Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-638/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından İsmayılov Tərlan Xasay oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Tərlanov İsmayıl Xasay oğlu iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şirvan şəhəri R Mahmud İbrahimov küçəsi */*** saylı ünvanda yerləşən ümumi sahəsi 60 kv.m olan 1 girişli qeyri-yaşayış binasının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı olmadan satılmasının rəsmiləşdirilməsinin Şirvan şəhər * saylı Notariat ofisinə həvalə edilməsi haqqında tələb etmişdir. Şirvan Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərlanov İsmayıl Xasay oğluna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan *(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərlanov İsmayıl Xasay oğluna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair 2(5-97)-1316/2026 mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Həmin mülki iş həll edilməyincə hazırkı işə baxmaq mümkün olmadığından qeyd edilən iş üzrə qəbul ediləcək məhkəmə aktı qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Qərardaddan İsmayılov Tərlan Xasay oğlu şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, anası X7 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 76.19 kv.m olan 5 taqlı mənzili ##.##.2000-ci il tarixdə Tərlanov İsmayıl Xasay oğluna Bakı şəhər ** saylı dövlət notariat kontorunun notariusunda mənzil bağışlanma müqaviləsi əsasında bağışlamışdır. Qeyd edilən mənzil üzrə ##.##.2000-ci il tarixli *** saylı reyestr kitabında 107925 səhifədə (**/***** nömrəli) seriya ÖM ****** nömrəli Bakı şəhəri İcra hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətində olan mənzili ****** nömrəli alğı-satqı müqaviləsi əsasında ##.##.2003-cü il tarixdə X1 98000000 manata satmışdır. Daha sonra əldə edilmiş pul vəsaitinə ##.##.2003-cü il tarixdə Əli-bayramlı şəhər sakini Osmanov Dilavər İman oğlunun mülkiyyətində olan Əli-bayramlı (indiki Şirvan) şəhəri L-nt İbrahimov küçəsində yerləşən bir otaqlı ticarət sahəsi 60.7 kv.m olan qeyri-yaşayış (mağaza) sahəsini 42000000 manata alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Əldə edililmiş qeyri-yaşayış sahəsi üzrə reyestr nömrəsi 911011000094-06301 qeydiyyat nömrəsi 130600163 qeydiyyat tarixi ##.##.2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərlanov İsmayıl Xasay oğluna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan *(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılması barədə qərar qəbul edilmişdir. Qeyd edilən daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də, əmlakın əldə edilməsi üçün zəruri olan vəsait anası X7 tərəfindən ona bağışlanmış mənzilin satılmasında əldə edilmiş pul vəsaiti hesabına əldə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda iş üzrə icraat məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılması prosessual qanunvericiliyin tələblərinə tam uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Belə nəticəyə gəlməyə əsas verən hal ondan ibarətdir ki, hazırkı mübahisə iddiaçının qeyri-yaşayış binasının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı olmadan satılmasının rəsmiləşdirilməsinin Şirvan şəhər * saylı Notariat Ofisinə həvalə edilməsi tələbi ilə bağlı olsa da, həmin tələbin həlli mübahisə predmeti olan əmlakın hüquqi rejiminin müəyyən edilməsindən birbaşa asılıdır. Belə ki, iş materiallarından görünür ki, hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərlanov İsmayıl Xasay oğluna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki işə baxılır. Həmin iş üzrə araşdırılmalı əsas məsələlərdən biri mübahisəli qeyri-yaşayış binasının ər-arvadın birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət obyekti olubolmamasının müəyyən edilməsidir. Bu hazırkı mübahisənin həlli baxımından həlledici əhəmiyyət daşıyır. Məhkəmə tərkibi qeyd edir ki, əgər digər məhkəmə icraatında mübahisəli əmlakın tərəflərin nikahda olduqları dövrdə əldə edildiyi və onların ümumi birgə mülkiyyətinə aid olduğu müəyyən edilərsə, həmin əmlak üzərində sərəncam verilməsi zamanı hər iki tərəfin razılığının tələb olunması məsələsi meydana çıxacaq və bu hal hazırkı iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə birbaşa təsir göstərəcəkdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün qiymətləndirmiş və nəticə etibarilə qanuni, əsaslı və ədalətli qənaətə gəlmişdir. Buna görə də, həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadından İsmayılov Tərlan Xasay oğlu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-638/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-638/2026
11.06.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver