Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-755/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi iddiaçı3 iştirakı ilə, İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər Salyan Regional Asan Xidmət Mərkəzinin Notariat ofisi və X1 qarşı “mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi, mirasdan payların müəyyən edilməsi və paylara mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər Salyan Regional Asan Xidmət Mərkəzinin Notariat ofisi və X1 qarşı “mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi, mirasdan payların müəyyən edilməsi və paylara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2012-ci il tarixdə vəfat etmiş X2 tərəfindən miras qalmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi İdarəsində mərhum X2 adına Daşınmaz Əmlakın reyestrində ##.##.2025-ci ildə 1325020968 nömrə ilə qeydə alınmış çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 120 kv m fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsinin onlar tərəfindən - mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 120 kvm fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsinin 5/8 (səkkizdə beş) hissəsinə onun yəni iddiaçı2, 1/8 (səkkizdə bir) hissəsinə ##.##.1980-cı ildə anadan olmuş iddiaçı3, 1/8 (səkkizə bir) hissəsinə ##.##.1976-cı ildə anadan olmuş Sadıqova (Qaçayeva) Rövşanə Cahangir qızının və 1/8 (səkkizdə bir) hissəsinə isə ##.##.1974-cü il tarixdə anadan olmuş Usubova (Qaçayeva) Sevinc Cahangir qızının, pay hüquqlarının tanınaraq, mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şahəddin Kələntərov) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı iddiaçı3 apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi iddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Salyan Regional Asan Xidmət Mərkəzi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çox olması səbəbi ilə məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddia tələbinin mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Məhkəmə tərkibi iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi barədə tələbini həll edərkən, həmin tələbin məhkəməyə qədər rəsmiləşdirilməsi qaydasına riayət olunub-olunmamasını araşdırmalı idi. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariat qaydasında həyata keçirildiyindən, miras əmlakının vərəsələr arasında rəsmiləşdirilməsi məqsədilə ilk növbədə müvafiq notariat orqanına müraciət edilməli, notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi halda isə həmin imtina ilə bağlı məhkəməyə müraciət edilməlidir. Belə olan halda, iddiaçıların mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi barədə birbaşa məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulan ilkin prosedur tam həyata keçirilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçıların qeyd olunan tələbi üzrə məhkəməyə müraciətdən əvvəl qanunla nəzərdə tutulmuş qaydaya riayət edilib-edilməməsinə hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıların mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi barədə tələbinə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normasının tələblərini pozmuş, həmin tələb üzrə məhkəməyə müraciətdən əvvəl zəruri olan qaydaya riayət edilməməsinin hüquqi nəticələrini nəzərə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddiaçıların mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi barədə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi qismən-iddia tələbinin mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi hissəsində ləğv edilməli, iddia ərizəsi həmin hissədə bаxılmаmış sаxlаnılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi: QƏRARA ALDI: İddiaçı iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddia tələbinin mirasın qəbul edilməsi müddətinin keçməsinin üzrlü hesab edilməsi hissəsində ləğv edilsin. İddia ərizəsi həmin hissədə bаxılmаmış sаxlаnılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-755/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-755/2026
03.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver