Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-613/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətiin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin : 1. ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydinin ləğv edilməsi; 2. icra qeydi nəticəsində mənzilinə yönəlmiş bütün hüquqi nəticələrin (girov, yüklülük, icra tədbirləri və s.) aradan qaldırılması; 3. mənzilinin faktiki bazar dəyərinin yenidən müstəqil ekspertiza vasitəsilə müəyyən edilməsi; 4. kredit təşkilatının fəaliyyətində qanun pozuntuları ilə bağlı maliyyə və hüquqi araşdırmanın aparılması üçün materialların aidiyyəti qurumlara göndərilməsi; 5. icra prosesinin təminat tədbiri kimi dərhal dayandırılması; 6. məhkəmə xərclərinin cavabdehdən tutulması; 7. kredit təşkilatının borclunu aldadaraq əmlakı dəyərindən aşağı qiymətləndirməsi, öhdəliklərin icrasına mane olması və Mülki Məcəllənin tələblərinə zidd olaraq əsassız varlanmaya cəhd etməsi səbəbilə barəsində məhkəmənin “xüsusi qərardad” çıxarmasını; 8. Lənkəran notariat ofisinin xüsusi notariusu X1 icra qeydi verərkən vəzifə səlahiyyətlərini aşması, borcluya xəbərdarlıq etməməsi, tələbin mübahisəli olmasına baxmayaraq icra qeydi tərtib etməsi və “Notariat haqqında” Qanunun tələblərini pozması səbəbilə onun barəsində də məhkəmənin “xüsusi qərardad” çıxarmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim: Muradağa Qasımov) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3.-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faiziHYPERLINK "https://eqanun.az/framework/2860" \l "_edn57" \o "" məbləğində dövlət rüsumu ödənilir. Belə ki, iş materiallarından görünür ki, mübahisə icra qeydinin icra edilməməli sənəd hesab olunmasına dair tələb ilə bağlıdır və icra qeydində müəyyən edilmiş tələb məbləği 29.787,15 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.11-ci maddəsinə əsasən tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədə iddialarda iddianın qiyməti barəsində mübahisə edilən məbləğlə müəyyən edilir. Bu baxımdan hazırkı iş üzrə iddianın qiyməti 29.787,15 manat hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat və 10.000 manatdan yuxarı olan hissənin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Hazırkı halda iddianın qiyməti 29.787,15 manat olduğundan, 10.000 manatdan artıq hissə 19.787,15 manat təşkil edir. Həmin məbləğin 0,3 faizi 59,36 manat olmaqla, birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməli dövlət rüsumunun ümumi məbləği 179,36 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya şikayətinin verilməsinə görə həmin məbləğin 50 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Beləliklə, hazırkı apellyasiya şikayəti üzrə ödənilməli dövlət rüsumu 89,68 manat təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti verilərkən qeyd olunan məbləğdə dövlət rüsumu ödənilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in: 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəf apellyasiya şikayətinin verilməsinə görə 89,68 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, dövlət rüsumunu qanunla müəyyən olunmuş məbləğdə ödəməmişdir. Məhkəmə tərkibi yekun dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Çünki hazırki şikayət Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətinin MPM-nin 357- 363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPMnin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir;HYPERLINK "http://eqanun.az/framework/46945" \l "_edn336" 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi, QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-613/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-613/2026
21.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver