Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-1061/2026 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ona qarşı yazılmış iyirmi min manat məbləğində cərimənin ödənilməsi üçün “Brend Hoas” adlı restoranın satılması, həmin restoranın pulu ilə adına yazılmış cərimənin ödənilməsi” barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ona qarşı yazılmış iyirmi min manat məbləğində cərimənin ödənilməsi üçün “Brend Hoas” adlı restoranın satılması, həmin restoranın pulu ilə adına yazılmış cərimənin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən “Brend Hoas” restoranına həbs qoyulmasını, ona qarşı yazılmış iyirmi min manat məbləğində cərimənin ödənilməsi üçün “Brend Hoas” adlı restoranın satılması, həmin restoranın pulu ilə adına yazılmış cərimənin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin müəyyən olunur ki, iddiaçının tələbinin əsası kimi istinad olunan və tələbi təsdiq edən sənədlər, tətbiq edilən cərimələrin olması, ödənişlərin olunmasını təstiq edən qəbzlər və digər sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər ərizəyə əlavə edilmədikdə hakim ərizəni geri qaytarır. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanları və Azərbayçan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ona qarşı yazılmış iyirmi min manat məbləğində cərimənin ödənilməsi üçün “Brend Hoas” adlı restoranın satılması, həmin restoranın pulu ilə adına yazılmış cərimənin ödənilməsi” barədə iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(5-101)-1061/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-1061/2026
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver