Məhkəmə qərarları › İş №2(3-9)-774/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-774/2026

03.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-774/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər cavabdeh2, cavabdeh3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər X4, X13 və cavabdeh2 qarşı “paylı mülkiyyətçiyə kompensasiya ödənilməklə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər X4 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdehlər X4, X13 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsinində payçı olan cavabdeh2 (FİN *******), cavabdeh1 (FİN 14./9MTM) və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının (FİN *******) hər birinin 0,33 faiz paylarının İddiaçı tərəfindən 1600 manat kompensasiyanın ödənilməsi yolu ilə onlardan ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçası “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, hərrac vasitəsilə özəlləşdirilməsi barədə ##.##.2007-ci il tarixdə qərar qəbul edilmiş və ##.##.2007-ci il tarixdə keçirilmiş hərracda İddiaçı rəhbərlik etdiyi əmək kollektivi tərəfindən satın alınmışdır. Əmək kollektivinin 3 üzvündən (payçılar) başqa qalan bütün üzvləri özlərinə məxsus olan çekləri öz dəyərləri qarşılığında İddiaçı satmışlar. Hazırkı vəziyyətdə Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının əhəmiyyətli hissəsi, yəni 99,01 faizi İddiaçı məxsus olmaqla qalan 0,99 faizi 3 eyni dərəcəli payla, yəni hər birinə münasibətdə 0,33 faiz payla cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızına məxsusdur. ## #### 2025-ci il tarixdə cavabdeh2, cavabdeh1 və cavabdeh3 əmlak üzrə olan 0,33 % paylarının 1.600 (bir min altı yüz) manat qarşılığında onlardan alınması həmin şəxslərə təklif olunsa da, onların qeyd olunan təklifə münasibət göstərməmişlər. Azərbaycan Respublikası Prezdentinin Sərəncamı əsasında əmək kollektivi ilə birgə özəlləşdirdiyi Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının hazırkı vaxta qədər təyinatı üzrə istifadə etmiş, hətta uşaq bağçası fəaliyyət göstərmədiyi dövrlərdə belə onun təyinatını dəyişdirməmiş, çox saylı (əmlakın kirayə yaşayış məntəqəsi, yataqxana, əyləncə obyekti, idman zalı kimi) təkliflər olmasına baxmayaraq yalnız təhsil obyekti və körpələr evi kimi istifadə edilməsi barədə niyyətindən ayrılmamışdır. Bundan əlavə özünün təsis etdiyi qeyri-hökumət təşkilatı ilə yüzlərlə az təminatlı uşaqların saxlanılmasında, onlara maddi və mənəvi dəstək göstərilməsində iştirak etmiş, mənəvi borcu olan körpələrə əl tutmaq, onların xoşbəxt həyatının təmin etmək vəzifəsindən ayrılmamışdır. Hal-hazırda belə əmlakın bir hissəsində “X2” fəaliyyət göstərir və İddiaçı həmin bağçada menecer, yəni rəhbər vəzifəsində çalışır. 99,01 faizin mülkiyyətçisi olmağına baxmayaraq əmlak üzrə 100 faiz hüquqlara malik olmadığı üçün əmlakın təyinatı üzrə daha səmərəli istifadə edilməsində, onun öz yaralılığını artırılmasında, təhsilin inkişafında daha mühüm addımların atılması üçün kreditlərin götürülməsində, əmlakın həcminin artırılmasında çətinliklər yaranır. Təhsilin inkişaf konsepsiyalarını nəzərə alaraq, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində qarşıya qoyulmuş planlar olsa da, sözügedən şəxslərin razılığı olmadığı təqdirdə həmin planları həyata keçirilməsi qeyri-mümkündür. Qeyd olunan təmiz niyyətlərə, yəni körpələrə əl tutmaq, onların xoşbəxt həyatının təmin etmək arzusuna töhvə verilməsi və uşaq bağçasının fəaliyyətinin daha da yaxşılaşdırılması üçün mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onların iradəsinə zidd olaraq tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “xxxx” publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsi Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair ## ### 2025 tarixli arayışından görünür ki, Şirvan şəhər, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının İddiaçı münasibətdə olan 98.68 faiz payı ## ### 2025-ci il tarixinə bazar dəyəri 420000 (dörd yüz iyirmi min) manat təşkil edir. ## #### 2025-ci il tarixədək əmlak üzrə payçı olan X5 özünə məxsus olan 0,33 fazi payı İddiaçı satdığından hal-hazırda İddiaçı münasibətdə əmlak üzrə pay 99,01 faiz təşkil edir. cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının 0,33 faiz payının cəmi 0.99 ümumi dəyəri 4213,5 (dörd min iki yüz on üç manat əlli qəpik) manatdır (hər birinin ayrı-ayrılıqda 1.404,5 manat). Əmlak fiziki olaraq bölünməsi mümkün olmayan, funksional baxımdan vahid idarəetmə və istifadə tələb edən ictimai bina (uşaq bağçası) olduğundan, cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının hər birinin payı faktiki istifadə, gəlir əldə etmə və sərəncam hüququ baxımından əhəmiyyətsizdir, yəni cüzi pay hesab olunur. Hal-hazırda Şirvan şəhərində yerləşən X2 100 nəfərdən çox körpə təhsil və tərbiyə almaqdadır, daha onlarla valideyn öz körpələrini sözügedən bağçada təhsil və tərbiyə alması üçün sırada gözləyirlər. Ötən 13 il ərzində Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının inkişaf elətdirilərək uşaq qruplarının artılırılmamasının, əmlakın bir hissəsinin 10 ilə yaxın müddətdə fəaliyyətsiz qalmasının, uşaqlarının daha yüksək şəraitdə saxlanılması üçün tədbirlərin görülməməsinin, sahibkarlığa ayrılmış güzəştli kredit şərtlərindən yararlana bilməməsinin, bu kimi başqa inkişafa aparan addımların atılmamasının səbəbləri iddia ərizəsinin 21-ci bəndində göstərilmişdir. cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının hazırkı vaxta qədər Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının inkişafı üçün İddiaçı ilə birlikdə müsbət mənada hərəkət etməmələri bügünkü vaxt bağçada daha az uşağın təhsil və tərbiyə almasına şərait yaratmış, həmin bağçada daha çox şəxsin işləməsinin, dövlət büdcəsinə daha çox vergi ödənilməsinin qarşısını almışdır. Onların, yəni cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının 0,33 faiz payıları cüzi olmaqla, maraqları da İddiaçı, uşaqların, valideynlərin və cəmiyyətin maraqlarına münasibətdə cüzi qalmışdır. Hazırkı maliyyə vəziyyətinə görə yuxarıda adı çəkilən şəxslərin bundan sonrakı 5 il ərzində 0,33 fazi paya münasibətdə gəlirləri 1000 manatdan çox olmayacaqdır. Lakin 5 il ərzində 500 nəfərdən çox uşaq ilk təhsil pilləsinə tam hazır vəziyyətdə başlayaraq, gələcək təhsil həyatının təməlini qoymuş olur. Mənfi nəticə ondan ibarətdir ki, müəyyən inkişafın qarşısını kəsdikləri üçün hər il onlara körpə, uşaq daha yaxşı təhsil, daha yaxşı təhsil verilmə imkanından məhrum olunmuş qalır. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan görünür ki, Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən bina qeyri yaşayış obyekti olmaqla, təyinatı məktəbəqədər tərbiyə obyektidir. Əmlak naturada bölündükdə 0,33 fazi paya münasibətdə cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızına 5.06 m² sahə ayrılacaqdır. “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il # ###### tarixli, *** nömrəli qərarına əsasən 5.06 m² məktəbəqədər tərbiyə müəssisəsində bir uşaq üçün nəzərdə tutulmuş minumum standartlara belə cavab vermir. Nəzərə alınsa ki, onlar öz paylarını birləşdirərək vahid əmlak etmək düşüncəsindədirlər, 15.18 m² məktəbəqədər tərbiyə müəssisinin yaradılması üçün minumum standartlara cavab vermir. Baxmayaraq ki, mübahiləndirilən bina yaşayış sahəsi deyil, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”, Sanitariya norma və qaydalarının yaşayış sahələrinin gigiyenik tələblərinə əsasən Azərbaycan Respublikasında minimum yaşayış sahəsi ilə bağlı normativ yanaşma 1 nəfər üçün 12 m²dir (mətbəx, sanitar qovşaq, dəhliz daxil edilmir, onlarla birlikdə 1 nəfər üçün yaşayış evi təxminən 30–35 m² qəbul olunur). Göründüyü kimi əmlakın naturada ayrılmasını qeyri-mümkündür, sözügedən nəticə yalnız əmlakın istifadəsiz qalmasına, ondan istifadənin məhdudlaşdırılmasına, bir sözlə, əmlakın yararsızlaşdırmasına xidmət olmaqdadır. İddia ərizəsinə əlavə edilmiş müqavilələrdən görünür ki, Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsindən əldə olmuş gəlir 6000 manatdır (həmin məbləğə xalis mənfəət hesab olunmur və əmlakın saxlanılması üçün ayrılmış xərclər əlavə edilmir) və hər aya münasibətdə 0,33 faiz paya mənsub olan şəxslərin həmin paylara münasibətdə gəlirləri təxmini olaraq 19.80 manatdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının 0,33 faiz paya münasibətdə Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsindən aylıq gəlirləri Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumunun 10-da 1dən belə azdır. Belə olan halda onların ümumi əmlakdan istifadə etməsində mənafeləri mühüm deyildir və hesab edilir ki, kompensasiya olunmaqla paylarının ayrılması onlar üçün daha əlverişlidir. Həmçinin əmlaka payçı olan sözügedən şəxslərin payları kompensasiya olunduqda belə onların yaşamaq hüququ, sağlamlıq və həyat təhlükəsizlikləri, ailə və şəxsi toxunulmazlıq hüquqları, bir sözlə mühüm mənafeləri pozulmaycaqdır. Belə ki, həmin şəxslər Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yaşamırlar, orada onların sağlam yaşamalı üçün hər hansı müalicə kursu almırlar. Həmin ərazidə onların ailələri və ya təhlükəsizikləri ilə bağlı hər hansı təhlükə yaradacaq amil yoxdur. Yuxarıda qeyd olunan əsaslandırmadan, qanunvericilik normalarından və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydındır ki, öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onların iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi üçün Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş bütün şərtlər eyni zamanda mövcuddur. Hazırkı vəziyyətdə payların ayrılması Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsinin inkişaf elətdirərək daha çox uşağın təhsil və tərbiyə alması üçün, daha çox müəllimin, tərbiyəçinin və s. şəxslərin işləməsi üçün və dövlət bütcəsinə daha çox vergi ödənilməsi üçün şərait yaradacaqdır. Odur ki, sahibkarlıq fəaliyyətinin inkişaf elətdirilməsi, Şirvan şəhər T.İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsinində daha çox uşağın təhsil və tərbiyə alması, həmin müəssisədə daha çox şəxsin işləməsi, dövlət büdcəsinə daha çox vergi ödənilməsi üçün payçılar cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının hər birinin 0,33 faz paylarının onların iradəsinə zidd olaraq İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə ayrılmasına dair yekun məhkəmə aktının qəbul edilməsi xahiş olunur. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsində payçı olan cavabdeh2 (FİN *******), cavabdeh1 (FİN *******) və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının (FİN *******) hər birinin 0,33 faiz paylarının İddiaçı tərəfindən 3500 (üç min beş yüz) manat kompensasiyanın ödənilməsi yolu ilə onlardan ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilmiş, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsində hər biri 0,33 faiz payçı olan cavabdehlər X4, X13 və cavabdeh2 hər birinə iddiaçı İddiaçı tərəfindən 3500 manat kompensasiya ödənilməsi yolu ilə onların pay hüquqlarına xitam verilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq cavabdehlər X4, X13 və cavabdeh2 müştərək qaydada 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ**NABZ******************** saylı bank hesabına köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manatın cavabdehlər X4, X13 və cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüquqi üzrə paylı mülkiyyətdə adlarına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində cavabdeh1 0.33 hissə ##.##.2013-cü ildə, cavabdeh2 Hüseyn qızının 0.33 hissə ##.##.2013-cü ildə, X5 0.33 hissə ##.##.2013-cü ildə, cavabdeh3 0.33 hissə ##.##.2013-cü ildə və İddiaçı 98.68 hissə ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın qiymətləndirilməsinə dair ##.##.2025-ci il tarixli arayışından görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqmüəyyənedici sənədlərə əsasən ərizəçinin payına düşən hissəsinin (98.68 hissəsi) ## ### 2025-ci il tarixinə bazar dəyəri 420000 manat təşkil edir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüquqi üzrə paylı mülkiyyətdə adlarına daşınmaz əmlakın dövlət reyestrində cavabdeh1 0.33 hissə ##.##.2013-cü ildə, cavabdeh2 Hüseyn qızının 0.33 hissə ##.##.2013cü ildə, cavabdeh3 0.33 hissə ##.##.2013-cü ildə və İddiaçı 99.01 hissə ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. ##.##.2015-ci il tarixli, ** №-li icarə müqaviləsinin surətindən görünür ki, bir tərəfdən Əhməd Ağabala qızı (icarəyə verən) və digər tərəfdən Alfa Kursları MMC-nin direktoru X3 (icarəçi) arasında Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən 800 kv.m əsas sahəsi olan əmlakı təhsil fəaliyyəti üçün ## ######## 2015-ci il tarixdən ## ######## 2017ci il tarixə qədər 2 il müddətinə bağlanmış və imzalandığı andan qüvvəyə minir. Müqavilənin müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilə yenidən müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. İcarə müqaviləsinin müddəti 2 il, icarə haqqının məbləği 1000 (min) manat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə “X1 Bağçası” MMC (icarəçi) adından qanuni təmsilçi X8 arasında müqavilə bağlamışlar. İcarəyə verən mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında ümumi sahəsi 2117.57 kv.m olan qeyri-yaşayış sahəsinin 98.68 hissəsini 5 il müddətinə icarəçinin istifadəsinə və sahibliyinə verir. İcarə müddətinin bitməsinə azı 6 ay qalmış tərəflərdən hər hansısa biri bu müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə müddətin bitmə anına olan eyni şərtlərlə 5 il müddətinə avtomatik uzadılmış hesab edilir. İcarə haqqı vergi və məcburi ödənişlər daxil olmaqla aylıq 4844.97 manat olmaqla illik toplam 58139.64 manat təşkil edir. İcarə haqqı müqavilənin imzalanma tarixindən asılı olmayaraq ##.##.2024-cü il tarixindən etibarən hesablanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, qərardadın birinci və ikinci sualları üzrə Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məktəbəqədər tərbiyə müəssisəsi olduğunu, payçılara düşən payı “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər kabinetinin # ###### 2012-ci il tarixli, **** nömrəli qərarının tələblərini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin paylara uyğun naturada ayrılması texniki baxımdan mümkün deyildir. Qərardadın ikinci sualı üzrə qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, UNİ/İ-51-051/2026 nömrəli ekspert rəyindən görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin məktəbəqədər tərbiyə müəssisəsi hazırda satış (bazar) qiyməti 1054000.0 (bir milyon əlli dörd min) manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Şirvan şəhəri T.İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə cavabdeh1 0.33 hissədə, cavabdeh2 Hüseyn qızının 0.33 hissədə, cavabdeh3 0.33 hissədə və İddiaçı 99,01 hissədə payları müəyyən edilmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məktəbəqədər tərbiyə müəssisəsi olduğunu, payçılara düşən payı “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli **** nömrəli qərarının tələblərini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin paylara uyğun naturada ayrılması texniki baxımdan mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, UNİ/İ 51-051/2026 nömrəli mütəxəssis rəyindən görünür ki, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məktəbəqədər tərbiyə müəssisəsi hazırda satış (bazar) qiyməti 1054000.0 (bir milyon əlli dörd min) manat təşkil edir. Hazırda iddiaçı Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsində payçı olan cavabdeh2 (FİN *******), cavabdeh1 (FİN *******) və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının (FİN *******) hər birinin 0,33 faiz paylarının İddiaçı tərəfindən 3500 (üç min beş yüz) manat kompensasiyanın ödənilməsi yolu ilə onlardan ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan normalardan çıxış edərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyini və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, UNİ/İ-51-051/2026 nömrəli mütəxəssis rəyində göstərilən xüsusatları, cavabdehlərin paylarının cüzi olması, naturada ayrılmasının mümkün olmaması, habelə iddiaçı tərəfindən payların müəyyən edilmiş bazar dəyərinə uyğun kompensasiyasına təklif olunması nəzərə alınmaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər tərbiyə müəssisəsində hər biri 0,33 faiz payçı olan cavabdehlər X4, X13 və cavabdeh2 hər birinə 3500 manat kompensasiya ödənilməsi yolu ilə onların pay hüquqlarına xitam verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi, Mülki Məcəllənin 213, 217, 216, 220.4, 220.3, 220.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdehlər X4 və cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni məzmunlu apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı ##.##.2007-ci il tarixdə çalışdığı baxça Ağayeva (Əhməd) Təranə Ağabala qızı tərəfindən özəlləşdirilmişdir. Özəlləşdirmə aparılan zamanda əmlakın 0.33 hissəsini özəlləşdirmə çekini cavabdehə təqdim etməklə səhlər üzrə payı müəyyən edilməklə yaratdıqları cəmiyyət (VÖEN **********) üzrə payçıdır. Qeyd edilən pay üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 1313002177 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının 2007-ci ildən etibarən 5 il müddətində baxça kimi fəaliyyət göstərmiş, əmlak üzrə digər qeyri-yaşayış sahələri (alfa kursları) icarə müqaviləsi əsasında indiyədək fəaliyyətdədir. ##.##.2007-ci il tarixdə cavabdeh İddiaçı dövlət əmlakının özəlləşdirilməsindən sonra qeyri-yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamış, yaşadığı otaqları təmir etdirməklə ərazidə olan torpaq sahəsində əkin-abadlıq işləri aparmaqla meyvə ağacları əkmişlər. Yəni şəxsi fərdi yaşayış evinə və həyətyanı sahəyə uyğun qulluq edilməklə ərazidə olan qeyri-yaşayış sahələri icarəyə verilməklə mənfəət əldə etmişdir. O çalışdığı baxçadan çıxdıqdan sonra cavabdehin şəxsi evi kimi yaşadığı fəaliyyət göstərməyən qeyri-yaşayış sahəsinə dair heç bir kommunal ödənişlər etməyə borclu olmamışdır. İş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizasının əmlakın qiymətləndirilməsi hissəsi ilə razı deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 4 ünvanında yerləşən məktəbəqədər təhsil müəssisəsinin aylıq gəliri 6.000 manat təşkil edir. Bu məbləğ xalis mənfəət deyil, çünki əmlakın saxlanılması, cari təmir, kommunal xidmətlər, əməkhaqqı və digər zəruri xərclər həmin məbləğdən çıxılmamışdır. Belə olan halda, hər bir cavabdehə məxsus 0,33 faiz pay üzrə aylıq gəlir təxminən 19,80 manat təşkil edir. Göründüyü kimi, cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızının 0,33 faiz pay üzrə əldə etdikləri aylıq gəlir yaşayış minimumunun hətta on beşdə bir hissəsinə belə çatmır. Bu hal həmin payların iqtisadi baxımdan əhəmiyyətli gəlir mənbəyi olmadığını açıq şəkildə göstərir. Eyni zamanda, həmin şəxslərin pay hüquqlarına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi onların yaşayış, sağlamlıq, həyat və təhlükəsizlik, ailə həyatı və digər fundamental hüquq və mənafelərinə hər hansı mənfi təsir göstərməyəcəkdir. Cavabdehlər mübahisəli daşınmaz əmlakda yaşamırlar, həmin əmlakdan yaşayış, müalicə və ya digər şəxsi ehtiyaclarının təmin edilməsi məqsədilə istifadə etmirlər. Həmçinin, sözügedən əmlak onların ailə həyatının, təhlükəsizliyinin və ya digər mühüm şəxsi maraqlarının təmin olunması ilə bağlı deyildir. Buna görə də, iş materialları ilə cavabdehlərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafelərinin mövcudluğu təsdiq olunmur. cavabdeh2, cavabdeh1 və Abbasova (Xudayeva) Sevda Qaraxan qızına məxsus olan hər biri 0,33 faiz pay həm riyazi, həm hüquqi, həm də faktiki baxımdan cüzi pay hesab edilməlidir. İş materialları ilə tam təsdiq olunur ki, cavabdehlərin hər birinə məxsus 0,33 faiz pay cüzi xarakter daşıyır, naturada ayrılması mümkün deyildir, onların ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeləri mövcud deyil, kompensasiya məbləği məhkəmə tərəfindən müəyyən edilmiş və ödənilməsi qətnamə ilə təmin olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin tətbiqi üçün zəruri olan bütün hüquqi şərtlər mövcud olmuşdur. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər cavabdeh X13 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə görə bu maddəyə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 217.1-ci maddəsinə görə paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı iş üzrə cavabdehlər apellyasiya şikayətlərində qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etsələr də, apellyasiya şikayətlərinin məzmunundan görünür ki, onların əsas etirazı mübahisəli əmlakdakı 0,33 faiz paylarının dəyərinin və həmin paylara görə müəyyən edilmiş 3.500 manat kompensasiya məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri həcmində, yəni cavabdehlərin hər birinə məxsus 0,33 faiz payın dəyərinin və həmin paylara görə 3.500 manat kompensasiya məbləğinin müəyyən edilməsinin əsaslılığı hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi mübahisələndirilən hissədə qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki mübahisəni yuxarıdakı kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla, cavabdehlərin hər birinə məxsus 0,33 faiz paylar cüzi pay hesab edilir, həmin payların naturada ayrılması texniki baxımdan mümkün deyildir və payçıların əmlakdan istifadədə maraqları əhəmiyyətli xarakter daşımır. Bu əsaslarla iddiaçı cavabdehlərin hər birinə 3500 manat kompensasiya ödənilməklə onların pay hüquqlarına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən mübahisəli əmlakın paylara uyğun naturada ayrılmasının mümkün olmadığını, cavabdehlərə məxsus payların cüzi olduğunu, habelə həmin payların bazar dəyərinə uyğun kompensasiya təklif edildiyini nəzərə alaraq iddianı təmin etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehlər X4 və cavabdeh2 Hüseyn qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsas dəlili mübahisəli əmlak üzrə onlara məxsus 0,33 faiz paylara görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 3500 manat kompensasiya məbləği ilə razılaşmamaları ilə bağlıdır. Belə ki, cavabdehlər iş üzrə keçirilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizasının əmlakın qiymətləndirilməsi hissəsini mübahisələndirirlər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla, hazırkı apellyasiya icraatında cavabdehlərin hər birinə məxsus 0,33 faiz payın dəyərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib-edilməməsinə və həmin paylara görə 3500 manat kompensasiya məbləğinin müəyyən edilməsinin əsaslılığına hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iş materialları ilə cavabdehlərin mübahisəli əmlakda hər birinin 0,33 faiz paya malik olduğu, həmin payların naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı və əmlakın bazar dəyərinin 1.054.000 manat təşkil etdiyi müəyyən olunur. Həmin dəyər əsasında hər bir 0,33 faiz payın dəyəri 3.478,20 manat təşkil etdiyindən, iddiaçı tərəfindən hər bir pay üçün 3.500 manat kompensasiya təklif edilməsi payların müəyyən edilmiş bazar dəyərinə uyğundur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, cavabdehlərin pay hüquqlarına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcuddur. Cavabdehlər apellyasiya şikayətlərində mübahisəli əmlak üzrə onlara məxsus 0,33 faiz payların dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləği ilə razılaşmadıqlarını bildirsələr də, həmin qiymətləndirmənin düzgün olmadığını (mötəbərliyini şübhə altına alacaq əsasları) təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, habelə iş üzrə yeni və ya təkrar ekspertizanın keçirilməsi barədə vəsatət irəli sürməmişlər. İş materiallarında olan ## ##### 2026-cı il və ## ### 2026-cı il tarixli məhkəmə iclas protokollarından (İ cild, səh. 127, 135) görünür ki, ekspert rəyləri məhkəmə iclasında elan edilmiş, tərəflər ekspert rəyləri ilə tanış olduqlarını və onlara münasibətdə hər hansı etirazlarının olmadığını bildirmişlər. Eyni zamanda, cavabdehlər tərəfindən ekspert rəyinin qeyri-obyektiv və ya əsassız olması ilə bağlı konkret dəlillər irəli sürülməmiş (yeni ekspertizanın keçirilməsi barədə vəsatət verilməmişdir.) Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə tərkibi hazırkı apellyasiya mərhələsində şikayətlərin həmin dəlilləri istiqamətində yenidən ekspertiza keçirilib-keçirilməməsinin mümkünlüyü məsələsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməklə etiraz və vəsatətlərini, o cümlədən ekspertiza keçirilməsi barədə vəsatəti vaxtında irəli sürmək imkanına malik olmuşlar. Buna baxmayaraq, ekspertiza keçirilməsinin birinci instansiya məhkəməsində onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığını əsaslandıra bilməmiş və bu xüsusda hər hansı mötəbər sübut təqdim etməmişlər. Belə olan halda, apellyasiya instansiyasında ekspertiza keçirilməsi yeni sübutun əldə edilməsinə yönəldiyindən bu dəlil istiqamətində yenidən araşdırma aparmaq üçün əsas mövcud deyildir. Odur ki məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda, məhkəmə tərkibi qeyd etməyi lazım hesab edir ki, iddiaçı iddia tələbində 3.500 manat kompensasiya ödənilməsi yolu ilə cavabdehlərin paylarına münasibətdə “ayrılma” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə həmin paylara kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbində işlədilən “ayrılma” ifadəsi işin mahiyyəti və iddiaçının irəli sürdüyü tələb nəzərə alınmaqla pay hüququna xitam verilməsini ehtiva edir. Məhkəmə iddia tələbinə formal və yalnız hərfi ifadə baxımından deyil, iddiaçının əldə etmək istədiyi hüquqi nəticənin mahiyyəti nəzərə alınmaqla hüquqi qiymət verməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianın mahiyyətinə uyğun olaraq cavabdehlərin paylarına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə gəldiyi nəticə iddia tələbinin hüquqi mahiyyəti ilə uzlamaqla düzgün nəticəyə gəlinmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdehlər cavabdeh2 və cavabdeh3 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar