Məhkəmə qərarları › İş №2(3-9)-802/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-802/2026

14.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-802/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi, hakimlәr Əsәdov İlham Qoşunәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt tәrkibdә, Sabirabad Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadından Əzizov İxtiyar İltifat oğlu tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Əzizov İxtiyar İltifat oğlunun Cavabdeh ASC-nin Sabirabad filialına qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, xxxx ASC tәrәfindәn pensiyadan aparılan tutulmalar qanunsuz hesab edilmәsini xahiş etmişdir. İddiaçı tәlәbini onunla әsaslandırmışdır ki, arvadı X1 olduğu vaxt Cavabdeh ASC-nin Sabirabad filialından nağd pul krediti götürmüşdür. Hәmin kredit vәsaiti onun ağır xәstәliyi ilә әlaqәdar müalicә vә dәrman xәrclәrinә sәrf edilmişdir. X1 ##.##.2024-cü il tarixdә vәfat etmişdir. O, kredit götürәn zaman onun bundan xәbәri olmamış, kredit üzrә nә zamin durmuş, nә dә hәr hansı öhdәlik götürmüşdür. Bundan başqa, mәrhumun adına olan hәr hansı miras әmlakı tәrәfindәn qәbul edilmәmişdir. X1 vәfat etdikdәn sonra Cavabdeh ASCnin Sabirabad filialına çağırılmışdır. Yaşlı vә hüquqi biliyi olmadığı halda ona psixoloji tәzyiq göstәrilәrәk mәzmununu bilmәdiyi sәnәdlәrә imza etdirilmişdir. 2025-ci ilin oktyabr ayından etibarәn hәr ay onun pensiyasından 63 (altmış üç) manat pul tutulmağa başlanılmış vә hazırkı vaxta qәdәr davam edir. Hazırda 75 yaşı var, sәhhәtindә ciddi problemlәr mövcuddur. Aldığı pensiya gündәlik yaşayış vә dәrman xәrclәrini qarşılamağa kifayәt etmir. Pensiyasından pul tutulması onu ağır maddi vәziyyәtә salmışdır. Sabirabad Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәrardadı ilә iddia әrizәsinin mәhkәmә icraatına qәbul edilmәsindәn imtina edilmişdir. Birinci instansiya mәhkәmәsi mövqeyini onunla әsaslandırmışdır ki, iddia әrizәsindәn görünür ki, iddiaçı mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş borcun ondan tutulmaması tәlәbi ilә çıxış etmiş, bu zaman әsas olaraq, onun hәmin kredit müqavilәsindәn xәbәri olmadığına, kredit götürmüş şәxsin mirasını qәbul etmәdiyinә әsaslanmışdır. İddia әrizәsindә qeyd olunan xüsusatlarla bağlı münasibәtlәrә müvafiq mәhkәmә qәtnamәsi ilә qiymәt verilәrәk icra mәrhәlәsinә yönәldilmiş, hazırda müvafiq qәtnamәnin müvafiq icra qurumu tәrәfindәn icra olunması istiqamәtindә icra hәrәkәtlәri aparılmışdır. Bu sәbәbdәn, icra orqanı tәrәfindәn tәlәbkarın tәlәbi tәmin edilmәklә borcludan müvafiq pul mәblәğinin tutulmasının tәmin edilmәsi istiqamәtindә zәruri icra tәdbirlәri görülmәlidir. Belә olan halda, mәhkәmә hesab edir ki, әrizәnin qәbulundan imtina edilmәli, әrizә ona әlavә edilmiş sәnәdlәrlә birlikdә әrizәçiyә geri qaytarılmalı vә әrizәçiyә tәlәblә bağlı aidiyyәti üzrә qәtnamәnin icrasının hәvalә edildiyi müvafiq icra qurumu vә ya icra icraatı qaydasında müraciәt etmәk hüququ izah edilmәlidir. Qәrardaddan Əzizov İxtiyar İltifat oğlu şikayәt verәrәk onun lәğv edilmәsini vә işin icraata qәbul edilmәsini xahiş etmişdir. Sabirabad Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. MPM-in 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsi icraata qәbul edilәrkәn onun mümkünlüyü mәsәlәsi lazımi qaydada yoxlanılmamışdır. Belә ki, iş materiallarından görünür ki, iddia әrizәsi iddiaçının imzası olmadan tәqdim edilmiş, eyni zamanda cavabdeh qismindә Cavabdeh ASC-nin Sabirabad filialı göstәrilmişdir. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Konstitusiyası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi tәsbit etmәklә yanaşı, mәhkәmәlәr tәrәfindәn onların müdafiәsinә dә tәminat verilmişdir. Belә ki, Azәrbaycan Respublikasının Konstitusiyasının 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın, habelә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. MPM-in 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmçinin hәmin mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. MPM-in 149.1-ci maddәsinә әsasәn iddia әrizәsi mәhkәmәyә yazılı şәkildә verilir. O, iddiaçı vә ya onun bunu imza etmәyә sәlahiyyәti olan nümayәndәsi tәrәfindәn imzalanır. İşdәn görünür ki, iddia әrizәsi iddiaçı vә ya onun sәlahiyyәtli nümayәndәsi tәrәfindәn imzalanmadan mәhkәmәyә tәqdim edilmişdir. Bundan başqa, mәhkәmә tәrkibi qeyd edir ki, MPM-in mülki prosessual hüquq qabiliyyәtini müәyyәn edәn 48-ci maddәsinә әsasәn hәr bir fiziki vә hüquqi şәxs eyni dәrәcәdә qanunla müәyyәn edilәn vә qanunla yol verilәn mülki prosessual hüquqlar әldә etmәk vә vәzifәlәr daşımaq qabiliyyәtinә (mülki-prosessual hüquq qabiliyyәti) malikdir. Habelә MPM-in 49.1-ci maddәsinә uyğun olaraq, öz fәaliyyәti ilә mәhkәmәdә hüquqlarını hәyata keçirmәk vә vәzifәlәrini yerinә yetirmәk, işin aparılmasını nümayәndәyә tapşırmaq qabiliyyәti (mülki-prosessual fәaliyyәt qabiliyyәti) tam hәcmdә yetkinlik yaşına çatmış hәr bir fiziki şәxsә vә qanunvericiliklә müәyyәn edilmiş qaydada qeydә alınmış hüquqi şәxsә mәxsusdur. Göründüyü kimi, hüquqi şәxslәrin işdә iştirakı onların mülki prosessual hüquq vә fәaliyyәt qabiliyyәti eyni anda, hüquqi şәxsin dövlәt qeydiyyatına alındığı andan yaranır. Yәni, hüquqi şәxsin mülki prosessual hüquq qabiliyyәti onun maddi hüququn subyekti olduğu andan әmәlә gәlir. Bu zaman hüquqi şәxsin struktur vahidlәrinә münasibәtdә xüsusi olaraq qeyd olunmalıdır ki, MPM-in 53-cü maddәsinә görә hüquqi şәxsin olduğu yerdәn kәnarda yerlәşәn vә hüquqi şәxsin mәnafelәrini tәmsil vә müdafiә edәn ayrıca bölmәsi nümayәndәlik sayılır. Hüquqi şәxsin olduğu yerdәn kәnarda yerlәşәn vә onun funksiyalarının hamısını vә ya bir hissәsini, o cümlәdәn nümayәndәlik funksiyalarını hәyata keçirәn ayrıca bölmәsi isә filial sayılır. Hüquqi şәxsin nümayәndәliklәri, filiallar, elәcә dә idarәlәri hüquqi şәxs deyildirlәr vә hüquqi şәxsin tәsdiq etdiyi әsasnamәlәr üzrә fәaliyyәt göstәrirlәr. Belәliklә, hüquqi şәxsin filial vә nümayәndәliklәri hüquqi şәxsin tәsdiq etdiyi әsasnamәdә әks olunmuş hüquqları әldә edir vә vәzifәlәr daşıyır, idarәlәri dә Mülki Mәcәllәnin 54.3 vә 54.4-cü maddәlәrinә uyğun olaraq ona tәhkim edilmiş әmlak barәsindә qanunla müәyyәnlәşdirilmiş hәdlәrdә, öz fәaliyyәtinin mәqsәdlәrinә, hüquqi şәxsin tapşırıqlarına vә әmlakın tәyinatına uyğun sahiblik, istifadә vә sәrәncam hüquqlarını hәyata keçirir. İdarәnin öhdәliklәri üçün mәsuliyyәt idarәni yaratmış hüquqi şәxsin üzәrinә düşür. MPM-in 50.4-cü maddәsinә әsasәn qanunda nәzәrdә tutulan hallarda hüquqi şәxs olmayan tәşkilatlar da tәrәf ola bilәrlәr. Göstәrilәn norma Mülki Prosessual Mәcәllәnin 50-ci maddәsinin digәr normaları ilә sistemli әlaqәdә olaraq, hәr hansı hüquqi şәxs olmayan tәşkilat barәsindә yalnız qanunvericilikdә xüsusi göstәriş olduğu tәqdirdә onun mülki prosesdә tәrәf qismindә çıxış etmәsini mümkün hesab edir. Bu zaman mәhkәmә tәrkibi diqqәtә çatdırır ki, mülki prosessual hüquq vә fәaliyyәt qabiliyyәti yalnız mülki prosessual qanunvericilikdә müәyyәn edilmiş subyektlәrә münasibәtdә tanınır. Belәcә, mülki prosessual qanunvericiliyin tәlәblәrinә uyğun olaraq mülki prosesin tәrәfi olmaq mülki prosessual fәaliyyәt qabiliyyәtinә malik olmaqla şәrtlәnir. Müstәqil şәkildә hüquqlar әldә edә vә maddi hüququn subyektinә çevrilә bilmәyәn, yәni mülki hüquq qabiliyyәtinә malik olmayan hüquqi şәxsin struktur bölmәsinin müvafiq olaraq müstәqil şәkildә mülki prosessual fәaliyyәt qabiliyyәti әldә edә bilmәsi vә mülki prosesin tәrәfi olması da istisna edilir. Belәliklә, mәhkәmә tәrkibi yuxarıda qeyd edilәnlәri nәzәrә alaraq şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sabirabad Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, yenidәn baxılması üçün iş materialları Sabirabad Rayon Mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. Sabirabad Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı lәğv edilsin vә yenidәn baxılması üçün iş materialları Sabirabad Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar