Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-635/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Cavabdeh 3950.77 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Cavabdeh müddətin bərpasına dair ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: iddiaçı İddiaçı ilə birlikdə işləmişlər. İşlədikləri müddət ərzində 2016-cı ildə maddi çətinlik səbəbindən kredit götürmək qərarına gəldilər. İddiaçı adına kredit götürmək mümkün olmadığından onun adına kredit müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə zamin olmuşdur. Kredit müqaviləsi üzrə 9.000 manat puldan 4000 manat hissəsini İddiaçı vermişdir. Müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçı maddi cəhətdən çətinliyi olduğundan (həyat yoldaşının ayağı sındığından) pul lazım olmuş, Rusiya Federasiyasına getmək zərurəti olduğundan qalıq 4000 manat pulu İddiaçı hissəli şəkildə ödənilməsi üçün vermişdir. Sonradan İddiaçı müqavilə üzrə ödəniş etməmiş, məhkəməyə müraciət edərək qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra İddiaçı ona qarşı iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etməsi barədə məlumat almışdır. Məhkəmənin qətnaməsini ##.##.2026-cı il tarixdə rəsmi qaydada almışdır. Hazırda Şirvan Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən narazı qaldığı üçün həmin məhkəmə aktını mübahisələndirmək istəyir və qətnamənin ləğv edilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş edir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı İddiaçı izahatında bildirmişdir ki, borclu 3-4 ay bundan əvvəl zəng edərək ona 1.000 manat pul verəcəyini deyərək ərizəsini geri götürməsini bildirmişdir. Borclu sadəcə vaxt qazanmaq istəyir. Heç bir ödəniş etmir. Hazırda ölkə xaricindədir. İcra şöbəsinə müraciət etmişdir. Axtarışda olduğunu bildirmişlər. Borcunun tam şəkildə qaytarılmasını tələb edir. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Sonuncu qərardaddan cavabdeh Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnaməni ##.##.2026-cı il tarixdə rəsmi almışdır. Birinci instansiya məhkəməsi qətnaməsindən narazı qaldığı üçün həmin məhkəmə aktını mübahisələndirmək istəyir və qətnamənin ləğv edilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şirvan Şəhər Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh poçt vasitəsi ilə göndərilmiş, lakin zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd edilən qətnamə barədə məlumatı olmamışdır. Belə ki, qətnamə qəbul edildiyi müddətdə Azərbaycan Respublikasında olmadığından məhkəmənin qətnaməsini almamışdır. Bu barədə məlumatı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən məlumat verilməklə almışdır. Qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Həmin tarixdə də qətnamənin surəti cavabdeh Cavabdeh məhkəmə qəbzinə ##.##.2026-cı il tarixdə imza etməklə qəbul etmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi ## ##### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni apellyasiya şikayəti, müvafiq müddətin son günündən 04 gün keçdikdən sonra verilmişdir. Bununla da cavabdeh qanunla müəyyən edilmiş apellyasiya müddətini ötürmüşdür. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Apellyasiya müddətinin bərpa edilməsi üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-635/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-635/2026
11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver