Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-546/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «maddi və mənəvi ziyan tələbi» barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığına vurulmuş xəsarətə görə 1119 manat, onun sağlamlığına vurulmuş xəsarətlər səbəbindən təsərrüfatına dəymiş maddi ziyana görə - nar bağından əldə edəcəyi məhsula görə 2475 manat, kartof əkinindən əldə olunacaq gəlirə görə 600 manat olmaqla ümumilikdə maddi ziyana görə 4194 manat, mənəvi ziyana görə isə 5000 manat olmaqla ümumilikdə 9194 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 112 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən onun sağlamlığına yetirilmiş xəsarətlərə görə o, Bakı şəhərində yerləşən “xxxx” müəssisəsinin balansına “Almacıq sümüyünün repozasiyası” üçün 780 manat pul köçürmüşdür. Həmçinin, L ******* saylı ödəmə qəbzinə əsasən həkim-oftalmoloq Loğman Hacıbədəllinin müayinəsi üçün (ödənişli xəstələr) tərəfindən 95 manat müayinə xərci ödənilmişdir. Hətta, hər dəfə həkim müayinəsi, yaxud da həkim müdaxiləsi üçün xərclər ödəmişdir ki, onlarla bağlı sübut əhəmiyyəti olan sənədləri saxlamadığından təqdim edə bilməmişdir. Hər həftə iki dəfə olmaqla Bakı şəhərinə gedib qayıtmaq şərtilə üç ay ərzində Bakı şəhərinə 10 dəfə taksi sifarişləri etmiş, hansı ki, həmin taksi marşurutu xəstə olması ilə əlaqədar olaraq xüsusi olaraq onu və onunla birlikdə ailə üzvlərindən bir-iki nəfəri də daşımışdır. Bakı Beynəlxalq Avtovağzal kompleksinin rəsmi internet saytından əldə etdiyi məlumatdan görünür ki, Bakı- Sabirabad marşurutu üzrə bir nəfər üçün gediş haqqı 6 manat 10 qəpik təşkil edir. Hər dəfə sarğı, sarğının açılması, həkim müayinəsi və s. üçün Bakı şəhərinə gedib rayona qayıtmaq üçün ayrıca maşın sifariş etmək lazım olurdu ki, bu da 24 manat 40 qəpikdən (dörd nəfərlik avtomaşının xərci 4*6,10=24,40) 244 manat gediş-gəliş xərci təşkil etmişdir. Bundan əlavə aqronom X1 verdiyi mütəxəssis rəyinə əsasən onun istifadəsində olan torpaq sahəsinin 0,5 ha nar bağında 180 ədəd nar ağacının olduğu və bu ağacların 15-16 illik ağaclar olduğu müəyyən edilmiş, mövsüm ərzində bu ağaclara aqrotexniki və fitosanitar qulluq olunarsa hər ağacdan orta hesabla 25 kq nar məhsulu götürmək mümkün hesab edilmişdir. Həmçinin, 0,30 hektar kartof əkini aparılmış sahədən isə 12 sentner məhsul götürmək olar. O, nar bağından əldə edəcəyi gəlirin 2475 manat, kartof əkinindən əldə edəcəyi gəlirin isə 600 manat məbləğdə olduğunu onun isə bu faydadan məhrum olduğunu bildirmişdir. Sabirabad Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Azər İsmayılov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «maddi və mənəvi ziyan tələbi» barədə iddia ərizəsinin, sağlamlığa vurulmuş xəsarətə görə aldığı müalicəsinə xərclədiyi 875 manat tələbi hissəsində xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət verərək, Sabirabad Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehin ona yetirdiyi xəsarətlər nəticəsində onun sağlam tərzdə yaşamağı nəinki uzun müddət hətta indi də pozulmaqda davam edir, sərt soyuqlar zamanı onun üzündə zədələnmiş sinir hücrələri ona dəhşətli ağrılar verir. Buna görə də hər dəfə həkim müdaxiləsinə ehtiyac vardır və müalicələri yenə də davam edir. O, Bakı şəhərində yerləşən “xxxx” müəssisəsinin balansına “Almacıq sümüyünün repozasiyası” üçün 780 manat pul köçürmüşdür. Həmçinin, L ******* saylı ödəmə qəbzinə əsasən həkim-oftalmoloq Loğman Hacıbədəllinin müayinəsi üçün (ödənişli xəstələr) tərəfindən 95 manat müayinə xərci ödənilmişdir. Buna dair məhkəməyə sənəd təqdim etsə də məhkəmə əsassız olaraq həmin hissəyə xitam vermişdir. Bu səbəbdən də məhkəmənin gəldiyi nəticə ilə razı deyil. MPM-in 261.0.2-ci maddəsində qeyd olunan prosessual normanın tələbindən görünür ki, iş üzrə icraata xitam verilməsi üçün hakim -əvvəllər eyni adlı fiziki şəxslər arasında, həmçinin prosessual vəziyyətləri hazırkı prosessual vəziyyətlərilə eyni olan şəxslər arasında olması; -baxılan iş üzrə tələblə əvvəlcədən baxılmış maddi hüquqi əsası eyni olan tələblə eyni olması; -həmçinin əvvəlki tələbin predmeti ilə hazırkı baxılan tələbin predmetinin eyni olması. Qanunun tələbinə görə mütləqdir ki, qeyd edilən hər üç hal birlikdə mövcud olduğu halda, məhkəmə iş üzrə icraata xitam verir. Lakin hazırkı işdə tələbin predmeti olaraq 875 manat maddi ziyan əvvəlcə baxılmış 3.000 manat ziyandan fərqlidir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsini diqqətlə nəzərdən keçirdikdə görünür ki, 3.000 manat ziyan ümumiyyətlə maddi və mənəvi olaraq bölünübbölünmədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd etdiyi halları nəzərə almadan onun hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tam, hərtərəfli və dolğun şərait yaratmamış, məhkəmə əsassız olaraq həmin hissəyə xitam vermişdir. O, aldığı xəsarətlərə görə davamlı olaraq müalicələr alır. O, cavabdeh Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində ##.##.2021-ci il tarixdə aldığı xəsarətə görə müalicələr xərclərini tələb etmişdir. Həmin vaxtdan sonra da yenidən həkim müalicələri almışdır. O, hadisə zamanı ona yetirilmiş xəsarətlərə görə müalicə xərclərinə görə cavabdehə qarşı iddia tələbi ilə müraciət etmişdir. Hazırda isə yenidən müalicə aldığına görə cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(056)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamənin məzmunundan görünür ki, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsində iddiaçı məhz ##.##.2021-ci il tarixdə aldığı xəsarətə görə müalicələr aldığını, bununla bağlı əsəblərinin sakitləşdirilməsi, həm də bədənində ağrıların kəsilməsi ilə bağlı 3000 manatdan çox əməliyyatlara və dərmanlara pul xərclədiyini göstərmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı eyni hüquqi münasibətdən, yəni ##.##.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində sağlamlığına vurulmuş zərərə görə əvvəllər də məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı həmin iddiada məhz göstərilən xəsarətlərə görə çəkdiyi müalicə xərclərini, o cümlədən dərman və əməliyyat xərclərini tələb etmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən tələb olunan 875 manat məbləğində pul vəsaiti də eyni hadisə nəticəsində alınmış xəsarətə görə çəkilmiş müalicə xərcləri ilə bağlıdır. İddiaçı bu məbləğin sonradan çəkildiyini və əlavə müalicə xərci olduğunu göstərsə də, bu hal tələbin mahiyyətini dəyişməmişdir. Çünki tələb yenə də eyni faktiki hallardan, eyni xəsarətdən və həmin xəsarətin nəticələrinin aradan qaldırılması üçün çəkilən xərclərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər eyni olmuş,mübahisənin hüquqi əsası eyni olmuş (##.##.2021-ci il tarixli hadisə nəticəsində sağlamlığa vurulmuş zərər) və tələbin xarakteri eyni xarakter (müalicə xərclərinin ödənilməsi) daşımışdır. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülən 875 manat məbləğində tələb əvvəlki iddianın tərkib hissəsi olmaqla və onun ayrıca qaydada yenidən tələb olunması prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Həmçinin məhkəmə tərkibi iddiaçının tələbin predmeti olaraq 875 manat maddi ziyan əvvəlcə baxılmış 3.000 manat ziyandan fərqli olması dəlilinə münasibətdə qeyd edir ki, “eyni predmet” anlayışı formal olaraq yalnız məbləğin eyni olması ilə müəyyən edilə bilməz. Əvvəlki işdə tələb olunan 3000 manat məbləğində zərər ilə hazırkı iş üzrə tələb edilən 875 manat məbləğində zərər eyni hüquqi münasibətdən, yəni ##.##.2021ci il tarixdə baş vermiş hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin kompensasiyasından irəli gəlir. İddiaçının “müalicələrin davam etməsi” barədə dəlilinə gəldikdə isə, məhkəmə tərkibi qeyd edir ki, eyni zərərin nəticələrinin davam etməsi həmin zərərin yeni hüquqi əsas kimi qiymətləndirilməsinə səbəb ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-546/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-546/2026
21.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver