Məhkəmə qərarları › İş №2(5-101)-242/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-242/2026

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-242/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ- 17033 nömrəli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən hazırlıq iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə hazırlıq iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 BOKT MMC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 81-17033 nömrəli icra sənədindən göründüyü kimi, tələbkar qismində Cavabdeh2 MMC göstərilmişdir, Cavabdeh1 BOKT MMC deyil. Bu hal iş üzrə cavabdehin dəqiq müəyyən edilməsini zəruri edir və mübahisəli öhdəliyin faktiki daşıyıcısı kimi Cavabdeh2 MMC-nin işdə əsl cavabdeh qismində tanınmasını tələb edir. Buna görə də icra sənədində göstərilmiş əsl tələbkar subyekt olan Cavabdeh2 MMC işdə cavabdeh kimi göstərilməlidir, Cavabdeh1 BOKT MMC deyil. Əlavə olaraq bildirirlər ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Qeyd edilənlərə əsasən, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhəkəməsinin 2(5-94)- 128/2026 nömrəli mülki iş üzrə 12 yanvar 2026-cı il tarixli bildirişdən, həmçinin İddiaçı Bakı şəhəri Xətai Rayon Məhəkəməsin təqdim etdiyi iddia ərizəsinin surətindən görünür ki, həmin məhkəmənin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair digər məhkəmənin icraatında mülki iş olduğundan hazırki mülki iş Mülki Prosessual Məcəlləsinin 259.04-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar