Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-478/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mediatoru Alışov Nizami İskəndər oğlu tərəfindən təsdiq edilmiş ## ##### 2023-cü il tarixli MŞL/MT ***/****-***** nömrəli barışıq sazişindən görünür ki, ikinci Tərəflər Cavabdeh bu sazişi imzaladıqdan sonra ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ##### 2015-ci il təvəllüdlü X3 hər birisinə hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50, yəni iki uşağa görə 100 manat - aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür; İkinci Tərəflər Cavabdeh bu sazişi imzaladıqdan sonra ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ##### 2015-ci il təvəllüdlü X3 birinci tərəf, yəni ataları İddiaçı yanında saxlanılmasına razılıq verdi; Birinci tərəf İddiaçı bu sazişi imzaladıqdan sonra övladları ## ###### 2013- cü il təvəllüdlü X1 və ## ##### 2015-ci il təvəllüdlü X3 ikici tərəf, yəni anaları Cavabdeh ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi; Tərəflər bu sazişi imzaladıqdan sonra aralarında hər hansı mübahisənin və qarşılıqlı ittihamlarım olmayacağına öhdəlik götürdülər; Alimentin köçürülməsi hər ayın 1-dən gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsindən görünür ki, Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanılmış ## ##### 2023-cü il tarixli, MŞL/MT ***/****-***** nömrəli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilmişdir: “Birinci tərəf İddiaçı bu sazişi imzaladıqdan sonra övladları ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ##### 2015ci il təvəllüdlü X3 ikinci tərəf, yəni anaları Cavabdeh ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızına qarşı olan alimentin artırılması tələbinə dair iddiası rədd edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Şükürova (Məmmədova) Gülər Tofiq qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şükürova (Məmmədova) Gülər Tofiq qızı ilə ## ##### 2023-cü il tarixdə mediasiya prosesində bağladıqları ***/****-***** saylı barışıq sazişinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Musaküçə kənd sakini Cavabdeh ilə 2012-ci il tarixində ailə qurmuşdur. Rəsmi nikahları 2013-cü il tarixində Masallı RİHB-nın Musaküçə ərazi nümayəndəliyində 08 nömrə ilə qeyd olunmuşdur. Birgə yaşadıqları dövrdə ## ###### 2013-cü il tarixdə X1Iu və ## ##### 2015-cil il tarixdə X3Iu adlı iki uşaqları dünyaya gəlmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında ## #### 2013-cü il tarixdə Masallı RİHB-nın Musaküçə ərazi nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikahın pozuIması, ## ###### 2013-cü il təvəllüdlü X1Iu və ## ##### 2015-cil il təvəllüdlü X3Iunun anaları Cavabdeh yanında və himayəsində saxlanması, ondan ## ###### 2013-cü il təvəllüdlü X1Iu və ## ##### 2015-ci il təvəllüdlü X3Iunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tututması qət edilmişdir. Sonradan uşaqlar analarının yanında qalmayaraq onun yanına gəlmişlər və bundan sonra cavabdehlə aralarında razılaşmışlar ki, uşaqIar onun himayəsində qalacaqlar və uşaqların saxlanması üçün cavabdeh ona aliment verməyə razılaşmışdır. Bununla bağlı cavabdehlə aralarında ## ##### 2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişində qeyd olunan şərtlərdən bixəbər olmuşdur. Belə ki, həmin vaxt aralarında razılıq, barışıq yaradan vəkil onu aldatmışdır. O, həmin barışıq sazişinin şərtləri ilə razı deyildir. Həmin şərtlər maraqları pozur, mənafeyə ziddir. Cavabdeh aralarında bağIanmış barışıq sazişini məqsədli şəkildə bağlamışdır. Odur ki, barışıq sazişi etibarsız hesab edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət edir. İDDİAYA QARŞI ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: Şükürova (Məmmədova) Gülər Tofiq qızı etiraz ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ## ##### 2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanarkən iddiaçının yanında nümayəndəsi və vəkili, eyni zamanda başqa bir hüquqşünas tanışı iştirak etmişdir. İddiaçı özü mediasiya təşkilatına müraciət etmiş və barışıq sazişinin şərtlərini özü müəyyən etmişdir. O, da sazişin şərtləri ilə razı olaraq imza etmiş, həmin vaxt onun yanında heç kim olmamışdır. Hal-hazıradək sazişin şərtlərinə uyğun olaraq hər ay aliment ödəyir. İddiaçı sazişlə razı olmadığı halda hər ay ödənilən alimenti qəbul etməzdi və 2 ildən artıq müddət ərzində hazırkı tələbi irəli sürə bilərdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elşən Hüseynov) iddianın rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, barışıq sazişindən göründüyü kimi, iddiaçı özü mediasiya təşkilatına müraciət etmiş, bildirdiyi kimi vəkil ilə təmsil olunmuş, barışıq sazişinin şərtləri ilə tanış olmuş, barışıq sazişinin şərtlərinə dair heç bir etirazı olmamış, barışıq sazişi həm özü, həm də digər tərəfin imzaları ilə təsdiq edilmişdir. Halbuki iddiaçının mediasiya prosesində öz mövqeyini və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirmək, mediasiyadan imtina etmək hüququ olmuşdur. Eyni zamanda iddiaçının barışıq sazişinin etibarsızlığı ilə bağlı əsas tələbi alimentin məbləği ilə bağlıdır. İddiaçı özü bildirmişdir ki, vəkil avqustun sonuna kimi hər uşağa 50 manat, cəmi 100 manat aliment ödəniləcəyini, sonradan məhkəmənin alimenti qaldıracağını demişdir. Göründüyü kimi, iddiaçı barışıq sazişi bağlanarkən alimentin məbləğini bilmiş və həmin məbləğlə razılaşmışdır. İddiaçı 2023-cü ilin oktyabr ayından aldadılma nəticəsində barışıq sazişi bağladığını bildiyini qeyd etsə də, həmin gündən sonra iki il ərzində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, burada əsas diqqət yetirilməli məqam tərəfin iradəsinin həqiqətən zədələnib-zədələnməməsidir ki, hazırkı işin halları baxımından bu hal öz təsdiqini tapmır. Bütün bu proseslərin iddiaçının iradəsinə zidd olaraq həyata keçirilməsi, barışıq sazişinin aldatma nəticəsində bağlanması faktını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də, etibarsızlığa əsas olan hallar müəyyən edilməmişdir. Bundan başqa barışıq sazişinin şərtləri uşaqla ünsiyyət hüququ hissəsində iddiaçı tərəfindən icra edilmədiyindən cavabdeh həmin barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciə etmiş, Masallı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızının ərizəsi təmin edilərək ## ##### 2023-cü il tarixli barışıq sazişi həmin hissədə təsdiq edilmişdir. Şərh edilənlərdən əlavə məhkəmə hesab edir ki, hətta, barışıq saziş etibarsız olsaydı belə, iddiaçı tərəfindən həmin əqdin etibarsızlığını mübahisələndirmə üçün qanunla müəyyən müddət ötürülmüşdür. İddiaçı barışıq sazişinin etibarsızlığı tələbini saziş bağlanarkən aldadıldığını, lakin bu barədə 2023-cü ilin oktyabr ayında məlumatı olduğunu iddia etdiyindən, aldatma yolu ilə bağlanmış əqdlərə münasibətdə bir illik müddət şamil edilməlidir. Belə ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 6.2-ci, 337.1-ci, 337.2-ci, 339.4-cü, 389.1-ci, 389.2-ci, 390.1-ci, 881.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişi həqiqi iradə ifadəsini göstərməmiş, vəkil aldatmış və həmin zaman əsəbi olduğu üçün sazişin şərtlərinə baxmadan onu imzalamışdır. Hazırkı dövrdə bir uşağa görə 50 manat aliment yoxdur və 50 manat aliment kəsilməsi bərabərlik hüququnun pozulmasıdır. Digər uşaqlara görə 260 manat aliment ödənilir, onun uşaqlarına isə 50 manat aliment ödənilir. Təbii ki, mediatorun həmin sazişi təsdiq etməsi özlüyündə uşaqların hüquqlarının pozulmasıdır. Qanunvericiliyin tələbinə görə Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarı məhkəmə qətnaməsində qeyd olunan alimentin miqdarından az ola bilməz. Lakin, işə baxan hakim işin bu hallarına qiymət verməmiş və nəticədə əsassız bir qərarın çıxarılmasına nail olmuşdur. Uşaqların saxlanmasında çətinliklər çəkir. Tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, X2 ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: MM-in 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-in 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. MM-in 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.[ MM-in 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Barışıq sazişinin etibarsızlığına əsas olan hər hansı prosessual əsasın mövcudluğu məhkəmə tərkibi tərəfindən müəyyən edilmir. Belə ki, tərəflər arasında barışıq sazişi bağlanmış və həmin sazişlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və tətbiq edilmiş maddi hüquq normaları baxımından əsaslı hesab edir. İş materiallarından müəyyən olunur ki, ## ##### 2023-cü il tarixli barışıq sazişi tərəflərin qarşılıqlı iradəsi əsasında bağlanmış, iddiaçı mediasiya prosesində iştirak etmiş, vəkillə təmsil olunmuş və sazişin şərtləri ilə tanış olaraq onu imzalamışdır. İddiaçının mediasiya prosesində öz mövqeyini bildirmək, təkliflər irəli sürmək və ya mediasiyadan imtina etmək hüququ mövcud olduğu halda, həmin hüquqlardan istifadə edilməməsi sonradan iradəsinin zədələndiyinə dair nəticəyə gəlməyə əsas vermir. Bu baxımdan, barışıq sazişinin aldatma təsiri altında bağlanmasına dair iddialar iş üzrə mötəbər sübutlarla təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət həqiqətən də ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, adıçəkilən dəlillər yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-478/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-478/2026
26.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver