Məhkəmə qərarları › İş №2(5-101)-1228/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-1228/2026

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-1228/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddiaçı X1 14068 (on dörd min altımış səkkiz) manatı və mənəvi ziyana görə (əldən çıxmış gəlirlər və sağlamğlığına dəymiş ağır zərərin fəsadlarına görə) 25 000 (iyirmi beş min) manat pulu məbləğinin ümumilikdə 39068 (otuz doqquz min altımış səkkiz manat) manatı mülki cavadeh Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya fin kodu) qeyd olunmamışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh məxsus fərdi məlumatlar tapılmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi qeyd edilsə də, cavabdehin həmin ünvanda qeydiyyatda olmasını təsdiq edən heç bir sübut növü iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə Cavabdeh doğum tarixi və yeri olaraq xx.xx.1991-ci il, Bakı şəhəri göstərilmişdir. Həmin hökmün giriş və nəticə hissəsində şəxsin adı Cavabdeh kimi göstərilsə də, təsviri və əsaslandırıcı hissədə bir çox yerdə X3 qeyd edilmişdir. Belə olan halda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə X6 ilə bağlı sorğu verilmiş və hökmdə qeyd edilmiş məlumatlara uyğun olaraq xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 məxsus fərdi məlumatlar tapılmış, yaşayış yeri isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti olaraq göstərilmişdir. Göründüyü kimi, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya fin kodu) qeyd olunmamış, həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh məxsus fərdi məlumatlar tapılmamış, lakin, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 məxsus fərdi məlumatlar tapılmış, hansı ki, yaşayış yeri isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh barədə yuxarıda qeyd edilmiş məlumatların məhkəməyə məlum olmaması məhkəmə bildiriş və qərarlarının cavabdehə çatmaması, cavabdehin, ümumiyyətlə məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə, bu hal mülki mühakimə icraatının çəkişmə prinsipinin pozulmasına gətirib çıxara bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ... cavabdehin ... yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, ərizə yuxarıda qeyd edilmiş nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar