Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-56/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ələ keçirilmiş əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: əmlakın qaytarılması, ziyanın ödənilməsi. Şirvan şəhəri, ## ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ələ keçirilmiş əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən (hakim.K.Süleymanov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ələ keçirilmiş, ona məxsus olan “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobil və ************* reyestr nömrəli çıxarışla verilmiş 0.07 hektar ölçülü mülkiyyətin geri qaytarılması, dəymiş 4500 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobil ona məxsus əmlakdır. Belə ki, sözügedən avtomobili bacısı, yəni cavabdeh Cavabdeh ilə razılaşma əsasında, müəyyən müddət sonra qaytarmaq şərti ilə onun adına rəsmiləşdirmişdir. Lakin hazırda cavabdeh ona məxsus əmlakı mənimsəmiş və geri qaytarmaq niyyətində deyildir. Eyni zamanda, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsi isə vəfat edən bacısı X3 adına olmuşdur. O, həmin əmlakı bacısı Xansənəm Muradovanın adına rəsmiləşdirsə də, lakin mülkiyyəti şəxsi vəsaiti hesabına, özü üçün almışdır. Hazırda bacısının adına olan həmin torpaq sahəsindən digər bacı və qardaşları imtina etsə də, yalnız cavabdeh mülkiyyətdən imtina etmir, bu səbəbdən də öz maddi vəsaiti hesabına aldığı mülkiyyəti öz adına rəsmiləşdirə bilmir. O, Bakı şəhərində yaşayır və həmin şəhərdən hər dəfə gedib-gəlmək məcburiyyətində qalır. Hazırda bu işlərin həll olunması və yol xərcinə görə ona 4500 manat məbləğində ziyan dəymişdir. Işin mediasiya təşkilatında həll olunmasından ötrü onun tərəfindən cavabdehə təklif məktubu göndərilmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bununla bağlı mediasiya təşkilatı tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayış verilmişdir. Əlavə olaraq bildirir ki, məsələnin sülh yolu ilə həll olunmasından ötrü cavabdehə dəfələrlə müraciət etmiş, lakin müraciətləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də ona məxsus əmlakların qaytarılmasından ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, o, 0.07 hektar torpaq sahəsini 3000 manata, avtomobili isə 7000 manata satın almışdır. Hazırda məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı öz iddia tələblərini müdafiə etdiyini bildirmişdir və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, avtomobilin qiyməti 21600 manatdır və o, avtomobili həmin qiymətə almışdır. Həmin vaxt banka borclu olduğu üçün avtomobili bacısı Cavabdeh adına sənədləşdirmişdir. Belə ki, o, banka olan borcuna görə avtomobilin üzərinə həbs qoyulmasından və borcun tutulmasının avtomobilinə yönəldilməsindən ehtiyat etmişdir. O, avtomobili satın almaq üçün bacısından borc almamış, avtomobili özünün vəsaiti ilə almış, avtomobili satarkən də bacısından hər hansı miqdarda pul almamışdır. Bakı şəhərində yaşadığı üçün cavabdehin ona yaratdığı problemlərə görə hazırki mübahisə ilə əlaqədar Lənkəran rayonuna tez-tez gedib-gəlməyə məcbur olmuş və bunun üçün ümumilikdə 4500 manat pul xərcləmişdir. Ona görə də hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyə məcbur olmuş və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ona qarşı olan iddia tələblərini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır və hazırda mübahisə predmetinə aid olan avtomobili 10000 manat pul verərək alqı-satqı müqaviləsi əsasında iddiaçıdan satın alıb öz mülkiyyətinə keçirmişdir. Iddiaçı maddi vəziyyəti yaxşı olmadığı üçün avtomobili satmaq istədiyini demiş, o da öz vəsaiti hesabına avtomobili satın almışdır. O, həmin avtomobil öz adına sənədləşdirsə də, qardaşının, yəni iddiaçının öz ailəsinin maddi ehtiyaclarını ödəməsi üçün kömək məqsədi ilə həmin avtomobildən istifadə etməsi üçün ona şərait yaratmış və bundan ötrü ona etibarnamə vermişdir. Təxminən, 5 il müddətinə həmin avtomobil iddiaçı tərəfindən istiadə olunmuşdur. Əmlak ona məxsus olduğu üçün hesab edir ki, onu satar və ya hədiyyə edər, yəni özünün əmlakı barədə istədiyi kimi qərar verə bilər. Mübahisə predmetinə aid olan, mərhum bacısı Xansənəm Muradovanın adına qeydiyyata alınmış 0.07 hektar torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin əmlak hazırki vəziyyətdə də mərhum bacısının adına qeydiyyatdadır. Hazırda o, həmin miras əmlakdan özünə düşən payı tələb etmir və bunun rəsmiləşdirilməsi üçün notariat orqanına getməyə də razıdır. Eyni zamanda, qeyd edir ki, o, iddiaçıya heç bir problem yaratmamış, onu Bakı şəhərindən Lənkəran rayonuna tez-tez gəlib-getməyə, bununla əlaqədar vəsait sərf etməyə vadar edə biləcək hər hansı qanunsuz hərəkət etməmiş, ümumiyyətlə, ona hər hansı miqdarda maddi zərər vurmamışdır. Hesab edir ki, iddiaçı ona qarşı əsassız tələblər irəli sürmüşdür. Qeyd etdiklərinə əsasən iddiaçının ona qarşı olan iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ələ keçirilmiş əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin digər hakim tərkibində yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini və iddia tələbinin təmin edilməsini, şahidlərin dindirilməsini və təqdim etdiyi sübutların tam şəkildə qiymətləndirilməsini, əmlakların geri qaytarılması və dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etmək istədiyi sübutları qəbul etmədiyindən, qərar tam olmayan sübutlar əsasında qəbul edilmişdir. Bununla da işin gedişatına bilavasitə təsir edən və nəticəni dəyişə biləcək sübutlar araşdırılmadan qətnamə qəbul olunmuşdur. Iddiaçının əlində səs yazıları var idi ki, bunlar tamamilə işin gedişatına təsir edərək ədalətli qərar qəbul edilməsində böyük rol oynayır. Sübutların qəbul edilməməsi nəticəsində məhkəmə hadisələrin faktiki tərəfini tam öyrənməmiş, tərəflərin hüquqi mövqelərini bərabər qiymətləndirməmiş, obyektivlik prinsipini pozmuşdur. Bu səbəbdən qətnamə əsaslandırılmamış hesab olunur və apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Məhkəmə zərərin məbləğini araşdırmadan maddi ziyan tələbinin rəddinə qərar vermiş və bu, maddi hüququn kobud şəkildə pozulması hesab olunur. Məhkəmə isə iddiaçının real zərər kimi göstərdiyi 4500 manat əmək, yol və daşınma xərclərinin mövcudluğunu təsdiq edən bütün sübutları araşdırmadan və iddiaçının təqdim etmək istədiyi səs yazıları və digər təsdiqedici sübutları qəbul etmədən, iddianın rəddinə qərar vermişdir. Bu isə maddi hüquq normasının yanlış tətbiqi hesab olunur. Məhkəmə yalnız “sübut təqdim olunmayıb” ifadəsi ilə kifayətlənmişdir. Bundan əlavə məhkəmə ziyanın mövcudluğunu müəyyən etmək üçün alternativ araşdırma aparmamışdır. Məhkəmə iddiaçının Bakıdan Lənkərana dəfələrlə səfər etməyi ilə bağlı çəkdiyi 4500 manat xərcin sübut olunmadığını bildirmişdir. Halbuki bu xərclər iş materiallarında və izahatında açıq şəkildə göstərilmişdir. Eyni zamanda teleqram, qəbzlər, poçt, sənədlərin hazırlanmasından ötrü tərəfindən 1000 manata yaxın xərc çəkilmişdir (Bunu sübut edən sənədlər qoşma olaraq əlavə edilmişdir). Yaranmış məsələ ilə bağlı dəfələrlə Bakı şəhərindən Lənkəran şəhərinə gəlmişdir. Bu səbəbdən də iddiaçıya təqribi 3500 manat məbləğində maddi ziyan dəymişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafə etmiş, onun məzmununa uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1-ci və 1159.2-ci maddələrinin məzmununa görə qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, bəhs olunan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ##.##.2020-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsi, ##.##.2020-ci il tarixli etibarnamə, Lənkəran * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayış, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli ödəniş qəbzləri ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, hazırki iddianın predmetinə aid olan, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmışdır. “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi isə hazırki iş üzrə cavabehdir. O, həmin nəqliyyat vasitəsini ##.##.2020-ci il tarixli etibarnamə əsasında 5 il 2 ay 18 gün müddətinə, yəni ##.##.2025-ci il tarixədək idarə etməyi hazırki iş üzrə iddiaçıya etibar etmişdir. Cavabdeh hazırki tələblə bağlı ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün cəmi 60 manat, hazırki tələblər üzrə məhkəməyə müraciət etmək üçün əlavə olaraq 134 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı yolu ilə əldə etmişdir. Lakin qeyd olunan alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilə ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Alqı-satqı müqaviləsinin tərəfləri öhdəliklərini icra etməklə, nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçmiş və hazırda da onun mülkiyyətindədir. Bununla da, “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində cavabdehin mülkiyyət hüquqları tam şəkildə təsbit edilmişdir. Nəqliyyat vasitəsi üzərində iddiaçının qanuni əsasa söykənən hər hansı hüququ qalmamış, bu baxımdan onun nəqliyyat vasitəsinin geri qaytarılmasını tələb etmək hüququ da yaranmamışdır. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə iddiaçının mühüm əhəmiyyət kəsb edən sübutlarını (o cümlədən səs yazıları və digər faktları təsdiq edən sübutları) qəbul etməmişdir. Məhkəmə mövcud sübutların bir qismini ümumiyyətlə araşdırmamış, səs yazıları və digər faktiki məlumatlar əsasında qiymətləndirmə aparmamışdır. Bu halda məhkəmə sübutları obyektiv, tam və hərtərəfli araşdırmaq vəzifəsini yerinə yetirməyib. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.
1. Ilk növbədə avtomobilə dair tələbə münasibətdə qeyd edilməlidir ki, mübahisə predmeti olan “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dövlət qeydiyyatında cavabdehin adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin avtomobil alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Iddiaçı bu müqaviləni məhkəmə qaydasında mübahisələndirməmiş, onun etibarsız hesab olunması barədə ayrıca tələb irəli sürməmişdir. Müqavilə ləğv edilmədiyindən və ya etibarsız sayılmadığından hüquqi nəticə doğurmaqda davam edir.
2. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, cavabdehin avtomobil üzərində sahibliyi qanunsuz deyil, hüquqi əsas – alqı-satqı müqaviləsi və dövlət qeydiyyatı ilə təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçının vindikasiya hüququ yaranmamışdır. Mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə təsbit olunması cavabdehin həmin əmlak üzərində tam səlahiyyətli mülkiyyətçi olduğunu göstərir və əmlakın geri qaytarılması üçün hüquqi əsas mövcud deyildir.
3. Torpaq sahəsinə gəldikdə isə 0.07 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 adına qeydiyyata alınmışdır. Mülki Məcəlləsinin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı vərəsələrə qanun və ya vəsiyyət üzrə keçir. Həmin Məcəllənin 1157-ci maddəsinə görə isə bir neçə vərəsə olduqda miras bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə məxsus olur. Qanun üzrə vərəsəlik zamanı bacı və qardaşlar ikinci növbə vərəsələr hesab edilirlər. Bu baxımdan, torpaq sahəsi miras əmlakı olmaqla bütün vərəsələrə birgə məxsusdur və bölüşdürülmədiyi müddətdə hər hansı bir vərəsənin həmin əmlak üzərində müstəsna mülkiyyət hüququ yaranmır. Iddiaçı torpaq sahəsini şəxsi vəsaiti hesabına aldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Dövlət reyestrində mülkiyyət hüququ mərhumun adına qeydiyyatda qaldığından və miras hüququnun rəsmiləşdirilməsi aparılmadığından cavabdehin qanunsuz hərəkəti müəyyən edilməmişdir.
4. Maddi ziyanın ödənilməsi tələbinə münasibətdə isə Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqa zidd hərəkət, səbəbli əlaqə və təqsir sübuta yetirilməlidir. Iddiaçı Bakıdan Lənkərana səfərlərlə, həmçinin digər məsələlərlə bağlı 4500 manat xərc çəkdiyini bildirsə də, həmin xərclərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığını və real zərər təşkil etdiyini sübut edən yetərli və mötəbər sübutlar təqdim edilməmişdir. Təkcə izahat və ümumi iddia zərərin sübut olunmuş hesab edilməsi üçün kifayət deyildir.
5. Bundan əlavə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı sübut verməmişdir. Məhkəmə yalnız təqdim olunmuş və iclasda tədqiq edilmiş sübutlara əsaslana bilər. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı prosessual normalara riayət etmiş və iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmışdır. Bütün yuxarıda şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, Mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.