxx” MMC qiymətləndirmə şirkətinin ## #### 2026-cı il tarixli MB**/**** saylı Qiymətləndirici hesabatından görünür ki, faktiki baxış zamanı Lənkəran rayonu Mamusta kəndində yerləşən iddia edilən torpaq sahəsinə baxış keçirilmiş və bu zaman torpaq sahəsinin ətrafında dəmir hasarın mövcud olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, faktiki baxış zamanı hasarın əvvəllər mövcud olub-olmamasını, əvvəlki uzunluğunu, hansı hissəsinin söküldüyünü və sökülmənin kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Bu məsələlərin müəyyən edilməsi qiymətləndiricinin səlahiyyətlərinə aid olmayıb, məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında qiymətləndirilməlidir. Sökülmüş olduğu iddia edilən dəmir hasarın dəyərinin müəyyən edilməsi üçün onun uzunluğu, hündürlüyü, konstruktiv xüsusiyyətləri, istifadə olunmuş materiallar, texniki vəziyyəti və digər zəruri göstəricilər barədə etibarlı məlumatlar və ya təsdiqedici sənədlər təqdim edilməlidir. Qeyd olunan məlumatlar mövcud olmadığından sökülmüş olduğu iddia edilən dəmir hasarın dəyərinin elmi cəhətdən əsaslandırılmış və etibarlı şəkildə hesablanması mümkün olmamışdır. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı şikayətin təmin edilməsi baxımından cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi işin mübahisəsiz hallarına dair göstərir ki, həmin hallar Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə də təsdiq olunur. Həmin qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilsə də, qərarın məzmunundan Cavabdeh tərəfindən iddiaçı1 və X6 əmlakının qəsdən məhv edilməsinin tam sübuta yetirildiyi müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş, eləcə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəf həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırkı qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməli, xxxx” MMC qiymətləndirmə şirkətinin ## #### 2026-cı il tarixli MB**/**** saylı Qiymətləndirici hesabatının verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. “xxxx” MMC qiymətləndirmə şirkətinin ## #### 2026-cı il tarixli MB**/**** saylı Qiymətləndirici hesabatının verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar