Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-394/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh nümayəndəsi (sədri) Vəzifəli şəxs, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis cavabdeh Cavabdeh qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir rayon Istehsal-Istehlak kooperativinin balansında olan 1976-cı il tarixdə inşa edilmiş Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində (Kürdəmir rayon Polis Şöbəsinin inzibati binasının arxasında) yerləşən, ümumi sahəsi 118 kv.metrdən ibarət olan yeməkxana binasının 54,0 kv.metr hissəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmasına dair ## ####### 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri İddiaçı həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə Cavabdeh satıcı kimi əmək fəaliyyətinə başlayaraq ##.##.1994-cü il tarixə kimi həmin Kooperativdə satıcı və mağaza müdiri işləməklə payçı olmuşdur. Əri İddiaçı ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum əri İddiaçı işlədiyi mağazanın özəlləşməsi ilə əlaqədar ##.##.1994- cü il tarixdə işdən çıxmışdır. O, Kürdəmir rayon IIK-dən işdən çıxandan sonra Kürdəmir rayon IIK-nin balansında olan və Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, ümumi sahəsi 118 kv.metrdən ibarət olan yeməkxananı Kürdəmir rayon IIK-i ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürüb vəfat edənə kimi, yəni ##.##.2025- ci il tarixə kimi işlədərək orada əhaliyə iaşə xidməti göstərmiş və hər ay icarə haqqını Kooperativin kassasına ödəmişdir. Mərhum əri İddiaçı Kürdəmir rayon IIK ilə aralarında olan icarə müqaviləsinə əsasən fəaliyyət göstərdiyi yeməkxananın binasını 2011-ci ildə təmir edərək yeməkxana binasını abadlaşdırmış və əhaliyə daha yaxşı və keyfiyyətli iaşə xidməti göstərmək üçün özü də, əlavə olaraq öz vəsaiti hesabına yeməkxana binasının arxa hissəsində yeməkxanaya aid olan torpaq sahəsində 150 kv.metrdən ibarət əlavə tikinti işləri görərək yeməkxana binasının otaqlarını artırmışdır. Son zamanlar mərhu əri İddiaçı xəstəliyindən istifadə edən Kürdəmir rayon Istehsal-Istehlak Kooperativinin hazırki rəhbərliyi mərhum ərinin fəaliyyət göstərdiyi yeməkxana binasının 54 kv.metrdən ibarət olan hissəsini mərhum ərinin heç bir razılığı olmadan, onun fəaliyyət göstərdiyi yeməkxana binasının alqı-satqısını ona təklif etmədən Kooperativdə heç bir pay hüququ olmayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satmış və həmin qərara əsasən sözügedən mübahisəli yeməkxana binası heç vaxt Kürdəmir rayon IIKdə işləməyən və həmin kooperativdə payçı olmayan İ qrup əlil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına rəsmiləşdirilmişdir. Kürdəmir rayon Istehsal-Istehlak Kooperativi mərhu əri İddiaçı xəstə olmasından istifadə edib onun icrarə müqaviləsi ilə fəaliyyət göstərdiyi Kürdəmir rayon IIK-nin balansında olan yeməkxana binasının 54 kv. metr hissəsini Kürdəmir IIK-da heç bir pay hüququ olmayan İ qrup əlil olan oğlunun adına rəsmiləşdirməsindən ümumiyyətlə mərhum ərinin və onların heç bir məlumatı olmamışdır. Hazırda isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mərhum ərinin fəaliyyət göstərdiyi yeməkxana binasının və onun həmin yeməkxana binasının arxa hissəsində mərhum ərinin öz vəsaiti hesabına tikdirdiyi tikilərinin, ümumiyyətlə həmin yeməkxananın bütünlüklə (ümumilikdə 214 kv. metr) özünə məxsus olduğunu bildirir. O mərhum əri İddiaçı hüquqi varisi olaraq onun Kürdəmir rayon IIK-lə aralarında bağlanmış icarə müqaviləsinə əsasən işlədiyi və hazırda mübahisə predmeti olan yeməkxana (əlavə tikililərlə birlikdə 214 kv.metrdən ibarət) binasında fəaliyyət göstərmək istəyir. Lakin mübahisəli yeməkxana binasının 54 kv.metr hissəsinin Kürdəmir rayon Istehsal-Istehlak Kooperativində işləməyən və payçı olmayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qanunsuz olaraq satılması onun həmin yeməkxanada fəaliyyət göstərməyinə maneçilik törədir. Mərhum əri İddiaçı uzun illər Cavabdeh işləməklə həmin kooperativdə payçı olmasını nəzərə alıb onun hüquqi varisi kimi onun və ailənin digər üzvü olan oğlunun cavabdeh Kürəmir rayon Istehsal-Istehlak Kooperativi tərəfindən pozulmuş hüquqlarını bərpa edib Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində (Kürdəmir rayon Polis şöbəsinin inzibati binasının arxasında) yerləşən, ümumi sahəsi 118 kv.metrdən ibarət olan mübahisəli yeməkxana binasının və həmin yeməkxana binasının arxasında mərhum ərinin öz vəsaiti hesabına tikilmiş tikili ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə Kürdəmir rayon Istehsal- Istehlak Kooperativinin arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və qanuni mülkünün özünə qaytarılmasının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim: Xaliq Imanov) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Iddiaçı əlavə olaraq bildirmişdir ki, onun əri uzun müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, həmin ərazidə mağaza tikərək payçı qismində iştirak etmişdir. Mübahisəli əmlak isə razılıq alınmadan özgəninkiləşdirilmiş və satılmışdır. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh sədri Vəzifəli şəxs izahatında bildirmişdir ki, qərar düzgün olaraq qəbul edilmişdir. Satılan əmlak öz əmlakları olmuşdur. Ə.Vaqif əvvəlcədən 1000 manat məbləğində ödəniş etmiş, Hümmət isə həmin obyektdə nəzərdə tutulan fəaliyyəti həyata keçirə bilməmiş, orada quş və göyərçin saxlamışdır. Apellyasiya baxışında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Iş materiallarında olan: Kürdəmir rayon Istehsal-Istehlak Kooperativinin ##.##.2024-cü il tarixli protokolundan çıxarışa əsasən 1)Kürdəmir rayon Istehsal-Istehlak Kooperativinin balansında olan 1976-cı ildə inşa edilən Kürdəmir şəhəri Sabir kücəsində yerləşən ümumi sahəsi 54.0kv.metr (9x6) olan yeməkxana binasını paycı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ona satılması haqqda ## ####### 2024-cü il taixdə ərizə ilə Kürdəmir RIIK-nin Idarə heyətinə müraciət etmişdir. Kürdəmir RIIKnin Idarə heyətində ## ####### 2024-cü il tarixdə daxil olmuş məsələyə RIIK-nin müvəkkillər yığıncağında baxılmış və obyekti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılması məqsədəuyğun hesab edilmişdir. Obyektin balans dəyəri 10098.00 manat təşkil edir. Qalıq dəyəri yoxdur. 2) Bu qərarın təsdiqi haqqında X6 müraciət edilsin. ## ####### 2024-cü il tarixində Məktub Kürdəmir Rayon Istehsal-Istehlak Kooperativinin sədri B. Məmmədov tərəfindən, Azərbaycan Mərkəzi Kooperativlər Ittifaqının ("Azərittifaq") Idarə Heyətinin sədri Eldar Quliyevə ünvanlanmış rəsmi məktubuna əsasən, Kürdəmir şəhərində M.Ə.Sabir küçəsində yerləşən, 1976-cı ildə inşa edilmiş, ümumi sahəsi 54.0 kv. metr olan yararsız yeməkxana binasının satılması üçün razılıq istənməsi. Obyektin vəziyyəti: Bina yararsız vəziyyətdədir, istismar müddətini başa vurub və bugünkü tələblərə cavab vermir. Təmir etmək RIIK-nin imkanları xaricindədir. Obyektin balans dəyəri 10098.00 manatdır, qalıq dəyəri yoxdur. Hazırda payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adınadır. Obyektin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 3000.00 (üç min) manata satılması barədə ## ####### 2024-cü il tarixində Kürdəmir RIIK-nin müvəkkillər yığıncağında qərar qəbul edilib. Azərittifaqın idarə heyətinin ##.##.2024-cü il tarixli ** nömrəli qərarından çıxarışa əsasən Kürdəmir rayon Istehsal-Istehlak Kooperativi müvəkkillər yığıncağının ## ####### 2024-cü il tarixli qərarı ilə razılaşılaraq, Kurdəmir rayon Istehsal-Istehlak Kooperativinə məxsus Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində yerləşən sahəsi 54,0 kv.metr olan yeməkxana binasının payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 3000(üç min) manata satılmasına razılıq verilmişdir. ##.##.2024-cü il tarixdə Vəzifəli şəxs, B.Isayev və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs imza etdiyi akta əsasən, Kürdəmir Rayon Istehsal-Istehlak Kooperativinin (Kürdəmir RIIK) balansında olan yeməkxana binasının payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılması barədədir. X4 Heyəti tərəfindən razılıq verilmişdir. ##.##.2024-cü il tarixli "AzərIttifaq"ın ** nömrəli sərəncamına əsasən, Vəzifəli şəxs ğlu - ## ### 2024-cü il tarixdən Cavabdeh idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Kürdəmir rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025-ci ilin 02 ayının 06 günündə 33 nömrə ilə qeyd edilmişdir. ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu Əhmədov Ramin Malik oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş-İddiaçı vərəsələri: Kürdəmir, Xırdapay kəndi ünvanında qeydiyyatda olan X2 (AZE09686323, ##.##.2012 - ünvan 2 ünvanında qeydiyyatda olan Hüquqi varis (AZE04585302, ##.##.2005 - Kürdəmir, FIN:*******, d/t:##.##.1955) və onların hər biri miras emlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsi tərəfindən ##.##.2015 tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4543 ha olan torpaq sahəsindən mərhuma məxsus hissədən ibarətdir. ##.##.1975-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Hüquqi varis nikahı ##.##.1975-ci il tarixdə 19 nömrə ilə qeydə alınmışdır. “AzərIttifaq" Kürdəmir Rayon Istehsal-Istehlak Kooperativi tərəfindən Hüquqi varis verilmiş rəsmi cavab məktubuna əsasən, bildirilir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ##.##.2024-cü ildə ərizə ilə müraciət edərək kooperativin balansında olan həmin yeməkxana binasının 54.0 kv. metrinin ona satılmasını xahiş edib. ##.##.2024-cü il tarixdə Kooperativin səlahiyyətlər yığıncağında obyektin köhnə (1976-cı il inşa olunub) vəziyyətdə olması, istismar müddətini başa vurması və hal-hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına olması nəzərə alınaraq obyektin ona satılması haqqında qərar qəbul edilib. "AzərIttifaq"ın Idarə Heyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə satışa razılıq verilib. Obyekt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına rəsmiləşdirilib (DƏDRX-dan çıxarış alınıb) və müvafiq müqavilə ilə ona təhvil verilib. ##.##.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəyə götürdüyü obyektə görə hər ay Kürdəmir rayon Istehsal-Istehlak Kooperativinə 40 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti ##.##.2018-ci il göstərilmiş, icarə obyektinin yeri, ünvanı, sahəsi göstərilməmişdir. Ilk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmiş, nəticə etibarilə məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Halbuki, məhkəmə aidiyyəti məsələsi prosessual hüququn fundamental institutlarından biri olmaqla, işin mahiyyəti üzrə düzgün və ədalətli həllinin ilkin şərtini təşkil edir. Azərbaycan Respublikası MPM: Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; ... 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. 387.3. Bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti institutunun düzgün tətbiqi ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prosessual təminatlarından biridir. Işin aid olduğu məhkəmə tərəfindən baxılması şəxslərin qanunla müəyyən olunmuş məhkəmə müdafiəsi hüququnun mühüm elementlərindən biri olmaqla yanaşı, həm də mübahisənin hüquqi təbiətinə uyğun ixtisaslaşmış məhkəmə tərəfindən araşdırılmasını təmin edir. Məhz buna görə də məhkəmə işə mahiyyəti üzrə qiymət verməzdən əvvəl ilk növbədə mübahisənin hüquqi xarakterini, həmin hüquq münasibətinin hansı sahədən irəli gəldiyini və nəticə etibarilə işə hansı məhkəmənin baxmalı olduğunu müəyyən etməlidir. Aidiyyət qaydalarına əməl olunmaması yalnız formal prosessual pozuntu hesab edilə bilməz. Belə pozuntu işin səlahiyyətli məhkəmə tərəfindən araşdırılması prinsipini pozmaqla qəbul edilmiş məhkəmə aktının qanuniliyinə və legitimliyinə birbaşa təsir göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə kommersiya məhkəmələri baxırlar. Həmin Məcəllənin 26.2-ci maddəsində müəyyən edilmişdir ki, kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda qanunla onların səlahiyyətlərinə aid edilmiş digər işlərə də baxırlar. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə izah edilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, o cümlədən təsisçilər, iştirakçılar, üzvlər, hüquqi şəxsin idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında yaranan, hüquqi şəxsin fəaliyyətindən, yaradılmasından, idarə olunmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər kommersiya mübahisəsi hesab edilir. Həmin Qərarın 26-cı bəndində isə qeyd olunmuşdur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik müəyyən hallarda mümkün hesab etmişdir. Belə hallardan biri də mübahisənin xarakterinin kommersiya hüquqi şəxsinin fəaliyyəti və korporativ münasibətləri ilə bağlı olmasıdır. Ali Məhkəmə Plenumunun qeyd olunan hüquqi mövqeyindən göründüyü kimi, məhkəmə aidiyyəti müəyyən edilərkən yalnız tərəflərin formal statusuna deyil, mübahisənin hüquqi mahiyyətinə, tələbin predmetinə və hüquq münasibətinin xarakterinə qiymət verilməlidir. Yəni iş üzrə tərəflərdən birinin fiziki şəxs olması mübahisənin avtomatik olaraq ümumi məhkəməyə aid edilməsi üçün kifayət etmir. Əsas meyar mübahisənin hansı hüquq münasibətindən irəli gəlməsi və həmin münasibətin kommersiya və ya korporativ xarakter daşıyıb-daşımamasıdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisənin hüquqi təbiəti birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Hüquqi varis öz tələbini mərhum əri İddiaçı uzun illər Kürdəmir rayon Istehsal-Istehlak Kooperativinin üzvü və payçısı olması, həmin kooperativdə əmək fəaliyyəti göstərməsi, kooperativin balansında olan mübahisəli əmlakı uzun müddət istifadə etməsi, eləcə də həmin əmlaka münasibətdə müəyyən üstün hüquqlara malik olması ilə əsaslandırmışdır. Iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilmişdir ki, mərhum İddiaçı 1974-cü ildən etibarən Kürdəmir rayon Istehsal-Istehlak Kooperativində satıcı və mağaza müdiri işləmiş, həmin kooperativin payçısı olmuş, sonradan isə kooperativin balansında olan yeməkxana binasını uzun illər icarə müqaviləsi əsasında istifadə etmişdir. Iddiaçı tərəfin mövqeyinə görə, mərhum İddiaçı həmin obyektə münasibətdə üstünlük hüququna malik olmuş, lakin kooperativ rəhbərliyi onun hüquqlarını nəzərə almadan və onu müvafiq qərarın qəbul edilməsinə cəlb etmədən mübahisəli əmlakı digər şəxsə satmışdır. Iddiaçı tərəf xüsusilə vurğulamışdır ki, mübahisəli əmlak mərhum İddiaçı uzunmüddətli istifadəsində olmuş, o, həmin obyektə öz şəxsi vəsaiti hesabına əlavə tikililər inşa etmiş, əsaslı təmir və abadlaşdırma işləri aparmışdır. Həmçinin iddiaçı göstərmişdir ki, kooperativ rəhbərliyi əmlakın satılması ilə bağlı məsələni həll edərkən mərhumun hüquqi varislərinə məlumat verməmiş, onları yığıncağa dəvət etməmiş, əmlakın ilkin olaraq onlara təklif olunması məsələsini nəzərdən keçirməmişdir. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi formal baxımdan “qərarın ləğv edilməsi” kimi ifadə olunsa da, mübahisənin mahiyyəti kooperativin idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın qanuniliyinin və korporativ münasibətlər çərçivəsində iştirakçı hüquqlarının pozulub-pozulmamasının yoxlanılmasından ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərar Kürdəmir rayon Istehsal- Istehlak Kooperativinin müvəkkillər yığıncağında qəbul edilmiş, daha sonra isə “Azərittifaq”ın Idarə Heyəti tərəfindən təsdiq olunmuşdur. Deməli, mübahisənin predmetini kommersiya hüquqi şəxsi olan kooperativin idarəetmə orqanının qəbul etdiyi qərarın etibarlılığı təşkil edir. Kollegiya hesab edir ki, kooperativin balansında olan əmlakın özgəninkiləşdirilməsi barədə qərarın qəbul olunması, həmin qərarın kooperativin nizamnaməsinə və daxili idarəetmə qaydalarına uyğunluğu, qərar qəbul edilərkən payçı hüquqlarının və üzvlərin maraqlarının nəzərə alınıb-alınmaması məsələləri sırf korporativ münasibətlərdən irəli gələn hüquqi məsələlərdir. Iddiaçı tərəf də məhz bu hallara istinad etmiş, qəbul olunmuş qərarın kooperativin nizamnaməsinə uyğun olmadığını, kobud pozuntu ilə qəbul edildiyini, mərhum payçının hüquqlarının nəzərə alınmadığını və kooperativ üzvü kimi malik olduğu üstün hüquqların pozulduğunu bildirmişdir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə adi mülki-hüquqi əmlak mübahisəsi deyil. Mübahisə kommersiya hüquqi şəxsi olan kooperativin fəaliyyətindən, onun idarəetmə orqanlarının qərarlarından, kooperativ üzvlüyü və pay hüquqları ilə bağlı münasibətlərdən irəli gəldiyindən korporativ xarakterli kommersiya mübahisəsi hesab edilməlidir. Bundan əlavə, Ali Məhkəmə Plenumunun aidiyyətlə bağlı qərarında təsbit olunmuş meyarlara əsasən kommersiya mübahisəsinin subyekti qismində yalnız sahibkarlar deyil, müəyyən hallarda mülki hüquq münasibətlərinin digər iştirakçıları da çıxış edə bilərlər. Hazırkı işdə iddiaçı fiziki şəxs olsa da, onun tələbi kooperativ üzvlüyündən və pay münasibətlərindən irəli gələn hüquqların müdafiəsinə yönəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə iş aid olmadığı məhkəmədə mahiyyəti üzrə həll edilmişdir ki, bu da qətnamənin ləğvi üçün əsas prosessual pozuntu hesab olunur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin hüquqi ünvanı Kürdəmir rayonu olduğundan, hazırkı iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli Qərarına əsasən, Kürdəmir rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-394/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-394/2026
20.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver