Məhkəmə qərarları › İş №2(3-9)-80/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-80/2026

12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-80/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “iddiaçıya məxsus 1 ədəd 583 əyar çəkisi 21 qram olan komplekt (sırğa, boyunbağı), 1 ədəd 583 əyar çəkisi 7 qram olan üzük, 1 ədəd 583 əyar, çəkisi 12 qram olan komplekt (üzük, sırğa), 1 ədəd 583 əyar, çəkisi 5 qram olan üzük, 1 ədəd 583 əyar, çəkisi 3 qram olan klon, 1 ədəd 583 əyar, çəkisi 6 qram sırğa, 1 ədəd 583 əyar, çəkisi 2 qram olan sırğa, 1 ədəd 583 əyar, çəkisi 22 qram olan komplekt (qolbaq, boyunbağı) qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı iddiaçıya məxsus 1 ədəd komplekt (sırğa, boyunbağı) 21 qram 583 əyar, 1 ədəd üzük 7 qram 583 əyar, 1 ədəd komplekt (üzük, sırğa) 12 qram 583 əyar, 1 ədəd üzük 5 qram 583 əyar, 1 ədəd klon 3 qram 583 əyar, 1 ədəd sırğa 6 qram 583 əyar, 1 ədəd sırğa 2 qram 583 əyar, 1 ədəd komplekt (qolbaq, boyunbağı) 22 qram 583 əyar qızılzinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 evlənərək nikahlarını xx.xx.2017ci il tarixli, 28 saylı nikahın bağlanması haqqında akt qeydi ilə rəsmi olaraq qeydiyyata aldırmışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 anadan olmuşdur. Nikahda el adətənənələrinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya qızıl-zinət əşyaları verilmişdir. Bütün qohum-əqraba və qonşular da iddiaçının oğlan evinə cehiz aparmasının şahidi olmuşdur. Cavabdehlə ailə münasibətləri baş tutmadığı üçün rəsmi şəkildə ayrılmışdır. Bununla yanaşı cavabdeh tərəf iddiaçıya verilən qızıl-zinət əşyalarını geri verməyəcəyini bildirmişdir. Toy zamanı cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilən qızıllara 1 ədəd komplekt (sırğa, boyunbağı) 21 qram 583 əyar, 1 ədəd üzük 7 qram 583 əyar, 1 ədəd komplekt (üzük, sırğa) 12 qram 583 əyar, 1 ədəd üzük 5 qram 583 əyar, 1 ədəd klon 3 qram 583 əyar, 1 ədəd sırğa 6 qram 583 əyar, 1 ədəd sırğa 2 qram 583 əyar, 1 ədəd 22 qram 583 əyar komplekt (qolbaq, boyunbağı) daxildir. Sonda iddiaçı qızıl-zinət əşyalarının geri qaytarılması və ya qızılın dəyərinin hesablanaraq, həmçinin ekspertiza xərcinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həmiş qızından alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, İddiaçı məxsus 1 ədəd 583 əyar, çəkisi 22 qram, dəyəri 2750 manat olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 3 qram, dəyəri 375 manat olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram, dəyəri 625 manat olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 12 qram, dəyəri 1500 manat olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram, dəyəri 875 manat olan “üzük” qızıl-zinət əşyaları və ya onların ümumilikdə dəyəri 6125 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rusumundan ibarət 110 manat məhkəmə xərcinin 69,08 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərcinin qalan 40,92 manat məbləğinin İddiaçı aid edilməsi, qiymətləndirmə rəyi üzrə 400 manat məbləğində məhkəmə xərcinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 251,2 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 148,8 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: **********, Kapitalbank Sabail 1 filialı, Kod: 200059, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod: AİİBAZ2XXX, AZ51AİİB400600C**********105 saylı hesabına köçürülməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 6,3 manat məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materialında olan: Fotoşəkillər və videogörüntülərdən görünür ki, keçirilən toy mərasimində iddiaçının boyununda 1 ədəd 583 əyar, çəkisi 3 qram olan “klon”, həmçinin sol əlinin üzük barmağında (adsız barmaq) 1 ədəd 583 əyar, çəkisi 5 qram olan “üzük” olmuş, daha sonra 1 ədəd 583 əyar, çəkisi 22 qram olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 12 qram olan İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər və videogörüntülərdən görünür ki, keçirilən toy mərasimində iddiaçının boyununda 1 ədəd 583 əyar, çəkisi 3 qram olan “klon”, həmçinin sol əlinin üzük barmağında (adsız barmaq) 1 ədəd 583 əyar, çəkisi 5 qram olan “üzük” olmuş, daha sonra 1 ədəd 583 əyar, çəkisi 22 qram olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 12 qram olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram olan “üzük” qızıl-zinət əşyaları iddiaçıya hədiyyə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd 583 əyar, çəkisi 21 qram olan “komplektin (sırğa, boyunbağı)” bazar dəyəri 2625 manat, 1 ədəd 583 əyar, çəkisi 7 qram olan “üzüyün” bazar dəyəri 875 manat , 1 ədəd 583 əyar, çəkisi 12 qram olan “komplektin (üzük, sırğa)” bazar dəyəri 1500 manat, 1 ədəd 583 əyar, çəkisi 5 qram olan “üzüyün” bazar dəyəri 625 manat, 1 ədəd 583 əyar, çəkisi 3 qram olan “klonun” bazar dəyəri 375 manat, 1 ədəd 583 əyar, çəkisi 6 qram olan “sırğanın” bazar dəyəri 750 manat, 1 ədəd 583 əyar, çəkisi 2 qram olan “sırğanın” bazar dəyəri 250 manat, 1 ədəd 583 əyar, çəkisi 22 qram olan “komplektin (qolbaq, boyunbağı)” bazar dəyəri 2750 manat olmaqla, ümumilikdə qızıl-zinət əşyalarının bazar dəyəri 9750 manat müəyyən edilmişdir. Məhkəmə iclasında X4 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı qardaşına onu cavabdehlərlə yaşadığı evdən valideynlərinin evinə aparmasını istəmiş, qardaşı da onu gətirmişdir. İddiaçı anasıgilə gələndə ev paltarında olmuş, hətta döyüldüyünü bildirmişdir. Belə ki, onun üzündə həmin vaxt çapıq izi olmuşdur. İddiaçı anasıgilə gələndə, xalasına kömək etmək üçün o da orada olmuşdur. Həmin vaxt iddiaçı heç bir paltar və ya qızıl-zinət əşyasını özü ilə gətirməmişdir. Məhkəmə iclasında iddiaçının qardaşı X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı anasıgilə getmək istədiyini ona bildirmiş, o da cavabdehlərin yaşadığı evə getmiş, lakin evə girməmiş, bacısını uşaqları ilə birlikdə anasıgilə gətirmişdir. Bacısını evdən götürəndə üzərində qızıl-zinət əşyaları olmamış, yalnız qızılların etiketləri olmuşdur. Bacısı evə gəldikdən sonra baş verənləri onlara danışmış, yoldaşı ilə dalaşdıqları üçün özü ilə heçnə götürmədən evdən çıxdığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının anası “İnci” ilə Cavabdeh2 səs yazılarından müəyyən olur ki, Cavabdeh2 iddiaçının anasına iddiaçının onlarda bir üzük və bir sırğasının olduğunu demişdir. Cavabdeh2 digər səs yazısında düşmənçilik etməyin lazım olmadığını, nə lazımdırsa, qızılı və digər hər şeyi alacağını bildirmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya təşkilatına ödənilmişdir. "xxxx" MMC-nin məlumat məktubundan görünür ki, qiymətləndirmə rəyi üzrə xidmət haqqı 400 manat təşkil edir. Mülki iş üzrə iddia ərizəsinin surətinin cavabdehə çatdırılması, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar üç ədəd sadə, iki ədəd sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 6,3 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş foto və videogörüntülər 1 ədəd 583 əyar, çəkisi 3 qram olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 22 qram olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 12 qram olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram olan “üzük” qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğunu təsdiq etdiyindən həmin dəlillər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Mülki iş üzrə iddia olunan qızıl-zinət əşyalarının mövcudluğu iddiaçının işə əlavə etdiyi foto və videogörüntülərlə təsdiq edilir. İşin mübahisəli halı iddiaçıya məxsus qızıl-zinət əşyalarının qanunsuz olaraq cavabdehlərdə qalması ilə bağlıdır. Qeyd edilən halları da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakından məhrum olmuş və həmin əmlak məhz qarşı tərəfin faktiki sahibliyindədir. İddiaçı ona məxsus qızıl-zinət əşyalarının qanunsuz olaraq cavabdehlərdə qalmasını qızıl-zinət əşyalarını Cavabdeh2 saxlaması, onun cavabdehlərlə birlikdə yaşadığı evdən könüllü deyil, mübahisə nəticəsində çıxması, buna görə də ona məxsus qızıl-zinət əşyalarının götürülməsi üçün ona imkan yaradılmaması ilə izah etmişdir. Həmçinin ötən müddət ərzində qızıl-zinət əşyalarının qaytarılmasını mübahisələndirməməsini cavabdehlərin qızıl-zinət əşyalarını qaytaracaqlarına dair vədlər verməsi olmuşdur. Məhkəmə iddia tələbinin 1 ədəd 21 qram 583 əyar komplekt (sırğa, boyunbağı), 1 ədəd 6 qram 583 əyar sırğa və 1 ədəd 2 qram 583 əyar sırğa qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsinin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbində 1 ədəd 21 qram 583 əyar komplekt (sırğa, boyunbağı), 1 ədəd 6 qram 583 əyar sırğa və 1 ədəd 2 qram 583 əyar sırğa qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsini tələb etsə də, göstərilən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Belə ki, iddiaçı cavabdehlərlə birlikdə yaşadığı evdən çıxarkən ona məxsus qızıl-zinət əşyalarını götürmədiyini bildirsə də, Cavabdeh1 iddiaçıya məxsus qızıl-zinət əşyalarını aparmasını qeyd etmişdir. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Lakin cavabdehlər tərəfindən həmin ehtimalın əksini sübut edəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, tələb olunan qızıl -zinət əşyalarının cavabdehlərin yaşadığı evdə qalıb qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Lakin iddiaçının evdən sonuncu dəfə hər hansı təzyiq altında və ya məcburiyyət qarşısında getdiyi işin mübahisəsiz halıdır. Belə ki, tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçının cavabdehlərin yaşadığı evdən anasının evinə qayıtmasının əvvəlcədən heç bir hazırlıq olmadan cavabdeh tərəfin təşəbbüsü ilə baş tutması, evdən çıxararkən iddiaçının əmlakını götürməməsi barədə iddiaçı məhkəməyə sübutlar təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlar cavabdehlər tərəfindən iddiaçıya qızıl-zinət əşyalarının götürülməsinə maneə yaradılmasını təsdiq edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərlə yaşadığı evdən könüllü deyil, münasibətlərin kəskinləşdiyi, cavabdehlərlə dalaşdığı bir vaxtda çıxıb getmişdir. İddiaçının özünə məxsus olan qızıl-zinət əşyalarının cavabdehlərin sahibliyində olması, cavabdehlərlə yaşadığı evdən münasibətlərin kəskinləşdiyi bir vaxtda çıxıb getməsinə görə qızıl-zinət əşyalarının cavabdehlərdə qalması ağlabatan mühakimə hesab edilməlidir. Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (foto və video görüntülər) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normaları, iddiaçının nümayəndəsinin izahatlarına, şahid ifadələrinə, tədqiq olunan sübutlara əsasən hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus 1 ədəd 583 əyar, çəkisi 22 qram, dəyəri 2750 manat olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 3 qram, dəyəri 375 manat olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram, dəyəri 625 manat olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 12 qram, dəyəri 1500 manat olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram, dəyəri 875 manat olan “üzük” qızıl-zinət əşyaları və ya onların ümumilikdə dəyəri olan 6125 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumundan ibarət 110 manat məbləğində məhkəmə xərcinin 69,08 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, məhkəmə xərcinin qalan 40,92 manat məbləği İddiaçı aid edilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 6,3 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli, qiymətləndirmə rəyi üzrə 400 manat məbləğində məhkəmə xərcinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 251,2 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 148,8 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinnin 34.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 107, 115.0.3, 115.0.9, 119.1, 217.3, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2023-cü ilin təxminən yay aylarında Aynur anasıgilə qurban kəsmək adı ilə evdən getmişdir. O sonralar ona zəng vurmuşdur ki, “niyə geri qayıtmırsan, qonaqlıq nə uzun çəkdi?”. O bildirmişdir ki, qonaqlığı uzun çəkməmişdir, bir daha geri qayıtmayacaq. Təxminən sentyabr ayının axırlarında ona məlum oldu ki, İddiaçı ona qarşı cehiz əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişlər. O, Aynur evdən gedən vaxtdan əşyaları tökməmiş və baxmamışdır ki, o, evdən nə aparmışdır. Aynur qonaq gedən zaman qızıl-zinət əşyalarını öz üzərinə taxmış , yəni sırğa, üzük sep onun üstündə olmuş, dəyərsiz paltarlar isə evdə qalmışdır. İddiaçı qərəzli olaraq dəfələrlə məhkəmə açmış və öz yalanları ilə nə isə qazanmaq istəmişdir. Belə olmasaydı, 2023-cü ildə o cehiz əmlakları və qızıl-zinət əşyalarının tələbini qoyardı. Onlar cehizləri yığıb apardıqdan sonra evdən yoxa çıxan əşyaları da görmüşdür. Məbləğ çox böyük olmadığı üçün anası Cavabdeh2 bildirmişdir ki, eybi yoxdur, bir aburçalnı üzük, traxtor qolbağını və evdə olan 2000 manat pulu da aparmışdır. Dəfələrlə Aqşin ona bildirmişdir ki, anasının qızıllarını qaytar, o, alimenti ödəyəcək. Bu səbəbdən o, uzun vaxt alimenti ödəməmişdir. Artıq onu axtarışa verdikdən sonra məcbur olub alimenti ödəmişdir. İşin mübahisəli halı iddiaçıya məxsus qızıl-zinət əşyalarının qanunsuz olaraq cavabdehlərdə qalması ilə bağlıdır. Qeyd edilən halları da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakından məhrum olmuş və həmin əmlak məhz qarşı tərəfin faktiki sahibliyindədir. İddiaçı ona məxsus qızıl-zinət əşyalarının qanunsuz olaraq cavabdehlərdə qalmasını qızıl-zinət əşyalarını Cavabdeh2 saxlaması, onun cavabdehlərlə birlikdə yaşadığı evdən könüllü deyil, mübahisə nəticəsində çıxması, buna görə də ona məxsus qızıl-zinət əşyalarının götürülməsi üçün ona imkan yaradılmaması ilə izah etmişdir. Həmçinin ötən müddət ərzində qızıl-zinət əşyalarının qaytarılmasını mübahisələndirməməsini cavabdehlərin qızıl-zinət əşyalarını qaytaracaqlarına dair vədlər verməsi olmuşdur. İddiaçının onlara məxsus evdən könüllü getdiyi halda, məcburi getməsini, ancaq bunun qohum ifadələri ilə təsdiqini tapmasını məhkəmə mötəbər sübut hesab etmişdir. Onun və digər cavabdehin məhkəmədə iştirak etmədiyi halda necə bu qənaətə gəlmək olar? Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının anası “İnci” ilə Cavabdeh2 səs yazılarının Cavabdeh2 iddiaçının anasına iddiaçının onlarda bir üzük və bir sırğasının olduğunu deməsi barədə gəldiyi nəticələr də əsassız və qanunsuzdur. Həmin səs yazılarının yəni Cavabdeh2 digər səs yazısında düşmənçilik etməyin lazım olmadığını, nə lazımdırsa, qızılı və digər hər şeyi alacağını bildirməsini də sübut kimi qəbul etməsi də mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, həmin səs yazılarının harada və hansı mövzuda getməyi dəqiq deyil və onun anasının səs yazısı olması şübhə doğurur. Anaaı Cavabdeh2 belə bir sözlər işlətməsi dəqiq deyil və anasına məlum deyil. Anası bildirir ki, aralarında söhbət olsa da bu uşağın evdə qalmış 30-35 manata qolbağı, bir balaca qızıl muncuq bir adi şüşə qaşla olan qolbağı, bir də uşağın sırqası ilə əlaqədar mövzuda həmin əşyaların qaytarılmasını barədə olan söhbətidir. Qalan iddia ərizəsində göstərilən əmlakların hamısını iddiaçı aparmışdır bu barədə hər hansı danışıqlar anası ilə olmamışdır. Məhkəmə bu şübhələri aydınlaşdırmadan əsassız qətnamə qəbul etmiş və sübutların qanunsuz və ziddiyyətli olmasını nəzərə almamışdır. İddiaçı qonaq gedən zaman qızıl-zinət əşyalarını öz üzərinə taxmış, aparmışdır. Yəni sırğa, üzük sep onun üstündə olmuş, dəyərsiz paltarlar isə evdə qalmışdır. O cümlədən uşağın evdə qalmış 30-35 manata qolbağı, bir balaca qızıl muncuq bir adi şüşə qaşla olan qolbağı, bir də uşağın sırqası. İddiaçı qərəzli olaraq dəfələrlə məhkəmə açmış və öz yalanları ilə nə isə qazanmaq istəmişdir. Belə olmasaydı, 2023-cü ildə o, cehiz əmlakları və qızıl-zinət əşyalarının tələbini qoymamışdır. Belə olan hallarda məhkəmənin Mülki Məcəllənin 152.1-ci maddəsi, 157.2-ci maddəsinə istinadı qanunsuzdur. Ancaq bütün bu halları qeyd edərkən məhkəmə şahidlərin iddiaçının yaxın qohumları olmasına tənqidi yanaşmamışdır. olmasını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh1 səhhətində problem olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Cavabdeh1 xəstəliyinin olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka Həmin Məcəllənin (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində- Cavabdeh1 münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Digər Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi işi verilmiş şikayətin dəlilləri və hüdudları daxilində yoxlayır. Bu baxımdan qətnamənin qanuniliyi və əsaslılığı yalnız apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılmalıdır. Məhkəmə tərkibi iddia tələbi ilə apellyasiya şikayətinin dəlillərini qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2023-cü ilin yay aylarında qonaq getmək adı ilə evi tərk etmiş, sonradan geri qayıtmaqdan imtina etmişdir. Onun bildirdiyinə görə, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını üzərində aparmış, cavabdehlər tərəfindən hər hansı əmlak saxlanılmamışdır. O, iddiaçının evdən nə apardığını yoxlamadığını, yalnız sonradan bəzi dəyərsiz əşyaların evdə qaldığını gördüklərini qeyd etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı qərəzli şəkildə məhkəmələrə müraciət edir və iddia etdiyi əmlakın cavabdehlərin faktiki sahibliyində qalmasını sübut etməmişdir. Cavabdeh hesab edir ki, sübutetmə yükü iddiaçının üzərində olduğu halda, məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərkibi Cavabdeh1 apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 01 dekabr 2025-ci il tarixli məhkəmə iclas protokolundan (səh. 108-109) görünür ki, iddiaçının nümayəndəsi və vəkili iddiaçının ona verdiyi məlumata istinad edərək bildirmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları əsasən Cavabdeh2 olmuş, həmin əşyalar evdə onun şəxsi seyfində saxlanılmış, iddiaçı yalnız toy və ya qonaqlıq zamanı istifadə etmək üçün qaynanasından götürmüş, istifadə etdikdən sonra isə yenidən ona qaytarmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında səsləndirilmiş qeyd olunan izahat iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmişdir. Prosessual qanunvericiliyə görə nümayəndə təmsil etdiyi şəxsin adından çıxış edir və onun verdiyi izahatlar təmsil olunan şəxsin mövqeyi kimi qiymətləndirilir. Bu baxımdan iddiaçının nümayəndəsi vəkilinin qızıl-zinət əşyalarının Cavabdeh2 saxlanılması barədə izahatı iddiaçının öz mövqeyi kimi qəbul edilməlidir. Göründüyü kimi qızıl-zinət əşyaları Cavabdeh1 deyil, cavabdehin anası olan digər Cavabdeh2 faktiki sahibliyində olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı iş üzrə Cavabdeh1 münasibətdə Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin hamısının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən tam və mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş foto və videogörüntülər yalnız toy mərasimində müəyyən qızıl-zinət əşyalarının ona təqdim edilməsini göstərməklə həmin əşyaların sonradan Cavabdeh1 faktiki sahibliyində qalmasını təsdiq etməmişdir. İş materiallarında mübahisə predmeti olan əşyaların məhz Cavabdeh1 sahibliyində qaldığını təsdiq edən birbaşa və qəti sübut mövcud deyildir. Əksinə, iddiaçının nümayəndəsi vəkilinin izahatından qızıl-zinət əşyalarının əsasən digər Cavabdeh2 saxlanıldığı görünür ki, bu hal Cavabdeh1 faktiki sahibliyini istisna edir. Beləliklə məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh1 yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də Cavabdeh1 münasibətdə iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hissədə ədalətli araşdırma aparılmamış, işdə olan sübutlara mülki-prosessal qanunvericiliyin tələblərinə uyğun qiymət verməmişdir. Məhkəmə tərkibi hesab edir ki Cavabdeh1 1 ədəd 583 əyar, çəkisi 22 qram, dəyəri 2750 manat olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 3 qram, dəyəri 375 manat olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram, dəyəri 625 manat olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 12 qram, dəyəri 1500 manat olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram, dəyəri 875 manat olan “üzük” qızıl-zinət əşyaları və ya onların ümumilikdə dəyəri 6125 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə səhvə yol vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh1 münasibətdə iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsi qismən-Cavabdeh1 1 ədəd 583 əyar, çəkisi 22 qram, dəyəri 2750 manat olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 3 qram, dəyəri 375 manat olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram, dəyəri 625 manat olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 12 qram, dəyəri 1500 manat olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram, dəyəri 875 manat olan “üzük” qızıl-zinət əşyaları və ya onların ümumilikdə dəyəri 6125 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edildiyindən, məhkəmə xərclərinin onun üzərinə qoyulması üçün hüquqi əsas mövcud deyildir. Bu baxımdan, iş materialları üzrə qızıl-zinət əşyaları ilə bağlı faktiki münasibətin Cavabdeh2 ilə əlaqəli olduğu nəzərə alınmaqla, məhkəmə xərclərinin də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qaydada həmin cavabdehin üzərinə aid edilməsi daha əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2051/2025 saylı qətnaməsi qismən-Cavabdeh1 1 ədəd 583 əyar, çəkisi 22 qram, dəyəri 2750 manat olan “komplekt (qolbaq, boyunbağı)”, 1 ədəd 583 əyar, çəkisi 3 qram, dəyəri 375 manat olan “klon”, 1 ədəd 583 əyar, çəkisi 5 qram, dəyəri 625 manat olan “üzük”, 1 ədəd 583 əyar, çəkisi 12 qram, dəyəri 1500 manat olan “komplekt (üzük, sırğa)”, 1 ədəd 583 əyar, çəkisi 7 qram, dəyəri 875 manat olan “üzük” qızıl-zinət əşyaları və ya onların ümumilikdə dəyəri 6125 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi iddianın təmin edilmiş həmin hissəsində təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar