Məhkəmə qərarları › İş №2(3-9)-71/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-71/2026

07.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-71/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi. Şirvan şəhəri, # ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. İ.Məmmədov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X10 miras qalmış Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə Astara rayonunun Pensar kəndində yerləşən 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinə, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə Astara rayonunun Pensər kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1965-ci il tarixdə Astara rayonunun Pensar kəndində anadan olmuşdur. Onun əmisi, ##.##.1929-cu il təvəllüdlü X9, ##.##.1925-ci il təvəllüdlü X10 ilə ailə həyatı qurmuşdur. Onların bu nikahdan övladları olmamışdır. O, məktəbli olarkən X2 onu qeyri-rəsmi övladlığa götürmüş və o, uşaqlıqdan əmisinin himayəsində yaşamışdır. Orada yaşadığı müddət ərzində X30 ilə rəsmi nikaha girmiş və bu nikahdan onların dörd övladı dünyaya gəlmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə Astara rayonunun Pensər kəndində əmisi Şirəli Məmmədova və onun arvadı Vəsi Bayramovaya 0,14 hektar həyətyanı torpaq sahəsi, habelə Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə həmin kənddə 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin üzərində əmisi tərəfindən inşa edilmiş balaca daxma olmuşdur. O, həmin daxmanı sökdürərək orada bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. Tikdirdiyi evdə əmisi Şirəli, onun arvadı Vəsi, özü və ailə üzvləri birlikdə yaşamışlar. X2 ##.##.2009-cu il tarixdə, onun arvadı X10 isə ##.##.2009-cu il tarixdə vəfat etmişlər. Onları dəfn edən və hüzr xərclərini qarşılayan da özü olmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0,14 hektar həyətyanı torpaq sahəsini və onun üzərindəki bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evini, həmçinin ##.##.2002-ci il tarixli ** saylı qərarla verilmiş 0,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o, faktiki olaraq qəbul etmiş və idarə edir. Qeyd edilən əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün o, aidiyyəti üzrə Astara rayon Notariat ofisinə müraciət etmiş, lakin notariusun ##.##.2025-ci il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İddiaçı İddiaçı X9 və X10 miras qalmış Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə Astara rayonunun Pensar kəndində yerləşən 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinə, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə Astara rayonunun Pensər kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə iddiaçı İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon məhkəməsi işi hərtərəfli araşdırmadan iddianı təmin etməmişdir. Bütün sənədlər və sübutlar mülki işin materiallarına əlavə edilmişdir. Lakin, məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. İddia ərizəsində qeyd edilən halların cavabdehin təqsirindən baş verməsini təsdiq edən sübutlar əlavə edilmişdir. Belə ki, mərhum X10 adına ##.##.2013-cü il tarixdə vərəsəlik işi Vəsi Bayramovanın yalnız bankda olan pul vəsaitinin əldə edilməsi üçün açılmışdır. X22 Bayramova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də torpaq mübahisəsindən söhbət gedə bilməz. X17 ailə üzvləri də bilir və etiraz etmirlər ki, X10 adına olan torpaq sahəsini miras kimi iddiaçı qəbul etmiş və indiyədək idarə etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı bildirmişdir ki, 1965-ci il tarixində anadan olmuş və 1979-cu il tarixindən indiyədək əmisi Şirəlinin yanında və evində yaşamışdır. Əmisinin övladı olmamışdır. Hərbi xidmətə də həmin evdən getmiş, toyunu da əmisi Şirəli etmişdir. Hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, 0,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də onun istifadəsindədir. Bildirmişdir ki, atası X13 ##.##.2020-ci, X9 ##.##.2009-cu, X5 ##.##.2011-ci, X18 isə ##.##.2007-ci il tarixində vəfat etmişdir. Həmçinin qeyd etmişdir ki, onun arvadı analığı Vəsinin qohumudur. Vəsinin qohumlarının da onun həmin mirası qəbul etməsinə heç bir etirazları yoxdur. Cavabdehə və maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməninmübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-ci maddəsinə əsasən Qanun üzrə vərəsələr: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə və hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz, həmin qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş ##.##.2025-ci il tarixli *** nömrəli Astara rayon İHBnin Pensər kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayon Pensər kəndində yaşayır. İş materialına əlavə edilmiş ## #### 2025-ci il tarixli notariat hərəkətlərin aparmaqdan imtina edilməsi barədə qərardan görünür ki, Miras qoyan ##.##.2009-cu il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahələrinə dair hərəkətinin aparılmasından imtina edilmişdir. İş materialına əlavə edilmiş ##.##.2012-ci il tarixli *** nömrəli arayışdan görünür ki, X10 vəfatına qədər Astara rayonu Pensər kəndində yaşamışdır. Onun öümündən sonra həmin evdə əri X9 və qaynı oğlu İddiaçı yaşamışdır. İşə əlavə edilmiş ## ###### 2024-cü il tarixli ** nömrəli Astara rayonu İHB-nın Pensər kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayonu Pensər kəndində yaşayır və arvadı- X30, oğlu- X3, gəlini- X7, nəvəsi- X14, nəvəsi- X4 və nəvəsi - X8 ailə tərkibi vardır. İş materiallarına əlavə edilmiş AZ-İ ****** nömrəli ## #### 2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 ##.##.2009-cu ildə ölmüşdür. Bu barədə akt qeydləri kitabında ## #### 2009-cu ildə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ ****** nömrəli ## ####### 2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 ##.##.2009-cu ildə ölmüşdür. Bu barədə akt qeydləri kitabında ## #### 2009-cu ildə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş JN – 387A KOD 80106018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş 0.14 hektar kooperativ bağlar, dövlət bağçılıq təsərüfatının bağı X19 və X11 mülkiyyətinə verilmiş və 286 nömrə ilə kitabda qeydə alınmışdır. İş materialında olan ## ####### 2025-ci il tarixli *** saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Astara Rayon Notariat Ofisinin İddiaçı cavabında görünür ki, ##.##.2009cu il tarixdə vəfat etmiş əmisi X12 və ##.##.2009-cu il tarixdə vəfat etmiş arvadı X10 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Astara rayon notariat ofisinə daxil olmuş müraciətinə baxılmışdır. Bildiririk ki, mərhum X10 adına ##.##.2013- cü il tarixdə vərəsəlik işi açılmış və X22 Bayramova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Nəzərinizə çatdırılır ki, miras qoyan V.Bayramovadan miras qalmış əmlaka dair şəhadətnamə verilib-verilməməsindən asılı olmayaraq, İddiaçı həmin şəxsə münasibətdə vərəsə kimi qeyd edilə bilməz. İş materiallarında olan Məmmədov Şirəli (Şirinəli) Gəncəli oğlunun, İddiaçı və X13 doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Məmmədov Şirəli (Şirinəli) Gəncəli oğlu və X13 qardaşdırlar və İddiaçı X13 övladıdır. İş materiallarında olan # ####### 2025-ci il tarixli, 3-16-5/8-4440/2025 və *-**-*/*- ****/**** nömrəli arayışlardan görünür ki, Məmmədov Şirəli (Şirinəli) Gəncəli oğlunun qardaşlarından biri olan X5 ## ####### 2011-ci il tarixində, X18 isə # #### 2007-ci ildə vəfat etmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Astara rayon məhkəməsi işi hərtərəfli araşdırmadan iddianı təmin etməmişdir. Bütün sənədlər və sübutlar mülki işin materiallarına əlavə edilmişdir. Lakin, məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. İddia ərizəsində qeyd edilən halların cavabdehin təqsirindən baş verməsini təsdiq edən sübutlar əlavə edilmişdir. Belə ki, mərhum X10 adına ##.##.2013-cü il tarixdə vərəsəlik işi Vəsi Bayramovanın yalnız bankda olan pul vəsaitinin əldə edilməsi üçün açılmışdır. X22 Bayramova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də torpaq mübahisəsindən söhbət gedə bilməz. X17 ailə üzvləri də bilir və etiraz etmirlər ki, X10 adına olan torpaq sahəsini miras kimi iddiaçı qəbul etmiş və indiyədək idarə etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.

1. İşin müəyyən olunmuş hallarından görünür ki, ##.##.1929-cu il təvəllüdlü X9, ##.##.1925-ci il təvəllüdlü X10 ilə ailə həyatı qurmuş və onların bu nikahdan övladları olmamışdır. Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə Astara rayonunun Pensər kəndində Şirəli Məmmədova və onun arvadı Vəsi Bayramovaya 0,14 hektar həyətyanı torpaq sahəsi, habelə Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə həmin kənddə 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

2. İddiaçının X2 ##.##.2009-cu il tarixdə, onun arvadı X10 isə ##.##.2009-cu il tarixdə vəfat etmişlər.

3. Həmçinin iddiaçı İddiaçı uşaqlıq dövründən mərhum X2nun və X10 himayəsində yaşamış, onlarla birlikdə eyni təsərrüfatı aparmışdır. O, həmin evdə yaşamamış, həm də sonradan miras qoyanlara məxsus torpaq sahəsində yerləşən tikilini sökərək öz vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa etmiş, sonradan həmin əmlakı faktiki olaraq qəbul edərək idarə etmiş, hazırkı vaxtda da ailə üzvləri ilə birlikdə həmin miras əmlakda yaşayır. Miras qoyanların vəfatından sonra onların dəfn və hüzr xərcləri də məhz iddiaçı tərəfindən qarşılanmışdır.

4. İş materiallarında olan arayışlardan və izahatlardan görünür ki, miras açıldıqdan sonra da iddiaçı həmin əmlaklar üzərində faktiki sahiblik və istifadə hüququnu davam etdirmiş, həmin torpaq sahələrini idarə etmiş və ailəsi ilə birlikdə orada yaşamışdır. Bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın faktiki qəbuluna dair müddəaları baxımından hüquqi əhəmiyyət kəsb edir və iddiaçının miras hüququnun yaranmasını təsdiq edən əsas faktorlardandır. Birinci instansiya məhkəməsi isə bu hallara lazımi hüquqi qiymət verməmiş, iddianın rəddini yalnız onunla əsaslandırmışdır ki, mərhum X10 adına əvvəllər başqa şəxsə vərəsəlik şəhadətnaməsi verilmişdir və bu səbəbdən iddiaçı vərəsə kimi tanına bilməz. Kollegiya hesab edir ki, bu yanaşma formal xarakter daşıyır və işin bütün faktiki hallarını əhatə etmir.

5. Belə ki, apellyasiya şikayətində də əsaslı olaraq göstərilmişdir ki, ##.##.2013-cü il tarixli vərəsəlik işi yalnız mərhumun bank hesabında olan pul vəsaitinə münasibətdə açılmış, torpaq sahələri və yaşayış evi üzrə faktiki qəbul edən şəxs kimi iddiaçının hüquqları araşdırılmamışdır. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi həmin şəhadətnaməni bütün miras əmlaka şamil edərək yanlış hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda, Mülki Məcəllənin 1159-cu maddəsi üzrə vərəsəlik növbələri formal qaydada tətbiq edilsə də, məhkəmə iddiaçının faktiki olaraq mirası qəbul etməsi, uzun illər həmin əmlakı idarə etməsi, miras qoyanlarla birgə təsərrüfat aparması kimi halları ümumiyyətlə nəzərə almamışdır. Halbuki, bu hallar mübahisəli əmlak üzərində hüququn müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

6. Göründüyü kimi iddiaçının X2 ##.##.2009-cu il tarixdə, onun arvadı X10 isə ##.##.2009-cu il tarixdə vəfat etmişlər. Müəyyən edilir ki, X10 əri X9 əvvəl vəfat etmiş və buna görə də Ş.Məmmədov miras əmlakları olan 0,14 hektar həyətyanı və 0,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini miras olaraq tam qəbul etmişdir. Müəyyən edilir ki, onların övladları olmamış və beləliklə də onların birinci növbə vərəsələri yoxdur. Həmçinin işdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, miras qoyan X9 qardaşları, həmçinin iddiaçının atası X13 və onun əmiləri X5, X18 vəfat etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən açıq şəkildə müəyyən olunur ki, iddiaçı İddiaçı miras qoyan X9 ilə qohumluq əlaqəsində olub onun qardaşı oğludur. Bu halda MM-in 1159.2-ci maddəsinə əsasən X13 övladı olan İddiaçı ikinci növbə qanun üzrə vərəsə hesab edilir. Belə ki, MM-nin 1159.2-ci maddəsinə görə ikinci növbədə qanun üzrə vərəsələr ölənin bacıları və qardaşları hesab edilir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

7. İş materialları ilə təsdiq olunur ki, miras qoyanların övladları olmadığından onların birinci növbə vərəsələri mövcud olmamışdır. Bu halda qanunvericiliyin imperativ tələbinə əsasən vərəsəlik hüququ növbəti, ikinci növbə vərəsələrə keçir və iddiaçı həmin dairəyə daxil olan şəxs kimi miras hüququ əldə edir. Bu hüquqi nəticə birbaşa qanundan irəli gəlir və əlavə sübut tələb etmir.

8. Bundan əlavə, məhkəmə sübutların qiymətləndirilməsi zamanı da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında iddiaçının əmlakı faktiki qəbul etməsini təsdiq edən arayışlar, izahatlar və digər sənədlər mövcud olduğu halda, məhkəmə bu sübutları kompleks şəkildə qiymətləndirməmiş və yalnız notariat orqanının imtina məktubunu əsas götürmüşdür. Halbuki, notariatın imtinası mülki hüququn mövcud olubolmaması məsələsini həll edən qəti sübut hesab edilə bilməz. Apellyasiya şikayətində də haqlı olaraq göstərildiyi kimi, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları, xüsusilə mirasın faktiki qəbul edilməsini, iddiaçının uzun müddət əmlakı idarə etməsini və digər şəxslərin bu əmlaka iddia etməməsini araşdırmamış, nəticədə qətnamə işin həqiqi hallarına uyğun olmamışdır. Kollegiya hesab edir ki, iddiaçının mirası faktiki qəbul etməsi, həmin əmlakı idarə etməsi və miras qoyanlarla birgə təsərrüfat aparması sübut olunduğundan, onun miras əmlak üzərində hüquqlarının tanınması üçün hüquqi əsaslar mövcuddur. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi həm maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, həm də sübutların düzgün qiymətləndirilməməsi ilə nəticələnmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edir və iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası kollegiyası belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı və iddiaçı İddiaçı mübahisəli miras əmlaklara münasibətdə vərəsəlik hüququ tanınmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı “miras əmlaklara mülkiyyət hüququnun əldə edilməsi” tələbinə dair iddiası təmin edilsin. X9 və X10 miras qalmış Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə Astara rayonunun Pensər kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə, habelə Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə həmin kənddə 0,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçı İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Birinci və apellyasiya instansiyalarına iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar